BƏƏ-nin tolerantlıq üzrə dövlət naziri Azərbaycana səfər edəcək

11:43 / 22.04.2016

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin tolerantlıq üzrə dövlət naziri Şeyxə Lübnə Əl Qasimi ilə görüş keçirib.

Strategiya.az bildirir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə D.Şikarov, Ermənistanın Azərbaycan torpaqlarını işğalı faktı, Dağlıq Qarabağ münaqişəsi, münaqişənin səbəbləri və nəticələri, həmçinin ermənilərin tarixin müxtəlif dövrlərində müsəlman olduqları üçün azərbaycanlılara qarşı törətdikləri soyqırımlar və bu soyqırımlarda nümayiş etdirilmiş amansızlıqlar haqqında geniş bilgilər verib, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycanın dünyaya tolerant ölkə modeli kimi təqdim edildiyi və ölkəmizin tolerantlığa həsr edilmiş mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrildiyini bildirib.

Səfir BƏƏ-nin vitse-prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktumun 2015-ci ilin aprelində ölkəmizə rəsmi səfərini və Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ilin 1-2 fevral tarixlərində BƏƏ-yə rəsmi səfərini xatırladaraq, hər iki səfərin uğurla keçdiyini və ikitərəfli əlaqələrin daha da sıxlaşmasına böyük töhfələr verdiyini qabardıb, ikitərəfli əlaqələrin inkişafı baxımından qarşılıqlı səfər mübadilələrinin əhəmiyyətini önə çəkib.

Dövlət naziri Şeyxə Lübnə Əl Qasimi Şeyx Məhəmməd bin Raşidin və Azərbaycan Prezidentinin rəsmi səfərlərinin uğurla keçdiklərini təsdiqləyərək, yüksək səviyyəli səfərlərin nisbətən aşağı səviyyədə səfər mübadilələri üçün yaxşı nümunə olduğunu söyləyib.

Xanım Şeyxə Lübna BƏƏ-nin xarici ticarət naziri vəzifəsini icra etdiyi zaman 2007-ci ildə Azərbaycana səfər etmiş ilk hökumət rəsmisi olduğunu qeyd edərək, paytaxt Bakının çox gözəl və səliqəli şəhər olduğunu, habelə milli meyvə-tərəvəz və ət məhsullarımızdan, xüsusən də zəngin mətbəximizin çeşidli təamlarından zövq aldığını bildirib. Dövlət naziri qoşunların təmas xəttində baş vermiş hadisələrdən narahatlığını ifadə edərək, problemin sülh və danışıqlar yolu ilə həllinin zəruriliyini bildirib.

Bunun müqabilində, səfir paytaxt Bakının və ümumiyyətlə ölkəmizin simasının son 10 il ərzində kəskin dəyişildiyini və daha da gözəlləşdiyini diqqətə çatdıraraq, respublikamızda görülən sosial-iqtisadi və tikinti-quruculuq işləri barəsində dolğun məlumatlar təqdim edib, Azərbaycanın Avropanın ən mötəbər musiqi yarışı olan "Avroviziya" mahni müsabiqəsinə, İlk Avropa Oyunlarına ev sahibliyi etdiyini, cari ilin iyun ayının 17-19-u tarixlərində və 2017-ci ildə müvafiq olaraq, Formula 1 Avropa Qran Prisinə və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyini bildirib.

Görüşdə D.Şikarov Şeyxə Lübnə Əl Qasimini Azərbaycana səfərə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirən Şeyxə Lübna tezliklə Azərbaycana səfər edəcəyini vurğulayıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM