13:56 27 Mart 2014
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

  Son dövrlərdə Ukraynada baş verən dramatik hadisələr postsovet məkanında çoxdan davam edən və hazırkı zamanda dondurulmuş vəziyyətdə öz həllini gözləyən milli münaqişə ocaqlarında canlanmaya səbəb olmuşdur.  Xüsusən Krımın Ukraynadan ayrılaraq Rusiya tərkibinə daxil edilməsi həmin məkanda mövcud olam münaqişə tərəflərinin hər biri tərəfindən özünəməxsus şəkildə qiymətləndirilir.  Konkret olataq, Krım hadisələri ilə bağlı gündəmə gətirilən, onunla müqayisə edilən münaqişələrdən biri də Dağlıq Qarabağ münaqişəsidir.  Artıq onilliklərdir ki davam edən Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, mahiyyəti, daşıdığı missiya, müxtəlif qüvvələrin buradakı maraqları, davam etmə məntiqi və digər məsələlər artıq heç kim üçün sirr deyildir. Dünya ictimaiyyəti bu münaqişənin bütün cəhətləri və xüsusiyyətləri barəsində kifayət qədər məlumatlıdırlar. Düzdür, bu aydınlıq heç də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında arxayınlıq yaratmamalıdır. Belə ki, hər addımda bu həqiqətlərin təhrif edilməsi, faktların saxtalaşdırılmasına edilən cəhdlər göz qabağındadır. Bu cəhdlərin məqsədləri də bəllidir. Onların hər an diqqətdə saxlanılması və ifşa edilməsi Azərbaycan mütəxəssislərinin borcudur.

Artıq adət etmişik ki, Azərbaycanın xəritəsi  “səhfən”  qüsurlarla çap olunur, bu və ya digər mənbədə Qarabağla bağlı müxtəlif xarakterli materiallar  erməniləşdirilir.  Qarabağ münaqişəsinin həllində Azərbaycan üçün qəbuledilməz olan variantlar yeganə mümkün variant kimi təlqin olunur.  Çox kobud və açıq-aşkar şəkildə edilən bu saxtalaşdırmaların arxasında hansı maraqların dayandığını görməmək mümkün deyildir.

Ermənilər Krımda və Kosovoda həyata keçirilmiş siyasətin Dağlıq Qarabağda da tətbiq olunmasına ümid edir, bu hadisələri müqayisə edirlər. Lakin onların öz yazılarından da buna o qədər də ümid etmədikləri aydın olur. Onlar özləri də başa düşürlər ki, Qarabağ münaqişəsi başladığı gündən region dövlətlərinə təzyiq vasitəsi kimi törədilmişdi və onun bu və ya digər tərəfin xeyrinə həll edilməsi onun yaradıcılarının məqsədlərinə və taktiki planlarına uyğun deyildir. Dağlıq Qarabağın Krım nümunəsində tanınması isə erməni təbliğatçılarının əlində öz xalqını aldatmaq vasitəsindən başqa bir şey deyildir.

Rusiyanın siyasi dairələrində son vaxtlar səslənən fikir – Dağlıq Qarabağin  Rusiya Federasiyasına birləşdirilməsi ilə bu münaqişənin sona çatdırılması – baş qatmaq, diqqət yayındırmaq cəhdindən başqa bir şey deyildir. Rusiya siyasi həyatında qeyri ciddi hərəkətləri və fikirləri ilə seçilən şəxslər tərəfindən bu cür ideyaların səslənməsi müəyyən əhvali-ruhiyyəni ifadə etsə də, ciddi qəbul edilmir. Rusiya Dövlət Dumasının sədrinin müavini V.Jirinovskinin  Azərbaycan xalqı haqqında sərsəmləmələri, Qağlıq Qarabağın Rusiyaya birləşdirilməsi təklifləri bu qəbildəndir.

         Minsk Qrupunun  amerikalı həmsədri Geyms Uarlikin öz tvitter bloqunda münaqişə tərəflərini qarışıq salması əslində səhv deyildir, həmin şəxsin və təmsil etdiyi siyasi qrupların Azərbaycana münasibətdə tutduğu qərəzli mövqeyin büruzə verilməsidir. Bu fakt onların həyata keçirdikləri müssiyada gizli məqsədlərini ortaya qoyur və onun və təmsil etdiyi dövlətin bu qrupda təmsil olunmağa mənəvi haqqının olub-olmamasını gündəmə gətirir. Eyni zamanda bu, Azərbaycan tərəfinə reallıqları nəzərə almağın , dostunu-düşmənini daha yaxşı tanımağın vacibliyini bir daha təsdiq edir.   


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
24.09.2018 Neft bahalaşıb
23-09-2018
23.09.2018 Bakıda yanğın
23.09.2018 Faktiki hava

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.9598 san