11:05 01 Aprel 2014
8453 dəfə oxunub
Çap versiyası

Hörmətli redaksiya, yaxud da sayt!

Salam. Sizə yazmaq istəməzdim. Çünki biz tərəflərdə yazı yazana boşboğaz deyirlər. Düzdür dostlarımla birlikdə asfallt üzərində maşının təkərləriylə “yazmağı”, ilan şəkli çəkməyi sevirik. Amma bu yazmaq siz yazdığınızdan deyil. Sizin kimi yazana jurnalist deyirlər, bizim kimi “yazan”ları isə xalq arasında qaqulya, qaqaş çağırırlar.

Bizdə saymaq prestij sayılır. Yox, sevinib atdanıb düşməyin. O saymaqdan demirəm. Nə qədər yazsanız da sizi saymayacağıq. Mən pul saymağı deyirəm. Allah sizə də qismət eləsin, çox gözəl şeydir. Təzə Amerikan dollarının rulonunun plyonkasını cırırsan, ətri götürür aləmi. Ən bahalı Kuba siqarı kimi burnuvun altından o yana, bu yana keçirib dərindən nəfəs alırsan. Dolların ətri gedir-gedir dolur ciyərlərinə. Oxxayy... Bütün nə xəstəliyin, dərdin var hamısı çıxır çanından. Eləmirsən tənbəllik başlayırsan saymağa. Pulsayan maşınla yox. Ona etibar eləmək olmaz. Əllə. Baş barmağını dilində tüpürcəkləyib saymadın, day nə ləzzəti? Bir paçka sayırsan. Barmaqlarına baxırsan. İki paçka sayırsan. Barmaqlarına baxırsan. Bir də görürsən ki, barmaqların, əllərinin içi qapqaradır. Dilin də o cümlədən. Dilimdəki pul ləkəsi yavaş-yavaş keçir qanıma. Ordanda damarlar, kapilyarlar vasitəsilə bütün bədənimə yayılır, hüceyrələrimə hopur.

Sonra qar kimi ağ köynəyini geyinib çıxırsan şəhərə. Əlini də hərdən sürtürsən üstünə. Qarası yaxılır köynəyinə. Kim ki,  “buna bax e, nə pintidir e... çirkli köynək geyinib” desə bil ki, kasıb-kusubdur, o nə bilir pul ləkəsi nədir? Belələri ancaq vicdan, qan, yağ, namus ləkəsi nə olduğunu bilərlər. Jurnalistlər isə mürəkkəb ləkəsindən başqa bir şey anlamırlar. Qələmlərini mürəkkəbə batırıb üstümüzə sıçradırlar ki, ləkəsinlər bizi. Amma yenə alınmır. İyirmi-otuz dollar paçkası sayıram, sonra da üstümə sürtürəm. Pul ləkəsi elə silirki mürəkkəb ləkəsini, izi-tozu da qalmır. Pul ləkəsi namus ləkəsini də, qan ləkəsini də elə rahat aparır.

 Nəsə çox haşiyə çıxdım. Harda qaldım? Hə, pul ləkəsində. Kim ki, bu ləkəni tanıyır, deməli bizimkilərdəndir. İndi pul ləkəsini tanımayanlar, sual verəcəksiniz ki, ay vəzifəli balası, bəs bezmirsən dollar saymaqdan? Bezirəm. Niyə bezmirəm ki... Elə bilirsiniz insan deyiləm? Mən də insanam. Başa düşürəm ki, insan hər gün kabab, plov yeyə bilməz. Yeknəsəqlik biz varlıları da məhvə apara bilər.

Ona görə də hərdən “ağzımın dadını” dəyişdirirəm. Atama deyirəm ki, mənə manat gətir. Keçirəm manat saymağa. Manatdan bezəndə Avro sayıram. Funt sterlinq də pis deyil. Amma nə deyirsiniz deyin dolların yerin vermir. Necə başa salım sizi ki, başa düşəsiniz, ay kasıblar. Bax toyda lap ağ balıqdan kabab ver, qara kürünü süfrəyə düz, yenə axırda nə deyəcəklər? “Yeməklərin şahı, zəfəranlı, ətirli plov gəlir”. Bax dollar da plov kimi şeydir. Pulların şahıdır, ətirlidir. O gün bir kasıb nə desə yaxşıdır? Deyir ki, siz varlıların pulunu balta da kəsmir. Əsəbləşib gəldim evə. Bir dollar paçkasını qoydum kötüyə. Baltanı götürüb vurdum. Xırt iki yerə böldü. İkinci paçkanı da qoydum. Vurdum. Bunu da kəsdi. On dənə paçkanı beləcə zay etdim. Hirslənib gedib tutdum qurumsağı ki, ə...məni dolamısan? Deyirsən ki, varlıların pulunu balta kəsmir. Necə yəni kəsmir? Kəsdi, axı... Nə desə yaxşıdır? “Mən çaşdım. El misalında deyilir ki, “filankəsin pulunu balta kəsmir”. Bilməmişəm “varlıların pulunu balta kəsmir” demişəm” Dedim ki, ay axmaq, sənin bir səhvinə görə 100 min göyü havaya sovurmuşam e... o söz siz kasıblar üçün deyilib e... yəni ki, pulu balta kəsmir. Sizin də pulunuz yox. Olmayan şeyi balta necə kəssin?

Nə isə yorulmuşam bu kasıb-kusubu başa salmaqdan ki, atamın, mənim pulumu saymasınlar. Ara yerdə də yüz min dolları belə xarab elədim. Eybi yox, kasıba qadağa, başıma sadaqa.

 İndi də siz jurnalistlər yığmısınız məni boğaza. Gah saatımı göstərirsiniz, gah maşınımı, gah da villamı. O saatdan 28 Maydakı keçiddə bilirsiniz nə qədərdir? Özü də 5 manata. Kitayski. O otuz-qırx minlik saatı taxım sən jurnalistin qoluna, iki ay bütün müqəddəslərə and içsən də inanmayacaqlar ki, bu qədər qiyməti var. Amma beş manatlıq Kitayski saatı tax mənim qoluma, o saat bütün saytlar çar cəkəcək ki, şvetsarskidir. Özü də yedinka. Xüsusi olaraq mənümçün istehsal olunub. Çünki mən qiymətli adamam. Saat məni yox, mən saatı qiymətə mindirirəm.

Nəsə çox çərənlədim. Yazmaqda məqsədim başqa idi, gör nələri də açdım dedim. Hörmətli jurnalistlər. Çox xahiş edirəm, nəyi yazırsınız yazın. Bircə maşınlarıma toxunmayın. Yandırıb-tökməyin məni. Kasıbın gözündə tiri qoyub, varlının gözündə çöp axtarmayın. Maşınlarımızın Feysbukdakı  şəkillərini hər dəfə çap edəndə xəcalətimdən yerə girirəm. Qiyməti bir yana, motorun gücünü yazanda voobşe məhv oluram. Bir ay camaat arasına çıxa bilmirəm xəcalətimdən. Vallah siz jurnalistlər dəhşətsiniz. Siz maşın görməmisiniz. Siz motor görməmisiniz. Heyf ki, yüz dənə xəstəliyim var. Yoxsa sizə elə maşınlar, elə motor gücləri, elə zmeykalar göstərərdim ki?

Qonşumuzda yoluğun, kasıbın biri var. O gün baxıram feysbuka nə yazsa yaxşıdır. Deyir ki, əsgərliyə gələn kimi bir dənə tank alıb qoyublar altına. Motorun da gücü 1500 at gücü. Asfalta çıxanda asfaltı dağıdır. Bir dənə qazı basanda motorun xorultusuna dağ-daş tərpənir. Qulaqları səsdən deşilməsin deyə xüsusi papaq da qoyurlar.  Dərə-təpə nədi bilmir. Zmeykanın biri bir qəpik. QAİ də yox, VAİ də. Üç dost oturub sürürlər özləriyçün. Şəklin də çəkib qoyub feysə. Altında da nə yazsa yaxşıdır? “Bununla yüz ermənini birdən əzərəm, heç uf da demərəm”. Ay jurnalistlər, bəs buna niyə susursunuz? Mənim incə-mincə Hammerimə tank deyirsiniz, amma qonşunun tankını gözünüz görmür. Bir azərbaycanlını maşınla basıb qol-qıçını sındıranda, ya o dünyalıq edəndə bizi günün qəhrəmanı edirsiniz. Atamızı işdən çıxartdırırsınız. Yüz ermənini birdən maşınının altına basıb öldürmək istəyəni gözünüz də görmür. 500 min dollara maşın gətirdəndə bütün aləmə car çəkirsiniz. Bilirsinizmi, tank necəyədir? Quqla girib maraqlanmışam. “Abrams” tankı M1A2 model, ili 1999, özü də sadə salon -  düz 6 milyon 200 min dollar. İndi özünüz sual verin kasıb qonşumun harda idi pulu ki, tankı alıb qoya altına. Hökumət havayı verib. Mən yatsam yuxumda da görmərəm. Özü də yazır ki, hər şeyimiz havayıdır – yeməyimiz də, geyimimiz də. Supları yaman tərifləyir. Mən isə külbaş  supun bir boşqabına restoranda 70 manat pul ödəyirəm.

Nə isə, ay jurnalistlər, yazanda  kasıb qonşumdan da yazın. Bizdən yazmaq istəsəniz, mənim bu iki misramı əlavə etməyi unutmayın:

Biz varlılar da onlardan biri

Qaqulya, “Qonşudan qalma geri”.


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-05-2018
22.05.2018 La Liqada yeni klub
22.05.2018 Neftin qiyməti
21-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.2153 san