11:46 14 İyul 2016
2810 dəfə oxunub
Çap versiyası
Rəna Mirzəzadə
Fəlsəfə elmləri doktoru

 

Azərbaycanın müasir ədəbi-bədii tarixində yenicə nəşr olunan Sona Vəliyevanın “İşıqlı Yol” epopeyası Həsən Bəy Zərdabiyə həsr olunan Möhtəşəm Abidədir. Abidələr tək daş, qranit olmur ki, ... Abidə yazılı da olur.

Hörmətli Sona xanım! Sizə belə bir sorgu ilə sordum “Ürəyinizdə yağ” qaldımı... Siz axı bu “İşıqlı Yol”da Böyük Azərbaycanımızın Böyük Tarixini vermisiniz... Mənəvi saflığımız, dinimiz, adət-ənənəmiz, həyat tərzimiz, məişətimiz, günümüz-güzəranımız, mədəniliyimiz, davranışımız, bir sözlə Azərbaycancılığımız əsərdə Qırmızı xətlə keçir. Mən Şirvanlı olsam da, Siz Kür çayını, onun sahillərini elə xarakterizə etmisiniz ki, sanki elə orada Böyümüsünüz. Əsərdə Ön planda Həsən Bəy Zərdabi şəxsiyyəti əks olunsada, onun timsalında maarifpərvər Bəylik tariximiz, mətbuat tariximiz, dövrün xüsusiyyətləri fonunda elə əks olunub ki, sanki o dövrü real yaşamısınız... Düşünürəm Sizə necə müraciət edim: yazıçı, şairə, publisist, ictimaiyyətçi Alim... Və nəhayət isə ürəyinizin qanı ilə qələmə aldığınız Azərbaycan Qadın Tarixinin işığı olan Hənifə xanım Məlikova  Varisi... Həsən Bəy Zərdabi davamçısı... və “Kaspi”nin bu gün Yeni “Kaspi”  işığı...

Zaman başqa Zaman idi... Azərbaycan hələ cəhalət, mövhumat zəmanəsində idi... elə bu zəmanədə Sona xanım baxışı ilə desək “istinin tüğyan etdiyi Bakidan uzaq Zərdabda bir işıq” yanırdı... bu işıq sonradan nəinki Azərbaycanın, həm də Şərqin oyanış çırağı olacaq Məlikovlar: Həsən Bəy və Hənifə xanım olacaqı...

Deməzdim ki, Həsən bəy Zərdabi haqqında yazılmayıb... Yazılıb... elmi monaqrafiyalar, dissertasiyalar, məqalələr və s. lakin ilk dəfədir ki, Azərbaycanın bu Böyük mütəfəkkiri haqqında belə geniş həcmli Roman, hətta deyərdim ssenari – epopeya yazılır. Sona Vəliyeva yaradıcılığı orta nəsil nümayəndələrinə yaxşı bəllidir. Özü ixtisasça filoloq, Azərbaycançılıq ideologiyası sahəsində kitablar müəllifi, multukultural ənənələrin təhlilini aparan məqalələrin araşdırmaçısı, eyni zamanda  ədəbi-fəlsəfi tənqidi yazıları ilə tanınan ictimaiyyətçi Alimdir. Bu gün isə tarixləşən bir missiya ilə daha da İşıqlı bir Yol aparır – “Kaspi”ənənələrini yenidən davam etdirir. Sona Vəliyeva missiyası İşıqlı bir Yola – Böyük Heydər Əliyevin Azərbaycancılıq ideologiyasının məntiqi, elmi və əsasən də maarifləndirmə istiqamətində öyrənilməsinə yönəlibdir. Dövlətçi, Vətənkeş, Zəhmətsevər Sona Vəliyeva “Kaspi”ni yenidən yaşadarkən Azərbaycançılıq ideyasının da məlumatlandırma, elmi bazasına dəstək yaratdı. Məhz bu nöqteyi-nəzərdən də “İşıqlı Yol” roman, sənədli xronika olmaqla yanaşı, həm də ssenari məzmunludur.

Sona Vəliyevanın “İşıqlı Yol” əsəri bu gün Prezident İlham Əliyevin də siyasətində önəmlı xətt daşıyan multukulturalizm həyat tərzinə layiqli töhfədir.

Romanda bir işıq Var – Sanki Sona Xanım XIX əsrin ortası XX-ci əsrin əvvəlində o zəmanəni görüb və hətta bu Şərurlu Xanım Aran Zərdabda, Kür qırağindadır və əlində bir “işıq” o dövrü işıqlandırır. Elmin, maarifin dirçəliş yeri olan Tbilisinin qaynar həyatını, Qızlar giminaziyasını elə təsvir edib ki, sanki özü də orada təhsil alıb... Keçmiş Bakının həyatı, məişəti, eləcə də “ağcaqanadların bol olduğu” Kür qırağı Zərdabın təbiət mənzərəsini elə “çəkir” ki, sanki illərlə orada yaşayanlardan biridir...

Bu məhz Yazar təxəyyülü Yox, Yazarın geniş informatik, dəqiq məlumatlılığı, həmçinin də Azərbaycanın müxtəlif  bölgələrinin sosial yaşam tərzini bilməsidir. Çünki əsərdəki dəqiq yanaşmalar iradi təxəyyülə deyil, faktiki Azərbaycan tarixi reallıqlarına söykənir. Sona Vəliyeva bu romanda Azərbaycan tarixini, Azərbaycanın o dövr xarici, daxili ictimai-siyasi reallıqlarını bir tarixçi-filoloq, bir coğrafiyaşünas - ədib, bir politoloq – ictimaiyyatçı kimi araşdırmışdır. “İşıqlı Yol” ədəbi romandır, həm də bir elmi-ədəbi-bədii-fəlsəfi tədqiqatdır.

Əsər Həsən Bəy Zərdabiyə, Hənifə Xanım Məlikova timsalında Azərbaycançılıq ideyasına həsr edilən bir Tarixi Sənəddir. Bu Tarixdə bütövlükdə sanki günümüzün də reallıqları paralellikdə açıqlanır. Bir sözlə, əsər Azərbaycan ictimai mühitinə gənclərə, məktəblilərə, tələbələrə bir Dərslik müntəxəbatdır.

Sona Vəliyeva Azərbaycanımızı Böyük məhəbbətlə, yanğılı bir Qadın istəyilə, Ürəyinin qanı ilə “İşıqlı Yolda” İşıq olaraq işıqlandırmışdır. Fikrimi Ulu Öndər Heydər Əliyevin sözləri ilə bitirmək istərdim. “Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur”.

Yolumuz işıqlı Sona xanım, Azərbaycanımızın Yolu işıqlı olsun!


Müəllifin digər yazıları

  1. Mədəniyyət qitəsində yeni “Avromədənisizlik”
  2. Akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” əsəri siyasi-fəlsəfi paradiqmadır
  3. “İşıqlı yol”un İşıq Yolçusu
  4. Professor Əli Həsənov təhlilində “Azərbaycanın geosiyasi kodu” milli siyasətşünaslıq elmində yeni nəzəri baxışdır
  5. Azərbaycan Elminin Yeni Konseptual Hədəfləri: Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyində məruzəsi Elmdə yeni siyasi fəlsəfi baxışdır
  6. Antalya sammiti – G20-də Prezident İlham Əliyevin Yeni Çağırışları
  7. Seçkilər... və ya QADIN SİYASƏTDƏ
  8. İctimai nəzarət: sosial-hüquqi baxış
  9. AVROPA OYUNLARI - ilin idman hadisəsi: hədəflər, məqsəd və nəticə
  10. Soyqırım və Genosid cinayətinə beynəlxalq hüquqi və siyasi baxış
  11. Azərbaycan Dövlətçilik İnstitutunun Siyasi –Hüquqi Abidəsi
  12. Modern İnqilab, Qlobalizm və Milli İdeya
  13. Heydər Əliyev strateqiyasında vətəndaş cəmiyyəti
  14. ZORAKILIQ... QANUNLAR... CİNAYƏTLƏR...
  15. Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” əsəri - siyasətşünaslıq elminə yeni töhfədir
  16. Aida İmanquliyeva fəlsəfəsində qadın hüquqları və gender multikulturallığı
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6653 san