08:28 02 Aprel 2014
9483 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

Krım tatarlarının "Millət" qəzetinin (1917-1920) müxbirlərindən biri olan azərbaycanlı Yusif  Vəzirovun kölgədə qalan yazıları

  Görkəmli söz ustası Yusif Vəzir Çəmənzəminli  (1887-1943) Ukraynada ali təhsil alarkən rus və Azərbaycan dillərində mətbuatda bir sıra yazılarla  cıxış etmiş, ədəbiyyat  və  ictimai fikir tariximizdə  özünəməxsus yer tutmuşdur. Bu, bir tərəfdən ədəbi ictimai fəallıq, digər tərəfdən isə kasıb həyat tərzini yaxşılaşdırmaq kimi qiymətləndirilə bilər.
 Yusif Vəzirov Şuşada rüşdiyyə məktəbini bitirdikdn sonra Bakıya gəlmiş, vaxtilə H.Məlikov-Zərdabinin müəllimlik etdiyi Bakı Real Məktəbinə daxil olmuşdur. O,1909-cu ildə Bakı Real Məktəbini qurtarıb, ali təhsil almaq məqsədilə Peterburqa yola düşür. Lakin son məqamda riyaziyyat fənninin qorxusundan   fikrini dəyişir, bir ildən sonra Kiyev Universitetinin hüquq fakültəsinə daxil olur. Müharibə şəraitinə görə bir müddətdən sonra  Kiyev Universitetini  çəbhə bölgəsindən uzağa -Saratov şəhərinə köçürürlər. Yusif Vəzirov  1915-ci ildə Kiyev Universitetini Saratov şəhərində qurtarır və bu şəhərdə öz ixtisası üzrə işə düzəlir. Saratovdakı ağır həyat tərzinə,əmək haqqının azlığına görə Y.Vəzirov  Kiyevə qayıdır.O,  burada "Zemstvo" təşkilatına daxil olur və cəbhəyə gedir. Y.Vəzirov  bir müddətdən sonra cəbhədən yenidən  Kiyevə qayıdır, burada  azərbaycanlı gəncləri ətrafına toplayıb, cəmiyyət yaradır. O, Azərbaycan  Demokratik Cümhuriyyətinin Ukraynadakı nümayəndəsi təyin olunur. 1918-ci ildə  Kiyevdə  vətəndaş qarşıdurması yarananda Y.Vəzirov  Simferopola köçür  və burada Ədliyyə Nazirliyində hüquq məsləhətçisi vəzifəsinə işə düzəlir. Y.Vəzirov 1917-ci iliyunun 27-də tatar dilində  nəşr olunmağa başlayan  "Millət" qəzetində əməkdaşlığa başlayır.  "Millət" qəzetinin biblioqrafik göstəricilərinə əsasən demək olar ki, Y.Vəzirovun burada  30-a yaxın məqaləsi,elmi səciyyəli yazıları, silsilə felyetonları (qəzetin 2-civə 3-cü səhifələrində ictimai-siyasi mövzulara aid yazıları )çap olunmuşdur.

   "Millət" qəzeti haqqında qısa arayış. 

    İlk nömrəsi 20 ramazan 1335-ci ildə( miladi tarixlə 27 iyun 1917-ci ildə nəşr olunmuşdur. 1917-ci ildə qəzetin 140 nömrəsi  çap olunmuşdur.Əksər nömrələri
4 səhifəlikdir. Arxivlərdə 1917-ci ilə aid 24-cü nömrə hələlik tapılmamışdır.  Nəşr ardıcıllığına görə bu nömrənin ya iyulun 28- də , ya da 29-da   çıxdığını söyləmək olar. 1917-c- ilə aid son nömrə dekabrın 30-da çıxmışdır.

   1918 -ci ildə  "Millət" qəzetinin  183 nömrəsi işıq üzü görmüşdür. Bu nömrələrin müəyyən sayları itmişdir ki, bu da müasir tədqiqatçıların  işini xeyli çətinləşdirmişdir.
   1919-cu ildə qəzetin 77 nömrəsi çıxmışdır.
    Arxivlərdə  "Millət" qəzetinin 1920-ci ilə aid  30-a yaxın nömrəsi vardır. Beləliklə, 4 il ərzində "Millət" qəzetinin  430-dan artıq nömrəsi türkdilli oxuculara ünvanlanmışdır.
    1917-1919-cu illərdə qəzetə naşir və yazıçı Əli Səbri Eyvazov,sonralar isə O.Murasov, A.Özənbaşlı  və  A. Lətifzadə  rəhbərlik etmişlər.
   "Millət" qəzeti cümə və bayram günləri ertəsindən  başqa hər gün çıxan siyasi, ictimai,iqtisadi və ədəbi milli  qəzetdir. Redaksiya Teatr döngəsində (dalanında) idi. Qəzet "Millət" tipoqrafiyasında çap olunurdu. Qəzetin illik abunə qiyməti 14 rubl, 6 ayığı  8 rubl,3 aylığı-5 rubl, 1 aylığı isə -1rubl  75  qəpik idi.
   "Millət" qəzetinin hürufatı sifariş verilərək İstanbuldan gətirilmişdi.
   Maraqlı olmaqdan ötrü ilk nömrədəki bəzi yazıları oxucuların diqqətinə çatdırırıq.
    Birinci nömrə  redaktor Ə.S.Eyvazovun "Tutduğumuz yol" adlı   özünütanıtma  baş  məqaləsi ilə açılır: "Bu gün Kırım yarımadasının  siyasi mərkəsi olan Ağməsciddə  "Millət" namilə  asmağa müvəfəq olduğumuz  bayrağın  üzərində möhtərəm şairimiz Fikrətin (türk şairi Tofiq Fikrət-N.N.) şu sğzləri yazılmışdır:

 Millət yolu,həqq yoludur tutduğumuz yol!...".

 Cəfər Seyid Əhmədin   "Millətə" yazısı  bu cümlə ilə başlayır:" Millət" bu gün millətin həqqini, səadətini müdafiə edə  bilmək məqsədilə siyasət dünyasına çığıyor"
  "Mazidən istiqlalə toğru" yazısının müəllifi Məhəmməd Rüfətovdur.
  Qəzetin ən fəal müxbirlərindən biri olan Məhəmməd  Kirmənçiklinin  "Son söz" adlı  10 bəndlik şeiri redaksiyanın xüsusi qeydi ilə verilmişdir:"Bu şeir Ağməsciddə və Bağçasarayda  yayılmış tatar milli  aqşamlarında  şair  Cəmil Əfəndi tərəfindən  oqulamış və millətin şiddətli  alqışlarına  məzhər   ( təcəssüm-N.N.)    olmuşdur".
  Qəzetin 3-cü səhifəsində  müxtəlif yerlərdən alınmış xəbərlər  yerləşdirilmişdir.
   4-cü səhifə bütöv şəkildə  VƏQFLƏR İDARƏSİNİN RƏİSİ Cəfər Seyid Əhmədin sərlövhəsi  rus   qrafiksı ilə yazılmış " ЗАЕМЪ СВОБОДЫ"(Hürriyyət istiqrazı) adlı yazısına həsr edilmişdir.

   "Millət" qəzetində bizim üçün ən maraqlı  səhifələr Yusif Vəzirovla ilgili  olanlardır.
 
     Yusif  Vəzirovun "Millət"dəki ilk yazısı "Millətə doğru"adı ilə verilmiş silsiləli yazıdır. Silsilənin ilk yazısı  1918-ci il iyunun 6-da (N39), ikncisi iyunun 9-da (N41), dördüncüsü iyunun 12-də( N 44)çap olunmuşdur. Silsilənin 3-cü ləçəyi  arxivlərdə hələ ki yoxdur.
    Yusif Vəzirovun "Ərzaq məsələsi" məqaləsi  "Millət" qəzetinin 24 iyun 1918-ci ildəki 54-cü nömrəsində dərc  olunmuşdur.Bizə elə gəlir ki, bu məqalə də  silsiləli məqalədir.Çox güman ki, qəzetin itib batmış nömrələrində bu yazının  digər silsilə halqaları vardır.
  31 yaşlı  gənc hüquqşünasın "Millət üçün" silsilə yazısı qəzetin üç nömrəsində dərc olunmuşdur(N81,2 avqust, 1918; N83, 5 avqust 1918-ci il; N 84,  6 avqust 1918.-ci il).
   Yusif Vəzirovun  "Millət"dəki məqalələrini bizə məlum olan ardıcıllıqla sadalayırıq.
   "Böyük hastalik"-N 99, 100,101.
    "Milli aqşamlar"- N 102,27 avqust 1918-ci il.  Bu yazının davamı "Millət "qəzetinin 30 avqust tarixli 105-ci  nömrəsində çap olunmuşdur.
    Yusif Vəzirov  "Bakı qurtuldu" adlı yazısını  qəzetin  29 avqust 1918-ci il tarixli  nömrəsində çap etdirmişdir. Müəllif bu yazısını "Y" imzası ilə çap etdirmişdir.
    Yusif  Vəzirovun  "Millət" qəzetinin 3 sentyabr 1918-ci il tarixli 108-ci nömrəsindəki məqaləsi "Hesabat" adlanır.
    "Azərbaycan və azərbaycanlılar" məqaləsi Yusif Vəzirovun "bəy" titulu ilə dərc etdirdiyi silsilə məqalələrindəndir. "Yusif-bek Vezirov" imzası ilə çap olunan bu  silsilə-məqalə  5 hissədən ibarətdir:
     1) N     111   (06.09.1918)
     2) N     113   (09.09.1918)
     3) N     114   (10.091918)
     4) N     115  (11.09.1918)
     5) N     116  (12.09.1918)

 Yusif Vəzirov "Şeir" adlı məqaləsini   qəzetin 13.09.1918-ci il tarixli 117-ci nömrəsində çap etdirmişdir.
 Yusif Vəzirovun "Haq səs" məqaləsi eyni adlı qəzetin nəşrə başlaması ilə ilgilidir.(08.12.1918-ci ilin dekabrında yazılmışdır.(N171,   11.12.1918-ci il;  
  N176,     18.12.1918-ci il ).


   1919-cu  ilin yanvarında  "Millət" qəzetində  Yusif Vəzirovun  3 yazısı ilə rastlaşırıq. 
     1) N 6  -    06.01.1918,- "Əsgər məsələsi"
     2) N 7      -07.01.1918-  "Rusiya və  müttəfiqlər"
     3) N 8       09.01.1919-  "Ədliyyə müdirliyində islahat"


1918-ci ilin fevralın əvvəllərində Yusif Vəzirov yenə də bəy qüruru ilə əsərlər yazmağa başlayır. O, bu mövzuda yazdığı bütün əsərlərini "Yusif  bəy Vəzirov"imzası ilə yazır.
       1)Litvaniya tatarları.Felyeton  (ictimai mövzu-N.N.)-03.02.1919, N28
       2)Litvaniya tatarları ( davamı) 05.02.1919, N29
       3)Litvaniya tatarları   (davamı)   06.02.1919, N30
       4)Litvaniya  tatarları  (davamı)  07.02.1919, N31
       5)Litvaniya tatarları   (davamı)  16.02.1919, N 38.


 "Millət" qəzetinin 40-ci -   (18.02.1919-cu il);   
                                41 ci  -  ( 19.02.1919-cu il);
                                42-ci -  (20.02.1919-cu il)-nömrələrində də bu mövzu davam etdirilmişdir.

   Yusif Vəzirovun "Millət" qəzetindəki  sonuncu məqaləsi 1919-cu il  fevralın 28-də   (N 48)  "Y.V" imzası ilə   çap etdirdiyi "Peroqor komandanının əmri"dir.

  
     "Millət" qəzeti  ilə tanışlıqdan sonra , inanmaq olur ki, qəzetin bütün   nömrələrinin  diqqətli və elmi təhlili nəticəsində  bir sıra maraqlı materiallar üzə çıxacaqdır.

   
  
                                                       Ədəbiyyat siyahısı

1."Millət" qəzeti,1917-1920-ci illərə aid  nömrələr.   

2.Yusif Vəzir Çəmənzəminli.Ə.sərləri,     I  cild.  Bakı,1966.

3.Yusif Vəzir Çəmənzəminli.  Müstəqilliyimizi istəyiriksə...Bakı,1994.


Müəllifin digər yazıları

  1. Atamın türkdilli məktubları
  2. PARLAMENTİN TAVANI NİYƏ UÇDU?
  3. Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü- Mustafa Hacı Musa oğlu Mahmudov
  4. Yüksək məfkurəvi söz ustası - Sultan Məcid Qənizadə (1866-1937)
  5. Bu dünyanın qızıl günü
  6. Qafur Rəşad Mirzəzadə fenomeni
  7. Papaq və qalstuk məsələsi
  8. Görkəmli türkoloq və füzulişünas alim Samət Əlizadənin əlyazması tapıldı
  9. Akademiklər,Sİzlər əruzu bilirsinizmi?
  10. Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?
  11. Atamın şəkli
  12. Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitab
  13. "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnal yazısı
  14. "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər
  15. Atamın müəllimi Cəmo bəy Cəbrayılbəyli və onun "Cəmo C" təxəllüsü ilə yazdığı şeirlərindən biri - "Sənsən"
  16. Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910) və Azərbaycan
  17. "Dırnaq"dan "mötərizat"a və yaxud...
  18. Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun 366 yarpaqlı 2018-ci il təqvimi çap ediləcəkmi...
  19. Qara qoçun nağılı
  20. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki...
  21. Yenə də "Türkische Lesestoffe....Leipziq. 1916" türkdilli latın qrafikalı kitabından söz açırıq ki, bilməyənlər də nəyisə bilsinlər
  22. Avropa da, Amerika da türk atalar sözlərini oxuyur
  23. Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi
  24. Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri
  25. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsinin əsas müəllifi kimdir?
  26. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım haqqında nə bilirik?
  27. Tarixçilərimizin dərsliklərdə jurnal adı ilə öyrətdikləri "İŞIQ" QƏZETİ (1911-1912)
  28. Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova (1820-1893) hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətlər
  29. Türk dostumun təhsil nazirimizə göndərdiyi bir məktub və yaxud...
  30. Öyüdlərim, pəndlərim, nəsihətlərim....
  31. Ortaq türk dilləri ədəbiyyatı müntəxəbatına layiq uğurlu poetik nümunələr və yaxud...
  32. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  33. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  34. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  35. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  36. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  37. Nüktələr və nöqtələr....
  38. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  39. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  40. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  41. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  42. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  43. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  44. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  45. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  46. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  47. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  48. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  49. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  50. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  51. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  52. Bağışla, bağışla, bağışla bizi
  53. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  54. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  55. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  56. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  57. Bizə ən gərəkli - Fil hesabatı
  58. “Bağçasaraydan göndərilən məktub”
  59. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  60. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  61. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  62. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  63. Doğma yurdun qış lövhələri...
  64. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  65. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  66. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  67. Hamıya dostam mən,bir qardaşam mən
  68. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  69. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  70. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  71. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  72. Söz sözü çəkər, əgər sözün közü varsa
  73. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  74. Müəllim olanda da yaxşı müəllim olun
  75. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  76. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  77. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  78. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  79. Ay Allah bəndəsi, niyə yazıqsan?
  80. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  81. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  82. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  83. Təbrizdən kənd məktubları
  84. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  85. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  86. Dünya yaman dünyadır
  87. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  88. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  89. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  90. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  91. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  92. Sözgəlişi, ola bilər düzəlişi...
  93. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  94. Bu Dünya- Şirin Dünya.....
  95. Göz görür,ağıl kəsir....
  96. Tərcüməsiz başa düşülən tatar bayatıları
  97. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  98. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  99. Mənim nəğməli bibim - Foto
  100. Sən yazmasan,mən yazaram
  101. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  102. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  103. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  104. Qulam Məmmədli-120
  105. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  106. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  107. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  108. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  109. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  110. Bu tarix ki var, qəliz məsələ imiş......
  111. SÖZ KİMİNDİR?
  112. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  113. Mənim dualarım
  114. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  115. Təzadlar, ay təzadlar....
  116. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  117. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  118. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  119. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  120. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  121. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  122. Testdən qəsdən danışmırıq
  123. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  124. Dərsliklərimizin halı və vəziyyəti
  125. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  126. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  127. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  128. Hırsızın gözü əlyazmalara düşdü
  129. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  130. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  131. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  132. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  133. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  134. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  135. Hacı Səid Əfəndi Ünsizadə-191
  136. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  137. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  138. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  139. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  140. Bir daha Ünsizadələr haqqında
  141. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  142. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  143. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  144. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  145. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  146. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  147. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  148. Bizə hansı elmlər lazımdır və yaxud ...
  149. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  150. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  151. Soyqırımı günündə dostumu itirmişəm
  152. Bu yaz bir başqa yazdır
  153. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  154. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  155. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  156. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  157. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  158. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  159. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  160. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  161. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  162. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  163. Dərgahdan başlanan yol
  164. Fikrin ifadə formalarından biri
  165. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  166. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  167. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  168. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  169. Təhsil tariximizin maraqlı səhifələri
  170. Təhsil tariximizdən maraqlı səhifələri
  171. Akademiklərin cərgəsindəki müəllim
  172. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  173. Mübarizə bu gün də var,sabah da...
  174. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  175. "Əkinçi" qəzeti-140
  176. Mustafanın Çanakkala məktubu
  177. Məktəbdə elm və texnologiya həftəsi
  178. Mübarizə bu gün də var, yarın da....
  179. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  180. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  181. Yazımızın tarixi-özümüzün tarixi
  182. Fikrət Sadıq -Dədə Qorqud
  183. Tədqiqatçı öz fikrində israrlıdır
  184. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  185. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  186. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  187. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  188. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  189. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  190. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  191. "Bağçasaraydan göndərilən məktub"
  192. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  193. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  194. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  195. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  196. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  197. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  198. Abdulla Şaiqin uşaq bağçası
  199. "Ziya"nın biblioqrafiyası
  200. Kasıblığın üzü qara olsun
  201. Bu gün M.Ə.Sabirin ad günüdür
  202. Keçən günə gün çatarmı ... - Fotolar
  203. Elmə yönələn yolun başlanğıcı - FOTO
  204. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  205. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  206. Ucundadır dilimin həqiqətin böyüyü ...
  207. İlk hesab dərsliyimiz
  208. Yusif Vəzirovun kölgədə qalan yazıları
  209. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  210. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  211. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  212. Dərslik, dərslik, yenə də dərslik...
  213. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  214. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  215. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  216. "ZİYA"lı ziyalı - Foto
  217. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-05-2018
21.05.2018 Neft bahalaşdı
20-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.6233 san