11:19 17 İyul 2016
4140 dəfə oxunub
Çap versiyası
Cavanşir Feyziyev
Fəlsəfə doktoru, millət vəkili

 

Son illərdə Türkiyədə baş verən olaylar türk cəmiyyətində artıq xroniki hal almış davamlı həyacan mühiti yaratmışdı. AKP hökumətinin ölkədaxili siyasəti cəmiyyətin bəzi təbəqələri tərəfindən anlaşılmır, hökumət tərəfindən həyata keçiriləndəyişikliklər birmənalı qarşılanmır, mövcud hakimiyyət daxilində yer alan gizli mübarizə zaman-zaman aşkara çıxaraq cəmiyyətdə çaşqınlıq və qeyri-müəyyənlik yaradırdı. Avropa Birliyi ilə Türkiyə arasında yaranan mübahisələr, qonşu olkələrlə qarşılıqlı münasibətlərin get-gedə pisləşməsindən doğan siyasi gərginlik, RKK və YPG silahlılarının fəallaşması fonunda ölkə daxilində baş verən terror hadisələrinin intensivləşməsi bütövlükdə türk cəmiyyətində siyasi gərginliyin pik həddə çatdığını göstərirdi.

Hələ bir neçə il əvvəl dövlət rəsmiləri hakimiyyət strukturlarında “paralel qurum”un mövcudluğunu gündəmə gətirir və bunun Türkiyədə demokratiya və insan haqlarının təmin edilməsi işinə təhlükə yaratdığı haqqında fikirlər səsləndirirdilər. Siyasi və hərbi elitanın içərisində gizli fəaliyyət göstərən “paralel qurum” təmsilçilərinin vaxtaşırı ifşa olunması, onların təsirini neytrallaşdırmaq üçün həyata keçirilən kütləvi həbslər və bütün bu hadisələrin doğurduğu siyasi qarşıdurmalar artıq cəmiyyətin ciddi bir təhlükə qarşısında dayandığını göstərirdi. Ölkənin hüdudlarından kənarda lövbər salmış siyası rəqiblərin də belə bir mürəkkəb ictimai-siyasi vəziyyətdən hər an faydalanmaq arzusu, dövlətlərarası siyasi münasibətlərin gərginləşdiyi, İsrail və Rusiya hakimiyyətlərinin Türkiyə siyasi elitasına qarşı təzyiqləri siyasi hakimiyyəti ələ keçirməyə çalışan “paralel yapı” təmsilçilərinin ümidlərini daha da artırırdı.

Nəhayət, 15 iyul tarixində bu gərginlik son həddə çatdı. Xarici siyasət müstəvisində, regional münaqişələrin çözülməsi prosesində dövlətin uğursuzluqlarından və ölkə daxilində hökm sürən aramsız terror təhdidlərindən yararlanmaq xülyasına uymuş bir qrup hərbiçilərin dövlətin onlara verdiyi səlahiyyətlərdən sui-istifadə etməklə, dövlətin müstəqilliyini, xalqın asayişini qorumaq üçün onlara etibar olunmuş silahları öz xalqına və bu xalqın demokratik səsvermə ilə seçdiyi hakimiyyətə qarşı çevirdilər. Bununla da, öncədən uğursuzluğa məhkum olduğu bəlli olan bu qiyamın müəllifləri sadəcə mövcud siyasi hakimiyyətə deyil, həm də türk dövlətçiliyinə və türk xalqına düşmən kəsildiklərini ortaya qoydular.

15 iyul gecə saatlarında Ankara və İstanbulda eyni zamanda hərəkətə keçən qiyamçıların hansı düşüncə ilə bu qərarı vermələri təəcüb doğurur. Dövlətçilik

ənənələrinin minilliklərə dayandığı, tarixi-mədəni irsi ilə qürur duyulduğu Türkiyə kimi möhtəşəm bir ölkədə belə bir xəyanətə əl atanların və onların uğuruna inanaların orta əsrlər düşüncəsi ilə hərəkət etdikləri göz önündədir.

Hətta orta əsrlərdən işlək və sabit irerxiya əsasında təkmilləşən və təkmilləşdikcə də modernləşən türk dövlətciliyi növbəti sınaqdan uğurla çıxdı. Türk xalqının demokratiya ənənələrinə və insan haqqlarına sadiqliyi Türkiyəyə düşmən qüvvlərin uzun illər ərzində hazırladıqları və həyata keçirməyə cəhd etdikləri məkrli planın qarşısı alındı. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın çağrışı ilə türk xalqı ayağa qalxdı. Bir an içərisində Türkiyənin bütün şəhərlərinin, xüsusilə Ankara və İstanbulun küçə və meydanlarına axışan xalq ay-ulduzlu türk bayraqlarını başı üzərinə qaldıraraq strateji əhəmiyyət kəsb edən dövlət binalarını, hava limanlarını mühasirəyə aldı. Türk xalqı, tarixdə dəfələrlə olduğu kimi, yenidən bənzərsiz bir fədəkarlıq göstərərək öz dövlətçiliyini və türk xalqının demokratiya haqqını qorumağa israrlı olduğunu göstərdi. Bir sıra dövlət binalarını mühasirəyə almış və TRT dövlət kanalını ələ keçirmiş qiyamçılar dirəniş göstərməyə cəhd etsələr də, qan rəngli türk bayrağına sarılmış türk vətəndaıları tərəfindən qan bahasına tərksilah olundular. 200-ə yaxın şəhid verildi, yüzlərlə insan yaralandı, lakin türk dövlətçiliyi, türk demokratiyası, Atatürkün miras qoyduğu Cümhuriyyətcilik dəyərləri qorundu.

Baş verənlər türk milli iradəsinin sarsılmazlığını, türk milli dövlətçiliyinin yenilməzliyini və türk insanının müasir bəşəri dəyərləri çanı və qanı ilə qorumağa hər an hazır olduğunu bir daha sübuta yetirdi. Bu türk xalqının zəfəridir. Bu türk xalqının və türk dövlətinin çağdaş dünyamızı təhdid edən siyasi-hərbi terror təhlükəsi qarşısında ortaya qoyduğu milli vəhdətin parlaq təcəssümüdür!

Böyük Türk dünyasına daimi zəfərlər arzusu ilə,

Cavanşir Feyziyev,

Millət vəkili, fəlsəfə doktoru


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Göyçayda müəmma - VİDEO
19:05 21.05/2018
 
Xəbər başlıqları
22-05-2018
21-05-2018
21.05.2018 Neft bahalaşdı
20-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.4234 san