15:05 03 Aprel 2014
40540 dəfə oxunub
Çap versiyası

         Universiteti bitirdikdən sonra yenə də müəllimlərimlə görüşür, onlarla hal-əhval tuturdum. Həm də iş axtarırdım. Cavan bir oğlan üçün işsiz qalmaq, sözün əsl mənasında faciə idi və evin böyük övladı olmaq işləri bir az da çətinləşdirirdi.

         Dekan müavini ilə söhbət etdiyimiz zaman qapı döyüldü. Polis formasında bir nəfər içəri girdi. Məhərrəm müəllim onu mənə təqdim etdi: “Hafiz, Vasif müəllim tələbə yoldaşımdır, DİN-in Polis Akademiyasında çalışır, polis polkovnik-leytenantıdır”. “Müəllim, mən çıxım”,-deyəndə Məhərrəm müəllim etiraz etdi və zarafatla: “Vasiflə elə gizlin işimiz, sirrimiz yoxdur”,-dedi...

         İlləri və nəsilləri, tələbə yoldaşlarını, onlara dərs deyən müəllimləri xatırlayan dostlar elə maraqlı, elə şirin xatirələri bölüşürdülər ki...

Söhbət Əfqanıstan müharibəsinin üstünə gələndə qonaq dərin bir ah çəkdi.     Kim bilir, nələri, kimləri xatırladı...

Ümumiyyətlə, müharibə elə bir şeydir ki, ondan danışanda şirin sözlər, xoş xatirələr danışmaq olmur. Bilirsinizmi niyə? Çünki beş-on, uzağı bir saat öncə gülüb-danışan, xəyallar quran dostunu, döyüşçü yoldaşını itirdikdən, ya da onu yaralı vəziyyətdə, qan içində görəndən sonra həyat insanın gözündən düşür, yaşamaq mənasını itirir. Yəni hər an sonun gələ bilər, bir güllə bir ömrün qənimidir fikri insanı nələrisə düşünməyə qoymur. Müharibədə özün-özünün hədəfində olursan, düşməni yox. Həqiqətən də qorunmaq qorumaqdan çox çətindir, sözün hər mənasında.

         “Həyatın enişli-yoxuşlu olduğunu, insanın hər bir çətinliyə sinə gərdiyini,  Əfqanıstanda döyüşərkən bildim. Düşdüyümüz yerin iqlimi, relyefi tələb edirdi ki, burada sərt olaq, dağdan-daşdan, hətta öz kölgəmizdən belə özümüzü qoruya bilək. Yaşamaq üçün öldürməlisən fəlsəfəsini də bizə Əfqanıstanda öyrətdilər”,-deyən Vasif müəllim gəlişinin səbəbini, məqsədini bildirəndə mənim sevincimi gözlərimdən oxuyan dekan müavini əlini çiynimə qoyub: “Vasif, bu oğlan bizim tələbədir, tərbiyəli oğlandır, lap elə axtardığınızdır”, -dedi...

         Polis formasında, özü də leytenant rütbəsində universitetə gəlib Məhərrəm müəllimlə görüşəndə hiss etdim ki, kövrəldi. Elə yanımdaca Vasif müəllimə zəng vurub təşəkkür etdi...

         Polis polkovnik-leytenantı Vasif Nəcəfovla tanışlığımdan düz 6 il ötür. Daxili işlər orqanlarında xidmət etdiyimə görə sizə minnətdaram deyəndə Vasif müəllim deyir: “Yox, Hafiz, sən mənə deyil, bu gün hər bir gəncin himayədarı olan dövlətimizə minnətdar olmalısan”... 

         Dostcanlı və təmənnasız bir insan: Onu belə tanımışam və tanıyıram...

         Haqqınızda bir dost yazısı hazırlamaq istəyirəm fikrimi biləndən sonra: “Gecikmisən, artıq yazıblar”, - dedi. Əlbəttə ki, zarafatıydı...

         O, özünü gözə soxmur, ürəyinin bir küncünə çəkilib gərdişi-dövranı müşahidə edir. Üşüyəndə belə kiminsə ocağına pənah aparmır. Bir şair dostum demiş:

 

         Görsən üşüyürsən, yandır özünü...

 

         Bəzən olub ki, savadına, səmimiyyətinə görə sinəsindən itələyiblər, köntöy baxışlarla elə döyüblər ki, ürəyinin çətiri göz yaşlarına davam gətirməyib. Susub dözüb, dözüb susub. Giley-güzar etməyi sevmir. “Çoxun çox dərdi var” fəlsəfəsini dərindən bildiyi üçün “az”la, halalla kifayətlənəcək qədər qəlbi genişdir. Səbirlidir, qaya kimi mamır tutana qədər dözməyi bacarır.  Sadəliyini sadəlöhvlük kimi anlayanlar bu böyük ürək sahibini başa düşməkdə acizdirlər...

Eynəyi olan eynəyini gözünə qoyub, ürəyi olan ürəyini yazımın ahənginə kökləyə bilsə, onu-Vasif Nəcəfovu daha yaxından tanıyacaqlar. Bu gün torpaqlarımız uğurunda döyüşən Vətən sevdalı oğulları tanımaq, tanıtmaq və sevdirmək üçün biz hamımız səfərbər olmalıyıq.

Dünyada ən çətin iş sevgiyə səfərbər olmaqdır ki, onu da həyata keçirmək üçün böyük bir şey tələb olunmur, sadəcə, əlinin sinənin üstünə qoyub qəlbinin döyüntüsünə qulaq asmaq yetər...

 

         Sevin, sevməyənlər, sevilin siz də,

         Onda anlayarsız sevən nə çəkir.

         Onda görəcəksiz yan-yörənizdə,

         Sizin dərdinizi sevənlər çəkir...

 

         DİN-in Polis Akademiyasının Tədris-metoduki şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Vasif Nəcəfov 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini bitirib. 1981-1982, 1983-1985-ci illərdə Əfqanıstanda hərbi tərcüməçi qismində döyüşüb. Onun bütün  həyatı, hətta tələbəliyi də döyüşdən başlayır. Universiteti bitirdikdən sonra təyinatını yenidən Əfqanıstana vermələri ondan xəbər verirdi ki, sözün səl mənasında peşəkarlara sovetin ehtiyacı vardı.

Bakıda böyüyüb, boya-başa çatmış, “şəhərli oğlan”ın, dövlət məmurunun, vəzifəli bir şəxsin  oğlunun  Əfqanıstan kimi çətin relyefi olan bir ölkədə xidmət aparması bir az qəribə görünsə də lentin yaddaşına köçmüş və həyatın özü kimi ağ-qara şəkillər, arxiv sənədləri, fəxri fərmanlar, təltiflər, orden və medallar V.Nəcəfovun zəhmətinin bəhrəsi kimi insanı düşünməyə vadar edir. SSRİ və Əfqanıstan dövlətləri tərəfindən 6 dövlət təltifi, “Qırmızı ulduz” ordeni, “Döyüş xidmətlərinə görə” və “Hərbi xidmətdə fərqləndiyinə görə” I  dərəcəli  medalları bir azərbaycanlı balasının ömür və döyüş yolunu gözlərimiz önündə bir daha sərgiləyir...

Yeri gəlmişkən, Əfqanıstan müharibəsində 4500-dən çox azərbaycanlı iştirak etmişdir. Onlardan 208 nəfəri şəhid olmuş, 6 nəfəri itkin düşmüş, 45 nəfər isə əlil olmuşdur.

         Onlar haqqında ulu öndər Heydər Əliyev əbəs yerə demirdi: “Əfqanıstanda gedən müharibədə iştirak etmiş minlərlə Azərbaycan vətəndaşı indi respublikamızda yaşayır. Əgər Azərbaycan oğulları, Azərbaycan yetirmələri başqa bir ölkədə sovet ordusunun tərkibində vuruşa bilirdilərsə, qəhrəmanlıq nümunələri göstərə bilirdilərsə, deməli, onlar öz torpaqlarını daha cəsarətlə, daha ürəklə qoruya  və torpaqlarımız uğurunda döyüşə bilərlər”...

Döyüşmək bu oğulların alın yazısıdır. Qarabağ uğurunda savaş başlayanda onlar yenə də silaha sarılıb, “Qanım torpağın olmasa, Vətən məni bağışlama”,- deyib düşmən üstünə getdilər. İgidlik və şücaət göstərdiklərinə görə olardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü,  37 nəfər “Azərbaycan bayrağı” ordeni ilə təltif olundu...

         O, 1990-cı ildə AMEA-nın Fəlsəfə, Sosiologiya və hüquq institunun Fəlsəfə şöbəsinə əyani təhsil üzrə aspiranturaya daxil olsa da 1992-ildə dissertasiya işinin müdafiəsini yarımçıq qoyub ehtiyatda olan hərbiçi, kapitan rütbəsində Qarabağ döyüşlərində iştirak edib. Ordumuzun olmadığı dönəmdə onun peşəkar bir döyüşçü, torpaqlarımızın bütövlüyü və bölünməzliyi uğrunda gözlərini belə qırpmadan döyüş meydanlarına atılan yüzlərlə polis əməkdaşı kimi könüllülərdən ibarət dəstələrdə döyüşən vətən oğullarına, hərbi taktikanı, kəşfiyyatı, silahlardan istifadə etməyi öyrətməsi onların arasında ruh yüksəkliyinə səbəb olub. Təcrübəsi, ayıq-sayıqlığı neçə igidi ölümün cəngindən qurtarıb. Çətin günlərdə ona əməliyyat-kəşfiyyat xidməti rəisi vəzifəsi əbəs yerə tapşırılmamışdı. Vasif  işinin peşəkarı idi...

         Bu gün onu təkcə Əfqanıstan, Qarabağ müharibəsi veteranları deyil, həm də elm ictimaiyyəti, ziyallar və ən maraqlısı, idmançılar da yaxşı tanıyırlar. Karate-do idman, döyüş növü üzrə birinci dan, qara kəmər sahibidir...

Beynəlxalq tədbirlərdə iştirak edir, məruzələri maraqla dinlənilir, 15-dən çox elmi məqalənin müəllifidir, bir çox müəlliflərin terrorçuluqla mübarizəyə həsr olunmuş elmi məqalələrinin, monoqrafiyalarının məsləhətçisidir.

         Elmi işi artıq hazırdır, demək olar ki, müdafiə ərəfəsindədir. Aktual bir mövzuya müraciət edib həmkarımız: “Antiterror əməliyyatlarının keçirilməsinin hüquqi, taktiki və psixoloji əsasları”.

Bu gün bütün dünyanın bir nömrəli probleminə çevrilən terrorrorçuluğun, onu yaradan amillərin və onunla mübarizənin əsaslarını elmi şəkildə təhlil etməyə çalışan, fərqli bir münasibət sərgiləyən Vasif Nəcəfov Qarabağda aparılacaq antiterror əməliyyatlarının başlanacağı günü gözləyir. Hər zaman olduğu kimi, döyüşə, gözünün ağı-qarası olan bir qız balasını və neçə-neçə gül üzlü körpələri qorumağa, Azərbaycan bayrağını əzəli dədə-baba yurdumuz olan Xankəndinə sancmağa hazırdır.

         Gəncliyini, ömrünün ən əziz illərini Vətənimizin müdafiəsinə həsr edib döyüşən oğulların ürəyi çox kövrəkdir, bir acı sözlə, yersiz bir hərəkətlə qəlblərini qırıb, onları incidə bilərik. Gəlin elə edək ki, onlar kölgədə qalmasın, sıxılmasın, hər zaman onlara ehtiyacımızın olduğunu bilsinlər, üzü qələbəyə doğru birgə addımlamağımızın sevincini yaşasınlar…

 


Müəllifin digər yazıları

  1. İNSAN ÜÇÜN, İNSAN KİMİ...
  2. Səfbəsəf düzüldük Vətən naminə!
  3. Altaylardan gələn Kişi...
  4. Söyməyə, yoxsa gəzməyə qərib ölkə...
  5. Tanıyın!... O, Azərbaycan Polisidir...
  6. Tarix yazan, tarixdə qalan qəhrəmanlar…
  7. 100-ə nə qaldı...
  8. Əsrin faciəsi, qəhrəmanlıq tarixi...
  9. “Gül var Xocalıdan sonra açılmır...”
  10. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  11. Ünvanına yetişən məktublar...
  12. Azadlığa can vermişik...
  13. Xilaskar
  14. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  15. Bu köç hara gedir?...
  16. Uğurlu yollarla irəli…
  17. Tarixə dönənlər...
  18. Biz onları unutmadıq... FOTO
  19. Sizinlə qürur duyuruq… FOTOLAR
  20. Vətəndaşın güvənc yeri
  21. Könül adamı...
  22. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  23. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  24. Vətənin başladığı yerdə… FOTOLAR
  25. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  26. “Mən Azərbaycanlıyam” demək haqqı...
  27. Bu, xilaskar ömrüdür...
  28. Uşaqlar ölməsin....
  29. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  30. Polis-döyüşə hazır əsgər kimi ...
  31. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  32. Xilaskarlar… (FOTO)
  33. Yeni maşınlar təqdim edildi
  34. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  35. “Vicdanlı” başlıqlar...
  36. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  37. Vətənpərvər və sağlam gənclik üçün…
  38. Vətən üçün, xalq üçün və gələcək üçün...
  39. Onun rəngli dünyası... (FOTO)
  40. Ölümün ağ rəngi... (Fotolar)
  41. “Artıq gecdir” deməmək üçün...
  42. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  43. Görüşə polislər gəlmişdilər...
  44. Polislər bu nəcib işdə birincidirlər
  45. Haqqı görə bilmək xoşbəxtliyi...
  46. Bəxtiyar olmaq...
  47. Əbədiyaşar…
  48. Etibar edənlər peşman olmur…
  49. Bir həsrət yazısı…
  50. Tələsin insanlar...
  51. Azadlıq rəngli Bayrağım!
  52. Sabahı bu gün düşünək...
  53. Çətin qazanılan şirin nemət-Azadlıq…
  54. Sabitlik adlı sərvətimiz…
  55. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  56. 90 yaşın işığında… - FOTO
  57. İtirdiklərimiz…
  58. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  59. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  60. Çörək satıb, çörək qazanan qadın...
  61. AĞLAMA
  62. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  63. 20 yanvar-Vətən tarixi...
  64. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  65. Həmrəyliyə gedən yollar
  66. “Yox deməyi bacaraq”!!!
  67. On iki il, bir ömürlük həsrətdi hey....
  68. Vətən üçün...
  69. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  70. “Küçə uşaqları”nın gələcəyi...
  71. Çəkdim ki, izim qala...
  72. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  73. Gələcəyimizin sağlamlığı üçün...
  74. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  75. “Söz”dən sonra….
  76. Vətən daşı olmaq üçün... Foto
  77. Ölüm ömrün sonu deyil… Foto
  78. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  79. Xalq, dövlət və bayraq üçün… Foto
  80. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  81. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  82. Sən yanmasan, mən yanmasam...
  83. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  84. Sahibsiz köçün hekayəsi...
  85. Rahatllıq da bir xoşbəxtlikdir...
  86. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  87. Gələcək üçün, gənclik üçün...
  88. Andına sadiq Azərbaycan Polisi…
  89. Vətən unudulmur, Vətən unutmur… Foto
  90. Ümidləri doğrultmaq üçün...
  91. İyirmi beş il, iyirmi beş qərənfil...
  92. Bir “həmkarıma...
  93. Bayram günlərində də...
  94. Bu, elə bir bəladır ki...
  95. “Uğur olsun”, deyirik…
  96. Azərbaycan deyiləndə ayağa dur ki...
  97. Hər atılan daşa...
  98. O, həmişə bizimlədir
  99. Bir oğul var... - Fotolar
  100. Qayğı da var, nəzarət də
  101. Görüşməyək, qorxuram...
  102. Dərdin adı Xocalı...
  103. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  104. Bayrağımızı ucaldanlar... -Fotolar
  105. Rənglər danışır, biz isə susuruq...
  106. Vətəndaş kömək umur, kömək görür...
  107. Arzu dolu ömür yolu... - Foto
  108. Kaş, yuxum çin olaydı...
  109. Belə bir oğul vardı... - Fotolar
  110. Belə “qəhrəmanlıq” olmur...
  111. Ağ qadın
  112. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  113. Yollara
  114. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  115. Həsrətinə bir film çəkmək istəyirəm...
  116. Bir gözəl gəzirəm məni öldürə
  117. Ürək
  118. Bir məktub, bir ailənin sevinci...
  119. 23 ay-23 il...
  120. Qayıtma
  121. Qocalar
  122. Həsrət
  123. Məktub
  124. Bir ömrün yuxusu
  125. Ayrılıq ölüm deyil...
  126. Ehtiyac ölümdən qorxuludur...
  127. Atamın 55 yaşı...
  128. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9053 san