09:53 07 Aprel 2014
8125 dəfə oxunub
Çap versiyası

Yazıçı əsk həmləsini etdi

...Tərcümə olunub və  və rus dilli “Zerkalo.az və Strategiya.az portallarında yerləşdirilib”

Yazıçı Mahir Qabiloğlunun ermənilərlə savaşı deyəsən dərinləşir. Daha doğrusu ermənilər Mahir Qabiloğlunu hədəfə alıblar. Səbəb isə sadədir. Belə ki, bu günlərdə Azerichild.info erməni saytı Azərbaycanlı müəllif  Mahir Qabiloğlunun  “Ərmən-Şuşanikin sevgisi” hekayəsini dərc  etmişdi. İndi isə Panorama.am və Rusiya ermənilərinin qəzeti olan “Erkramas” - Yerkramas.org  saytları Azerichild.info-ya qoşularaq məsələnin üstünə yenidən qayıdıblar. Saytlarda iddia olunur ki, məhz ermənilər bu hekayəni tərcümə edib yayandan sonra, Azərbaycanda da bir sıra saytlar hekayəni rus dilinə tərcümə edib, portallarında yerləşdiriblər.  Sayt hekayə rus və erməni dilində çap olunandan sonra Mahir Qabiloğlunun modern.az-a verdiyi açıqlamanı da olduğu kimi dərc ediblər:-“ Mənim üçün də gözlənilməz oldu. Görünür hədəfi düz vurmuşuq deyə, götürüb tərcümə ediblər”.

Erməni saytları yazır ki, göründüyü kimi, nə Azərbaycan saytının redaksiyası, nə də müəllif yazının tərcümə edilməsinin və çapının motivlərini başa düşməyiblər. Buna görə də Azerichild.info saytı izahatla çıxış edib:

“Biz müəllifin digər əsərləriylə tanış deyilik. Əgər başqa yazılarında da müəllif erməni fobiyası toxumu səpirsə, ona minnətdar olarıq. Biz onları da tərcümə edər, öz saytımızın səhifələrində çap edərik.

Sivil cəmiyyətlərdə “kollektiv məsuliyyət” anlamını başa düşmür və qəbul etmirlər. Onlar bunu da qəbul etmirlər ki, necə ola bilər ki, bir etnosun zərif məxluqları bütövlükdə məkrli (xeyirxah, qəddar, sevimli) ola bilərlər. Amma sivil cəmiyyət ksenofobiyanı yayılmasından və millətlərarası qırğınlarının qızışdırılmasından çox gözəl məlumatlıdırlar. Və bu baxımdan Azərbaycanın bütün səviyyələrdə qəbulolunmaz belə şeyləri yayması nəzərdən qaçmamalıdır.

O ki qaldı müəllifin şərhinə... biz bilirik ki, o bu hekayəni yazmaqda və çap eləməkdə hansı məqsədi güdüb. Bizim məqsədimiz isə - Mahir, sizə minnətdar olmaqla -  bütün dünyaya tolerant Azərbaycanın iç üzünü göstərməkdir.

Yeri gəlmişkən. Çox əlamətdar haldır ki, Azerichild.info-dan sonra bu təbliğatı və erməni fobiyasını populyarlaşdırmaq məqsədilə hekayə təcili olaraq tərcümə olunub və  və rus dilli “Zerkalo.az və Strategiya.az portallarında yerləşdirilib”.

 Saytda yazılanlarla bağlı növbəti dəfə Mahir Qabiloğlu açıqlama ilə çıxış etməli olub:-Birincisi, mən hekayəni yanvar ayından rus dilinə tərcümə etdirmişəm. Ruscası “Zerkalo” qəzetində çoxdan çap olunub, sadəcə sayta gec yerləşdirilib. “Ədalət” qəzeti, “Adalet.az”, “Strategiya.az” saytları da sağ olsun, hər iki dildə yazımı çap edib, səhifələrində yerləşdiriblər. 

İkincisi, erməni saytında gedən tərcümədə çoxlu xətalar var.

Üçüncüsü, bir Azərbaycanlı kimi mənim  hekayəm erməni millətinə yox, bu milləti sürü kimi idarə edərək qəddarlaşdıranlaradır.

Dördüncü, mən bədii bir yazı yazmışam, öz qəhrəmanlarımı yaratmışam. Və göstərmişəm ki, sevginin içində hər zaman bir hiylə də ola bilər.

Erməni fobiyasından söz açırlar. Əslində erməni toplumuna illər boyu rəhbərlik edənlər, kilsə nümayəndələri bir insanafobiya aşılayıblar. Buna görə də əsrlər boyu erməni toplumu ətraflarındakı bütün xalqlardan ya qorxub ya da nifrət edib. Elə mənim hekayəmi bu şəkildə təqdim etmək də bunun nümunəsidir. Məsləhət görərdim ki, bu hekayəni oxuyaraq yaşadıqları insanafobiyadan çıxsınlar. Bu yaxında yəqin ki,  bir sürprizim olacaq. 1918-ci il 29 mayda imzalanan bir sənədlə onları “şad edəcəyəm”. Görüm bunu da tərcümə edib çap edəcəklər, ya yox? Onda görüm nə deyəcəklər – “armyanafobiya”, yoxsa “azərbaycanafobiya”?

 Ermənilərin təbirincə desək “Armyanafobiya” mövzusunda mənim digər yazılarım da var. Məhz “Ərmən-Şuşanikin sevgisi” hekayəsinin də yer aldığı Modern.az saytındakı müəllif sıramda yerləşdirilib. “Erməni qadınları və Azərbaycanlıların erməniləşdirilməsi prosesi...” və “Serj Sarkisyanla arvadının söhbəti” yazılarını da düzgün-dürüst tərcümə edib yerləşdirsələr şad olaram. “Debil Armen” hekayəmi isə gələn ay çapa verəcəyəm.

Ağlıma bir ideya da gəldi. “Ərmən-Şuşanikin sevgisi” və “Erməni qadınları və Azərbaycanlıların erməniləşdirilməsi prosesi...” adlı yazılarımı Azərbaycan və rus dillərində kitab halında çap edib ZAQS-lara paylamaq və təzə evlənənlərə cehiz kimi hədiyyə etmək. Necə ki, Zori Balayanın “Ocaq” kitabını ermənilər cehizlərinin şahı sayırlar.

Sonda üzümü məni erməni fobiyası və millətlərarası nifaqı qızışdırmaqda təqsirləndirən Azerichild.info , Panorama.am, Rusiya ermənilərinin qəzeti olan “Erkramas” - Yerkramas.org  erməni saytlarına tutu bir sual vermək istəyirəm: Ermənistanda nə qədər Azərbaycanlı var? Yaxud da Azərbaycanda erməni familiyası daşıyan nə qədər erməni var? Və ya Azərbaycanda adını, familiyasını dəyişən, millətinin adından imtina edərək ermənidən çönüb “Azərbaycanlı” olan nə qədər erməni var? Cavab tapsalar (sərf eləsə) bizim xalqın tolerantlığından ağız dolusu danışa bilərlər. Sivil saydıqları xalqlara da danışsalar “sağ ol” deyərəm”.


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4813 san