22:51 20 Avqust 2016
31710 dəfə oxunub
Çap versiyası


Hələ uşaqkən 
üzməyi öyrəndin
"dənizi sevirəm"-deyə-deyə,
sahillərdə böyüdün
sahillərdə böyütdün bəslədiyin arzuları.
Keşik çəkməyi öyrəndin dənizlərdə, 
vaxtsız-vədəsiz  dolandın 
qarmaşıq sularında  dənizin , 
sahilləri böyütdün arzularınla ,
o böyüdükcə sən də böyüdün
fırtınalı,  təlatümlü dalğalarda.
Arzuların böyüdü
gəzdin dolaşdın 
analdın ki dünya  böyükdü,
bu böyüklükdə dənizləri qova-qova 
yaşamağı öyrəndin 
dənizlə verib baş-başa 
bu qarmaşıq sularla 
sirdaş olmağı öyrəndin, 
gözlərini qırpmadın
qapamadın sanki .
Təyyarələr oyadır yuxulu sabahları,
Sən oyaqsan,
izləməkdən yorulmadın 
hələ də qoruyursan 
gah qorxulu , fırtınalı
gah da sakit dənizləri .
Heç qorxmadın 
sular səni aparar deyə, 
dənizə oxşamadın 
dəniz səni aparar deyə,
soruşanda sahilinə, göylərinə belə dedin-
"suların sərhəddi var"




Müəllifin digər yazıları

Son xəbərlər
Alın yazım - 2
11:32 16.07/2018
Çəhrayı qərənfillər
14:55 25.05/2018
BAŞA DÜŞMƏDİ
09:19 17.05/2018
"Orada bir evim var"
13:01 08.05/2018
Bizim Bərdə torpağı
13:58 12.03/2018
Sizi deyib gəlmişəm
09:28 22.02/2018
 
Xəbər başlıqları
14-08-2018
13-08-2018
13.08.2018 Çində zəlzələ

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6237 san