16:41 27 Avqust 2016
3571 dəfə oxunub
Çap versiyası

 

Dünya yaranandan üzü bəri bütün yaradılmışlar itirmək qorxusu ilə yaşayır. İnsan şüurlu şəkildə itirməkdən qorxur. Odur ki, həyatda nə varsa, canlı-cansız dediyimiz hər bir şey can qorxusu ilə biri-birinə zəncirvari şəkildə bağlıdır. Birinin canı digərinin əlindədir. Birinin həyatda qalması, yaşaması üçün digərinin canı mütləq mənada qurban olmalıdır. Bu təbiətin nizamıdır. Əslində təbiətdə heç nə itmir, nə vaxtsa bir başqa formada yenidən yaranır...

İnsan oğlu olaraq biz hər gün, hər an, hər saat itiririk. Axı, görəsən itirməyə məhkumuqmu? Niyə təbiətin bir parçası olduğumuzu unudub göyləri başımızın, yerləri ayağımızın altından qaçırırıq. Taleyimizlə çilingağac oynaya-oynaya itirdiklərimizin fərqində belə deyilik. İtirdikcə unutqanmı oluruq axı, özü də belə qəddarcasına…

Təzada bax ki, hələ itirdiklərimizi bilə-bilə xatırlamaq üçün təqvimdə ayrıca bir gün də ayırmışıq: “Beynəlxalq itkinlər günü”. İtirməyin bir adı var: Qorxu. İtirilən şeyi heç kim sevinclə axtarmır. Gözün qorxu iiçində böyüyür, ürəyin qorxu ilə döyünür. Bilirsiniz, bu niyə belədir? Ona görə ki, sonda nəyisə, kimisə tapa bilməyəndə ümidini itirməkdən qorxursan və “Ümid axırıncı ölür” misalı ondan sonra adləşir, cılızlaşır və get-gedə yox olub itir. Yenə də itirmək…

İtirdiklərinin baiskarı və günahkarı insan özüdür. Müharibə, qan tökmək, ölüm. Bütün bunlar təkcə insan, torpaq itkisi ilə kifayətlənmir. Biz içimizi, hissimizi, duyğumuzu, ilkinliyimizi itiririk. Bizi Yaradanın bizə olan inamını, bizə olan sevgisini də itiririk…

Və bir xalq kimi biz itirməyin nə olduğunu yaxşı bilirik. Çünki tarixən böyük Azərbaycanımızı hissə-hissə, parça-parça itirmişik. İtirmək deyəndə gözlərimizn önünə öncə Təbriz, sonra İrəvan, Borçalı, Dərbənd gəlir.

Torpaq itkisi dərdlərin ən böyüyüdür və insan dünyadan köçəndən sonra belə bu dərd onu addımba-addım izləyir, göynədir, sızıldadır.

Hər kəsin içində itirmək qorxusu var və bu münasibətlə də avqustun 30-u, BMT-nin qərarı ilə təqvimə İtkinlər Günü kimi düşüb. İtirənlər itirdiklərinin dəyərini bilib bu günü qeyd edirlər.

İtkinlər…

Qarabağ müharibəsindən sonra bu ağırlığa çiyinlərimiz tab etmədi. İtən bir nəfər olsa da axtaranların itik dərdi min oldu. Gözləri yol çəkən analar, atalar “nə vaxtsa gələr deyib”, uçan quşdan, qopan daşdan belə soraq gözlədilər. Elə bu gün də gözləyirlər…

Biz gözləyirik, dərdimizi göyərdə-göyərdə…

Hə, bir də, yeri gəlmişkən, avqustun 31-i Qubadlını da itirmişik...


Müəllifin digər yazıları

  1. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  2. Ünvanına yetişən məktublar...
  3. Azadlığa can vermişik...
  4. Xilaskar
  5. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  6. Bu köç hara gedir?...
  7. Uğurlu yollarla irəli…
  8. Tarixə dönənlər...
  9. Biz onları unutmadıq... FOTO
  10. Sizinlə qürur duyuruq… FOTOLAR
  11. Vətəndaşın güvənc yeri
  12. Könül adamı...
  13. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  14. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  15. Vətənin başladığı yerdə… FOTOLAR
  16. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  17. “Mən Azərbaycanlıyam” demək haqqı...
  18. Bu, xilaskar ömrüdür...
  19. Uşaqlar ölməsin....
  20. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  21. Polis-döyüşə hazır əsgər kimi ...
  22. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  23. Xilaskarlar… (FOTO)
  24. Yeni maşınlar təqdim edildi
  25. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  26. “Vicdanlı” başlıqlar...
  27. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  28. Vətənpərvər və sağlam gənclik üçün…
  29. Vətən üçün, xalq üçün və gələcək üçün...
  30. Onun rəngli dünyası... (FOTO)
  31. Ölümün ağ rəngi... (Fotolar)
  32. “Artıq gecdir” deməmək üçün...
  33. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  34. Görüşə polislər gəlmişdilər...
  35. Polislər bu nəcib işdə birincidirlər
  36. Haqqı görə bilmək xoşbəxtliyi...
  37. Bəxtiyar olmaq...
  38. Əbədiyaşar…
  39. Etibar edənlər peşman olmur…
  40. Bir həsrət yazısı…
  41. Tələsin insanlar...
  42. Azadlıq rəngli Bayrağım!
  43. Sabahı bu gün düşünək...
  44. Çətin qazanılan şirin nemət-Azadlıq…
  45. Sabitlik adlı sərvətimiz…
  46. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  47. 90 yaşın işığında… - FOTO
  48. İtirdiklərimiz…
  49. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  50. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  51. Çörək satıb, çörək qazanan qadın...
  52. AĞLAMA
  53. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  54. 20 yanvar-Vətən tarixi...
  55. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  56. Həmrəyliyə gedən yollar
  57. “Yox deməyi bacaraq”!!!
  58. On iki il, bir ömürlük həsrətdi hey....
  59. Vətən üçün...
  60. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  61. “Küçə uşaqları”nın gələcəyi...
  62. Çəkdim ki, izim qala...
  63. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  64. Gələcəyimizin sağlamlığı üçün...
  65. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  66. “Söz”dən sonra….
  67. Vətən daşı olmaq üçün... Foto
  68. Ölüm ömrün sonu deyil… Foto
  69. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  70. Xalq, dövlət və bayraq üçün… Foto
  71. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  72. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  73. Sən yanmasan, mən yanmasam...
  74. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  75. Sahibsiz köçün hekayəsi...
  76. Rahatllıq da bir xoşbəxtlikdir...
  77. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  78. Gələcək üçün, gənclik üçün...
  79. Andına sadiq Azərbaycan Polisi…
  80. Vətən unudulmur, Vətən unutmur… Foto
  81. Ümidləri doğrultmaq üçün...
  82. İyirmi beş il, iyirmi beş qərənfil...
  83. Bir “həmkarıma...
  84. Bayram günlərində də...
  85. Bu, elə bir bəladır ki...
  86. “Uğur olsun”, deyirik…
  87. Azərbaycan deyiləndə ayağa dur ki...
  88. Hər atılan daşa...
  89. O, həmişə bizimlədir
  90. Bir oğul var... - Fotolar
  91. Qayğı da var, nəzarət də
  92. Görüşməyək, qorxuram...
  93. Dərdin adı Xocalı...
  94. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  95. Bayrağımızı ucaldanlar... -Fotolar
  96. Rənglər danışır, biz isə susuruq...
  97. Vətəndaş kömək umur, kömək görür...
  98. Arzu dolu ömür yolu... - Foto
  99. Kaş, yuxum çin olaydı...
  100. Belə bir oğul vardı... - Fotolar
  101. Belə “qəhrəmanlıq” olmur...
  102. Ağ qadın
  103. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  104. Yollara
  105. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  106. Həsrətinə bir film çəkmək istəyirəm...
  107. Bir gözəl gəzirəm məni öldürə
  108. Ürək
  109. Bir məktub, bir ailənin sevinci...
  110. 23 ay-23 il...
  111. Qayıtma
  112. Qocalar
  113. Həsrət
  114. Məktub
  115. Bir ömrün yuxusu
  116. Ayrılıq ölüm deyil...
  117. Ehtiyac ölümdən qorxuludur...
  118. Atamın 55 yaşı...
  119. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.9265 san