14:20 21 Sentyabr 2016
4615 dəfə oxunub
Çap versiyası
Sona Vəliyeva
Filologiya üzrə fəlsəfə doktoru


(Minlərlə şəhid verdik...Azaldıq...Qalanlar, bir birinizi sevə bilməsəniz belə, yurddaşınıza nifrət edib kürəyindən vurmağa qalxmayın. Hər dəyərli soydaşınızı bir ovuc Vətən torpağı kimi qoruyun, sevin!)

Məni məndən alanlar
Yolumda qanqal olanlar,
Məni, mənə qisqananlar
Çəkilin yolumdan mənim.

Bir fağırın balasıydım
Tanrı söz demək öyrətdi.
Çayırın, otun içindən
Çiçək donunda göyərtdi.

Dağla, daşla danışmağı
Yollara yoldaş olmağı,
Qanda yaddaş daşımağı,
Mələklər öyrətdi mənə.

Əl saxla, qardaş dediyim
Öldürün, atmayın məni.
Bir ovuc yurd torpağıyam,
Dərdinizə qatın məni.
Qılıncın qından sıyıran
Min yerə bölüb doymayan,
Fələyin sayın saymayan
Doğmanam tanımadın məni.

Unutqanlıq ağır dərdmiş
Dost bildiyim düşmənimmiş,
Məni torpaq dərdi əymiş
Qaldırın, qaldırın məni.

Ay gedən nədi köçündə?
Min mən, bir mənin içində
Dərdim var Şuşa biçimdə
Dardayam, atmayın məni.

Süd qaymağından yuxayam
Bir acı sözdən yıxıllam.
Əvvəlmiyəm, axırmıyam
Siz Sayın, sanayın məni.

Xırda-yekə Ad adamlar
Dost adamlar, yad adamlar,
Yeri, göyü yaradan var
Danmayın, danmayın məni.


30.09.2015


Müəllifin digər yazıları

Son xəbərlər
Saqqallı uşaq
10:25 29.11/2017
Sevdiyi qadını öldürmək
14:13 19.09/2017
 
Xəbər başlıqları
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5205 san