12:40 19 Sentyabr 2016
4713 dəfə oxunub
Çap versiyası

Kəndimizin məscidi...

Yarıuçuq, dağılmış...

Kəndimizin məscidi,

Sənin ömrün nağılmış.

 

 Bu nağılı oxuyan,

Tapılmadı deyəsən,

 Baxışların çoxu yan,

 Hansı yadı deyəsən?

 

Hansı doğman bir gecə,

Yuxuda gördü səni?

 Kimsəsizsən eh, necə,

 Zəmanə yordu səni.

 

Zəmanədi günahkar,

Deyənləri bağışla.

 Utanan yox, itib ar...

Öyənləri bağışla.

 

 Hərdən qarı, yağışı,

 Hərdən bizi qarşıla.

Göylərdəki naxışı,

Yerdə izi qarşıla.

 

Kəndimizin məscidi...

Yarıuçuq, dağılmış...

Kəndimizin məscidi.

Sənin ömrün nağılmış.

 


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Alın yazım - 2
11:32 16.07/2018
Çəhrayı qərənfillər
14:55 25.05/2018
BAŞA DÜŞMƏDİ
09:19 17.05/2018
"Orada bir evim var"
13:01 08.05/2018
Bizim Bərdə torpağı
13:58 12.03/2018
Sizi deyib gəlmişəm
09:28 22.02/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.825 san