13:54 27 Dekabr 2013
204535 dəfə oxunub
Çap versiyası
...

Özünü başqa kişinin məşuqəsi adlandıran azərbaycanlı xanım müğənni kimdir?

Son zamanlar səsi ilə deyil, qalmaqalla, davayla, açıq-saçıq fotolarla gündəmə gəlmək istəyən insanların sayı durmadan artır.

Belə şəxslərdən biri də özünü müğənni adlandıranAfaq Aslanadlı xanımdır.

Showlife.Az Afaqla bağlı kiçik araşdırma aparıb və müğənninin gündəmdə qalması üçün atdığı ən çirkin yollar üzə çıxıb.

Belə ki, müğənni ilk olaraq mətbuata hansısa məşhur türk sənətçinin "məşuqəsi" olduğu xəbərini yaydı.

Maraqlıdır ki, çox vaxt şəxsi həyatlarını gizlətməyə çalışan məşhurlardan fərqli olaraq Afaq özü özünü "məşuqə" adlandırdı. Bununla gündəmə gəlməyə çalışan bu xanım müğənni kimi yox, daha çox "kiminsə məşuqəsi" kimi yadda qaldı.

Afaq Aslan daha sonra isə özünü məşhur fransalı futbolçu Paskal Numa ilə sevgili olduğu xəbərini yaydı. Afaq hətta ondan hamilə olduğunu da vurğuladı. Ancaq bu söhbət də yarımçıq qaldı və ortada nəinki uşaq heç bir video da olmadı.

Sonradan məlum oldu ki, bu onun növbəti uğursuz PR kampaniyası idi və Paskal hansısa gecə klubunda onunla bir şəkil çəkdirib. Bu hadisədən sonra tamaşaçılar yenə də Afaq müxtəlif epitetlər yapışdırdılar. Hətta o ANS-də yayımlanan "Adam içində" verilişinə çıxıb, bu xəbəri yayan jurnalisti qınadı. Əslində isə müğənni özü bu xəbərləri yaymışdı. Bir sözlə, o gündəmə gəlmək üçün ən çirkin yollara da getməyə hazırdır.

Afaqın növbəti bu tip hadisəsi isə özünü Türkiyənin seks simvolu Ebru Polatla müqayisə etməsi oldu. Türkiyə mətbuatını izləyən hər kəsə hava-su kimi aydındır ki, Ebru qardaş ölkədə hansı məharəti ilə, bacarığı ilə tanınır. Sosial şəbəkələrdə ona yazılan şərhlər Ebrunun kim olduğunu ortaya qoyur. Afaq da özünü onunla müqayisə edərək bir daha sübut etdi ki, o sənətçi, müğənni, ifaçı deyil başqa sahələrdə daha peşəkardı.

Bu Showlife.Az-ın Afaqla bağlı kiçik bir araşdırması idi. Əslində, isə bu şəxsdə "ifaçılıqdan" başqa bütün keyfiyyətlər var. Mövzuya yenidən qayıdacağıq.

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
“İnsan səsi”
10:38 12.06/2017
 
Xəbər başlıqları
28-06-2017
27-06-2017
27.06.2017 Neft bahalaşıb
26-06-2017
26.06.2017 Neft bahalaşıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.1927 san