08:56 14 Aprel 2014
6422 dəfə oxunub
Çap versiyası

-         Mahir  əla yazır. Ona “5”.

-         Yox, ağ eləməyin. Yazır... yaxşı yazır.. “4” vermək olar.

-         Kimə deyirsiz? Oxumuşam da...Nə əladır, nə yaxşı. Kafi demək mümkündür. Uzağı “3”.

-         Yox, heç biriniz düz demirsiniz. Xoşum gəlmir Mahirin yazılarından. Pis yazır. Yağlı “2”.

-         Siz nə danışdığınızı bilirsiniz? Mahirin ümumiyyətlə qələmi yoxdur!- “1”

Sadaladıqlarım nəinki mənə, hər bir kəsə aid edilən, öyrəşdiyimiz “5 ballıq” qiymətləndirmə meyarı, qiymət etalonudur. İstər insanın yazıçılıq qabiliyyətini qiymətləndirək, istər adamlığını, istərsə də hər hansı peşəyə sahibliyini. Hətta pisi də bu meyarlarla dəyərləndirirlər. Əla içəndir, əla gəzəndir, əla rüşvət alandır, əla cibgirdir, əla avtoşdur, qumarda əla sıxır. “Əla”nı (“5”)  digər “yaxşı” (4), “kafi” (3), “qeyri kafi” (2) və “bir”lə əvəzləmək də olar. Bu baxır bir insanın digərinə münasibətinə və ya özünün səviyyəsinə, dünyagörüşünə.

Azərbaycanda babat və ortabab sözlərinə daha çox üstünlük verilir. Çünki əla olanda adama göz dəyir. O qədər danışırlar, qır-qır edirlər ki, ya övladı yol qəzası törədib kimisə şilküt edir, narkoman, əyyaş olur,  ya qızı boşanıb üstünə qayıdır, ya da vəzifəsini, illər boyu yığdığı var-dövlətini, xətir-hörmətini bir andaca itirir. Bəzən azadlığını da. Ona görə də insanlar çox da gözə girməməyə, babat olmağa üstünlük verirlər.

Haşiyə:

Atam Qabil hər dəfə İsmayıl Şıxlıyla söhbət edəndə:

-         İsmayıl müəllim, necəsən?

-         Babatam, Qabil.

-         Babat yaxşıdır, mirzə. Adam əla olanda göz dəyir. (son)

 

Deyirlər həyat da bunun üzərində qurulub. “Həyatda nə xalis yaxşı var, nə xalis yaman”. Bunu atamdan eşitmişəm. Mir Cəfər Bağırovdan söhbət düşəndə belə deyərdi.

Dünyadakı səhmdar cəmiyyətlər, ən böyük holdinqlər, şirkətlər  orta həddi əsas götürürlər. Səhmlərin 51 faizi kimdə olursa onun da sözü keçərli olur.

Dünyanın bir çox sivil ölkələrində seçki qanunvericiliyi də bunun üzərində qurulub. Əgər namizəd seçicilərindən  xeyrinə 50 faiz + 1 səs formatında səs toplaya bilirsə, o da qalib elan olunur.

Ortaq məxrəc anlayışı da ortaq fikrin üstün olduğunu təsdiq edir.

Roma şairi və filosofu Qoratsiyin üzə çıxardığı bu formula latınca “aurea mediokritas” adlanır.

Onu da qeyd edim ki, “ortaq” sözü  “orta” sözündən düzəlmədir.

Birinci sinfə gedəndə ilk dəfə qiymətdirilməyə başlamışıq. Bütün dərslərdən “5” alanda əlaçı olmuşuq. “4” alanda yaxşı şagird çağrılmışıq. “3” alanda ortabab olmuşuq. “2” alanda isə sinifdə qalmışıq. Əlaçı olanlarımız “Qızıl medal”a layiq görülüblər. Hətta əvvəllər bir-iki “4”-ü olanlar gümüş medal da alıblarmış.

İndi zəmanə dəyişib. Orta məktəbdə istəyirsən oxu, ya oxuma. Kamal atestatı hökmən alacaqsan.  Maraqlıdır, görəsən “2” alanlardan hansı kamilliyi gözləmək olar? Bəlkə Təhsil nazirliyi yenilik edib paralel “Cahillik attestatı” da icad etsin.

Sonra Ali məktəbə sənədlərini verirsən. Ən yuxarı 700 bal toplaya bilərsən. Ən aşağı, dəyişdirilməyən, vahid  bal həddi isə göstərilmir. Buna TQDK diliylə keçid balı desələr də, konkurs balı adlandırılsa daha düzgün olar. Ta ki, imtahanlar qurtarır, imtahan test vərəqələri yoxlanılır, ondan sonra məlum olur ki, bəs keçid balını aşağı salmaq lazımdır. Nədir-nədir boş plan yerlər çox qalıb. Sonra da  TQDK-yla Təhsil nazirliyi arasında bir informasiya savaşı başlanır.  TQDK orta məktəb məzunlarının bilik səviyyəsini, daha doğrusu biliksizliyini  ortaya qoyur. Yox bununla mübarizə aparmır. Demir ki, necə eləsəm bu hal gələn il təkrar olunmaya bilər? Sadəcə statistikayla oynayır. Bu azmış kimi əksinə, bəzi  ixtisas qruplarında keçid balını da aşağı  salmaqla ali məktəblərə, xüsusilə də aşağı səviyyəli, ya səviyyəsiz ali məktəblərə   aşağı bilikli, tələbə adına layiq olmayan abituriyentlərin ayaq açmasına rəvac verir.  Əlbəttə ki, valideynlərin alqış-dua sədaları altında.

İndi sual edəcəksiniz ki, mən sıravi bir adam 150-200 bal toplayan abituriyentlərin bilik səviyyəsinin aşağı olmasını necə təyin etdim? Fikirlərimi sizinlə də bölüşürəm.

Ən yuxarı bal 700-dür. Gəlin onu yarıya bölək. Edəcək 350. Əgər məzun bu balı toplaya bilibsə, deməli qarşısına qoyulan suallardan yarısına müvəffəq cavab verib. “Kafi”, yəni ki “3”. El dilində desək  - pis deyil, yaxşı da deyil, babatdır. Belələrini ortabab abituriyent  adlandırmaq olar.

Yaxud da köhnə meyarlarla 700-ü 5-ə bölək. Edəcək 140 bal. Yəni ki, 140 balacan yığdın “1” qiymətə layiqsən, 140 - 280 arası bal topladın qiymətin “2”- qeyri-kafidir,  280- 420 arası bal “3”, 420-600 arası bal isə “4” sayılır. 600-700 bal toplayanlara  isə hamımız halal olsun deyirik. O cümlədən prezidentimiz də öz təqaüdü ilə onların bir qrupunu qiymətləndirir.

Hər iki qiymətləndirməmə əsaslansaq TQDK artıq neçə illərdir ki, ali məktəblərə “1”, “2” alan bir qrup abituriyentin qəbul olunmasına şərait yaradırmış.  Yəni ki, 700 ballıq test suallarının yarısının yarısına da yox (yarısının yarısı 175 bal edir), beşdə birinə, beşdə ikisinə cavab verənləri də tələbə adına layiq görübmüş. Sadəcə keçid balını aşağı salmaqla.  Görəsən niyə? Bəzi institutların qəbul planları TQDK-nın milli maraqlarından üstündürmü? Yoxsa ki , hədəf Təhsil nazirliyini , ümumilikdə təhsilimizi nüfuzdan, gözdən salmaqdan ibarətdir?

Bu mövzulu əvvəlki yazılarımda məmur adlarını hallandırmaqda xeyli fəallıq etmişəm. Amma sonra fikirləşdim ki, bəlkə tənqidi fikirlərimlə yanaşı bir sadə vətəndaş kimi  öz fikirlərimi də ortaya qoyum. Axı, əsas mexanizmin qurulmasıdır. Ola bilsin ki, işlərinə yaradı.

  1. Orta məktəblərdə ucdantutma, oxudu-oxumadı hamıya attestat verilməsi bir neqativ hal kimi aradan qaldırılsın.
  2. Sovet dövründəki kimi 9,10,11-ci siniflərdə aldığın qiymətlərə əsasən “5 ballıq” attestat balı tətbiq edilsin.
  3. TQDK ucdantutma yox, ali məktəblərə atestat balı  yalnız üç bal yarımdan yuxarı olan abituriyentlərin  sənədlərini  qəbul etsin.
  4. Keçid balı ya orta həd üzrə, yəni ki, 351 bal, ya da ki, 5 ballıq qiymətləndirməyə bölünməklə “kafi”həddində - 420 bal təyin edilsin.
  5. Keçid balı TQDK yox, hökumət tərəfindən əvvəlcədən təyin edilsin və dəyişdirilməsin. Adı isə “Keçid balı” yox, “Minimal Bilik balı” adlandırılsın.
  6. Ayrı-ayrı ixtisas qrupları üzrə deyil, bütün qrupları əhatə edən vahid “Minimal Bilik balı” təyin edilsin.
  7. “Səhv cavab düz cavabı vurur” prinsipi aradan qaldırılsın ki, abituriyent bütün suallara “Birdən səhv olar” tərəddüdü etmədən  cavab versin.
  8. Abituriyentlərə yalnız bir ixtisas, bir ali təhsil məktəbi seçmək hüququ verilsin. (Bazar deyil ki, badımcanın yaxşısını, bahasını ala bilməyəndə gedib ucuzun, çürüyün tapıb alasan. Nəticədə də deyəsən ki,nə olsun pisdir, adı ki, badımcandır)
  9. TQDK-nın səlahiyyətləri bir az da artırılsın. Hər kursda vahid  semestr imtahanları və dövlət imtahanı TQDK tərəfindən aparılsın.
  10. Kəsilənlər  ali məktəbdən xaric edilsinlər. (Narahat olmayın insan haqları pozulmur.)
  11. Baloniya sistemi balona qoyulub ağzı bağlansın və Xəzər dənizinə atılsın.
  12. Əvvəlcədən planlaşdırma nəzərdə tutulsun. Yəni tələb bilinsin. Amma sonda kəmiyyət keyfiyyəti yox, keyfiyyət kəmiyyəti müəyyənləşdirilsin.
  13.  Bundan sonra Ali təhsillilər barmaqla göstərilsin...

Bu mənim təkliflərimdir. Özəl fikirlərimdir. Əgər müstəqillik qazandıqdan 24 il sonra təhsilin bütün sahələrində nəyəsə nail olmaq istəyiriksə məncə bunlardan başlasaq yaxşı olar. Cəmiyyətdə biliklinin, savadlının yeri də bilinər, qiyməti də... Ən əsası isə Təhsil naziriliyi ilə TQDK bir olsa dağı yerindən oynadar. Əlbəttə ki, ayrı-ayrı müstəqil qurumlar qalmaq şərtiylə.

 

 LƏTİFƏLƏR

Ali məktəbə daxil olanlar auditoriyada ilk dərslərinə yığışırlar. Bir-biriylə tanış olurlar:

-         Sən qəbul imtahanından neçə bal toplamısan?

-         600. Bəs sən?

-         Mən isə 151.

-         Nə böyük fərqimiz var?

-         Nə fərqimiz  var ki? İkimiz də tələbəyik.

 

 ***

-         Ay bala, niyə oxumursan? 670 bal toplamısan e instituta girəndə. İndi isə üçü güclə alırsan.

-         Ata, 670 balı toplamaq üçün düz beş il altı müəllim yanına getdim. Söz də verdin ki, instituta girsəm maşın alacaqsan. Mən də çalışdım sözümü tutdum. Sən də çox sağ ol. İki dənə də qurban kəsdiniz. İndi də müəllim tut, mükafat kimi maşın, ev söz ver . Gör necə oxuyuram. Bir şərtlə semestr imtahanlarını TQDK aparsın.

***

-         Deyirlər bu il Azərbaycanda geydirmə ali məktəblər bağlanacaq.

-         Hardan bildin?

-         TQDK keçid balını 450-yə qaldırıb.

-         Aaaa... yazıq analar. Bəs qızlarına nə cehiz verəcəklər? Toyda oğlan evindən aldıqları  “Başlığ”ın da qiyməti düşəcək.

***

-         Deyirlər QAİ balları yığışdırıb.

-         Niyə?

-         Bal sürücülər arasında şəkər xəstəliyinin artmasına səbəb olurmuş.

-         Onda tələbələrə maşallah olsun. Bütün günü Baloniya istehsalı olan  bal toplayırlar. Nə şəkərləri qalxır, nə də komaya düşürlər.

 

 


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-05-2018
22.05.2018 La Liqada yeni klub
22.05.2018 Neftin qiyməti

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.7268 san