20:19 09 Oktyabr 2016
4004 dəfə oxunub
Çap versiyası
Elçin Əhmədov
Siyasi elmlər doktoru, dosent, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərlkəzinin rəhbəri

 

“Dağlıq Qarabağ münaqişəsi başlayandan keçən dövr ərzində aparılan danışıqlarda Ermənistan işğalçılıq mövqeyindən əl çəkməyib, məsələyə qeyri-konstruktiv yanaşıb. Lakin bununla yanaşı dünya birliyinin ikili standartlardan çıxış etməsi, BMT, ATƏT kimi beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələri həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına mane olur”.

Bu sözləri “525”ə “Qarabağ” Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Elçin Əhmədov deyib. O bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir: “Bu dövlətlərə istər BMT Təhlükəsizlik Şurası, istərsə də ATƏT-də xüsusi mandat verilib. Minsk Qrupu çərçivəsində onların səlahiyyəti var ki, münaqişənin nizama salınmasına maneə törədən tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirməyə məcbur etsin. Lakin hazırkı vəziyyətdə həmsədrlərin ortaya qoyduğu mövqe bizdə təəssüf doğurur”.

E.Əhmədov xatırladıb ki, cari ilin yanvar ayında Avropa Şurasında Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyət bağlı qətnamə qəbul edərkən Minsk Qrupunun həmsədrləri bəyanat veriblər ki, bu sənəd onlarla razılaşdırılmalıdır: “Belə çıxır ki, vasitəçilər işğal olunmuş torpaqlarda vəziyyətlə bağlı qətnaməni qəbul etmirlər”.

Siyasi elmlər doktoru qeyd edib ki, 2006-cı ildə BMT-nin 60-ci sessiyasında, 2008-ci ildə isə 62-ci sessiyada Azərbaycanın işğal olunmuş torpaqlarında vəziyyətlə bağlı qətnamə qəbul olunub: “Bu zaman məhz həmsədr dövlətlərin BMT yanında daimi nümayəndələri Ermənistanla bərabər bu qətnamələrin əleyhinə səs veriblər”.

Mərkəz sədrinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərləri ilə bağlı bəyanatları olur: “Vasitəçilər hər dəfə tərəfləri zorakılıqdan çəkinməyə, sülhə çağırırlar. Onlar bu cür mücərrəd ifadələr işlətmək əvəzinə konkret ad çəkməlidirlər. Deyilməlidir ki, Ermənistan işğal olunmuş torpaqlardan qoşunlarını çıxarmalıdır. Əks halda, münaqişənin danışıqlar yolu ilə ədalətli həlli yoxdur. Məsuliyyəti tərəflərin

üzərinə atmaqla danışıqlarda heç bir nəticə əldə etmək mümkün deyil. Həmsədr dövlətlər mandatlarına uyğun olaraq işğalçıya təzyiq göstərməli, ədalətli sülhə məcbur etməlidirlər. Əgər münaqişəni tərəflər özləri həll edə bilərsə, ATƏT-in Minsk Qrupuna nə ehtiyac var? Axı biz onlara inanıb xüsusi mandat vermişik”.

E.Əhmədov hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri məsuliyyəti öz üzərlərindən atmağa çalışırlar: “Tərəflər nəyə razı olsalar, biz də ona razıyıq” deməklə danışıqlarda heç bir nəticə əldə etmək olmaz. Biz işğal olunan torpaqlar azad edildikdən sonra istənilən sülhə hazırıq. Lakin torpaqlarımız geri qaytarılmadıqca, Ermənistan danışıqlardan münaqişənin ömrünü uzatmaq üçün istifadə etməyə davam etdikcə, vaxt uzatma taktikası həyata keçirdikcə, tərəflər arasında sülhdən söhbət gedə bilməz. Biz bu cür sülhü qəbul etmirik. Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə çıxışlarında bildirib ki, necə ola bilər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlər bəzi hallarda bir neçə saata icra olunur, Ermənistanın təcavüzkar siyasəti ilə bağlı qəbul olunan sənədlər isə 25 ildir yerinə yetirilmir? Beynəlxalq birliyin oxşar məsələlərə ikili yanaşması Azərbaycan ictimaiyyətini üzür”.

Siyasi elmlər doktoru qeyd edib ki, “status-kvo dəyişilməlidir” ifadəsi Ermənistanın işğal olunmuş torpaqlardan çıxarılmasını özündə ehtiva edir: “ Lakin həmsədrlər mücərrəd sözlər işlətməklə “status-kvo dəyişilməlidir” ifadəsini təhrif edirlər. Belə olan təqdirdə Ermənistan da bu ifadəni başqa formada qəbul edir. Dövlət başçısı İlham Əliyevin də qeyd etdiyi kimi münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda dövlətlərin ərazi bütövlüyü prinsipi əsas götürülməlidir. Prezident Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda bildirib ki, bizim ərazi bütövlüyümüz başqa ölkələrin ərazi bütövlüyündən az önəm daşımır. Ona görə də beynəlxalq hüquq təmin edilməlidir”.

E.Əhmədov söyləyib ki, böyük dövlətlər regionda müharibə baş verməsinin əleyhinədir: “Belə görünür ki, münaqişənin dondurulmuş vəziyyətdə qalması onlara sərf edir. Beynəlxalq hüquq böyük güclərin mənafeyinə uyğun gələndə işləyir, bəzi hallarda isə özlərindən kiçik dövlətlərə təsir etmək üçün alət kimi istifadə olunur”.

Mərkəz sədrinin sözlərinə görə, aprel döyüşləri göstərib ki, Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də hərbi gücü yüksəlməkdədir: “Dördgünlük döyüşlərdən sonra bərpa olunan danışıqlarda Azərbaycan Ermənistan qarşısında şərt qoyub: işğal olunan torpaqlar azad edilməlidir. Prezident dəfərlərlə vurğulayıb ki, biz nəticəsiz danışıqlara getməyəcək, Ermənistanın prosesdən imitasiya məqsədilə istifadə etməsinə imkan verməyəcəyik. Azərbaycanın həm hərbi, həm də iqtisadi

gücü torpaqları işğaldan azad etməyə imkan verir. Ancaq böyük dövlətlərin beynəlxalq hüququ qarşımıza sipər kimi qoyması prosesin hərbi müstəviyə çıxarılmasına mane olur. Lakin Azərbaycan dövləti daha 25 il belə mənasız danışıqlar aparmaq niyyətində deyil. Rəsmi Bakı beynəlxalq güclərin Ermənistana təzyiq etməsini gözləyir. Əks halda geosiyasi şərait imkan verən kimi, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq torpaqlarını hərbi yolla işğaldan azad edəcək”.

Ermənistanın danışıqlarda Dağlıq Qarabağı “müstəqil” tərəf kimi iştirakını təmin etməyə çalışdığını deyən E.Əhmədov qeyd edib ki, aprel döyüşləri onu da sübut edib ki, “Dağlıq Qarabağ” adlı qurum mifdir: “Dördgünlük müharibədə qarşı tərəfin itkiləri arasında bir nəfər də olsun Dağlıq Qarabağ ermənisi yox idi. Çünki “Dağlıq Qarabağ” ordusu mövcud deyil. Ermənistan silahlı qüvvələri var və torpaqlarımızın 20 faizi bu ölkə tərəfindən işğal olunub. Azərbaycan prezidentinin qeyd etdiyi kimi, biz ikinci dəfə torpaqlarımızda erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Nəyin bahasına olursa olsun Azərbaycan işğal olunan torpaqları düşmən tapdağından azad edəcək”.

Ceyhun ABASOV

“525-ci qəzet”


Müəllifin digər yazıları

  1. QANLI 20 YANVAR – MÜSTƏQİLLİYƏ GEDƏN YOLDA XALQIMIZIN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SALNAMƏSİ
  2. Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  3. AZƏRBAYCANIN MÜSTƏQİL XARICİ SİYASƏT KURSU VƏ QƏRBİN İKİLİ STANDARTLAR SİYASƏTİ
  4. ELÇİN ƏHMƏDOV: "Boyük dövlətlərin mövqeyi təcavüzkar Ermənistanın vaxt uzatmaq siyasəti ilə üst-üstə düşür"
  5. Azərbaycan dünya miqyaslı forumların keçirildiyi mühüm məkana çevrilmişdir
  6. AZƏRBAYCAN – TÜRKİYƏ HƏMRƏYLİ VƏ STRATEJİ TƏRƏFDAŞLIĞININ MÜHÜM GÖSTƏRİCİLƏRİ
  7. AZƏRBAYCAN - İRAN - RUSİYA ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞI REGİONAL TƏHLÜKƏSİZLİYIN MÜHÜM PLATFORMASIDIR
  8. Ermənistanın hərbi təcavüzünün nəticələri – Ağdamın işgalından 23 il keçir
  9. HEYDƏR ƏLİYEVİN ERMƏNİLƏRİN ƏSASSIZ ƏRAZİ İDDİALARINA QARŞI MÜBARİZƏSİ (1969-1982)
  10. HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU DİNAMİK ŞƏKİLDƏ İNKIŞAF ETDİRILİR
  11. Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik, parlamentli respublika
  12. AZƏRBAYCANI QARABAĞSIZ TƏSƏVVÜR ETMƏYƏN DAHİ LİDER
  13. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  14. Azərbaycan Prezidenti İlham Əliyev: “Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın”
  15. Müasir geosiyasi şəraitdə Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı dinamik inkişaf etdirilir
  16. Qaradağlı soyqırımı Xocalı soyqırımının başlanğıcı idi
  17. Ermənistanın ərazi iddiaları və hərbi təcavüzünün başlanması: Malıbəyli və Quşçular kəndlərinin işğalından 24 il keçir
  18. ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyi Ermənistanın status-kvonu qoruyub saxlamaq siyasəti ilə üst-üstə düşür
  19. QARABAĞ MÜNAQİŞƏSİ VƏ QANLI 20 YANVAR FACİƏSİNƏ APARAN YOL
  20. Azərbaycanı QARABAĞSIZ təsəvvür etməyən dahi LİDER
  21. BMT necə və nə üçun yaradıldı?
  22. Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhranı şərtləndirən amillər
  23. Heydər Əliyev Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur
  24. Heydər Əliyevin siyasi kursu yeni və dinamik inkişaf mərhələsində
  25. ŞUŞA: TARİXİ, İQTİSADİ, MƏDƏNİ VƏ STRATEJİ ƏHƏMİYYƏTƏ MALİK ŞƏHƏR
  26. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız orada tarixən yaşamış azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra keçirilə bilər
  27. Türkiyənin Ermənistanla sərhəddini bağladıgı gündən 22 il keçir
  28. Böyük dövlətlər təcavüzkarın qarşısını almaq istəyirlərsə Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər
  29. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  30. Azərbaycanın siyasi kursu: Güclü siyasi lider, novatorluq və dinamik inkişaf
  31. Dağlıq Qarabağa dair təkzibolunmaz mənbələrə əsaslanan fundamental elmi əsər
  32. Ermənistan beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir
  33. Azərbaycanın düşünülmüş konseptual yanaşmaya söykənən xarici siyasəti və diplomatik uğurları
  34. ATƏT-in Misnk Qrupunun həmsədrlərinin fəaliyyət(sizliy)i
  35. Heydər Əliyev: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir”
  36. ŞUŞA - Tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhər
  37. Kəlbəcərin Ağdaban kəndi Dağlıq Qarabağdan əvvəl işğal edilmişdi
  38. KƏLBƏCƏRİN İŞĞAL STATİSTİKASI
  39. Ermənilərin Azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım və təcavüzkar siyasətinin mərhələləri
  40. Qaradağlı soyqırımı - Xocalıya gedən yol
  41. Ermənistanın Azərbaycana təcavüzün nəticələri və XRONİKASI
  42. 20 Yanvar - Xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi
  43. Yuxarı Qarabağın zəbt olunması - Analitika
  44. Elçin Əhmədov: "Ermənilərin 22 il əvvəl törətdikləti cinayət terrorizmin zirvəsi idi"
  45. Azərbaycanın dinamik inkişafının əsas göstəriciləri
Код информера готов: SELECTORNEWS - покупка, обмен и продажа трафика
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-01-2017
19-01-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.1199 san