10:06 27 Oktyabr 2016
3988 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

Hüseyn Molla Abdulla oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olmuşdur. Adi Şərq ailəsində böyümüş, ilk təhsilini mollaxanada almış, bir müddətdən sonra isə Məhəmməd Tağı Sidqi kimi görkəmli ziyalının Naxçıvanda açdığı  yeni üsullu məktəbində oxumuşdur.
 Mollaxana sözü sovet dövründə çoxlarını qorxudur, bu tipli məktəblərin niyyətini başa düşən də, düşməyən də onu pisləyirdi. Mən həmişə bu fikirdə olmuşam ki, dil öyrənmək cəhətindən mollaxanaların ənənəvi tədris üsulu hələ yaxşı öyrənilməyib. Mollaxanalarda 3-4 ilin ərzində ana dili ilə yanaşı, ərəb və fars dilləri şeir yazmaq dərəcəsində öyrədilirdisə, bunun nəyi pisdir? O ki qaldı Hüseyn Rasizadənin yeni üsullu məktəbdə oxumasına, burada Rusiya təbəələri üçün çox vacib olan rus dilinin  də öyrədilməsi unudulmamalıdır. XIX əsrin görkəmli şairi və pedaqoqu Seyid Əzim Şirvani "qızım, sənə deyirəm, gəlinim, eşit"  eyhamı ilə yazırdı:

                                                      Ey oğul, hər lisanə ol rağib,
                                                      Xassə ol rus elminə talib. 
                                                      Bunlara ehtiyacımız çoxdur,
                                                      Bilməsək dil,əlacımız yoxdur.

  Molla Abdulla da məhz "əlacı olmadığı üçün" oğlunun rus dilini bilməsini də vacib hesab edir, bu dili bilməklə onun yaşadığı cəmiyyətdə mötəbər yer tutacağına inanırdı. (Yerı gəlmişkən qeyd edək ki, Molla  Abdulla  1879-1884-cü illərdə Tiflisdə S.Ünsizadənin başçılığı ilə Azərbaycan dilində nəşr olunan "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin təəssübkeşi və fəal müxbirlərindən biri idi.) İndi cəmiyyətdə məktəbi qurtarandan sonra yaxın əqidə dostu kimi öz müəllimləri ilə məktublaşan şagirdlər, demək olar ki, yoxdur. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində isə bu, bir növ mədəniyyət nümunəsi sayılırdı. "Əkinçi" qəzetinin (1875-1877) redaktoru H.Zərdabi Məlikovun Moskvada oxuyan şagirdlərindən aldığı məktublar, eləcə də Hüseyn Rasizadənin Təbrizdən M.T.Sidqiyə göndərdiyi işgüzar və dostluq namələri ədəbiyyat və mədəniyyət tariximizi öyrənmək baxımından bu gün də çox maraqlı görünür.
    Nə isə...
    Hüseyn M.T.Sidqinin məktəbini bitirəndən sonra rusdilli ali elm ocaqlarına yox, oxumaq üçün Naxçıvana daha yaxın olan Təbrizə yola düşür. Onun böyük qardaşı burada təhsil alırdı. Hüseyn  Təbrizdəki "Talibiyyə" mədrəsəsinə daxil olur. Bu faktın özü Hüseynin mollaxanada yaxşı təhsil aldığını, ərəb və fars dillərini "Talibiyyə" mədrəsəsi üçün  məqbul  olan  dərəcədə bilməsini göstərir. Təəssüf ki, H.Rasizadə  "Talıbiyyə"də oxuya bilmir: göz xəstəliyi  buna imkan vermir. O, bir müddət  burada xalçafüruşluq ilə məşğul olur, müəllimi  M.T.Sidqi ilə mütəmadi olaraq məktublaşır, onunla qəzet və kitab mübadiləsi edir.
     H.Rasizadə 1904-cü ilin yanvarında unudulmaz müəllimi M.T.Sidqinin ölüm xəbərini eşidir.Yanvarın 23-də Urmiyədən Tiflisə- "Şərqi-Rus" qəzetinə   farsca yazdığı matəm qəsidəsini göndərir:  
               
                                                            Ze cahan rəft həzrəti-Sidqi,
                                                            Səd  həzaran driq , sədəfsus...
                                                            (Həzrəti Sidqi dünyadan getdi,
                                                            Yüz min dəfə hayıf,yüz əfsus...)

 1904-cü ilin iyul ayında  H.Rasizadə artıq Naxçıvanda idi. O, buradan  Tiflisə-"Şərqi-Rus" qəzetinə  keçmiş günlərin həsrəti ilə dolu olan bir şeirini göndərir:

                                                             Xoş ol zəmani  ki, gülşəni-elmə bahar idi,
                                                             Gülzari-ədəb nə əcəb  laləzar idi...

   H.Rasizadə Təbrizdən qayıtdıqdan sonra  bir müddət Naxçıvanda və Gürcüstanda ticarətlə məşğul olmuşdur.       A.Talıbzadənin yazdığına görə,  H.Rasizadə 1905- ci ildə işlədiyi böyük sərmayəsi olan şirkətin İstanbul şöbəsinə  göndərilir və burada  işləməyindən istifadə edərək gözlərini də müalicə etdirir. Tədqiqatçı  Azər Turanın 28 oktyabr 2012-ci ildə"Speays" televiziyasının müxbiri ilə müsahibəsində isə Hüsyn Rasizadənin istanbula gəlişi  İ.Qaspralı ilə əlaqələndirilir. Guya (mənbə göstərilmədiyinə görə  bu deyimə şübhə edirəm-N.N.) İsmayıl bəy Qaspralı İstanbulda olarkən Tofiq Fikrətlə söhbət zamanı  Rusiyada yaşayan bir qrup  türkdilli gənci  onun məktəbində   oxumaq üçün  İstanbula göndərilməsini göndərilməsini  dostundan  xahiş etmişdir. Hüseyn  Rasizadə  də  məhz bu yolla İstanbula oxumağa getmişdir.
  H.Rasizadə 1906-cı il aprelin 19-da İstanbuldan  həmyerlisi  Qurbanəli  Şərifova  yazdığı məktubda vaporla  əvvəlcə Trabzona, 36 saatdan sonra isə İstanbul boğazına daxil olduqlarını yazır.
  H,Rasizadə 1906-cı il iyunun  21-də Naxçıvana -Məşədi Qurbanəli Şərifovva göndərdiyi  digər məktubda  İstanbuldakı fəaliyyətindən söz açır: "Bir iş  və ticarət nəzərdə tutmuşam ki, gündə altı saat  itirsəm, fəqət sonra  həm osmanlı üsulunca, həm də fransızca ...təhsil  edim..."
   1906-cı ilin avqust ayının  30-da Bakıda çıxan "İrşad" qəzeti yazırdı :" İkmalı- təhsil üçünBakı müsəlmanlarının  ezam etdikləri zəvat  İstanbula varid oldu...Bunlardan beşi  Bakıdan, biri  Naxçıvandan, biri də Gəncədən göndərilmişdir".   Əhməd bəy Ağayevin redaktorluq etdiyi  "İrşad" qəzetinin 4 sentyabr 1906-cı il tarixli nömrəsində Rusiyadan İstanbula oxumağa gəlmiş tələbələrin Sultan Əbdülhəmidə göndərdikləri  məktubun mətni  dərc edilmişdir.  Məktubu imzalayanların  ad  və soyadları siyahısında  Hüseyn Rasizadənin ad və soyadının olmaması diqqəti cəlb edir .  Bu faktdan belə qənaətə gəlmək olar ki, Hüseyn Rasizadə  İctanbula  hökumət xətti ilə yox,  işlədiyi şirkətin zəmanəti  ilə gəlmişdir. Çöx təəssüf ki, Azərbaycan tədqiqatçıları Türkiyə arxivlərində H.Rasizadənin  təhsillə bağlı  tələbəlik fəaliyyətindən  o  qədər  də xəbərdar   deyillər. Hər halda H.Rasizadənin Türkiyədə yaşadığı illərdə   ölkənin  ədəbi, ictimai-siyasi həyatında  böyük , yaddaqalan  işlər görülürdü.Türkiyədə  insanları düşündürən bir çox məsələlərə  mətbuatda   ciddi önəm verilir, publisistikanın inkişafı ədəbi düşüncələri üstələyirdi. Ezop maneralı yazılar dünyanın bir sıra ölkələrinə ayaq açırdı.  Belə ziddiyyətli, ezop maneralı, İsmayıl bəy Qaspralının təbirincə desək, "üstü örtük yazılar"  indi Hüseyn  Cavid kimi məşhur olan Hüseyn Rasizadəni,   onun  əqidə və məslək  dostlarını  yeni  dövrün tələbi ilə düşünməyə məcbur edirdi.
  Bakıda çap olunan "İttifaq" qəzetinin 1909-cu il mayın 14-də  H.Rasizadənin   "Hüseyn Cavid" təxəllüİsü il dərc olunmuş  "Son bahar" şeirindəki  imzasına  görə   onun  İstanbul  Darülfünunun ədəbiyyat şöbəsində oxuduğunu  öyrənirik.


  Hüseyn Cavid  1906-cı il iyunun 14-də Naxçıvana - həyatda ona  həmişə doğru yol göstərən Qurbanəli Şərifova İstanbuldakı son günləri haqqında məlumat verir , vətənə qayıtdıqdan sonra görəcəyi işlərdən şövqlə söhbət 
açırdı: "İndi əsas məqsəd  Vətənə xidmət, həm də layiqincə xidmət etməkdir.
   Mənim düşündüyüm , qazanc-ziyan,  : iki il evlənməmək, hər gün 4-5 saat oxumaq, 2-3 saat rusca  çalışmaq...Nə bir qəpik artırmaq, nə bir qəpik borclu qalmaq..."
   H.Cavidin   İstanbulda yazdığı  şeirləri  əsasən "Siratül- müstəqim" jurnalında çap etdirirdi. Onun bu jurnaldakı əsas təxəllüsü  "Qafqasiyalı Hüseyn Cavid" idi.
   Hüseyn Rasizadə 1909-cu ildə İstanbuldan   doğulduğu şəhərə   qayıdır, inandığı və güvəndiyi dostların köməyi ilə 
 əvvəlcə Naxçıvanda, sonralar isə Gəngədə və Tiflisdə nüfuzlu təhsil ocaqlarında müəllim işləyir. 1919-cu ildəBakıda Dövlət Universiteti yaradılanda  burada işləməyə dəvət olunur.
   Universitetə müəllim kimi işləməyə dəvət olunanda  H.Cavid artıq iki şeir kitabının müəllifi idi. İlk  24 səhifəlik  kitabı 1913-cü ildə Tiflisdə yaxın dostu  İsmayıl Həqqinin  "Şərq" adı ilə tanınan mətbəəsində çap edilmışdi.1918-ci ildə çap olunan ikinci kitabı-"Bahar şəbnəmləri "  də müəllifə böyük uğur gətirmişdi.
    Türk dilli oxucular Hüseyn Cavidi artıq həm də dramaturq kimi tanıyırdılar. Onun 1910-cu ildə-Türkiyədən qayıdandan bir il sonra yazdığı bir pərdəli "Ana" adlı mənzum dramı C.Məmmədquluzadənin  "Çay dəstgahı" (1889) adlı alleqorik uşaq dramından sonra Azərbaycan ədəbiyyatında nəzmlə yayazılmış ilk uğurlu səhnə əsəri sayılır. 
   H.Cavid 1912-ci ildə "Maral" adlı mənsur faciəsini yazır. 1912-1914--cü illərdə yazılmış "Şeyx Sənan"  faciəsində  saf və təmiz sevgiyə mane olan dini ayrıseçkilik məsələlərinin tənqidi  ön plana çəkilmişdir. Dramaturqun "İblis" mənzum faciəsində  imperialist  müharıbələri ifşa olunur.
    H.Cavidi  yaxşı tanıtmaq üçün onun, yazılma  tarixinə  görə bəzi əsərlərinin xronoloji  siyahısını  oxucuların diqqətinə çatdırırıq.

    1910-cu il.... ....            "Ana",1 pərdəli  mənzum dram
    1912-ci il..................... "Maral",4 pərdəli mənsur faciə
    1912-1914-cü illər  . ."Şeyx Sənan", 4 pərdəli mənzum faciə
    1913- cü il......... ...       "Şeyda", 5 pərdəli mənsur  faciə
   
    1917-ci il                      "Uçurum ", 4 pərdəli mənzum faciə,mövzusu  İstanbul həyatındandır.
    1918-ci il.......               "İblis", 4 pərdəli mənzum faciə,əsas qəhrəmanların çoxu İstanbul əhlidir.
    1921-ci il   .                   "Afət",4  pərdəli mənsur faciə
    1923-cü il...............      "Peyğəmbər",4 pərdəli  mənzum pyes (leze-dram)
    1925-ci il................      "Topal Teymur",5 pərdəli mənsur pyes
    1926-cı il......................""Azər" poemacı(poemanın bəzi hissələri heca, bəzi hissələri isə əruz vəznində yazılmışdır)
    1928-1929-cu illər......"Knyaz",5 pərdəli mənzum faciə
    1932-ci il......................"Səyavuş",5 pərdəli mənzum faciə
    1935-ci il ....................."Xəyyam",6 pərdəli mənzum pyes
  
    1953-cü ildə İstanbulda  Mustafa Həqqi Türkəqulun  "Azərbaycan türk şairi Hüseyn Cavid " kitabı çap olunmuşdur.Təəssüf ki, bu  nadir kitabı vərəqləmək bizə müyəssər olmamışdır.
    İnanırıq ki,Türkiyənin arxiv və kitabxanalarında Hüsyn Cavidin ədəbi irsi ilə ilgili çoxlu materiallar vardır. Onları arayıb axtarmaq , nəşr etmək,  "Azərbaycan Şekspiri"ni dünyaya tanıtmaq, Azərbaycan-Türkiyə ədəbi əlaqələrini daha dərindən öyrənmək  hamımızın müqəddəs borcu olmalıdır.
 
 Nazim Nəsrəddinov, 

 Azərbaycan Respublikasının əməkdar  müəllimi,
 Bakıdakı Avropa Azərbaycan Məktəbinin kafedra müdiri.
    
     28.10.2012-ci il.


                                    İstifadə olunmuş ədəbiyyat

1.Qulam Nəmmədli.  Cavid-ömrü boyu(həyatı və yaradıcılıq salnaməsi).Bakı,1982.
2.Kamran Əliyev. Hüseyn Cavid:həyatı və yaradıcılığı.Bakı, "Elm"-2008.
3."Ziya" qəzeti. 1879-1880-cı ıllər.
4."Ziyayi-Qafqasiyyə" qəzeti. 1880-1884-cü illər.


Müəllifin digər yazıları

  1. Kırımda monastrda gizlədilən Xaçmazlı Reyhan haqqında nə biliik ?
  2. "Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə
  3. Atamın türkdilli məktubları
  4. PARLAMENTİN TAVANI NİYƏ UÇDU?
  5. Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü- Mustafa Hacı Musa oğlu Mahmudov
  6. Yüksək məfkurəvi söz ustası - Sultan Məcid Qənizadə (1866-1937)
  7. Bu dünyanın qızıl günü
  8. Qafur Rəşad Mirzəzadə fenomeni
  9. Papaq və qalstuk məsələsi
  10. Görkəmli türkoloq və füzulişünas alim Samət Əlizadənin əlyazması tapıldı
  11. Akademiklər,Sİzlər əruzu bilirsinizmi?
  12. Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?
  13. Atamın şəkli
  14. Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitab
  15. "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnal yazısı
  16. "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər
  17. Atamın müəllimi Cəmo bəy Cəbrayılbəyli və onun "Cəmo C" təxəllüsü ilə yazdığı şeirlərindən biri - "Sənsən"
  18. Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910) və Azərbaycan
  19. "Dırnaq"dan "mötərizat"a və yaxud...
  20. Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun 366 yarpaqlı 2018-ci il təqvimi çap ediləcəkmi...
  21. Qara qoçun nağılı
  22. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki...
  23. Yenə də "Türkische Lesestoffe....Leipziq. 1916" türkdilli latın qrafikalı kitabından söz açırıq ki, bilməyənlər də nəyisə bilsinlər
  24. Avropa da, Amerika da türk atalar sözlərini oxuyur
  25. Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi
  26. Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri
  27. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsinin əsas müəllifi kimdir?
  28. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım haqqında nə bilirik?
  29. Tarixçilərimizin dərsliklərdə jurnal adı ilə öyrətdikləri "İŞIQ" QƏZETİ (1911-1912)
  30. Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova (1820-1893) hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətlər
  31. Türk dostumun təhsil nazirimizə göndərdiyi bir məktub və yaxud...
  32. Öyüdlərim, pəndlərim, nəsihətlərim....
  33. Ortaq türk dilləri ədəbiyyatı müntəxəbatına layiq uğurlu poetik nümunələr və yaxud...
  34. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  35. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  36. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  37. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  38. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  39. Nüktələr və nöqtələr....
  40. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  41. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  42. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  43. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  44. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  45. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  46. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  47. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  48. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  49. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  50. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  51. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  52. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  53. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  54. Bağışla, bağışla, bağışla bizi
  55. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  56. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  57. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  58. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  59. Bizə ən gərəkli - Fil hesabatı
  60. “Bağçasaraydan göndərilən məktub”
  61. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  62. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  63. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  64. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  65. Doğma yurdun qış lövhələri...
  66. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  67. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  68. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  69. Hamıya dostam mən,bir qardaşam mən
  70. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  71. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  72. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  73. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  74. Söz sözü çəkər, əgər sözün közü varsa
  75. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  76. Müəllim olanda da yaxşı müəllim olun
  77. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  78. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  79. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  80. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  81. Ay Allah bəndəsi, niyə yazıqsan?
  82. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  83. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  84. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  85. Təbrizdən kənd məktubları
  86. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  87. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  88. Dünya yaman dünyadır
  89. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  90. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  91. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  92. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  93. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  94. Sözgəlişi, ola bilər düzəlişi...
  95. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  96. Bu Dünya- Şirin Dünya.....
  97. Göz görür,ağıl kəsir....
  98. Tərcüməsiz başa düşülən tatar bayatıları
  99. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  100. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  101. Mənim nəğməli bibim - Foto
  102. Sən yazmasan,mən yazaram
  103. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  104. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  105. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  106. Qulam Məmmədli-120
  107. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  108. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  109. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  110. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  111. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  112. Bu tarix ki var, qəliz məsələ imiş......
  113. SÖZ KİMİNDİR?
  114. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  115. Mənim dualarım
  116. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  117. Təzadlar, ay təzadlar....
  118. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  119. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  120. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  121. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  122. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  123. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  124. Testdən qəsdən danışmırıq
  125. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  126. Dərsliklərimizin halı və vəziyyəti
  127. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  128. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  129. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  130. Hırsızın gözü əlyazmalara düşdü
  131. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  132. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  133. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  134. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  135. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  136. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  137. Hacı Səid Əfəndi Ünsizadə-191
  138. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  139. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  140. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  141. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  142. Bir daha Ünsizadələr haqqında
  143. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  144. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  145. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  146. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  147. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  148. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  149. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  150. Bizə hansı elmlər lazımdır və yaxud ...
  151. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  152. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  153. Soyqırımı günündə dostumu itirmişəm
  154. Bu yaz bir başqa yazdır
  155. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  156. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  157. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  158. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  159. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  160. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  161. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  162. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  163. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  164. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  165. Dərgahdan başlanan yol
  166. Fikrin ifadə formalarından biri
  167. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  168. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  169. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  170. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  171. Təhsil tariximizin maraqlı səhifələri
  172. Təhsil tariximizdən maraqlı səhifələri
  173. Akademiklərin cərgəsindəki müəllim
  174. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  175. Mübarizə bu gün də var,sabah da...
  176. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  177. "Əkinçi" qəzeti-140
  178. Mustafanın Çanakkala məktubu
  179. Məktəbdə elm və texnologiya həftəsi
  180. Mübarizə bu gün də var, yarın da....
  181. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  182. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  183. Yazımızın tarixi-özümüzün tarixi
  184. Fikrət Sadıq -Dədə Qorqud
  185. Tədqiqatçı öz fikrində israrlıdır
  186. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  187. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  188. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  189. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  190. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  191. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  192. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  193. "Bağçasaraydan göndərilən məktub"
  194. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  195. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  196. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  197. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  198. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  199. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  200. Abdulla Şaiqin uşaq bağçası
  201. "Ziya"nın biblioqrafiyası
  202. Kasıblığın üzü qara olsun
  203. Bu gün M.Ə.Sabirin ad günüdür
  204. Keçən günə gün çatarmı ... - Fotolar
  205. Elmə yönələn yolun başlanğıcı - FOTO
  206. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  207. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  208. Ucundadır dilimin həqiqətin böyüyü ...
  209. İlk hesab dərsliyimiz
  210. Yusif Vəzirovun kölgədə qalan yazıları
  211. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  212. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  213. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  214. Dərslik, dərslik, yenə də dərslik...
  215. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  216. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  217. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  218. "ZİYA"lı ziyalı - Foto
  219. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
DİN və din
17:38 23.05/2018
 
Xəbər başlıqları
26-05-2018
26.05.2018 Neft ucuzlaşdı
25-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.8166 san