09:45 31 Oktyabr 2016
1341 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

1923-1926-cı illərdə Bakı Dövlət Universitetində və Azərbaycan Ali Pedaqoji İnstitutunda babalarımıza və nənələrimizə pedaqogika və psixologiyadan dərs deyən Berlin Universitetinin məzunu tərbiyə doktoru Xəlil Fikrət haqqında Türkyə və Azərbaycan mətbuatında xeyli məqalə və şərhlər yazmışam.
  Xəlil Fikrətin Berlin Universitetinin axırıncı kurs tələbəsi olarkən, 1916-cı ildə Almaniyanın Leipziq şəhərində (Bu şəhərin adının yazılışında fərqli məqamlar var. Biz haqqında söz açdığımız kitabdakı orfoqrafiyaya əsalanmışıq-N.N). öz müəllimi görkəmli alman şərqşünası və afrikanşünası professor Hans Stumme ilə birlikdə yazdığı kitab haqqında ilk məlumatı türk və Azərbaycan oxucularına mən çatdırmışam. Bu kitab mənə güclü təsir etdi; kitabın dili və üslubu türk dilindən daha çox  Azərbaycan dilinin təntənəsi kimi diqqəti cəlb edir, oxucular müəlliflərin fikrini başa düşməkdə çətinlik çəkmirlər. 31 səhifəlik bu kitabı həm dərslik, həm də antologiya kimi incələmək və dərk etmək lazım gəlir. Kitabdakı materiallar oxuculara iki dildə çatdırılıb. Materiallar oxuculara  həm alman, həm də  türk dilində çatdırılmışdır. Türkdilli materiallar orijinal, alman dilində olanlar isə onların diqqətli və savadlı tərcüməsidir. Türkdilli materiallar o vaxtlar 1915-1916-cı illərdə Avropada işlədilən latın qrafikası ilə verilmişdir. Bu kitab elə vaxtda çap edilmişdir ki, türkdilli xalqlar hələ latın qrafikasından istifadə etmirdilər. 1915-ci ilin sonunda "Türkis Lesestoffe" adı ilə nəşriyyata təqdim olunan, 1916-cı ilin əvvəllərində mətbəələri ilə dünyada məşhur olan Leipziq şəhərində çap olunmuşdur. Mən bir neçə il bundan əvvəl alimlərimizi Azərbaycanın yazılı və şifahi ədəbiyyatı ilə ilgili olan bu kitabının 100 yaşının təntənəli şəkildə keçirilməsinin vacibliyiə çağırdım. Türkiyəli dostum Haldun Cezayirlioğlu da mənim fikirlərimlə həmrəy olduğunu dilə gətirdi. Bu yolda beş ildir ki, tədqiqatlarımı davam etdirirəm.

Azərbaycanda Xəlil Fikrətin 100-dən artıq məqaləsini tapıb üzə çıxarmış, araşdırmalar aparmışam. "Strategia.az" saytı bu işdə mənə geniş və hərtərəfli tərəfdaşlıq etmişdir. Təəssüf ki, ömür keçir, gün keçir, amma türklərin dünyaya tərbiyə doktoru Halil Fikret Kanad kimi tanıtdıqları Xəlil Fikrətə biz hələ layiq olduğu qiyməti verməkdə çətinlik çəkirik.

Bu il Azərbaycanda Xəlil Fikrətlə ilgili iki böyük yubiley tədbirinin  keçirilməsi Xəlil Fikrət irsinə qayğı kimi qiymətləndirilə bilər. Bunlardan birincisi, Xəlil Fikrətin öz müəllimi ilə şərikli yazdığı haqqında söz açılan "TÜRKİS LESESTOFFE" kitabının 100 illiyi, ikincisi isə  onun 1926-cı ildə Bakıda Hökumət mətbəəsində nəşr etdirdiyi "Tərbiyə və tədris tarixi" əsərinin 90 illiyidir. Hələ gec deyil. Azərbaycanda Halil Fikret Fondu yaratmaq, bu qurumun xətti ilə görkəmli tərbiyə doktorunun pedaqoji  və psixoloji irsini sistemli şəkildə, elmi əsaslarla öyrənib, bir neçə cilddə elmi ictimaiyyata  çatdırmalıyıq.

 Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Respublika Prezidentinin Sərəncamı ilə keçirilən
ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

28.10.2016.

P.S.-1. "Strategiya.az " saytında  tərbiyə doktoru Xəlil Fikrət haqqında yayımlanmış  bir neçə məqaləmdən birini --"Latın qrafikalı ilk türk kitablarımızdan biri: 
Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916.("Strategiya.az" saytı,29.09.2014)


Müəllifin digər yazıları

  1. Təzadlar, ay təzadlar....
  2. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  3. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  4. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  5. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  6. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  7. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  8. Testdən qəsdən danışmırıq
  9. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  10. Dərsliklərimizin halı və vəziyyəti
  11. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  12. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  13. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  14. Hırsızın gözü əlyazmalara düşdü
  15. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  16. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  17. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  18. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  19. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  20. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  21. Hacı Səid Əfəndi Ünsizadə-191
  22. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  23. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  24. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  25. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  26. Bir daha Ünsizadələr haqqında
  27. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  28. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  29. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  30. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  31. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  32. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  33. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  34. Bizə hansı elmlər lazımdır və yaxud ...
  35. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  36. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  37. Soyqırımı günündə dostumu itirmişəm
  38. Bu yaz bir başqa yazdır
  39. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  40. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  41. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  42. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  43. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  44. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  45. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  46. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  47. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  48. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  49. Dərgahdan başlanan yol
  50. Fikrin ifadə formalarından biri
  51. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  52. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  53. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  54. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  55. Təhsil tariximizin maraqlı səhifələri
  56. Təhsil tariximizdən maraqlı səhifələri
  57. Akademiklərin cərgəsindəki müəllim
  58. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  59. Mübarizə bu gün də var,sabah da...
  60. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  61. "Əkinçi" qəzeti-140
  62. Mustafanın Çanakkala məktubu
  63. Məktəbdə elm və texnologiya həftəsi
  64. Mübarizə bu gün də var, yarın da....
  65. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  66. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  67. Yazımızın tarixi-özümüzün tarixi
  68. Fikrət Sadıq -Dədə Qorqud
  69. Tədqiqatçı öz fikrində israrlıdır
  70. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  71. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  72. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  73. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  74. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  75. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  76. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  77. "Bağçasaraydan göndərilən məktub"
  78. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  79. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  80. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  81. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  82. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  83. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  84. Abdulla Şaiqin uşaq bağçası
  85. "Ziya"nın biblioqrafiyası
  86. Kasıblığın üzü qara olsun
  87. Bu gün M.Ə.Sabirin ad günüdür
  88. Keçən günə gün çatarmı ... - Fotolar
  89. Elmə yönələn yolun başlanğıcı - FOTO
  90. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  91. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  92. Ucundadır dilimin həqiqətin böyüyü ...
  93. İlk hesab dərsliyimiz
  94. Yusif Vəzirovun kölgədə qalan yazıları
  95. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  96. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  97. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  98. Dərslik, dərslik, yenə də dərslik...
  99. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  100. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  101. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  102. "ZİYA"lı ziyalı - Foto
  103. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2017
20.02.2017 Sabahın havası
20.02.2017 Xaçmazda ev yanıb
20.02.2017 Ağsuda yanğın
19-02-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.1785 san