13:15 16 Noyabr 2016
3180 dəfə oxunub
Çap versiyası

 

-         Hə, bacoğlu, təzə gəlmisən Bakıdan?

-         Təzə gəlmişəm, məllim.  Dünən, yox, srağagün.

-         Hə, yaxşı eləmisən gəlmisən. Səməndər müəllim dedi ki, məqalə yazmaq istəyirsən bizimkilərdən, hə?

-         Hə, istəyirəm br məqalə yazım.

-         Jurnalistsən sən? Xətrinə dəyməsin, ona görə soruşuram ki, bacoğlu, bura çox adam gəlir. Hə. Vallah, gəlib deyirlər ki, jurnalistəm, basıb-bağlayırlar...

-         Məllim, mən elələrindən deyiləm. Mən..

-         Olmadı ki, bacoğlu. İncimə. Mən elə-belə soruşdum ki, biləm.

-         Vəsiqəm də var. “Kosmonavtın şeypuru” qəzetinin ...

-         Nəyin? Ha-ha. Bağışla, gülmək tutdu məni, kosmonavtın nəyinin qəzetinin?

-         “Kosmonavtın şeypuru”.  Ayda 2 dəfə çıxır qəzetimiz, 8 səhifəlik...

-         Hə, hə, başa düşdüm. Amma, öz aramızdır, bacoğlu, qəzetin adı bir az qəribə çıxıb ha... Yox, yox, elə-belə deyirəm, dostyana...

-          Məllim, bizim baş redaktorumuz  cavanlıqda kosmonavt olmaq istəyib...

-         Doğrudan?

-         Hə, ola bilməyib, məllim, ona görə qəzetin adını da...

-         Qoyub “Kosmonavtın şeypuru”.  Başa düşdüm.Hə, indi keçək mətləbə, nə maraqlandırır bacoğlu səni? Sualları ver bala-bala, amma yazma ha, hələ.

-         Sualları yazmışam, məllim.

-         Yazmısan? Nə suallardl?

-         Oxuyum?

-         Oxu, oxu.

-         İnid. Hə, mən yazmışam ki, Niyebetinsk şəhərində iki icmamız var...

-         Yox!

-         Nə yox?

-         Niyebetinskdə bizim iki icmamız yoxdur, bir icmamız var. O da buradır!

-         Bəs, axı mənə dedilər ki...

-         Kim dedi?

-         Bakıda dedilər, Səməndər müəllim...

-         Səməndər müəllim heç vaxt elə söz deməz. Bilmirəm, Bakıda kim nə deyib, amma Niyebetinskdə bizim bir icmamız var. “Niyebetinskdə Məskunlaşmış Oğullar” Təşkilatı! O da buradır.

-         Bəs, məllim, Niyebetinskdə... Bir dəqiqə, burada yazılıb ki...

-         Harda, burda? Göstər görüm?! Nə yazılıb?

-         Məllim, mənim kağızlarımı niyə cırırsınız? 

-         Nəyi cırıram mən?

-         Cırırdınız da kağızlarımı indi?

-         Bura bax, oğulbala, sən deyəsən bilmirsən hara gəlmisən?

-         Mən oğulbala deyiləm.

-         Yaxşı, ol jurnalist!

-         Mən jurnalistəm.

-         Hə, jurnalist, get yaz ki, öz qəzetində ki, Niyebetinskdə bir icma var. O biri icma, hansı ki, sən deyirsən, guya var...

-         Aha.

-         O icma deyil. Onlar adlarını qoyublar Niyebetinskde Yaşayan Soydaşlar, amma əslində orada bir dənə də ...

-         Onlar da sizin haqqınızda elə bunu dedilər...

-         Nə?  Kim dedi?

-         Niyebetinskde Yaşayan Soydaşlar təşkilatının sədr əvəzi...

-         O alkaş?

-         Alkaş deyildi, elə sizin yaşda bir adam olardı. Qalstuku da vardı.

-         O avara qalstuk taxandı? Dayan, görüm, jurnalist, sən orda da olmusan? Haçan olmusan?

-         Dedim, axı, məllim, mən 2 gündür Niyebetinskdəyəm.

-         Özü də birinci ora getmisən?

-         Nə olar birinci ora gedəndə?

-         Bizim təşkilat onların təşkilatından 10 gün qabaq yaranıb.

-         Bəs, məllim deyirdiniz ki,  burada bir təşkilat var.

-         Hə, deyirdim, yenə də deyirəm. Ora, hara ki, sən getmisən, təşkilat-zad deyil.

-         Bəs siz?

-         Biz təşkilatıq. Bildin?

-         Bildim, məllim.

-         Malades! Get. Elə belə də yaz ki, Niyebətinskdə bizimkilərin bir təşkilatı var. Vəssalam!

 

 


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5811 san