09:43 20 Noyabr 2016
3443 dəfə oxunub
Çap versiyası

 

-          Qəzənfər, yığmısan da bütün Aşağı Məhəlləni bura?

-          Bəli, Məcid kişi.

-          Hamı burdadı da?

-          Hamı burdadı Məcid kişi. Bir Tofiq gələ bilməyib...

-          Tofiq?

-          Hə, Zülfüqar kişinin oğlu.

-          Nə olub ona?

-          Azarlayıb deyəsən...

-          Hə, nə olar... Allah şəfasın versin.  Yerdə qalan hamı burdadı da?

-          Bəli, Məcid kişi, gəliblər.

-          Ay Qəzənfər...

-          Bəli, Məcid kişi.

-          Aşağı Məhəlldədə neçə ev var?

-          Aşağı Məhəllədə...

-          Hə... Neçə ev var?

-          Bir dəqiqə deyim də. Demək, lap aşağı başdan... Kar Paşa bir.

-          Hə, lap aşağıda Kar Paşanın evidir də.

-          Bəli, Məcid kişi. Özü rəhmətə gedəndən sonra oğlu Həşim gəldi. İndi burdadı.

-          Hə, lap yaxşı. Yaxşı oğlandı o.

-          Ondan bir az yuxarı Tapdıq müəllimgilin həyətidir, böyründə də Lül Qəmbər...

-          Hə-hə...

-          Tapdıq müəllim də burdadı, oğlanları da. Rəhmətlik Lül Qəmbərin oğlu da gəlib, kürəkəni Həsən də.   

-          Hə, sonra...

-          Sonra ondan da yuxarıda Cərullagilin həyətidir, böyründə də, dikdirdə “zavmağ” Fərəc...

-          Durur görəsən zavmaq Fərəc?

-          Yox, Məcid kişi. Neçə ildir rəhmətə gedib.

-          Allah rəhmət eləsin!

-          Hə, Cərulla da gəldi bayaq, oğlu da. Fərəcin də oğlanları burdadır.

-          İki oğlu vardı da onun.

-          Hə, Kamil, Şamil. Burdadılar.

-          Lap yaxşı. Sonra kim qaldı?

-          Cərullagildən sonra  5 dənə həyət var da Aşağı Məhəllədə.

-           Biri bizim həyətdi...

-          Bəli. Biri sizin həyətdi. O biri də vergidə işləyən Əliqulunun atasının həyəti.

-          Hə...

-          Sizin oğlanlarınız bayaqdan gəliblər. Əliqulunun atası burdadı, balaca qardaşı Söyün də gəlib.

-          Qaldı üç ev.

-          Bəli. Zülfüqar kişinin həyətidi. Oğlu. Dedim də bayaq. Tofiq azarlıdı. Ondan sonra, oxumuş Yunusun evidi.  Burdadılar hamısı. Bir də alver İmangil...

-          Alver İman. Ada bax e.

-          Hə, elə mən gözümü açandan elə eşitmişəm...

-          O vaxt elə idi də. Yazıq rayondan gətirib... İnanırsan, heç bilmirəm nə satırdı o? Adı qalmışdı alver  İman....

-          Hə...

-          İndi də biz hamımız olmuşuq alverçi, amma daha ad qoyan yoxdur... Nə isə, “vobşim” deyirsən hamı burdadı da?

-          Bəli, Məcid kişi.

-          Hə, başlayaq onda.

-          Başlayaq.

-          Qəzənfər.

-          Bəli, Məcid kişi.

-          İnan Allaha elə yorulmuşam. Hərdən istəyirəm, gedib “samalyot”a bilet alım, minim “samalyot”a. Qurtarım canlmı bu Sibirdən. Nə qədər olar axı? Gedim Aşağı Məhəlləyə...

-          Doğrudan?

-          Hə, Qəzənfər. Sən cavansan hələ. Mənim yaşıma çatanda bilərsən ki, bu Sibir nə köpəyoğlu yerdi.

-          Soyuqdu da bura.

-          Soyuqdu, hə. Amma öyrəşmişəm də buralara.

-          Elə biz də öyrəşmişik. 

-          Nəsə. Gedək, ay Qəzənfər, görək başımıza nə gəlir... Deyirsən, Aşağı Məhəllənin başıpapaqlıları burdadı da?

-          “Paşti” hamısı burdadı, Məcid kişi.

-          Getdik onda.

-          Gedək.


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-06-2018
19.06.2018 Neft ucuzlaşıb
19.06.2018 Astarada faciə
18-06-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.3211 san