09:40 21 Noyabr 2016
3901 dəfə oxunub
Çap versiyası

Vəli Məmmədov Yardımlıda doğulub. Mənim ana-babam, nənəm də ordandır. Çünki atam Qabil ordan evlənib. Sonra da məni ordan evləndirib.

Bacı-qardaşlarını, anasını çox görsəm də, Vəli müəllimlə cəmi iki dəfə rastlaşmışam. O da ki, 10 və 25 yaşımda. Amma atam onun haqqında çox danışırdı. Xətrini çox istəyirdi. Tərifləyirdi. Tərifi isə əsasən iki sözdən ibarət olurdu: “Təmiz adamdır”.

 

İLK TANIŞLIQ

 

1976-cı ildə atama, daha doğrusu Qabilin “Nəsimi” poemasına Azərbaycan SSR Dövlət Mükafatı verdilər. Təqdimat mərasimi Siyasi Maarif Evində təşkil olunmuşdu. Səhv etmirəmsə həmin binada indi Konstitutsiya Məhkəməsi yerləşir. Atamın göstərişiylə anam, mən 10 yaşlı Mahiri qəşəng geyindirdi, saçımı daradı. Və atam əlimdən tutaraq başladıq üzü Qoşa Qala qapısına, üzr istəyirəm, adını səhv dedim, İçərişəhərin Şamaxı darvazalarına tərəf addımlamağa. Demə təqdimat mərasimi bura yaxın binada olacaqmış. Qapıya yaxınlaşdıq. İndiki dildə desək, Prezident oxranası qabağımızı kəsdi. Atama bir söz demədilər. Amma 10 yaşlı uşağın içəri keçməyəcəyini laureat Qabilin nəzərinə çatdırdılar. Atam başladı onlarla mübahisəyə:

* Oğlum da mənimlə keçəcək!

* Keçməyəcək, Qabil müəllim. Uşaqlara icazə yoxdur.– deyə mühafizəçilər mədəni surətdə cavab verirdilər.

* Mən deyirəm ki, keçəcək! – atam səsini bir az da qaldırdı.

* Qabil müəllim, icazə yoxdur.

* Onda mən də qatılmıram tədbirə! – deyib üzünü çevirib getmək istəyirdi ki, səs-küyə gələn bir kişi atamı arxadan qucaqladı.

* Qabil, hara gedirsən? Mükafatı mənə verəcəklər? – deyə gülə-gülə onu saxladı. Atam çevrildi. Hirsindən əlamət qalmadı. Qucaqlaşıb-öpüşdülər.

Hər ikisi əlimdən tutub içəri keçdik. Mən onda ağıllı, sakit uşaq idim. Özümü yaxşı aparırdım. Heç bir artıq sual vermirdim. İndiki kimi deyildim. Girdik zala. Oturduq. Hamı Heydər Əliyevin gəlməyini gözləyirdi. Məni qəribə-qəribə süzürdülər. Birdən atam:

* Mahir, o kişini tanıdın?

* Yox.

* Vəlidir də... Vəli Məmmədov. Yardımlıdandır. Təmiz adamdır. Bax, bu binanın direktoru odur. Həm də Mərkəzi Komitədə zamzavotdel (Təbliğat-Təşviqat şöbəsinin müdir müavini) işləyir.

 

ƏLİ-VƏLİ

 

Bu əhvalatdan bir il keçmişdi. Yardımlıdaydıq. Şəhərə qayıtdıqdan sonra atam salfetkaya yazdığı bir şeiri kağıza köçürürdü. İkinci dəfə Vəli Məmmədovu onda tanıdım. Xüsusi izahla verilmiş şeirin adı “Əli-Vəli” idi.

 

ƏLİ-VƏLİ

 

Köhnə dostum Vəli Məmmədov Yardımlıdandır. Ata-baba evləri indi də oradadır. Vəli Qələbə bayramı günlərində şair Əli Tudəni o səfalı yerlərə qonaq aparmışdı. İş elə gətirmişdi ki, mən də orada olmuşdum. Lakin dostlarımın gəlişindən ancaq Bakıya qayıdan günü xəbər tutdum. Vəligilə gəldim ki, həm Əliylə, həm Vəliylə görüşüb yola çıxım. Məni çox mehribanlıqla qarşılayan Vəlinin bacı-qardaşları və anası Berta xala bildirdi ki, Vəli Əlini Bərcan kəndinə gəzməyə aparıb. Deyirlər oradan Savalan aydın görünür...

Mən elə oradaca xəlvət bir yerə çəkilib həmin şeiri yazdım və əl yazımı Vəligildə qoyub Lənkərana, oradan da Bakıya qayıtdım.

 

Bülbül qızılgülün qurbanı olar,

Bülbül cəh-cəh vurar bahar gələli.

Bu güllü-bülbüllü dumanlı dağlar

Deyir ki, xoş gəlib Əliylə Vəli.

 

Yardımlı Vəlinin ana qucağı,

Əliyə “Xoş gəldin” deyir bu ana.

Saçları ağarmış Savalan dağı

– Vəli, qoyma! – deyir – Əli odlana.

 

Vəlisiz Yardımlı lap bihudədir,

Ağıllı oğluyla ana fəxr edər.

Vəlinin qonağı Əli Tudədir

Yox, qonaq saymayır şairi ellər.

 

Əli də, Vəli də qoşa qanadım,

Vəli iradəmdir, Əli ilhamım.

Mənim bu dünyada şöhrətim, adım –

Əliyə, Vəliyə vahid inamım!

 

Gəldim görüşünə, olmadın evdə,

Boynuna qol saldım Berta xalanın.

Dedi: “Bərcandadır, Əliylə kefdə,

Qonağı Əlidir Vəli balamın”.

 

Qədəmi mübarək qərib şairin...

Yox, Vəli qoymaz ki, Əli kövrələ.

Sorağı Bərcandan gəlib şairin,

Gözlə, Savalandan gələcək hələ...

1977

 

“İNSAN DAY BU QƏDƏR DƏ TƏMİZ OLMAZ DA...”

 

Atamla anamın söhbətindən:

* Ay Bəyim, Vəlinin qardaşını işdən çıxarıblar.

* Vəli o boyda vəzifədə... Nə əcəb?

* O boyda zamzavotdel...heç zəng edib deməyib də ki, işiniz olmasın onunla. İnsan day bu qədər də təmiz olmaz da... Axı qardaşındır.

 

RAYKOM KATİBİ VƏ NEMƏT PƏNAHLI

 

Vaxt keçdi, il dolandı. Ara qarışdı. Mitinqlər qızışdı. İdarəetmə zəiflədi. Mərkəzi Komitə rəhbərliyinin yadına düşdü ki, bəs onun sıralarında Vəli Məmmədov kimi təmiz, ömründə rüşvət almayan, bacarıqlı kadrlar varmış. Ayağa qalxmış xalqla yalnız belələri dil tapa bilərlər. Vəli Məmmədovu Bakının mərkəzi rayonu sayılan – mitinqlərin vüsət aldığı Lenin meydanının qeyri rəsmi Azadlıq meydanının yerləşdiyi rayona – 26-lar rayonuna, indiki dildə desək, icra başçısı təyin edirlər.

 

İlk meydan hərəkatı yatırıldıqdan, Nemət başda olmaqla bir qrup adam həbs olunduqdan sonra yerlərdə yığıncaqlar keçirilir. Yazıçılar İttifaqı bu rayonun ərazisində olduğundan Qabil də dəvətlilər sırasındaymış. Vəli Məmmədov çıxışında Nemət Pənahovu “malçişka” adlandırır... Atam buna dözmür. Ayağa durub:

* Ay Vəli, belə çıxır ki, neçə aylardır bu boyda xalqı meydanda “malçişka” idarə edirmiş? – deyib, zaldan çıxır.

 

İKİNCİ GÖRÜŞ VƏ SON

 

Həyat yoldaşımın əmisi oğlu Camal 30 yaşında rəhmətə getmişdi. Qudasının qardaşı və dostu Höccət Əkbərova başsağlığı vermək üçün atamla rayona getdik. Elə təzəcə çatıb, əyləşmişdik ki, qapı açıldı. Sadə geyimdə iki nəfər girdi içəri. Onlardan birini tanıdım. Vəli Məmmədov idi. Höccət kişini özünə yaxın dost bilirdi. Oğlunu itirmiş ata kövrəldi. Sanki onun gəlişini gözləyirdi bu ağır günündə...

Höccət Əkbərov kimdir? Yardımlının ziyalısıdır. 20 noyabr vertolyot qəzasında həlak olanlarla vida mərasiminin videogörüntülərini çox izləmisiniz. Vəli Məmmədovun tabutunun başında dayanan yaşlı kişi Höccət Əkbərovdur.

Bu mənim Vəli Məmmədovla ikinci və son görüşüm idi. 66 gündən sonra isə qəzada həlak oldu. Silahdaşlarıyla birlikdə.

Allah hamısına rəhmət eləsin!


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
DİN və din
17:38 23.05/2018
 
Xəbər başlıqları
25-05-2018
24-05-2018
24.05.2018 Şabranda ev yanıb
24.05.2018 Neft ucuzlaşıb
23-05-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
3.0762 san