09:58 24 Noyabr 2016
2830 dəfə oxunub
Çap versiyası
İbrahim Əliyev
Tarix üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan qədim dövlətçilik ənənəsinə malik bir ölkədir. Dünyanın ən qədim dövlətləri yaranmağa başladığı dövrdə Azərbaycan siyasi sivilizasiyanın təşəkkül tapdığı və ilk dövlətlərin yaranmağa başladığı ərazilərdən biri olmuşdur. Bu uzun tarix ərzində Azərbaycanın dövlətçilik ənənəsi zamanın sınaqlarından keçərək təkmilləışmiş, daha da mükəmməlləşmişdir. Azərbaycanın zəngin dövlətçilik ənənəsi müasir dövrdə demokratik dövlətçiliyinin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır.
Burada müasir Azərbaycan demokratik dövlətçiliyinin formalaşması, müxtəlif mərhələlərdən keçərək hazırkı vəziyyətinə gəlib çıxmasının qanunauyğunluqları, keçdiyi mərhələlər, üzləşdiyi problemlər üzərində dayanmaq istərdik. Son dövrlər, xüsusən də Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra onun tarixində saxtalaşdırılan məsələlərdən biri məhz dövlətçilik ənənəsinin olması, onun müasir dövrdə təzahür etməsi olmuşdur. Buna görə də ölkə ictimai elmi qarşısında duran məsələlərdən biri də Azərbaycanın dövlətçilik tarixinin bir daha nəzərdən keçirilməsi, onun fundamental xüsusiyyətlərinin araşdırılması olmuşdur. Azərbaycanın müasir tarixini öz maraqlarına uyğun gələn şəkildə izah edən maraqlı qüvvələr onun güclü dövlətçilik tarixini şübhə altına almaqla təkcə tarixinə deyil, müasir dövrdə mövcudluğuna qısqanclıq hissi ilə yanaşır, onun uğurlarını şübhə altına almağa, dünyada olan mövqeyini zəiflətməyə, əhəmiyyətini aşağı salmağa çalışırlar.
Azərbaycanda demokratik dövlət quruculuğu 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlıdır. Rusiya imperiyasının dərin böhran keçirdiyi bir vaxtda Azərbaycanda da müstəqilliyin bərpası və xaraktercə müasir demokratik dövlətin yaranması təsadüfi deyildir. Düzdür, inqilabi çevrilişlərlə əhatə olunmuş Rusiyanın ərazisində xeyli sayda xırda dövlətlər yaransa da, onların yalnız bir qismi zamanın sınağından çıxaraq həyat qabiliyyətini sübut etmiş, qısa vaxtda olsa da, düzgün ictimai-iqtisadi, siyasi quruculuq işini həyata keçirə bilmişdilər.
Azərbaycan XIX əsrin əvvəllərində itirmiş olduğu dövlətçiliyini XX əsrin əvvəllərində yenidən bərpa etmək imkanı əldə etdi. İlk baxışda tarixi epizod təsiri bağışlayan bu hadisə ciddi qanunauyğunluqlara tabe olan və tarixi inkişafın öz məntiqindən doğan bir reallıq idi.
Daxili ziddiyyətlər, xaricdən edilən təzyiqlərin təsiri altında zəifləmiş və xırda dövlətlərə parçalanmış Azərbaycan XIX əsrin əvvəllərində müstəqilliyini itirdi, ərazisi qonşu dövlətlərin tərkibinə qatılaraq, onların əyalətinə çevrildi. Özünün ictimai-siyasi həyatında ən böhranlı bir zaman kəsiyinə daxil olmuş Azərbaycan bir qədər sonra yeni şəraitdə reallıqları qəbul edərək, yenidən dirçəlmək, ozünü təsdiq etmək, siyasi iradəsini ortaya qoymaqla dövlətçiliyini özünə qaytarmaq istiqamətində irəliləyirdi. Zaman-zaman onun öz dövlətinə malik olmaq iradəsi bu və ya digər formada özünü büruzə verirdi.
Haqqında danışılan dövrdə Azərbaycan dövlətçiliyı tam itirilməkdən yenidən bərpa olunmağa qədər böyük bir təkamül prosesi keçmişdir. Bu proses bütövlükdə bəşəriyyətin keçdiyi tarixi inkişaf prosesinin ayrılmaz tərkib hissəsidir. Xalqın inkişaf səviyyəsindən, onun malik olduğu tarixi ənənələrindən asılı olaraq onun siyasi qurumu – dövlətçiliyi təşəkkül tapmış, tarixin müxtəlif dövrlərində enmə və qalxma analarını yaşayaraq mövcud olmuşdur. Dəvlətçilik ənənəsinə malik olan xalq bu potensialını hər zaman göstərir.
Xüsusilə Şimali Azərbaycanda Avropa-Qərb həyatına inteqrasiya, Azərbaycanın Rusiyanın tərkib hissəsi olaraq Qərb iqtisadi məkanına daxil olması burada yetişməkdə olan ictimai fikir cərəyanında da əks olunur. Müxtəlif qadağaların və məhdudiyyətlərin qoyulmasına baxmayaraq, müasir dövrün ruhunu daşıyan yeni fikir cərəyanının təşəkkülünə gətirib çıxarır. Yeni ziyalılar dəstəsi bu yeni fikrin daşıyıcıları olmaqla Azərbaycan cəmiyyətinin icərisində gedən müasirləşmə, demokratikləşmə tendensiyasını özlərində ifadə edirdilər.
Azərbaycanın müasir dövlətçiliyinin təşəkkülü prosesi bir neçə mərhələdən keçmişdir. Lakin bu mərhələlərin özləri də vahid bir prosesin tərkib hissələridir və ümumi qanunauyğunluğu özündə əks etdirir. Bu mənada bu prosesə ümumi baxış onun təkamülünü müşahidə etməyə imkan verir.
Azərbaycan XIX əsrin əvvəllərində qonşu dövlətlər tərəfindən işğal edilərək bölüşdürüldükdən sonra onda müşahidə edilən əsas xüsusiyyətlərdən biri Şimali və Cənubi Azərbaycanın fərqli ictimai-iqtisadi, siyasi və mədəni sistemə düşmələri nəticəsində fərqli inkişaf yoluna düşmələri idi. Əgər Cənubi Azərbaycan İran dövlətinin tərkibinə daxil olmaqla yüzilliklər boyu davam edən ənənəvi ictimai-iqtisadi, siyasi-ideoloji və mənəvi həyat tərzini demək olar ki, dəyişmədən davam etdirirdisə, Şimali Azərbaycanda vəziyyət xeyli dəyişmişdi. Rusiya imperiyasının tərkib hissəsi olmaqla Avropa məkanına düşmüş Şmali Azərbaycanda Qərb sivilizasiyası, ictimai-iqtisadi həyatına uyğun proseslər bu ölkənin həyatına daxil olur, çox çətinliklə də olsa Qərb standartları, düşüncə tərzi, ictimai-iqtisadi münasibətlər sistemi onun həyatına nüfuz edirdi. Bir müstəmləkə ölkəsi olaraq yerli əhaliyə münasibətdə məhdudiyyətlər qoyulsa da, qərbyönümlü ictimai fikir, düşüncə tərzi, tədricən özünə yer edirdi.
XIX əsrin II yarısında Şimali Azərbaycanda kapitalist münasibətlərinin inkişafı ölkənin iqtisadi həyatı ilə yanaşı ictimai həyatın bütün sahələrində əsaslı dəyişikliklərə gətirib çıxardı. Metrapoliyanın istəyindən asılı olmayaraq kapitalist təsərrüfatı ilə yanaşı Şimali Azərbaycanın ictimai həyatına kapitalist münasibətləri, ona müvafiq olaraq isə mədəni ideoloji mühit formalaşır. Yeni təhsil sistemi təşəkkül tapırdı. Mədəni həyatda güclü dəyişikliklər baş verirdi.
Həmin dövrdə yetişən müasir fikirli ziyalı təbəqəsi ölkənin mədəni həyatında fəal rol oynamaqla yanaşı müstəqil ictimai fikrin formalaşmasında əhəmiyyətli xidmət göstərdilər. Milli teatr, milli mətbuat, mü­asir ədəbiyyat inkişaf etdi. Nəti­cədə neft sənayesinin in­kişafı yüksələn kapita­list münasibətləri şəraitində Azərbaycanın siyasi iradəsini özündə təcəssüm etdirən ictimai fikir cərəyanı günbəgün yetkinləşərək müstəqil dövlətçiliyin dirçəlişinin zəminini hazırlayırdı.
Azərbaycanda formalaşan ictimai fikir cərəyanı mövcud azərbaycan cəmiyyətinin malik olduğu ictimai ruhun təzahürü idi. Sadəcə olaraq xalqın bu mənəvi iradəsi müxtəlif təzyiq və qadağalara, maneələrə rast gəlirdi. Bütün bu çətinliklərə baxmayaraq, burada milli ruhun zəminində təşəkkül tapmış ictimai fikir cərəyanı xalqın mahiyyətində gizlənmiş bu potensialın qətiyyətindən və gücündən xəbər verirdi.
Artıq XX əsrin əvvəllərində Azərbaycan əhalisinin bir sıra təbəqələri mövcud rejimə və müstəmləkəçilik əsarətinə qarşı müqavimət hərəkatını daşıyan qüvvəyə çevrilməkdə idi. Rusiya imperiyasının müxtəlif yerlərində gedən inqilabi dəyişikliklər şəraitində Azərbaycanın sırf özünə məxsus hərəkatı formalaşır və seçilirdi. Əsrin əvvəllərində yaranmış siyasi partiyalar, digər ictimai-siya­si təşkilatlar, nəşr olunan qəzet və jurnallar hərəkatın günbəgün yetkinləşməsinə və güclənməsinə təkan verirdi. İlk vaxtlar Rusiya sosial-demokrat fəhlə partiyasının milli qanadı kimi yaranmış fəhlə təşkilatları zaman keçdikcə özünün tələbləri, məqsəd və planları olan partiyaların yaranmasına gətirib çıxarırdı.
Göründüyü kimi, Azərbaycanın müasir demokratik dövlətçiliyinin formalaşması prosesi bir sıra ardıcıl mərhələlərdən keçmişdir. İlk əvvəl Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsi dörlətçilik şəraitində iradəsinin məhv edilməsi istiqamətində aparılan siyasət və bu siyasətə qarşı aparılan müqavimət hərəkatı ilə xarakterik olmuşdur.
Növbəti mərhələ regionun ictimai-iqtisadi inkişafı, kapitalist istehsal münasibətlərinin bərqərar olması nəticəsində formalaşmış yeni cəmiyyət də qabaqcıl ziyalı təbəqəsinin təşəkkülü idi. Mütərəqqi ideyaların daşıyıcıları olan təbəqənin yaranması və möhkəmlənməsi ilə bağlı idi.
Bakıda kapitalist sənayesinin yaranması və inkişafı ilə kapitalizm cəmiyyətinin təbəqələrinin təşşəkkülü, zamanın tələblərinə müvafiq ictimai hərəkatın formalaşmasını sürətləndirdi. Bu vaxta qədər cəmiyyətin ayrı-ayrı təbəqələri arasında mövcud olan ictimai fikir bir araya gələrək ümumazərbaycan ideyasının ortalığa qoylmasına gətirib çıxarırdı. İctimai təşkilatlar, professional birliklər, siyasi partiyalar meydana gəlirdi. Bütün bu inkişafın gedişində isə qədim tarixi köklərə malık siyasi iradə özünü daha çox göstərir, təkmilləşirdi.
1917-ci ildə Rusiya imperi­yasinin iflası zamanı onun ərazisində yaşayan xalqların oz müqəddəratını təyin etməsi və öz dövlətlərini yarada bilməsi şansının yaranması məqamında Azərbaycanda dövlətyaradıcılığı prosesinin sürətlənməsi təsadüfi deyil­di. İlk vaxtlar demokratik Rusiya çərçivəsində muxtar hüquqlara malik respublika qurmaq arzusundan müstəqil dövlətin yaradılmasının zəruriliyi reallığına yüksəlmış Azərbaycan cəmiyyətin həmin siyasi təməl üzərində təşəkkül tapırdı. 1918-ci ilin mayında uzun çaxnaşmalardan sonra təşəkkül tapmış müasir Azərbaycan demokratik dovləti öz atdığı addımlar və gördüyü işlərlə, habelə həyata keçiridiyi qövlət quruculuğu işləri ilə o vaxt yaranmış dövlətlər sırasında daha çox yaşamaq və inkişaf etmək qabiliyyəti olan bir dövlət olduğunu übut etdi. Söhbət burada onun mövcudluq müddətinin azlığından və çoxluğundan getmir. Onsuz da müəyyən müddətdən sonra post imperiya məkanında yaranmış dövlətlərin əksəriyyəti köhnə imperiyanın xarabalıqları üzərində təşəkkül tapmış sovet (bolşevik) Rusiyasının işğalına məruz qaldı. Gec və ya tez yenidən tutularaq böyük imperiyanın əyalətlərinə - milli ucqarlarına çevrildilər. Daxili idarəetmə sistemində mükəmməl strukturun yaradılması, Ölkə daxilində düşmən qüvvələrin müqavimətinin qırılaraq separatçı hərəkətlərin qarşısının alınması, əmin-amanlığın təmin edilməsi, iqtisadi inkişaf sahəsində ardıcıl və effektli addımların atılması, parlamentin yaradılması və onun normal fəaliyyətinin təmin edilməsi, hökumətin müasir standartlara uyğun qurulması və səmərəli fəaliyyəti, xari­ci siyasət sahəsində, hərbi quruculuq, təhlükəsizliyin təmin edilməsində uğurlu adıımların atılması bu dövlətin tarixi ənənəyə söykənən təməl üzərində qurulmasından xəbər verirdi. Azərbaycan Xalq Cumhuriyyətin varlığına qısa müddətdən sonra son qoyulsa da, onun ictimai həyatın bütün sahələrində təkan verdiyi başlanğıclar tam məhv olmadı, bu və ya digər formada öz bəhrəsini verməkdə davam etdi. “Bir dəfə qalxan bayraq bir daha enməz” ideyası müasir Azərbaycan tarixində doğrudan da möhkəm əsasları olan uzaqgörən bir reallığın ifadəsi olduğunu sübut etdi. Konkret məsələlərlə yanaşı əsası 1918-ci ildə qoyulmuş Azərbaycan müasir dövlətçiliyi zəifləsə də, öz varlığını bu və ya digər formada qoruyub saxladı.
Bolşeviklər Azərbaycanı zəbt edərək onu sovetlər birliyinə qaxil etsələr də, milli dövlətçilik Azərbaycan SSR formasıında öz potensialını zəif formada olsa da saxladı. Düzdür, Sovet hakimiyyətinin ilk illərində SSRİ-nin yaradıcıları sırasında yeganə türk müsəlman respublikası kimi təmsil olunmasına da qısqanclıqla yanaşılırdı. Bu faktı kölgə altına salmaq üçün Cənubi Qafqazın 3 respublikasını birləşdirən ZSFSR-in (Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası) oyunu işə salındı. Lakin bir qədər sonra bu yolla Azərbaycanın və digər müsəlman-türk xalqlarının respublikaları tarixi reallığın diktəsi ilə formalaşdırıldı. 1936-cı ildə qəbul edilmiş yeni Sovet Konstitusiyasına əsasən isə ZSFSR ləğv olundu və Azərbaycan SSR-də müttəfiq respublika hüququnda SSRİ-yə daxil oldu. Beləliklə, Sovet hakimiyyəti illərində Azərbaycan Sovet Sosialist Respublikasının saxlanması, onun həyatın bütün sahələrində nailiyyətlər əldə etməsi onun malik olduğu dövlətçilik ənənəsini və iradəsini təzahür etdirirdi.
Azərbaycanda 1991-ci ildə müstəqilliyin bərpa edilməsi və 1918-ci ildə əsası qoyulmuş müasir demokratik dövlətin varisi olaraq quru­cu­luq işlərinə başlanması milli dövlətçik ənənəsinin özünü təsdiq etməsi idi. Bu prosesin qarşısının alınması üçün məhz Azərbaycanda ən böyük maneələr yaradıldı. Xalqın müstəqilliyə yönəlmiş iradəsinin qarşısının alınması üçün ermənilərin separatçı təxribatlarına təkan veril­di. Milli düşmənçilik zəminində qırğınlar təşkil olundu. Azərbaycan erməni işğalına məruz qaldı. Ölkə daxilindəçoxsaylı təxribatlar, qanlı terror əməlləri törədildi. Bütün bunlara baxmayaraq, Azərbaycan bu maneələri dəf edə bildi. Ona qarşı bu günə qədər davam edən fitnələrə mətanətlə cavab verir, həyatın müxtəlif sahələrində özünü təsdiq edir. Müasir dünya durumunda özünə layiq yer tutan Azərbaycan beynəlxalq aləmdə öz sözünü deyir, hər bir məsələdə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayana bilir. Bütün bunların sayəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Azərbaycanın müasir dövrdə dünya dövlətlər sistemində tutduğu yer onun layiq olduğu haqqın təntənəsidir.

 

Ədəbiyyat
1. Волконский М., Муханов В. По следам Азербайджанской Демократической Республики. Москва, 2007.
2. MustafayevR. Azərbaycan dövlətçiliyi: Özümüzü və dünyanı dərketmə yolunda, Bakı, 1995.
3. Сумбатзаде А.С. Азербайджанцы – этногенез и формирование народа.Баку, 1990.
4. Алиев И.З. В плену заданной консепции. В кн. Азербайджанская Демократическая Республика -90. Москва,2008, с. 78-87
5. Алиев И.З. Пристрастный взгляд на историю Азербайджанской Демократической Республики.//Азербайджан и азербайджанцы. 2008, Вол.102,№ 9-12,
6. Алиев И.З.Müasir dünya durumu və millətlərin öz müqəddəratını təyin etmək hüququ.//Geostrategiya 2011, mart, N 1, с. 30-38
7. Балаев А.Г. Азербайджанское национальное движение в 1917-1918 гг. Баку : Элм, 1998. 280

 

"Geostrategiya" jurnalı № 03 (33) MAY - İYUN 2016


Müəllifin digər yazıları

  1. YENİDƏNQURMA DÖVRÜNDƏ SSRİ-də ALKOQOLİZMƏ QARŞI MÜBARİZƏ VƏ ONUN NƏTİCƏLƏRİ HAQQINDA
  2. Qarabağ münaqişəsinin nizamlanmasının başlıca maneələrindən biri mövcud status-kvodur
  3. AZƏRBAYCANLI “ZİYALININ” ERMƏNİSAYAĞI GEDİŞLƏRİ
  4. Azərbaycan Xalq Cümhuriyyəti müasir dövlətçilik tarixində
  5. Ermənistanda dəyişikliklər nə vəd edir?
  6. Azərbaycan torpaqlarının ermənilər tərəfindən zəbt edilməsi tarixindən
  7. 2017-ci il: gözləntilər və nəticələr
  8. AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASI VƏ İNKİŞAFI DÖVRÜNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ MÜNASİBƏTLƏRİ
  9. 1980-ci İLLƏRDƏ SSRİ-də Y.ANDROPOV HAKİMİYYƏTİ VƏ ONUN İSLAHATLARI
  10. SSRİ-nin beynəlxalq münasibətlər sahəsində Heydər Əliyevin xidmətləri
  11. SSRİ-NİN İFLASININ SƏBƏB VƏ NƏTİCƏLƏRİ HAQQINDA
  12. AZƏRBAYCAN RESPUBLİKASI 25
  13. Müasir Azərbaycan dövlətçiliyində Konstitusiyalar
  14. Azərbaycanda müasir demokratik dövlətçiliyin təkamülü
  15. Qarabağ problemi son hadisələr işığında
  16. Müstəqil Azərbaycan Respublikasında turizmin inkişafı
  17. Azərbaycan Respublikasında dövlət-din münasibətlərinə dair
  18. Ali təhsildə keyfiyyətin müasir vəziyyəti və onun aktual problemləri
  19. Azərbaycanda III sektor və onun mövcud vətəndaş cəmiyyətində yeri
  20. AZƏRBAYCANDA MİLLİ DÖVLƏTÇİLİYİN DİRÇƏLİŞİ VƏ ONUN TARİXİ KÖKLƏRİ
  21. Postsovet məkanında müstəqil dövlətlərin yaranması və onların müasir dünya durumunda yeri
  22. “Erməni soyqırımı” əfsanəsi və müasir dövrdə onun hədəfləri
  23. BEYNƏLXALQ ALƏMDƏ AZƏRBAYCANA QARŞI TƏZYİQLƏRİN ARTMASI VƏ ONUN REAL MAHİYYƏTİ
  24. Müasir dünya durumunda Azərbaycanin aktual problemləri
  25. Müasir Azərbaycan beynəlxalq norma və prinsiplər kontekstində
  26. Azərbaycan Respublikasında təhsilin aktual problemləri - EKSKLÜZİV
  27. Prezidentin çıxışı söykəndiyi reallıqlarla güclü idi
  28. Qarabağ münaqişəsi ətrafında bəzi mülahizələr
  29. Yenidənqurma dövründə Sovetlər İttifaqında milli məsələ və etnik konfliktlər
  30. DAĞLIQ QARABAĞ KRIM DEYİL ...
  31. Sovet xalqının insanların yeni tarixi birliyi olmasiı haqqında tezis və onun 1970-80-ci illərində sovet dövlətinin milli siyasətində yeri
  32. AZƏRBAYCANIN HAZIRKI İNKİŞAF KURSUNA ALTERNATİV YOXDUR
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2018
20-07-2018
20.07.2018 Neft bahalaşıb
19-07-2018
19.07.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6989 san