13:08 29 Noyabr 2016
2795 dəfə oxunub
Çap versiyası

 

Unutmaqdan yox, unudulmaqdan qorxuruq və doğulduğumuz gündən qorxularımıza ad tapa bilmirik. Biz millət olaraq davadan, qandan qorxan deyilik. Başımıza gətirilən, lap elə qorxulu nağıllara, qorxu filmlərinə bənzəyən hadisələri əvvəllər danışmağa qorxmuşuq. Çünki düşmənimiz və düşmənlərimiz çox qorxulu idilər. Ancaq tarixin, tarixi həqiqətlərin üstündən qara kölgələr qalxandan sonra olanları qorxmadan danışdıq, hətta onu yazmağa belə başladıq. Yazılanlar tarix oldu. Böyük bir millətin tarix səlnaməsindəki qara səhifələr sabahımıza işıq salmasa da bizi həmişə işığa doğru apardı, daha doğrusu, işıq yolunu göstərdi. Bu yol azadlıqdan, birlikdən keçdi və bugünümüzə gəldik.

Bugünümüz isə qışın bir addımlığındadır. Payızın sarı həsrətindən keçib qışa doğru gedirik. Bəlkə də zamanın təzadıdır, bizi yerimizdən, yurdumuzdan ən çox payız-qış fəsillərində didərgin salıb, pələsəng ediblər. 1813-dən, bəlkə də daha öncədən bu plan, beləcə, həyata keçirilib. Elə bu yazıda da tarixi varaqlamaq istədim, soraqlamaq yox. Çünki soraqlasam, illərin o üzündən neçə-neçə nəsil soyqırıma, deportasiyaya məruz qalmışların sədası gələcək…

Tarix xronologiyaların ümidinə qalsa, o zaman tarixçilər hər şeyi yenidən yazmaq məcburiyyətində qalacaqlar. Rəqəmlər, hadisələrin hansı ayda, hansı ildə, hansı saatda baş verməsi bundan sonra nəyi dəyişər ki? Bu gün bizimçün əsas məsələ xatırlamaq və ibrət götürməkdir. Artıq müşahidə etmişəm, özümüzə unutqan millətik demirik, daha doğrusu, unutmuruq. Bilirik ki, unutqanlıq elə bir dərin yuxudur ki, onun quyusuna düşən bir də ordan ömür boyu çıxa bilməyəcək. Əlimiz çatan, gümanımız yetən yerdə şükürlər olsun ki, düşmənlərimizdən geri qalmırıq. Amma bizim onlardan bir fərqimiz var: biz haqqı deyirik, haqqı danşırıq, onlar isə dünyanın eşitmək istədiyini…

Yolumuza daş diyirləyənlərin, hər addımda qarşımıza sədd qoyanların dilini və əlini kəsmək üçün bu gün səfərbər olmuşuq. Dövlət başçımızın yürütdüyü siyasət, tarixi həqiqətləri olduğu kimi karlara və özünü korluğa qoyanlara sübut etməsi qıcıq yaratsa da, bıçağın sümuyə dayandığını hamımız bilirik. Düşmənimizin, onu üstümüzə qısqırdanların, ikinci bir erməni dövlətini torpaqlarımızda yaratmaq istəyənlərin burnunu aprel döyüşlərində ovmağımızın səsi-sədası hələ çox eşidiləcək, hələ bundan sonra çox danışılacaq. O döyüşlərdən sonra çevrəmizdəkilərin, bizi deportasiyalara, soyqırımlara məruz qoyanların necə təlaş keçirdikıərini də gördük. Azərbaycan Əsgəri bizə elə bir sevinc yaşatdı ki,

onu dillə demək, ifadə etmək çox çətindir. Bəlkə də üzü 1813-dən bəri qanı torpağa qarışmış soyadşlarımızn da ruhları sevindi o gün. O gün həm də oğullarımız haqqın dərgahına qovuşdular, şəhidlik zirvəsinə ucaldılar…

1905-1906, 1918-1920, 1948-1953 və 1988-ci illər deportasiyaları əslində. Həm də millətimizn qürurunu sındırmağa, onu tarix səhnəsindən silməyə hesablanmışdı. Və bu gün varoluşumuzda ilahi bir bağlantı, ilahi bir sirr var, bunu unutmamalıyıq…

Və mənim 28 iilik bir həsrəti, ağrını yenidən dilə gətirməyimin səbəbinin izaha ehtiyacı yoxdur. Desəm bəlkə də yerinə düşər: sonuncu deportasiyadan sonra sevgimiz də, içimizdə göyərtdiyimiz dərdimiz də bizimlə birlikdə qaçqın oldu, köçkün oldu. Vətəndən-vətənə gəldik və bu soyuq noyabr ayı, bu qızıl payız 28 illik yaranın qaysağını yenidən qopardı…


Müəllifin digər yazıları

  1. Nakomaniya ilə mübarizədə KİV-lərin rolu
  2. Ünvanına yetişən məktublar...
  3. Azadlığa can vermişik...
  4. Xilaskar
  5. Bir ömrün qazancı: inam və etibar... (FOTO)
  6. Bu köç hara gedir?...
  7. Uğurlu yollarla irəli…
  8. Tarixə dönənlər...
  9. Biz onları unutmadıq... FOTO
  10. Sizinlə qürur duyuruq… FOTOLAR
  11. Vətəndaşın güvənc yeri
  12. Könül adamı...
  13. Nəyi təbliğ edirsiniz, heç düşündünüzmü? Nəşələnib hallanıram...
  14. Kitab oxuduğunuza görə sizə təşəkkür edirəm …
  15. Vətənin başladığı yerdə… FOTOLAR
  16. Polisi sevənlər və sevdirənlər... (FOTO)
  17. “Mən Azərbaycanlıyam” demək haqqı...
  18. Bu, xilaskar ömrüdür...
  19. Uşaqlar ölməsin....
  20. Polis övladları-onları siz də tanıyın (FOTOLAR)
  21. Polis-döyüşə hazır əsgər kimi ...
  22. Tarixin yaratdığı, tarix yaradan Şəxsiyyət
  23. Xilaskarlar… (FOTO)
  24. Yeni maşınlar təqdim edildi
  25. Xocalıdan başlanan xilaskarlıq... (FOTO)
  26. “Vicdanlı” başlıqlar...
  27. Pirallahı-uzaq və yaxın yaşıl ada…
  28. Vətənpərvər və sağlam gənclik üçün…
  29. Vətən üçün, xalq üçün və gələcək üçün...
  30. Onun rəngli dünyası... (FOTO)
  31. Ölümün ağ rəngi... (Fotolar)
  32. “Artıq gecdir” deməmək üçün...
  33. Azərbaycan qadını-Müqəddəs və zəhmətkeş ömür sahibi…
  34. Görüşə polislər gəlmişdilər...
  35. Polislər bu nəcib işdə birincidirlər
  36. Haqqı görə bilmək xoşbəxtliyi...
  37. Bəxtiyar olmaq...
  38. Əbədiyaşar…
  39. Etibar edənlər peşman olmur…
  40. Bir həsrət yazısı…
  41. Tələsin insanlar...
  42. Azadlıq rəngli Bayrağım!
  43. Sabahı bu gün düşünək...
  44. Çətin qazanılan şirin nemət-Azadlıq…
  45. Sabitlik adlı sərvətimiz…
  46. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  47. 90 yaşın işığında… - FOTO
  48. İtirdiklərimiz…
  49. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  50. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  51. Çörək satıb, çörək qazanan qadın...
  52. AĞLAMA
  53. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  54. 20 yanvar-Vətən tarixi...
  55. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  56. Həmrəyliyə gedən yollar
  57. “Yox deməyi bacaraq”!!!
  58. On iki il, bir ömürlük həsrətdi hey....
  59. Vətən üçün...
  60. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  61. “Küçə uşaqları”nın gələcəyi...
  62. Çəkdim ki, izim qala...
  63. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  64. Gələcəyimizin sağlamlığı üçün...
  65. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  66. “Söz”dən sonra….
  67. Vətən daşı olmaq üçün... Foto
  68. Ölüm ömrün sonu deyil… Foto
  69. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  70. Xalq, dövlət və bayraq üçün… Foto
  71. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  72. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  73. Sən yanmasan, mən yanmasam...
  74. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  75. Sahibsiz köçün hekayəsi...
  76. Rahatllıq da bir xoşbəxtlikdir...
  77. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  78. Gələcək üçün, gənclik üçün...
  79. Andına sadiq Azərbaycan Polisi…
  80. Vətən unudulmur, Vətən unutmur… Foto
  81. Ümidləri doğrultmaq üçün...
  82. İyirmi beş il, iyirmi beş qərənfil...
  83. Bir “həmkarıma...
  84. Bayram günlərində də...
  85. Bu, elə bir bəladır ki...
  86. “Uğur olsun”, deyirik…
  87. Azərbaycan deyiləndə ayağa dur ki...
  88. Hər atılan daşa...
  89. O, həmişə bizimlədir
  90. Bir oğul var... - Fotolar
  91. Qayğı da var, nəzarət də
  92. Görüşməyək, qorxuram...
  93. Dərdin adı Xocalı...
  94. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  95. Bayrağımızı ucaldanlar... -Fotolar
  96. Rənglər danışır, biz isə susuruq...
  97. Vətəndaş kömək umur, kömək görür...
  98. Arzu dolu ömür yolu... - Foto
  99. Kaş, yuxum çin olaydı...
  100. Belə bir oğul vardı... - Fotolar
  101. Belə “qəhrəmanlıq” olmur...
  102. Ağ qadın
  103. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  104. Yollara
  105. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  106. Həsrətinə bir film çəkmək istəyirəm...
  107. Bir gözəl gəzirəm məni öldürə
  108. Ürək
  109. Bir məktub, bir ailənin sevinci...
  110. 23 ay-23 il...
  111. Qayıtma
  112. Qocalar
  113. Həsrət
  114. Məktub
  115. Bir ömrün yuxusu
  116. Ayrılıq ölüm deyil...
  117. Ehtiyac ölümdən qorxuludur...
  118. Atamın 55 yaşı...
  119. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
22-02-2018
22.02.2018 Neft ucuzlaşıb
22.02.2018 Bakıda yanğın
21-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4902 san