12:41 30 Noyabr 2016
2824 dəfə oxunub
Çap versiyası

 

-          Sən özün də bilirsən ki, məndən yoxdu da?

-          Səndən yoxdu?

-          Hə də, məndən yoxdu. Yoxsa şübhən var buna, hə?

-          Şübhəm var deyəndə ki...

-          Açıq de xahiş edirəm fikrini.

-          Açıq deyirəm də, imkan ver.

-          Verirəm, de.

-          Bahooo. Bax birdən-birə deyirsən ki, məndən, yəni səndən yoxdu.

-          Deyirəm.

-          Nəyə görə yoxdu səndən?

-          Nəyə görə?

-          Hə, nəyə görə yoxdu səndən? Kosmonavtsan, qəhrəmansan, dahisən, nəsən?

-          Kosmonavt deyiləm.

-          Ay sağ ol...

-          Qəhrəman da demək olmaz mənə, yəqin ki.

-          Aha...

-          Amma...

-          Dahisən eləmi?

-          Deyiləm?

-          Yox!

-          Sən də olardansan onda belə çıxır?

-          Kimlərdən?

-          Olardan!

-          Olar kimdi a kişi?

-          Olar... Onlar! Gözü götürməyənlər.

-          Nəyi götürmür onların gözü?

-          Necə yəni nəyi? Məsələn, “Şeypur”un uğurunu!

-          Nəyin uğurunu?

-          Mənim təzə romanımın...

-          Yenə yazmısan?

-          Yazmışam!

-          Çap da elətdirmisən də, belə başa düşdüm.

-          Xainlərin, xəbislərin açığına elətdirmişəm!

-          Hə...

-          Nə hə?

-          Heç...

-          Üstüörtülü danışma. Sözünü açıq de.

-          Açıq deyim?

-          Hə!

-          Deyim də. Sənin. Bax xətrinə dəysə də, dəyməsə də deyəcəyəm. Sənin o cəfəngiyyatları yazıb doldurub,  sonra da üstəlik borc-xərc eləyib çap etdirməyin...

-          Bu böyük ədəbiyyatdır...

-          A kişi, qulaq as. Dedin açıq deyim fikrimi, mən də deyirəm.

-          De, de. De, ürəyin boşalsın, mən də bilim ki, sən də məni qəbul etməyən...

-          Hə, mən  də səni qəbul etməyənlərdənəm.

-          Özün dedin də bunu?

-          Özüm dedim, əlbəttə.  

-          Etiraf eləyirsən də?

-          Hə, eləyirəm.

-          Aydındır.

-          Səninlə danışmağım mənası yoxdur, vallah.

-          Hə?

-          Əlbəttə ki, hə! Bax, sənin yazdığın bu mənasız yazılar kimə lazımdır?

-          Necə yəni kimə lazımdır?

-          Heç kimə lazım deyil.

-          Lazımdır, lazım olacaq.

-          Nə vaxt? Bax, mən səni bu təzə “Şeypur”unu əlbəttə ki, görməmişəm, amma bundan əvvəl yazmışdın ha, çap da elətdirdin e, nə idi onun adı?

-           “Bəxtəvər Məcnun”u deyirsən?

-          Hə, hə, o nə idi sən Allah?

-          Necə yəni nə idi? Roman idi!

-          Elə roman olmur.

-          Ha-ha. Oxumuşdun?

-          Oxumuşdum deyəndə ki. Vərəqlədim də.

-          Niyə oxumadın?

-          Ona görə ki... A kişi, elə roman olmur. Romanın başı-ayağı olar...

-          Bəs Kortasar?

-          Kim?

-          Xulio Kortasar!

-          “Priçom tut” Kortasar?

-          “Priçom tut”! Sözünə bax. Kortasarın da romanı var. Başı-ayağı olmayan...

-          Vəssalam da... Ay qardaş...

-          Yoxsa onu da bəyənmirsən?

-          Kimi, Kortasarı?

-          Hə, Kortasarı!

-          Onu bəyənən bəyənib də.

-          Məni də bəyənən tapılar.

-          Nə vaxt?

-          Tələsmə.

-          Nə isə... Getdim mən.

-          Getmə bir dəqiqə.

-          Niyə?

-          Bilirsən... Bir az utanıram deməyə.

-          Yenə pul lazımdı?

-          Hə, bir az.

-          Bir az?

-          50 manat.

-          40 manat verə bilərəm.

-          50 manat lazımdı.

-          Bildim ki, 50 manat lazımdı. Yoxumdu.

-          Yaxşı ver, 40 manatı.

-          Buyur. Amma de görüm... Amma düzünü de.

-          Nəyin?

-          Sözün! Yenə mətbəəyə borcun qalıb?

-          Hə...

-          Daha sənə sözüm yoxdu mənim.

-          Hə, mətbəəni işlədən də elə sənin tayındı.

-          Mənim tayımdı?

-          O da qəbul eləmir ki,  “Şeypur”...

-          Bəsdi!

-          “Şeypur” da,  “Bəxtəvər Məcnun” da,  o biri əsərlərim də dahi əsərlərdi!

-          Getdim mən. Sağ ol.

-          Bir dəqiqə, bir dəqiqə! Bu əsərləri, hə, hə, bu əsərləri pul tapıb tərcümə elətdirəcəyəm,  onda görəcəksən... Görəcəksiniz!

-          Görərik, sağ ol, sağ ol.

-          Axı niyə ispan deyiləm mən?!


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7197 san