11:53 06 Dekabr 2016
3381 dəfə oxunub
Çap versiyası

 

Bu soyuq axşamı kədər qarışıq,

Acı tüstü bilib çək çiyərinə.

Ümidlər xəstəhal, qədər qarışıq...

Yaşa bu günü də sabah yerinə.

 

Yaşa bu günü də… Yaşanan qalır,

Yaddaşda, ürəkdə, sinirlərində.

O qədər qayğı var… Adam qocalır…

Kaş məftil olaydı sinir yerində.

 

Kaş daşdan olaydı ürək divarı,

Bəlkə də hardasa edə bilən var.

Elə tez oldu ki, ömrümüz yarı…

Bu yolu arxayın gedə bilən var?

 

Bəlkə də…  Çox güman… Bəxtli zər olur,

Əkilən bəlkədən bitən tapılar.

Əlləri əyilmiş talelər olur,

İllərin içində itən tapılar…

 

Bu soyuq axşamı kədər qarışıq,

Acı tüstü bilib çək çiyərinə.

Ümidlər xəstəhal, qədər qarışıq...

Yaşa bu günü də sabah yerinə.

 

 

 

 

 

 

 

 

 


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Alın yazım - 2
11:32 16.07/2018
Çəhrayı qərənfillər
14:55 25.05/2018
BAŞA DÜŞMƏDİ
09:19 17.05/2018
"Orada bir evim var"
13:01 08.05/2018
Bizim Bərdə torpağı
13:58 12.03/2018
Sizi deyib gəlmişəm
09:28 22.02/2018
 
Xəbər başlıqları
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6955 san