15:18 21 Aprel 2014
10801 dəfə oxunub
Çap versiyası

Nədənsə çoxlu pul qazanmağım gəlib. Həvəsə düşmüşəm. Nəfsimi boğa bilmirəm. Qısa müddət ərzində varlanmaq istəyirəm. Yox rüşvətli, “hörmət”li bir iş istəmirəm. Halallıqla milyoner olmaq istəyirəm. Artıq marketinq araşdırmalarına da başlamışam.  Dövrü mətbuatı yaxından izləyirəm. Bir boş sahə axtarıram ki, burnumu soxum. Amma görürəm ki, heç bir burunluq da yer yoxdur. Hamısı tutulub. Ağzını da bərk-bərk tikiblər.

Bir qədər araşdırma apardıqdan sonra axır ki, tapdım. Qərara aldım ki, Zığ-Aeroport beton yolunun bir tərəfli hissəsini, yəni ki, Aeroporta gedən hissəsini icarəyə götürüm. Özü də gecə saat 12-dən səhər saat 6-ya qədər. Artıq Bakı şəhər İcra Hakimiyyətinə təqdim etmək üçün Biznes-Plan da hazırlamışam.

Yazmışam ki, son illər respublikamızda  yol hərəkəti qaydalarına riayət olunması sahəsində  nə qədər ciddi işlər görülsə , cərimələr sərtləşdirilsə də insan ölümüylə nəticələnən qəzaların sayı artmaqdadır. Ona görə də mən humanist addım ataraq bu beton yolu icarəyə götürmək, hər iki sonluğunda şlaqbaum qoymaq istəyirəm. Qoy  aftoşlar gəlsinlər, öz bahalı avtomobillərini   və  mühərriklərin güclərini nümayiş etdirsinlər. Giriş haqqı hər maşın üçün 200 manatdır.  Trasa buraxılan  hər bir kəs dilindən iltizam verməlidir ki, başına bir iş gəlsə, yəni ki, yaralansa, ya da Allah eləməmiş həlak olsa yolun rəhbərliyi məsuliyyət daşımır. Çünki bir də gördün bütün nəsli durub gəldi üstümə ki, bəs  gül kimi tərbiyəli, qanacaqlı, abırlı uşağımız  ölüb, başı da qızıldan. Deyəcəksiniz ki, belə bir qanun yoxdur. Var. Necə olur ki, əməliyyata girən xəstənin özü, ya adamları əməliyyatdan sağ çıxmadığı  halda həkimin heç bir məsuliyyət daşımamasına qol çəkə bilir, maşını saatda 240-300 kilometr sürətlə sürməyə gələn, dirigözlü ölümə gedən aftoş yox.  Trasın da adın qoyacağam “Cənnət yolu”. Qoy cəlbedici olsun. “Cəhənnəm yolu” qoysam qorxub gəlməzlər, ona görə.

Trasda DYP, yanğınsöndürmə, fövqəladə hallar, təcili tibbi yardım, evakuator, molla, ölü maşını xidmətləri də fəaliyyət göstərəcəklər. Aftoşlar əvvəlcədən tibbi yoxlamadan keçəcəklər. Əgər içkili-hallıdırlarsa trasa buraxılacaqlar. Nəyə görə? Bunu da nəzərə almışam. Başlarına bir iş gəlsə ağlamağa yer olsun. Qohumları desin ki, ayıq olsaydı, belə qələt eləməzdi, dostları içirdib yoldan çıxarıblar yazıq uşağı.

 Ötüşməyə çıxanlar girov olaraq xarici saatlarını, qızıl əşyalarını, maşınları əzilib şil-küt olarsa əzik maşınlarını  yolun rəhbərliyinə təhvil verməkləri barədə müqavilə də imzalayacaqlar. Yolda əzdikləri işıq dirəyi və digər yol-mühəndis qurğularının əvəzi olaraq. Yox elə bilməyin ki, mən bu əşyaları və əzik maşınları zapçast edib sataraq əlavə gəlir götürmək fikrindəyəm. Əsla. Əksinə, Azərbaycanda analoqu olmayan “Qaramat muzey”i yaradacağam. Açıq hava altında  əzik maşınlar muzeyi, qapalı bir yerdə isə qaqaşlardan qalan əşyaların nümayişi. Çünki saytlarda şəkillərə baxıb inanmayanlar gəlib burda hər şeyi gözləriylə görə bilərlər. Muzeyə  giriş isə pullu olacaq.

İndi deyəcəksiniz ki, hər maşına 200 manat almaqla necə milyoner olmaq istəyirsən? Düz deyirsiniz. Ona görə də Biznes planda digər ekstremal insan növləri də nəzərdə tutulub.

“Cənnət yolu” MMC-də “MAHİRAZ” qumar oyunları  təşkil ediləcək. Mərc qoşmaq istəyənlər burda toplaşa bilər və canlı yayımda ötüşməni seyr edə, həm də pul qazana bilərlər. Ümumi mərcin 20 faizi isə MMC-nin hesabına keçiriləcək. Mərcə ilk olaraq üç kateqoriya salınacaq: ötəcək, ötməyəcək, şil-küt olacaq.

Bizə özünü yandırmaq istəyənlər də müraciət edə bilər. Onlara xüsusi, müəyyən müddət oda davamlı paltar geyindiriləcək və sonra əllərinə iki litrlik fanta qablarında benzin veriləcək ki, özlərini yandırsınlar. Trenajora həmin adamdan xəbərsiz  ailə üzvləri də dəvət olunacaq. Bütün bu proses və ailə üzvlərinin reaksiyası, qışqırıq səsləri lentə alınıb SD diskdə ona təqdim ediləcək ki, baxandan sonra özü qərar versin. Özünü yandırmaq yaxşıdır, ya yox?   

Aftoşlar  maşın sürərkən yola qəflətən yiyəsiz it-pişik, lap inək də buraxılacaq. Əlbəttə ki, xəstə mal-heyvan. Burda mən cəmiyyətə iki qat xeyir verəcəyəm. Birincisi  aftoşlar bu canlıları vurarkən dərk edəcəklər ki, maşını vəhşi kimi sürmək həm də  insanların da həyatına təhlükədir. İkinci tərəfdən isə küçələrdə boş-boş gəzən, quduzluq və digər xəstəliklər yaradan heyvanların sayı azalacaq. Bazarlarda isə kilosu 3-4 manata satılan mal əti qəhətə çıxacaq. Deyəcəksiniz ki, ekoloqlar, təbiəti qoruyanlar  bunun əleyhinə çıxarlar, imkan verməzlər. Onlar heç cınqırlarını da çıxarmayacaqlar. Danışsaydılar  labaratoriyalarda heyvanların üzərində aparılan dərman sınaqlarına qarşı çıxardılar da. Axı, bu  elədiyim də insanların gələcək sağlamlığı, təhlükəsizliyi üçündür. Bir də ki, belə canlı sevəndirlər gedib qara kürüləri bazar piştaxtalarından yoxa çıxartsın. Körpə nərə balıqlarının ovlanmasının və satışının qarşısını alsınlar. Nəhayət ağac kəsilmələr, qanunsuz ovçuların, brakonyerlərin sayını azaltsınlar. Cərimə kəsməklə yox e... əməli mübarizə.

İndi də deyəcəksiniz ki, niyə şəhərə yox, Aeroport istiqamətinə gedən yolu icarəyə götürürsən? Ona görə ki, humanist adamam. MMC-də aerokassa da fəaliyyət göstərəcək. Qəza törədərək yaralanan aftoşun və ya yanındakının həyatını nəyin bahasına xilas etmək  və  hətta xarici ölkələrin qabaqcıl tibb müəssilərinə çatdırmaq üçün aeroporta maneəsiz girişi təmin etmək məqsədiylə bu marşrut seçilib. Ona görə də “Cənnət yolu” MMC-yə na təşrif buyuranlardan əvvəlcədən  xarici pasportlar da tələb olunacaq.

 Sonra mən yaşadığım evin damını icarəyə götürəcəyəm. Dünya standartlarına uyğun elastik kəndirlər gətirib ora bərkidəcəyəm. Özünü damdan atıb öldürmək istəyənlər üçün treninqlər keçirəcəyəm. Kəndiri ayaqlarına bağlayıb 20-ci mərtəbədən buraxacağam üzüaşağı. İkinci mərtəbəyə çatanda kəndir dartılaraq yenidən onları  20-ci  mərtəbəyə qaldıracaq. Görüm bundan  sonra özlərini öldürmək fikrinə düşəcəklər, ya yox?

Son bəhanəniz. İndi də deyəcəksiniz ki, bəs ictimaiyyət sənin bu layihənə qarşı çıxacaq. Əsla. Əksinə. Əhalinin bütün təbəqələri, istər varlı olsun, istər kasıb, istər vəzifəli olsun, istər işsiz, hamısı mənə uğurlar arzulayacaqlar. Hətta maddi dəstək verənlər də olacaq. Vəzifəli, varlı sevinəcək ki, övladlarına görə daha onları işdən çıxarmayacaqlar, qəzetlərdə, saytlarda biabır etməyəcəklər. Axı, mənim “Cənnət yolum” dövlətin lisenziyası əsasında fəaliyyət göstərəcək. Aftoşların da hərəkəti tam qanuni hesab olunacaq. Buna görə valideynlər heç bir məsuliyyət daşımayacaqlar. Oğullarından da çox sevdikləri  vəzifələrini itirmək qorxusuyla üz-üzə qalmayacaqlar. Əksinə, “gördünüz, dünən mənim oğlum X6-yla Bentlini ötdü”, yaxud da “oğlum maşınıyla inəyə necə qoymadı... inək cırıq-cırıq oldu” deyə qürrələnəcəklər də. Kasıbların mənə verməyə bir şeyləri olmasa da təkcə duaları bəsimdir. Çünki xarici, bahalı maşınlara ağızlarının suyu axa-axa baxıb, onların altında qalaraq şil-küt olmaqdan qurtulacaqlar.

 


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.1204 san