11:38 13 Dekabr 2016
5146 dəfə oxunub
Çap versiyası
Sona Vəliyeva
Filologiya üzrə fəlsəfə doktoru


(Ç.Aytmatovun “Qırmızı yaylıqlı qovağım” əsərinə)

Sevgidən ucada durar qürurum
Yarı can gedərəm, yardan gedərəm.
Soyuq yalanların buzunu yıxıb,
Qəlbində yox olan vardan gedərəm.

Bir ömür yığdığım sərvət var kimi,
Yığıb xatirəni çıxıb gedərəm.
Əzabla qurduğum inam qalamı,
Gözümün yaşıyla yıxıb gedərəm.

Nəfəsi, əlləri üstündə əsən
Bir qadın yoxluğu titrədər səni.
Bəlkə də bir əşya itgisi kimi,
Yaddaşın nə vaxtsa bitirər məni.

Son kərə qapının çırpıltısı da
Ömrünü- gününü alt üst eyləyər.
Hər gün qarış-qarış uzaqlaşmağın,
Yol çəkən gözündə nöqtəyə dönər.

Qalmaq da getmək də ayrılıqdırsa,
Dağılan könlümü qurmağın çətin.
Yuva qorumağa baş qarışınca,
Nəyi unutmuşdu görən diqqətin?

Yanıqlar, yaralar yağışa həssas
Gözümün yaşından için nəm çəkər.
Səpilləm leysan tək yuxularına
İlğım xəyallardan ümid göyərər.

Varammı, yoxammı, nə fərq eyləyər
Getməyim əgər ki, arzulananmış.
İtən sevdaların ağrı, acısın
Yaxşı ki ovudan qürur varıymış.

 


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Deyəsən Avropa dağılır
12:59 16.01/2018
“SON ÜMİD”
13:36 15.01/2018
 
Xəbər başlıqları
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0143 san