21:38 15 Dekabr 2016
2404 dəfə oxunub
Çap versiyası

 

50 yaşına çatdım. Amma həyatda yaddaqalan bir iz qoymadım. Düzdür yazılarım çoxdur. Amma oğul ona deyərəm ki, yazdıqlarını həyata keçirsin. Bir sözlə, “qaz vurub qazan doldursun e... qazan”.

Ay camaat, xəbəriniz var da... Ermənilər geri qayıtmaq istəyir. Özü də ki, qadın aktivistləri daha fəaldırlar. Hamısı da gözəl-göyçək. Kukla kimi. Ermənilər bu yaxınlaşmaya “Azərbaycanın Ermənistana qarşı apardığı Hibrid müharibəsi” adı qoyublar. Syuzan Caginyan isə artıq Bakıdadır – Bakının göbəyində.

Məhz bu barədə Haqqın.az saytında oxuyandan sonra mənim də beynimdə yeni ideyalar oyandı. İstədim ki, QHT açıb, pul almaq üçün bizim yerli QHT Forumuna müraciət edim. Amma layihəmin beynəlxalq əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, kiçik şöhrət və qəpik-quruşdan imtinada bulundum. Mən Avropa İttifaqına və ya Avropa Şurasına müraciət edəcəyəm. Orda da bilirsiniz də nə qədər ermənisevən qüvvələr var. Tökəcəklər pulu başımdan şabaş kimi. Yığıb-yığışdıra da bilməyəcəyəm.

Bu layihənin adı “Ermənilərlə Azərbaycanlılar arasında olan fərqin aradan qaldırılması uğrunda hərəkat” adlanır. Bu barədə ironiyayla da olsa “Ərmən – Şuşanikin sevgisi” hekayəmdə bəhs etmişəm. Amma, çifayda. Nə qazanmışam ki? Heç nə. Amma indi məni bütün dünya tanıyacaq. Bəlkə sonda... Yox “son”u sonda söyləyəcəyəm. Amma söz verin ki, arvadıma xəbərləməyəcəksiniz.

Rus və ingilis, beynəlxalq hüquq qaydalarını yaxşı bilmədiyimə görə, çalışacağam ki, Eynulla Fətullayevi özümə həmavtor götürüm. Çünki onun əlaqələri çoxdur. Xülasə, vaxtınızı çox almayıb. Başlayım QHT layihəmin məram və məqsədini açıqlamağa. Özü də loru dildə deyəcəyəm ki, aydın olsun. Uğurlu alınacağı təqdirdə Azərbaycanın bütün bölgələrində həyata keçirilməsi nəzərdə tutulan Pilot Layihədə ilk bənd onu ehtiva edir ki, Bakıda Avropa Şurasının hesabına unikal bir məscid binası tikilməlidir. Adı da qısa “AZ-ER Məscid” olmalıdır. Bütöv desək “Azərbaycanlı-Erməni Məscidi”. Məsciddə namaz qılınmayacaq. Nəzir toplanmayacaq. Mikrafonla azan verilməyəcək. Ölü yuyulmayacaq. Tabut, mafə kirayəyə verilməyəcək. Ehsan zalları olmayacaq.

Tolerantlıq üzrə ixtisaslaşmış, multikultiralizm dərsləri keçən xüsusi qadın və kişi mollalar fəaliyyət göstərəcək. Məscidin içi iki yerə – qadın və kişi sahələrinə bölünəcək. Hər iki bölümdə islam qayda və qanunlarını, Azərbaycan dilini öyrədəcək altı aylıq çevik kurslar, erməniyuma hamamı və xüsusi qəbirlər fəaliyyət göstərəcək. Kişi və qadın bölməsi yalnız iki cəhətdən bir-birindən fərqlənəcək.

Birincisi, kişi bölməsində həm də sünnət otağı fəaliyyət göstərəcək. Türkiyədə uzman təhsili almış uroloq-cərrahlar burda müsəlman olmaq istəyənləri lazerlə, ağrısız, izqoymadan sünnət edəcəklər. Adət-ənənə xətrinə Kirvə də olacaq. Yox. Kirvələr erməni milliyyətindən olmayacaq. Erməni kirvə azərbaycanlı uşaqları kişi etməkçündür. Burda müsəlman olmaq istəyən erməni kişilər sünnət olunduğu üçün onları özüm tutacağam. Vay onda ki, müsəlman olmaq istəyənlər ağrı hiss edə. Onda atam-anam qalmayacaq. Söyüşə qərq edəcəklər məni. Cınqırım da çıxmayacaq. Axı layihəyə əsasən Qrantda kirvələr üçün yüksək məvacib nəzərdə tutulub.

Qadın və kişi bölməsində bir fərq də ondan ibarət olacaq ki, İslam adət-ənənələrinə uyğun olaraq qadın bölümündəki qəbir kişi bölümündəki qəbirdən dərin olacaq.

 

Gəlin keçək prosesə. Bu məscidə yalnız Azərbaycanda yaşamaq istəyən ermənilər müraciət edə bilərlər. Prosedur isə belədir. Gəlirlər Azərbaycana. Gələn kimi də neçə-neçə jurnalistin işsiz gəzdiyi Azərbaycanda o saatcana iş tapırlar. Haqqın.az saytında işə düzəlirlər. Mənzil kirayələyirlər. Miqrasiya Xidmətində qeydiyyatdan keçdikdən sonra “AZ-ER MƏSCİD”inə müraciət edirlər. Altı aylıq müsəlman kursunu keçəndən sonra, sünnət prosesi və mürdəşirlərin yuma prosesindən keçirlər. Kəfənləndikdən sonra, onları tabuta uzadırlar. Aydın olsun deyə misalla danışım. Erməni aktivist, indi isə milli jurnalist həmkarımız Syuzan Caginyanın kəfənlənib uzadıldığı tabutu dörd nəfər çiyninə götürüb gətirir qazılan qəbirin yanına. Molla yaxınlaşır Syuzana ki, “Syuzan, mənim balam, müsəlman olandan sonra adının nə olmağını istəyirsən?” O da utana-utana cavab verir ki, bəs “”Süsən”. Əvvəl Şuşanik idim. Nənəmin adını qoymuşdular mənə. Böyüyəndə utandım bu Fatma-Tükəzban adımdan. Dəyişib Avropafason qoydum – Syuzan. Eşitmişəm ki, Azərbaycan dilində də bu adın qarşılığı “Süsən”dir”. Bu zaman molla soruşur ki, bəs familiyan nə olsun? Syuzan cavab verir ki, “Məmmədova”. Sonra da əlavə edir ki, “bu familiyanı eşidən bir köppəyoğlu da başa düşməz ki, mən nəvaxtsa erməni olmuşam”.

Bu son sorğu-sualdan sonra kişilər kəndirləri tabutun qulplarına bağlayırlar. Və mollanın rəhbərliyi ilə üç dəfə qəbirə sallayıb çıxarırlar. Hər dəfə də molla bu sözləri təkrar edir: “Syuzan Caginyan getdi, Süsən Məmmədova gəldi, Syuzan Caginyan getdi, Süsən Məmmədova gəldi, Syuzan Caginyan getdi, Süsən Məmmədova gəldi”. Bu yolla neçə erməniyə həyatımıza vəsiqə verəcəyəm. Mənim sayəmdə Armenlər Ərmən, Arsenlər Ərsən, Manuçarlar Məniçöhür, Köçəryanlar Köçəriyev olacaqlar. Bu mərasimdən sonra ermənilər, üzür istəyirəm yeni müsəlmanlar nəinki Haqqın.az, lap Azərtac, Xalq qəzeti, Azərbaycan, Mətbuat Şurası, MTRŞ kimi mərkəzi dövlət orqanlarında da işləyə bilərlər. Bir az çevik tərpənsələr jurnalistlər üçün tikilən yeni binada mənzil də ala bilərlər. Axı, necə

olsa qaçqındırlar, yazıqdırlar, binəvadırlar... Mən bu layihədə nəinki insanları, aşağılanan, mundar adlandırılan, əti İslamla haram bulunan heyvanları da nəzərdə tutmuşam. Bu baxımdan heyvanların hüquqlarını müdafiə edən Beynəlxalq qurumların pul vəsaitlərini də layihəyə cəlb edəcəyimə əminəm. Axı, ermənilər müsəlman olandan sonra donuz əti yeyə bilməyəcəklər?! Çünki İslamda bu heyvan haram bulunub. Ona görə də “AZ-ER Məscid”in ətrafında heyvangahlar olacaq. Donuzu gətirəcəklər. Xüsusi adamlar donuzu qoyacaq tabut kimi yeşiyə. Üç dəfə sallayacaqlar qəbirfason bir çalaya və çıxaracaqlar. Hər dəfə də deyəcəklər ki, “Donuz getdi, qoyun gəldi, Donuz getdi, qoyun gəldi, Donuz getdi, qoyun gəldi”.

İndi özünüz deyin. Dünyada məndən başqa bu cür unikal layihəyə imza atan ikinci bir şəxs görmüsünüzmü? Əsla. Heç BMT, Avropa Şurası, Avropa İttifaqı da ömründə bu cür unikal layihə həyata keçirməyiblər. Heç yuxularında da görməyiblər.

 

Əgər erməni milyonerlərin inqilabdan əvvəl tikdiyi teatr, obyekt, yaşayış binalarına mülkiyyət hüququnu da bərpa etsək, bir hüquqi dövlət kimi dünyada tayımız-bərabərimiz olmaz. Bu prosesi başladığına görə isə Eynulla Fətullayevin şəkli ikonalarda dünya erməni kilsələrinin divarını bəzəyər. Baxmayaraq ki, indi ona “protiv” gedirlər. Guya ki də... Adını da “Gibrid müharibəsi” qoyublar.

Anarın “Dədə Qorqud” filmində təsvir etdiyi bir səhnəni özümüzə qaytarırlar. Guya ki, biz başa düşmürük də...ki, Syuzanlar, Avetyanlar, Virabyanlar bunların öz agentləridir. Amma Lusi Nersesyandan olmaz. Köpəyin qızı gözəlliyi ilə can alır da... Həyatdır e... həyat. Mövzudan kənara çıxmayım. Onunla bağlı mənim başqa planlarım var.

 

Qayıdaq “Dədə Qorqud” filminə. Deməli, orda belə bir səhnə var. Qazan xanın oğlunu və hərəmini qıpçaq Məlik əsir götürür. Bilir ki, onun arvadı Burla xatun da əsir götürülənlər arasındadır. Amma onu üzə çıxara bilmir. Üzdən tanımır axı?! Çünki o vaxt qəzet-jurnal, sayt, televiziya yox idi.

Belə qərara gəlir ki, onun oğlu Turalı qoyun kimi kəsib ətindən qara qovurma bişirib bu qadınların qabağına qoydursun. Kim yeməzsə, deməli o, Burla Xatundur. Ssenariyə əsasən oğlunu da gətirirlər qadınların, anasının saxlandığı zindana. Tural da onların hamısıın yanında nə desə yaxşıdır? “Ana, başqası mənim ətimdən bir tikə yesə, sən iki tikə ye...Qıpçaq Məlik bilməsin ki, sən mənim anamsan...” Yəqin yadınıza düşdü həmin səhnə. Başınızı boş-boş ağrıtmaq istəmirəm. Çünki, ermənilərin aldandığı bu səhnədə reallıq yoxdur. Özünüz deyin. O biri qadınlar eşidəndən sonra ki, qabaqlarına qoyulan qovurma adam ətindəndir... heç o tavaya çəngəl uzadardılarmı?

İndi ermənilər də azərbaycanlıya çevrilmək istəyən bu ermənilərə deyirlər ki, “söyün. Nə qədər istəyirsinizsə bizi söyün. Azərbaycanlılar bir söyəndə, siz iki söyün, üç söyün, yüz söyün. Amma onların içərisinə girin. Bir balaca qurd belə, böyük ağacı içindən yeyib, məhv etməyə qadirdir. Və heç kim də bu qurdu görməz”.

Ermənistan bu erməniləri gibrid adlandırır. Yəni ki, calaq. Calaq etmək istəyirlər onları bizə. Bağban isə biz özümüzük.

Sonda qayıdım özümə. Bəs mən burdan necə xeyir götürmək istəyirəm? Pul məsələsini dedim. Amma bu müvəqqəti ola bilər. Çünki ermənilərə üz-gözümüz öyrəşəndən sonra məscid əhəmiyyətini itirəcək. Lap qızlarımız da onlara ərə gedəcək. Necə ki, almana, ingilisə, rusa, ərəbə, farsa, şvedə, norveçə, ispana ərə gedirlər.

Qayıdaq mənə. Lusine Nersesyan da BİZ olmaq istəyir. Gözəl-göyçək qızdır. Mahir, sonra da deyirsən ki, həyat sənin üzünə gülmür. Bu cür fürsət heç vaxt ələ düşməyəcək. Tez elə, Beynəlxalq Mətbuat Mərkəzinin zalını icarəyə götür. Hüquq müdafiəçilərini, QHT-ləri yığ başına. Sənin Lusin təhlükədədir. Onu xüsusi xidmət orqanları həbs ediblər. İncidirlər. İşgəncə verirlər. Can, can. Onun haqlarını müdafiə edən komitə yarat. Özün başçılıq elə. Beynəlxalq təşkilatlarla uzun danışıqlardan sonra onu azad et. Vertolyotla Xankəndindən Bakıya gətir. Lazım olsa fiktivnı brak elə, onunla evlən. Familiyamı da dəyişim? Niyə ki, yox? İmamverdiyev familiyasıyla irəli gedə bilmirəm. Amma Mahir Nersesyan adıyla bütün qapılar üzümə açılacaq. Sonra? Sonra isə... 200 faiz əminəm ki, gələn il Beynəlxalq Nobel Sülh Mükafatını bizə verəcəklər. Azərbaycan və erməni xalqlarını öz timsalımızda birləşdirdiyimizə görə. Bəlkə bizə “Mahir və Lyusi” dastanı da qoşdular . Bizə 21-ci əsrin “Bahadır və Sona”sı, “Əsli və Kərəm”i, “Əhməd və Şuşanik”i də dedilər.

Mahir, bəs Azərbaycan xalqı? Bəs yurd-yuvalarından qovulan, 25 ildir yurdsuz qalan qaçqınlar? Oğullarını, övladlarını şəhid verən analar-atalar? Erməni soyqırımına məruz qalan Xocalı ailələri? Hələ də erməni əsarətində olan torpaqlar, məhv edilən abidələr, məzarlıqlar, Şəhid qəbirləri? Bəs onlar necə olsun? Onlara bu həngaməni – “Gibrid müharibəsi”ni necə başa salacaqsan? Nədi, nədi sən layihə həyata keçirib, pul, qrant alacaqsan, sütül erməni qızı alıb, kef edib, üstəlik “Nobel mükafatı” da qazanacaqsan, bu xalq sənə əl çalmalıdır? Qorxmursan ki, ölürərlər səni?

Düzdür. Düz deyirsiz. Amma, bir söz soruşum. Bakıda bu qədər erməni yaşayır. Hansını öldürüblər? Syuzan Caginyan Haqqın.az saytının redaksiyasındadır. Ora hücum edənmi olub? Barışmışıq artıq taleyimizlə. Gəlin boynumuza alaq. Və sakitcə ürəyimizdə bir qəbir qazaq. Syuzan Caqinyanı da bütün ermənilərin

simvolu kimi tabuta qoyub, ürəyimizə əsrlər boyu atılan erməni mərmiləri nəticəsində yaranan çalalardan birinə üç dəfə salaq, çıxaraq. Və hər dəfə də deyək:

“Syuzan Caginyan getdi, Süsən Məmmədova gəldi, Syuzan Caginyan getdi, Süsən Məmmədova gəldi, Syuzan Caginyan getdi, Süsən Məmmədova gəldi”.


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4577 san