01:41 01 Yanvar 2017
2913 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

 

 Bir neçə il bundan əvvəl sanballı jurnalların birində Avropada  görkəmli xeyriyyəçi Haçı Zeynalabdin Tağıyevə XX əsrin əvvəllərində heykəl qoyulması haqqında maraqlı bir yazı oxumuşdum.

Maraqlı burasında idi ki,avropalılar bizdən qabağa düşüb, dünyanın yaxşı tanıdığı bir vətəndaşımızın  təbliğinə meydan açmışdılar.

İnandığım və güvəndiyim bir neçə mütəxəssisə- ziyalıya sorğu göndərdim.Faktı təsdiq edə biləcəl cavab ala bilmədim.Bircə türk alimi  OkanYeşilotun kitabına baxa bilmədim.Mətbuatımızda Okan Yeşilotun Azərbaycan ziyalıları haqqında yeni kitabı geniş təbliğ olunsa da,müəllif yeni tədqiqatının maraqlı ola biləcək səhifələrini bərəqləyə bilmədim.Yenə də gümanım bu müəllifin kitabınadır.

 Onu da qeyd etmək istəyirəm ki,Türkiyədə Marmara Universitetinin professoru Okan Yeşilotun Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən yeni kitabı  haqqında yazılan rəylərin birində  bu ikitabın  gələcəkdə Tağıyevin həyatına aid  bir çox bilinməyən məqamları ortaya çıxaracağına, araşdırmaçılara yol göstərəcəyinə ümid edilir. 

Bu məsələ ilə əlaqədar əvvəlki yazılarımın birinə qayıdıram. Sual elə  həmin sualdır:


               Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı?

Xeyli vaxtdır ki, ingilis və rusdilli mətbuatda  oxu  atıb  yayı  gizlədən bir müəllifin kiçik bir informasiyasında oxuculara   maraqlı görünə bilən  bu sualın cavabın axtarıram.

İngilis dilində elə materiallar var ki, onlarla  tanışlıq insanı  müxtəlif axtarışlara sövq edir.

Keçirik mətləbə... Bu yaxınlarda ingilis dilli   jurnalların  birində  xəbər  verilirdi  ki, dünyada heykəli  ucaldılan  ilk azəbaycanlı  məşhur neft  milyonçusu H.Z.Tağıyevdir.  Məşhur  neft  milyonçusunun    heykəli   öz  doğma şəhəri    Bakıda yox,   Böyük  Britaniyanın  Edinburq   şəhərində ucaldılmışdır.

Hadisə belə olub.  Hindistandan Böyük  Britaniyaya- İngiltərəyə  qayıdan   Vilyam Tol  adlı  ingilis zadəganı, səyyahı    yolüstü   Bakıda  Hacı Zeynalabdinin qonağı olur.

Vilyam  Tol , evində  qonaq  qalduğu  neft milyonçusunun    məktəb və maarif məsələlərinə münasibətinə, xeyriyyəçiliyinə,  hümanizminə,  qadınların təhsilinə qayğı göstərməsinə  valeh olduğuna  görə  ondan xatirə üçün bir foto  şəkil istəyir.

İngilis səyyahı öz vətəninə  qayıtdıqdan sonra  öz  xərci  ilə  bu şəklin əsasında   Edinburqda  Hacı Zeynalabdin Tağıyevin  heykəlini ucaltdırır.

İnana bilmədiyim və ya inanılması şübhə doduran bu xəbərin doğru olub- olmamasını  dəqiqləşdirmək  üçün   H.Z.Tağıyevin   həyatına   aid onlarla   kitabı vərəqlədim, məqalələr oxudum, xatirələrlə tanış oldum.   İnternet səhifələrində xeyli axtarışlar etdim, saytları dönə-dönə çözələdim,  ələk-fələk elədim,  ensiklopediyaları mövzular üzrə vərəq- vərəq çevirdim.  Şotlandiyadan  Bakıya   Azərbaycan uşaqlarına  ingilis dili  dərsi öyrətməyə dəvət olunan  AAM-in     ( Avropa   Azərbaycan    Məktəbi ) kafedra  müdiri  Brus müəllimi  də axtarışa səslədim. Amma  Vilyam Kol  haqqında tutarlı məlumata rast gəlmədik.

Azərbaycan Respublikası   Milli   Elmlər   Akademiyası   Milli   Azərbaycan  Tarixi   Muzeyinin  elmi  katibi , tarix elmləri üzrə fəlsəfə doktoru, H.Z.Tağıyev irsinin nüfuzlu araşdırıcısı Fərhad Cabbarova müraciət etdim. Fərhad müəllim Şotlandiyadakı heykəl məsələsinin  yazıçı Manaf  Süleymanovun xatirələrindən, eşitdiklərindən  irəlili gəldiyini, lakin hələ bunun  tarixi   fakt  kimi   elmi  təsdiqinin olmadığını söylədi.

Axtarışlar hələ də davam edir. Od olmasa tüstü çıxmaz..Bəlkə də biz , heykəldən yox , büstdən danışmalıyıq.  Hər halda  yad ölkədə ucaldılan abidənin  yeri-yurdu bilinməli, ədəbi, elmi və sənət əlaqələrinin tarixinə aydınlıq   gətirilməlidir.

....  Atamın iş yerinin və vəzifəsinin böyüdülməsi ilə əlaqədar olaraq , orta məktəbi bir neçə rayonda oxumalı olmuşam. İş elə gətirib ki, həmişə yaxşı müəllimlərdən yaxşı dərs almışam. Müəllimlərim  mənə qaranlıqda parıldayan işığın yolunu göstəriblər.

Mən  həmişə  Azərbaycanın işıqlı adamlarının  təbiiğatçısı olmuşam. Bəlkə də bu,  bir   igidə tanınmaq üçün bəs  edən  ömür qədər  siyasi maarif  işində çalışmağımla bağlıdır. Tələbə  kimi tələbəliyim olmayıb: universiteti  qiyabi yolla, qeyb ola-ola bitirmişəm. Amma  hər  gün  avtobuslarda  sallana-sallana  ali məktəblərə  gedənlərdən pis oxumamışam. İngilis  dilinə  və  ədəbiyyatına marağım   da   ali məktəbdən başlayıb.

1972-ci ilin fevalında Böyük  Britaniya Universitetlərində rus dilini öyrənən ingilis və şotland   tələbələrinin dəvəti ilə 15 gün Böyük  Britaniyada səfərdə-təcrübə mübadiləsində olmuşam. O vaxtlar həm   Azərbaycan Dövlət Universitetinin Azərbaycan filologiyası  fakültəsinin qiyabi şöbəsinin son kursunda oxuyur,  həm də leytenant Şmidt adına zavodda tokar işləyirdim.  Böyük Britaniyaya səfərə hazırlaşanda Moskvada  bizə   düz  üç  gün  "leksiya" oxudular; Bu sualı versələr, belə cavab verin, o sualı versələr elə cavab  verin.

Təcrübə mübadiləsi  amacni   biz Böyük Britaniyanın paytaxtında , eləcə də Qlazqo, Aberdin, Edinburq  kimi böyük şəhərlərin müxtəlif ali məktəblərində olduq, tələbələrlə, professor -müəllim heyəti ilə görüşlər keçirdik, fikir mübadiləsi apardıq. Heç kəs bizə çaşdırıcı sual vermədi, heç kəs bizi  sovetləri  qorxudan sual vermədi.

Heç kəsin yadına   Vilyam Kol düşmədi . O   Vilyam Kol ki  yaxşı tanımadığı,  bir-iki gün ( bəlkə də bir neçə gün ) ğonağı olduğu xeyriyyəçı , müsəlman dünyasının işıqlı adamı Hacı Zeynalabdin Tağıyevə heykəl ucaltdırmışdı.

Səfərdən qayıtdıqdan sonra "Qabaqcıl texnika uğrunda " çoxtirajlı qəzetinin 7 nömrəsində   "İngiltərə görüşləri" adı ilə silsilə yazılarımı çap etdirdim. Amma bu yazılarda , təbii ki,o dövrün  qanunlarına görə   H.Z.Tağıyev   kimi şəxslərin adı yox idi, çünki bu ad bizə vaxtılə bulvarda gülüş doğurmaq üçün quraşdurılmış    əyri güzgülərdəki  şəkillər kimi görünürdü.

Görkəmli jurnalist Osman Mirzəyev  H.Z.Tağıyevsiz bu yazıları  rus dilinə tərcümə edib çapa hazırladı. Səfərdə nümayəndə heyətimizin başçısı olan   Qəşəm   Aslanov     o  vaxtlar   redaktoru olduğu  "Azərbaycan gəncləri" qəzetinin iki nömrəsində  "Təzadlar ölkəsində" adlı  maraqlı    yol qeydlərini    oxucuların mühakiməsinə verdi, amma burada  da H.Z.Tağıyev olmadı.

Yenə  də amma...

Amma biz Böyük Britaniyanı "təzadlar ölkəsi" adlandırsaq da , özümüz təzadlar ölkəsində-SOVETLƏR AZƏRBAYCANINDA   yaşayırdıq.

Bakıda şimal küləkləri əsirdi.  Bu şimal küləkləri   qoltuğunda atasının sənədləri   olan yaşlı bir qadının uzun illər boyu daraq görməyən saçlarını üz-gözünə dağıdırdı. Onu dəli qələminə verənlərin sayı çox idi.  Aradan bir müddət keçəndən sonra məlum oldu ki, onların elə özlərinin çoxu dəli imiş.

Atasının   qaralanmış adını  ağartmaq arsusu ilə Kömmunist   küçəsi ilə Ali Sovetin binasına tərəf qoltuğu papkalı Sara xanımı mən hələ də o pəjmürdə görkəmi ilə xatırlayıram....

Sara xanıma gizlində kömək edənlər var idi.   Sara xanıma dəliyə baxan kimi baxanlar da az deyildi....

Nə isə....

Söhbətin bu məqamında Cəlil Məmmədquluzadənin ""Dəli yığıncağı" pyesinin qəhrəmanı, cəmiyyətin dəli hesab etdiyi , amma hamıdan ağıllı olan  FAZİL  MƏHƏMMƏD İBN YƏQUB KÜLEYNİNİN  arvadı  Pırpız Sonaya dediyi sözlər yadıma düşür: " Neçə ildi  özümü bu hala salmışam ki, sən dəlilər içində tək qalmayasan. Yazığım sənə də ,  yazıq özümə də"

                                                                   ***

Vilyam Tol  adicə səyyahdırmı, onun adı tam şəkildə necədir,   İngiltərədə haqqında söz açılan heykəldən xəbəri olan varmı?

Həzərat,  ...bu suallara cavab verməkdə oxuculara  kömək edə bilərsinizmi?


Müəllifin digər yazıları

  1. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  2. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  3. Söz sözü çəkər, əgər sözün közü varsa
  4. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  5. Müəllim olanda da yaxşı müəllim olun
  6. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  7. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  8. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  9. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  10. Ay Allah bəndəsi, niyə yazıqsan?
  11. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  12. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  13. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  14. Təbrizdən kənd məktubları
  15. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  16. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  17. Dünya yaman dünyadır
  18. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  19. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  20. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  21. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  22. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  23. Sözgəlişi, ola bilər düzəlişi...
  24. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  25. Bu Dünya- Şirin Dünya.....
  26. Göz görür,ağıl kəsir....
  27. Tərcüməsiz başa düşülən tatar bayatıları
  28. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  29. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  30. Mənim nəğməli bibim - Foto
  31. Sən yazmasan,mən yazaram
  32. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  33. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  34. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  35. Qulam Məmmədli-120
  36. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  37. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  38. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  39. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  40. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  41. Bu tarix ki var, qəliz məsələ imiş......
  42. SÖZ KİMİNDİR?
  43. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  44. Mənim dualarım
  45. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  46. Təzadlar, ay təzadlar....
  47. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  48. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  49. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  50. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  51. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  52. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  53. Testdən qəsdən danışmırıq
  54. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  55. Dərsliklərimizin halı və vəziyyəti
  56. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  57. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  58. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  59. Hırsızın gözü əlyazmalara düşdü
  60. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  61. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  62. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  63. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  64. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  65. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  66. Hacı Səid Əfəndi Ünsizadə-191
  67. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  68. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  69. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  70. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  71. Bir daha Ünsizadələr haqqında
  72. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  73. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  74. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  75. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  76. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  77. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  78. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  79. Bizə hansı elmlər lazımdır və yaxud ...
  80. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  81. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  82. Soyqırımı günündə dostumu itirmişəm
  83. Bu yaz bir başqa yazdır
  84. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  85. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  86. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  87. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  88. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  89. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  90. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  91. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  92. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  93. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  94. Dərgahdan başlanan yol
  95. Fikrin ifadə formalarından biri
  96. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  97. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  98. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  99. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  100. Təhsil tariximizin maraqlı səhifələri
  101. Təhsil tariximizdən maraqlı səhifələri
  102. Akademiklərin cərgəsindəki müəllim
  103. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  104. Mübarizə bu gün də var,sabah da...
  105. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  106. "Əkinçi" qəzeti-140
  107. Mustafanın Çanakkala məktubu
  108. Məktəbdə elm və texnologiya həftəsi
  109. Mübarizə bu gün də var, yarın da....
  110. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  111. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  112. Yazımızın tarixi-özümüzün tarixi
  113. Fikrət Sadıq -Dədə Qorqud
  114. Tədqiqatçı öz fikrində israrlıdır
  115. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  116. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  117. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  118. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  119. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  120. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  121. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  122. "Bağçasaraydan göndərilən məktub"
  123. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  124. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  125. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  126. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  127. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  128. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  129. Abdulla Şaiqin uşaq bağçası
  130. "Ziya"nın biblioqrafiyası
  131. Kasıblığın üzü qara olsun
  132. Bu gün M.Ə.Sabirin ad günüdür
  133. Keçən günə gün çatarmı ... - Fotolar
  134. Elmə yönələn yolun başlanğıcı - FOTO
  135. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  136. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  137. Ucundadır dilimin həqiqətin böyüyü ...
  138. İlk hesab dərsliyimiz
  139. Yusif Vəzirovun kölgədə qalan yazıları
  140. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  141. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  142. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  143. Dərslik, dərslik, yenə də dərslik...
  144. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  145. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  146. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  147. "ZİYA"lı ziyalı - Foto
  148. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-10-2017
20-10-2017
20.10.2017
19-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4157 san