09:53 02 Yanvar 2017
865 dəfə oxunub
Çap versiyası

 

Harda olursan ol, boyundan bir boy ucalarda dalğalanan bayrağının varlığı ilə qürur duymasan demək ki, sən bu ömürü hədər yaşayıb, onu yelə vermisən. Dünyanın ən böyük arenalarında, mötəbər yarışlarında bayrağımızın ucaldılmasını, himnimizin səslənməsini gördükdə ürəyimiz fərəhlə döyünür. Xəyalımızın qolları ilə böyük Azərbaycanı qucaqlamaq, onun hər qarış torpağını salamlamaq istəyirik. Ucadan “Mən azərbaycanlıyam” deməklə böyüyüb boya-başa çatdığımız, üstündə inamla gəzdiyimiz ana torpağı bir daha əmin etmək istəyirik ki, var olacağımız qədər onu qoruyacaq, gələcək nəsillərə ərmağan edəcəyik. Və nə yaxşı ki, hələ bu yurdun mərd, mübariz oğul və qızları var. Öz adları kimi Azərbaycanımızın da adını ucaldırlar...

Qardaşların adı gələndə sanki damarında qanının necə coşduğunu hiss edirsən. Şəhriyar və Bəxtiyar Abbasovlar. Onlar bayraq oğullardır. Daim ucalarda görünmək üçün hər cür çətinliyə sinə gərib, çiyinlərini çoxumuzun daşıya bilməyəcəyi yükün altına verirlər, daha doğrusu, veriblər. Üzbəüz döyüşmək, özü də ölümünə mübarizə aparmaq çox çətindir. Çünki qarşındakı rəqibin nə olur-olsun dizlərini yerə gətirib onu məğlub etməlisən. Gözünə nə qan görünməlidir, nə də ki, qorxu.

Onun adını çox eşitmişdim, döyüşlərini izləmişdim. Ancaq üzbəüz görüşmək nəsib olmamışdı. Sabunçu RPİ-də keçirilən tədbirlərin birində onu polis mundirində görəndə sevindim. Sevindim ki, uğurlarımıza yol açan daha bir soydaşımız bu gün sıralarımızdadır. Fürsəti qaçırmayıb onunla həmsöhbət oldum. İdarə rəisi, polis polkovniki Eldar İlyasov onun idman uğurları ilə yanaşı, cinayətkarlıqla mübarizədə, asayişin qorunmasında da vəzifə borcunun öhdəsindən layiqincə gəldiyini qeyd etdi.

Həmkarımın uğur yoluna yenidən səyahət etdik. Özü haqqında kiçik bir arayış verdi. 1985-ci ildə Xocavəndin Qaradağlı kəndində dünyaya göz açıb. Ta uşaqlıqdan kiçik çiyinlərində Vətən adlı dərdin yükünü çəkib Bəxtiyar. Sonra idmana həvəs göstərib. Daha doğrusu, kökdən, qandan gələn həvəsi alın yazısına çevrməyi bacarıb. Üzərində işləyib, alın təri, zəhməti ona həmişəyaşıl işıq olub. İdmana başlayanda 8 yaşı vardı. İşin ağırından yapışıb, gücünə də güvənib, səbrinə də. İllər keçdikcə püxtələşib, məşqlərdə bişib, dəfələrlə “Sambo” idman növündə dünya və avropa çempionu olub. Sambo və cüdo növləri üzrə idman ustasıdır. Taleyini polisə bağlayanda isə 2006-cı il idi. İdman qədər, bəlkə də ondan daha çox məsuliyyətli bir işdə özünü doğrultmaq üçün onu sınaq dolu illər gözləyirdi. Ancaq o, gözləmədi hər işdə uğurlara imza atdı. Qazandığı qələbələrlə hər bir azərbaycanlının ürəyinə, evinə qələbə payı bəxş etdi.

Yola saldığımız il uğurları və sınaqları yadda qaldı. Dekabrın 4-dən 8-nə kimi Xarkov şəhərində 58 ölkənin iştirak etdiyi əlbəyaxa döyüş üzrə dünya çempionatında 85 kiloqram çəkidə yüksək texniki və fiziki hazırlığı ilə fərqləndi. Keçirdiyi beş döyüşdən qalıb ayrıldı. Bəlkə kiməsə bir qədər asan görünə bilər. Amma dünyanın ən güclüsü adını qazanmaq həm şərəflidir, həm də çətin.

Yeri gəlmişkən, polis kiçik leytenantı Bəxtiyar Abbasov dekabrın 14-dən 16-dək DİN-in idman cəmiyyətində əlbəyaxa döyüş üzrə daxili işlər orqanları əməkdaşları

arasında güc çoxnövçülüyü üzrə keçirilən yarışda da fəxri kürsünün ən yük sək pilləsinə qalxıb. O, həm də idman ilinin yekunlarına həsr olunmuş tədbirdə ölkə başçımızn fəxri diplomuna layiq görülüb.

Polis kiçik leytenantı, 3 övlad atası Bəxtiyar Abbasovu hələ qarşıda uğurlarla və sınaqlarla dolu illər gözləyir. Əlbəttə, bütün idmançılarımız kimi ölkə başçımız və DİN rəhbərliyi tərəfindən yaradılan yüksək şərait onu daha böyük zirvələr fəth etməyə ruhlandıracaq, bayrağımızı hər zaman zirvələrə daşıyacaq.


Müəllifin digər yazıları

  1. Bəxtiyar olmaq...
  2. Əbədiyaşar…
  3. Etibar edənlər peşman olmur…
  4. Bir həsrət yazısı…
  5. Tələsin insanlar...
  6. Azadlıq rəngli Bayrağım!
  7. Sabahı bu gün düşünək...
  8. Çətin qazanılan şirin nemət-Azadlıq…
  9. Sabitlik adlı sərvətimiz…
  10. Bu, müəllim ömrüdür: cəfakeş, qayğıkeş və əzabkeş bir ömür...
  11. 90 yaşın işığında… - FOTO
  12. İtirdiklərimiz…
  13. Təhlükəsizliyimizi qoruyurlar-yerin altında da… - Fotolar
  14. Dağ İlməzli məktəbinin məzunları və müəllimləri
  15. Çörək satıb, çörək qazanan qadın...
  16. AĞLAMA
  17. Qəhrəman şəhər və AZADLIĞA gedən yol...
  18. 20 yanvar-Vətən tarixi...
  19. Zəlimxan Yaqub həyatdan köçdü dedilər...
  20. Həmrəyliyə gedən yollar
  21. “Yox deməyi bacaraq”!!!
  22. On iki il, bir ömürlük həsrətdi hey....
  23. Vətən üçün...
  24. Mirzə Fətəlinin uzaqgörənliyi və ya dərviş Parisi partlatdı
  25. “Küçə uşaqları”nın gələcəyi...
  26. Çəkdim ki, izim qala...
  27. Kim haqlıdır? və ya “görünən dağa nə bələdçi”...
  28. Gələcəyimizin sağlamlığı üçün...
  29. “Sevdiyin və seçdiyin peşədə uğur qazanmaq da Vətənə xidmətdir”…
  30. “Söz”dən sonra….
  31. Vətən daşı olmaq üçün... Foto
  32. Ölüm ömrün sonu deyil… Foto
  33. Sədaqətindən, cəsarətindən, qeyrətindən Sən güc aldın, Azərbaycan Polisi!
  34. Xalq, dövlət və bayraq üçün… Foto
  35. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  36. İdman və gənclik bayramına hazırıq-peşəkarlığımızla və məsuliyyətimizlə…
  37. Sən yanmasan, mən yanmasam...
  38. Məşhur Azərbaycan polisi ilə bağlı daha ətraflı… Foto
  39. Sahibsiz köçün hekayəsi...
  40. Rahatllıq da bir xoşbəxtlikdir...
  41. “Kapitan Kataniya” və ya “Qara rus polkovniki”... Fotolar - Xüsusi olaraq Strategiya.az üçün
  42. Gələcək üçün, gənclik üçün...
  43. Andına sadiq Azərbaycan Polisi…
  44. Vətən unudulmur, Vətən unutmur… Foto
  45. Ümidləri doğrultmaq üçün...
  46. İyirmi beş il, iyirmi beş qərənfil...
  47. Bir “həmkarıma...
  48. Bayram günlərində də...
  49. Bu, elə bir bəladır ki...
  50. “Uğur olsun”, deyirik…
  51. Azərbaycan deyiləndə ayağa dur ki...
  52. Hər atılan daşa...
  53. O, həmişə bizimlədir
  54. Bir oğul var... - Fotolar
  55. Qayğı da var, nəzarət də
  56. Görüşməyək, qorxuram...
  57. Dərdin adı Xocalı...
  58. Eşitdikləri xəbərdən, gördükləri mənzərələrdən qan iyisi gəlir az qala
  59. Bayrağımızı ucaldanlar... -Fotolar
  60. Rənglər danışır, biz isə susuruq...
  61. Vətəndaş kömək umur, kömək görür...
  62. Arzu dolu ömür yolu... - Foto
  63. Kaş, yuxum çin olaydı...
  64. Belə bir oğul vardı... - Fotolar
  65. Belə “qəhrəmanlıq” olmur...
  66. Ağ qadın
  67. Peşəkarlıq, məsuliyyət və nizam-intizam uğurların açarıdır
  68. Yollara
  69. Azərbaycan Polisi-illərdən və nəsillərdən yadigar...
  70. Həsrətinə bir film çəkmək istəyirəm...
  71. Bir gözəl gəzirəm məni öldürə
  72. Ürək
  73. Bir məktub, bir ailənin sevinci...
  74. 23 ay-23 il...
  75. Qayıtma
  76. Qocalar
  77. Həsrət
  78. Məktub
  79. Bir ömrün yuxusu
  80. Ayrılıq ölüm deyil...
  81. Ehtiyac ölümdən qorxuludur...
  82. Atamın 55 yaşı...
  83. Vətənin dərdini sevənlər çəkir... - Fotolar
Код информера готов: SELECTORNEWS - покупка, обмен и продажа трафика
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-01-2017
19-01-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.139 san