11:15 06 Yanvar 2017
3320 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

Sizə maraqlı həyat yolu keçmiş bir ziyalı haqqında söz açmaq istəyirəm. O,1887-ci ildə Şamaxıda anadan olub. Atası o vaxtlar Şamaxıda yerləşən Bakı Əhli-Təsənni İdarəsində kargüzar işləyirdi-Adil bəy Cəbrayılbəyov. Adil bəy Cəbrayılbəyov Zaqafqaziya Əhli-Təsənni İdarəsinin müftisi şamaxılı Hacı  Əbdülhəmid Əfəndi  Mustafa Əfəndizadə ilə əqidə və məslək dostu idi. Əbdülhəmid Əfəndi 1872-ci ildə, Şamaxı qaziliyindən Tiflisə yüksək vəzifəyə-Zaafqaziya Əhli-Təsənni İdarəsinin sədri vəzifəsinə təyinat alandan sonra onun Şamaxıdakı vəzifəsinə dini idarənin üzvü, maarifpəvər ziyalı Səid Əfəndi Ünsizadəni təyin edirlər.

Şərq dillərini, eləcə də dövrünün məcburi dili olan rus dilini ana dili kimi bilən Adil bəy yenə kargüzarlığında qalır, şəhərin və quberniyanın ictimai - siyasi və ədəbi həyatında fəal iştirak edir. O, övladlarını yaxşı oxutdurmaq üçün əlindən gələni edir. XIX əsrin ensiklopedik nəşrlərindən biri olan "Кавказский календарь"ın hər nəşrində Adil bəyin adı var. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 291 nömrəli fondunda da Adil bəy Cəbrayılbəyov haqqında çoxlu arxiv sənədləri vardır.

Fondun 848 nömrəli saxlama vahidindəki materiallardan məlum olur ki, 1887-ci ilin dekabrında Adil bəyin yerinə -kargüzar vəzifəsinə Sultan Murad bəy Əfəndiyev təyin olunmuşdur. Fikrimizcə, bu, Bakı Əhli-Təsənni İdarəsi tərəfindən aparılan açması uzun vaxt tələb edən qərəzli yoxlama ilə ilgilidir.

Sözün qısası budur ki, Zaqafqaziya Əhli-Təsənni İdarəsinin Adolf Berje tərəfindən vəzifəyə gətirilən, müdafiə olunan, dəstəklənən başçısı Hüseyn Əfəndi Qayıbov ilə Səid Ünsizadənin soyuq münasibətləri ictimai fikir tariximizin hələ də ciddi öyrənilməmiş səhifələridir.

H.Qayıbovun ədəbiyyat tariximizdə xüsusi  xidmətləri olmuşdur.  Şərqşünas və dövlət məmuru  A.P.Berjenin 1869-cu ildə Almaniyada Azərbaycan şairlərinin əsərlərindən  ibarət müntəxəbatındakı şeirlərin nəşrə hazırlanmasında o vaxtlat Zaqafqaziya Əhli -Təsənni İdarəsində katib və idarənin nəzdindəki məktəbdə müəllim işləyən molla Hüseyn Qayıbovun xidmətləri elmi ictimaiyyətə hələ də layiqincə çatdırılmayıb.  

   H.Qayıbov 1883-cü ilin dekabrında Tiflisdən Şamaxıya qazı vəzifəsinə göndərilən Səid Əfəndi Ünsizadə ilə yersiz və lüzumsuz ədavətini uzun illər davam etdirmiş, onun tərəfdarlarını hakim dairələrinə şübhəli şəxslər kimi təqdim etməyə cəhd göstərmişdir.

 Yersiz yazışmalardan, dedi-qodulardan bezən Səid Ünsizadə 1889-cu il fevral ayının 20-də vəzifəsindən uzaqlaşdırılır. O,Şamaxıda yaşaya bilmədiyindən neft və milyonlar şəhəri kimi formalaşan Bakıya gəlir, burada 1884-cü ildə Tiflisdə nəşri dayandırılan "Ziyayi-Qafqasiyyə" qəzetinin nəşrinin davam etdirilməsinə hökumətdən icazə istəyir. Lakin müxtəlif bəhanələrlə onun xahişinə müsbət cavab verilmir. Səid Ünsizadə böyük maarifçilik işlərini davam etdirmək üçün İstanbula üz tutur və burada, çox güman ki, hələ Tiflisdən "Ziya" qəzetində işlədiyi vaxtdan qiyabi tanıdığı Münif Paşanın köməyi ilə maarif və təhsil sahəsindəki fəaliyyətini davam etdirir. Bir müddətdən sonra onun ortancıl qardaşı Cəlaləddin Əfəndi də Tiflisdən İstanbula köçür. Kiçik qardaş Kamal Ünsizadə isə Bakıda qalır, burada, əsasən, nəşriyyat işləri ilə məşğul olur, müəyyən gecikmələrlə "Məzhər" adlə qəzet çap etdirir.

 .. Mövzu ilə ilgili olan bu uzun gedişlərdən  sonra yenidən Adil bəy Cəbrayılbıyov haqqındakı söhbətimizi davam etdiririk.

Adil bəylə ilgili son arxiv sənədlərəri 60 vərəqdən ibarət olmuşdur. Təəssüf ki, bu sənədlər hansı səbəbdənsə makulaturaya verilmiş, tarixi istifadədən uzaqlaşdırılmışdır. Saxlama vahidinin adından məlum olur ki, buradakı sənədlər 1891-ci il fevralın 27-dən aprelin 29-na qədərki dövrü əhatə edirmiş. Bu sənədlər Adil  bəy Cəbrayılbəyovun dörd yaşlı oğlu Cəmo bəyin yaş kağızı ilə igilidir. 
Bir məsələ hələ də qaranlıq qalır: görəsən, Adil bəy oğlu Cəmo bəyə yaş kağızı (metrika-N.N.) alddımı?

Bu barədə təqqiqatçılar hələ heç nə deyə biməyiblər. Cəmo bəydən yazırlar, söhbət açırlar, amma ortalıqda hələ, demək olar ki, tutarlı ilkin  elmi-bioqrafik məlumat  yoxdur. Yeganə mənbə kimi Cəmo bəyin ölümündən bir il sonra nəşr olunan Cəmo bəy Cəbrayılbəylinin "Xatilərim" adı ilə nəşr olunan əsərdir.
Cəmo bəy Cəbrayılbəylinin ömür payına iki əsrdən 78 il düşüb: 1887-1965-ci illər. Atasının ölüm tarixi bilinmir (Hər halda adını cəkdiyimiz arxiv sənədlərinə görə 1891-ci ilin iyun ayı da daxil olmaqla hələ sağ imiş). Adil bəyin böyük qızı şamaxılı şair Ağəli bəy Nasehin həyat yoldaşı idi. Ağəli bəy Naseh Şamaxıda dövlət idarəsində dilmanc işləyirdi. O, M.Ə.Sabir, A.Səhhət, M.Mahmudbəyov kimi ziyalıların ən yaxın, səmimi dostlarından idi. 

 Cəmo bəy Şamaxı şəhər məktəbində oxuyub. Həsən bəy Zərdabi də bu məktəbdə oxuyub. Bu məktəbdə Cəmo bəyin ana dili və şəriət müəllimi Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər ağa idi. Bir sıra tədqiqatçılar Cəmo bəyin dövlət hesabına oxumasında Mir Cəfər ağanın xidmətlərini yüksək qiymətləndirirlər.

Şamaxı Səhər Məktəbi təlimi rus dilində olan təhsil oşağı idi. Burada əsasən Avropa təhsilli rus və Avropa təhsilli, universitet bitirmiş müəllimlər dərs deyirdi. Şamaxı Şəhər Məktəbi şagirdləri ali məktəbə daxil olmağa hazırlayan təhsil ocağı idi. Tədqiqatçıların yazdığına görə, Cəmo bəy burada 1896-1901-ci illərdə oxumuşdur. 1908-ci ildə xüsusi komissiya üzvlərinə imtahan verərək müəllimlik attestatı almış, 1919-cu ilədək Şamaxıda müəllimlik etmişdir. O, sonralar Bakıya köçmüş, bir sıra məktəblərdə müəllimlik etmişdir. Cəmo bəyin müəllimlik fəaliyyətində S.M.Qənizadənin ona göstərdiyi qayğı xüsusi qeyd edilməlidir.  Qori şəhərində yaradılan Zaqafqaziya Müəllimlər Seminaruiyasına 1905-ci il avqust ayının 3-də inspektor təyin edilən S.M.Qənizadə 3 ildən sonra əmrlə  işdən çıxarılır. Bu əmr direktor M.Miropeyev ilə  S.M.Qənizadənin aralarında tədris layihəsi ilə əlaqədar olan fikir müxtəlifliyi bağlı idi. S.M.Qənizadə Qafqaz Təhsil Dairəsinin popeçiteli N.Rudolfa müraciət edərək, günahkar olmadığını sübut edir və ona Qoridəki vəzifəsindən daha üstün olan vəzifə verilir. S.M.Qənizadə Bakı-Dağıstan Xalq Məktəbləri İdarəsinin inspektoru vəzifəsinə təyin olunur. Cəmo bəyin Bakı məktəblərindəki nümunəvi müəllimlik fəaliyyəti məhz  bu dövrün başlanğıcı ilə əlaqədardır. 

Cəmo bəy Cəbrayılbəyli   Xalq Maarif Komissarlığının xətti ilə bir  sıra irimiqyaslı tədbir və layihələrdə  fəal iştirak edir, uşaq pedaqoji mətbuatının  formalaşmasında  S.M.Qənizadə- Ə.Cəfərzadə, A.İsrafilbəyli, A.Talıbzadə,Q.Mirzəzadə, K.İsmayılov,  F.Ağayev və başqaları ilə birlikdə  nümunəvi işlər görür; layihələrlə çıxış edir,  rus və Avropa ədəbiyyatından etdiyi tərcümə və tədilləri ilə məktəblilərin  mütaliə mədəniyyətinin yüksəldilməsinə çalışır. Onun  "Maarif","Qızıl yıldız","Qırmızı günəş" və sair uşaq mətbuatındakı müxtəlif imzalarla çap etdirdiyi  təbiət hekayələrişeir və marşları bu gün də maraqla oxunur. Cəmo bəyin bir sıra hekayələrinin qəhrəmanı geniş maraq dünyası olan  oğlu  Adildir.
   Cəmo bəy oğluna atasının adını vermişdir. Nəvə Adil Cəbrayılbəyli (1924-1991) Bakıda Bülbül prospektində yerləşən Respublika Dəri-Zöhrəvi  Xəstəxananın baş həkimi olmuşdur.

 ... Atam hər dəfə  Bakıya gələndə mütləq  qohum-əqrəbalarına, dostlarına baş çəkərdi;atasının xalası oğlu  professor Emin Əfəndiyev, müəllimləri Püstəxanım Yüzbaşinskaya, Cəmo bəy Cəbrayılbəyov, ADU-nun müəllimləri-Yusif Şirvan , Hidayət Əfəndiyev,bir də  Adil Cəbrayılbəyli.Mən onlardan  yalnız  üç nəfərini ziyarət etmişəm.Cəmo bəy Cəbrayılbəylinin "Xatirələrim" kitabını birnəfəsə oxuyandan sonra  doktor  Adil   Cəbrayılbəylinin  ziyarətinnə getmədiyimin peşmançılığını çəkirəm;fəhlə həyatından yazılar yazmaqdansa,20-30-cu illərin ziyalıları haqqında nə qədər yazı yazmaq olarmış...Təəssüf, səd təəssüf...

   Yenə də, yaxşı ki,arxiv  və  bəzi kitabxanalarda  bu  dövrə aid   makulatura olmaqdan  qaça bilən materiallar  az da olsa qalmışdır.

GoogLe.az-da  " Biologiya elmləri- Milli Elektron Kitabxana "sözlərini yazmaqla  Cəmo  bəy Cəbrayılbəyliyə aid bir neçə kitab və proqramların adına rast gəldim. Burada xoşuma gəlməyən bircə o oldu ki, bu materialları  oxumaq üçün mütləq  M.F.Axundov  adına  Milli Kitabxanaya getməlisən.
Mənə elə gəlir ki, Milli Məclisdə  elektron kitabların  distant oxusu haqqında müzakirələr aparılmalıdır.

Cəbrayılbəyli C. Akvarium və terrarium [Mətn] C.Cəbrayılbəyli.
                                                               - B.: Azərnəşr 1930.- 69, [1] s.


Cəbrayılbəyli C. Bitkilər fiziolojisi terminləri /C.Cəbrayılbəyli; Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Dil və Ədəbiyyat Şöbəsi Terminoloji Komitəsi.
                                                               - B.: Azərnəşr, 1931.- 16 s.; 21 sm.

Cəbrayılbəyli C. Fito-sosioloji terminləri /C.Cəbrayılbəyli; Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Terminoloji şöbəsi.- Bakı: Azərnəşr, 1931.- 8 s. ; 23 sm.

  Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: birinci dərəcə məsai məktəblərinə görə        yazılmışdır /C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1924.- 102, [4] s.

Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: [əmək məktəbləri üçün tədris və pedaqoji kitabları] /C.Cəbrayılbəyli; red. Ə.Əbdürrəhimzadə.- B.: Azərnəşr, 1929.- 91, [1] s.
 
Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: birinci dərəcəli məktəblər üçün /C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1928.- 100 s.

Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: birinci dərəcə məktəblərə görə yazılmışdır /C. Cəbrayılbəyli; məxəzlər: Troyanski, Vaqner, Traçevski, Kalugin, Harun ər-Rəşid.- B.: Azərnəşr, 1924.- 75, [2] s.
  Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: birinci dərəcə məktəblərə görə yazılmışdır/C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1926.- 75 s.

Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: [əmək məktəbləri üçün tədris və pedaqoji kitablar] /C. Cəbrayılbəyli; red. Ə. Əbdürrəhimzadə.- B.: Azərnşr, 1929.- 64 s.

  Cəbrayılbəyli Cəmo. Təbiətə ilk addım [Mətn]: birinci dərəcə məktəblərin ikinci və üçüncü qruplarına görə yazılmışdır /C.Cəbrayılbəyli.- B.: Azərnəşr, 1924.- 126, [4] s.
  
        Burada elə ilk baxışdan öyrənilməli nə qədər material var.

        Cəmo bəy Cəbrayılbəyli 1942-ci ildə -55 yaşında alimlik dərəcəsi alıb.             

Kataloqa baxın,akademiyanın müvafiq institutları  C.Cəbrayılbəylinin hər kitabına aid  bir dissertasiya işini ortaya çıxara bilər. Bəlkə  də mən gecikmişəm ; kimsə Cəmo bəyin  elmi üslubuna aid məqalə yazıb. Amma hər halda mən də bu mövzuda sanballı bir yazı               hazırlayacağam.
   Mətbuat tarixinə aid  layihə üzərində işləyərkən Cəmo Cəbrayılbəylinin  Azərbaycan Demokratik Cümhuriyyəti dövründə və 1920-ci illərdə  uşaq mətbuatı   səhifələrində   həm  pasportdakı adı ilə, həm də  "CƏMO" ("CAMO" yox-N.N.) təxəllüsü ilə xeyli  bədii, elmi-bədii,elmi-publisistik  əsərlər, ən başlıcası siyasi nəğmə-marş   yazdığının  şahidi oluruq.    

Hələ də bəzi alimlər "Cəmo"  təxəllüsünün kimə aid olmasını yəqinləşdirməkdə çətinlik çəkirlər:  "Cəmo"nu CAVAD AXUNDOV MƏMMƏDƏLİ  OĞLU  kimi oxuyurlar.
  
Bir az gülməli çıxır: görəsən, "axund" sözünü  incə saitlə oxuyan  varmı?

   "Cəmo"nu  Camo Hacinski, Əhməd Cavad kimi  açıqlamaq istəyənlər  bilməlidirlər ki, rusdilli Hacinski heç vaxt nə rusca, nə də Azərbaycan dilində şeir yazmayıb, Əhməd Cavad kimi nəğməkar şair  də  adını  düz yazanlardandır.

                                                          ***
          Cəmo bəy Cərayılbəylinin     1930-cu illərdə pedaqoji və uşaq mətbuatındakı fəaliyyəti haqqında ayrıca bir yazı hazırladığımız üçün bu  dövrün  materiallarının incələnməsini sonraya saxlayırıq. İndilikdə isə  "Yeni yıldız"ın  1922-ci ilə aid 2-ci nömrəsində Cəmo bəy Cəbrayılbəylinin  "Cəmo" təxəllüsü ilə yazdığı  "Sənsən" şeirini oxuculara təqdim edirik.
  Yeri gəlmişkən onu da deyək  ayda bir dəfə nəşr olunan ədəbi, fənni, siyasi  məcmuə olan "Yeni yıldız"ın  bu nömrəsində Cəmo bəy Cəbrayılbəylinin  "İctimai  hifzi-səhhət" adlı maraqlı bir  elmi yazısı da çap olunmuşdur. Bu barədə sonrakı yazılarımızda ayrıca söz açmaq niyyətindəyik.


                                         Sənsən

   Ey dilbərim,ey güllərcəm,ey cahcəlalım,
   Sənsən  bana dirilik  gətirən, ey pəri , sənsən!
   Ey eşq səmasında gəzən  şanlı hilalım,  
   Şu cürmlərin  ( günahların-N.N.)cümləsinin dilbəri sənsən!

   Bin dərdə ,bəla  atəşi sövq edən sənsən,
   Bin dürlü  səfa məninin  məzhəri sənsən.
   Qan ağlatub,aşiqlərə  baş gəzənsən
   Bir baq  yenə hər aşiqinin əzbəri sənsən!

   Ey nur saçan, gün kibi  afaqı işıqlat,
   Ruh aləminin nur saçan əxtəri sənsən.
   Bu kəsələtdə (kefsizlikdə-N.N.) bənim ruhumi ilham ilə  anlat,
   Sənət yaratan    qüvvələrin  gövhəri sənsən!

   Bir şeiri- məlahətsən,aman  bəndən  uzaşma,
   Əşara yaqın qalblərin rəhbəri sənsən,
   Aşiqin işini etsə yürəklərdə təcəlli.
   Həp anlar odum : xilqətin hər dəftəri sənsən!

   Cəmo
                                                   ***

Hər dəfə Şamaxıya gedəndə  "Yeddi günbəz" qəbirstanlığında  M.Ə.Sabiri də, onun qəbrinin ayaq tərəfində dəfn olunmuş babamın  atası Nəsrəddin İsmayılovu da, Yusif Şirvanı da,  eləcə də  Cəbrayılbəyovları da  ziyarət edirəm. Bunlar  qohum-əqrəbalarımızın hər gün salam-kəlamı olan  şamaxılılardır, qohumlardır,dostlardır...
                                                   ***

..Şamaxıda M.Ə.Sabirin məqbərəsindən  20-25 metr aralıda üzü Bakıya tərəf bayramdan bayrama yada düşən  3 qəbir var:

       Cəmo Cəbrayılbəyli (1887-1965)
       Şəfiqə Əliəşrəf qızı Cəbrayılbəyli (22.03.1900-10.05.1982)
       Adil Cəmo oğlu Cəbrayılbəyli (1924-1991)

Bunların hər üçü tariximizdə izi və sözü olan insanlardır.


Müəllifin digər yazıları

  1. Dünya yaman dünyadır
  2. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  3. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  4. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  5. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  6. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  7. Sözgəlişi, ola bilər düzəlişi...
  8. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  9. Bu Dünya- Şirin Dünya.....
  10. Göz görür,ağıl kəsir....
  11. Tərcüməsiz başa düşülən tatar bayatıları
  12. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  13. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  14. Mənim nəğməli bibim - Foto
  15. Sən yazmasan,mən yazaram
  16. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  17. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  18. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  19. Qulam Məmmədli-120
  20. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  21. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  22. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  23. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  24. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  25. Bu tarix ki var, qəliz məsələ imiş......
  26. SÖZ KİMİNDİR?
  27. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  28. Mənim dualarım
  29. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  30. Təzadlar, ay təzadlar....
  31. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  32. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  33. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  34. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  35. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  36. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  37. Testdən qəsdən danışmırıq
  38. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  39. Dərsliklərimizin halı və vəziyyəti
  40. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  41. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  42. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  43. Hırsızın gözü əlyazmalara düşdü
  44. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  45. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  46. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  47. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  48. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  49. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  50. Hacı Səid Əfəndi Ünsizadə-191
  51. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  52. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  53. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  54. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  55. Bir daha Ünsizadələr haqqında
  56. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  57. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  58. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  59. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  60. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  61. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  62. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  63. Bizə hansı elmlər lazımdır və yaxud ...
  64. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  65. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  66. Soyqırımı günündə dostumu itirmişəm
  67. Bu yaz bir başqa yazdır
  68. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  69. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  70. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  71. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  72. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  73. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  74. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  75. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  76. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  77. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  78. Dərgahdan başlanan yol
  79. Fikrin ifadə formalarından biri
  80. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  81. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  82. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  83. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  84. Təhsil tariximizin maraqlı səhifələri
  85. Təhsil tariximizdən maraqlı səhifələri
  86. Akademiklərin cərgəsindəki müəllim
  87. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  88. Mübarizə bu gün də var,sabah da...
  89. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  90. "Əkinçi" qəzeti-140
  91. Mustafanın Çanakkala məktubu
  92. Məktəbdə elm və texnologiya həftəsi
  93. Mübarizə bu gün də var, yarın da....
  94. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  95. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  96. Yazımızın tarixi-özümüzün tarixi
  97. Fikrət Sadıq -Dədə Qorqud
  98. Tədqiqatçı öz fikrində israrlıdır
  99. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  100. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  101. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  102. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  103. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  104. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  105. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  106. "Bağçasaraydan göndərilən məktub"
  107. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  108. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  109. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  110. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  111. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  112. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  113. Abdulla Şaiqin uşaq bağçası
  114. "Ziya"nın biblioqrafiyası
  115. Kasıblığın üzü qara olsun
  116. Bu gün M.Ə.Sabirin ad günüdür
  117. Keçən günə gün çatarmı ... - Fotolar
  118. Elmə yönələn yolun başlanğıcı - FOTO
  119. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  120. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  121. Ucundadır dilimin həqiqətin böyüyü ...
  122. İlk hesab dərsliyimiz
  123. Yusif Vəzirovun kölgədə qalan yazıları
  124. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  125. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  126. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  127. Dərslik, dərslik, yenə də dərslik...
  128. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  129. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  130. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  131. "ZİYA"lı ziyalı - Foto
  132. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-07-2017
20-07-2017
20.07.2017 Neft ucuzlaşıb
19-07-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4679 san