15:03 08 Yanvar 2017
678 dəfə oxunub
Çap versiyası
...

 

Bakının mərkəzində qoyulmuş yeni yol nişanı yol polisinin sürücülər üçün yeni tələ qurması kimi başa düşülüb. Azərbaycan prospektindən 'Beşmərtəbə dairəsi' kimi tanınan istiqamətdə 'DAİRƏ' nişanı var. Cəfər Cabbarlı küçəsi istiqamətində hərəkət edən sürücülər üçün isə dairəyə daxil olanda yeni 'STOP' nişanı qoyulub.

Sürücülər hesab edirlər ki, yol polisi Azərbaycan prospekti istiqamətində gələn sürücülərə 'dairəni burax', dairəyə daxil olanlara isə 'sağdan gələn avtomobilləri burax' əmredici nişanları qoymaqla onları çaş-baş salır. Bu yolla da hər iki istiqamətdə hərəkət edən sürücülər yol polisi tərəfindən cərimə edilir.

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov criminal.az-a bildirib ki, həmin istiqamətdə avtomobillərin hərəkətin istiqamətində dəyişiklik edilib. Bölmə rəisinin sözlərinə görə, edilmiş dəyişiklik tələ yox, günün tələbidir. V.Əsədov qeyd etdi ki, 'Qoşa qala' qapısından Azərbaycan prospekti ilə 'Beşmərtəbə' kimi tanınan ərazi istiqamətində hərəkət edən avtomobil sürücüləri 'Beşmərtəbə dairəsi'ndən sağa dönərkən dayanmadan düzünə, sola və dairəvi hərəkət edəcəklər. Eyni zamanda, Cəfər Cabbarlı küçəsi ilə hərəkət edənlər isə dairəyə daxil olmaq istəyərkən 'STOP' nişanının tələbinə uyğun hərəkət edir. 'DAİRƏ' nişanının olması onların hərəkətinə mane olmur. Bu barədə Nazirlər Kabinetinin yol hərəkətinin təhlükəsizlik komissiyasının qərarı var. Aparılan xrionometraj göstərir ki, Azərbaycan prospektində hərəkət intensivliyi var. Avtomobillərin hərəkətində sıxlıq yaradırdı. İndi sürücülər getsinlər baxsınlar ki, dəyişiklilər tələdir, yoxsa gününün tələbi?

Avtosfer.az bildirir ki, burada qayda pozan sürücüləri 60 manat-3 bal cərimə gözləyir. Lakin yaxşı olardi ki, Azərbaycan prospektindən gələnlər üçün "dairəvi hərəkət" nişanı ilə birlikdə "Baş yol" nişanı da qoyulsun...


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Ağlamayaq, kişilər!
17:05 26.02/2017
Düşmən elə bildi ki...
23:30 25.02/2017
 
Xəbər başlıqları
27-02-2017
26-02-2017
25-02-2017
25.02.2017 Neft ucuzlaşıb
24-02-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.2751 san