21:15 09 Yanvar 2017
2760 dəfə oxunub
Çap versiyası
...

Dollarla bağlı daha bir problem ortaya çıxıb. Dollar satmayan banklar xaricdən köçürülən dollarla olan vəsaiti də sahibinə ödəməkdən boyun qaçırırlar.

Hadisə Gəncə sakininin başına gəlib.

Qadın övladının xaricdən dollarla göndərdiyi pulu bankdan ala bilmir. Maraqlı hadisə Gəncə sakini İradə Quliyevanın başına gəlib.

Rusiyada yaşayan iki oğlu, mütəmadi olaraq analarına pul göndərirlər. Lakin qadın son bir bir neçə aydır ki, dollarla göndərilən pulları bankdan götürə bilmir.

İradə Quliyeva  Gəncədə yerləşən bir çox bankda eyni mənzərənin müşahidə olunduğunu deyir. Onun sözlərinə görə, bankların bu cür addım atması insanların pulunu göz görə-görə mənimsəməkdən başqa bir şey deyil. 

Ekspert Anar Ramazanov bildirir ki, bankların belə addım atmasına səbəb dollar qıtlığının yaranmasıdır. Ancaq bu heç də banka pul köçürmələri ilə bağlı öhdəliyini icra etməmək səlahiyyəti vermir. Bankın həmin qadına qarşı etdiyi  açıq-aydın bank qanunvericiliyinin tələblərinin pozulmasıdır. Mütəxəssisin sözlərinə görə, əgər hansısa vətəndaş xarici ölkədən göndərilən pulu bankdan ala bilmirsə, bu zaman Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək öz hüququnu bərpa edə bilər.

Onu da qeyd edək ki, banklar hansı beynəlxalq pul köçürmə şirkətləri ilə müqavilə bağlayıblarsa, deməli pul vəsaitinin göndərilən valyutada çatdırılmasına dair öhdəlik götürüblər.

 

 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Qızıl fond- Habil Əliyev
20:47 28.05/2017
 
Xəbər başlıqları
30-05-2017
29-05-2017
29.05.2017 Zibillikdə sursat
29.05.2017 Neft ucuzlaşdı
29.05.2017 Abşeronda yanğın
28-05-2017
28.05.2017 "Volkswagen" yanıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.1753 san