13:03 10 Yanvar 2017
596 dəfə oxunub
Çap versiyası
...

Son günlər Yunanıstanda hökm sürən qarlı və şaxtalı hava səbəbindən məktəblilər əlavə tətilə buraxılıblar. Yanvarın 10-dan etibarən bütün məktəblərdə məşğələlər dayandırılıb.

Strategiya.az xarici KİV-lərə istinadla xəbər verir ki, “Ariadna” antisiklonu Yunanıstana Sibirdən görünməmiş şaxtalar və yağıntı gətirib. Bununla əlaqədar bəzi regionlarda fövqəladə vəziyyət elan olunub. Meteoroloqlar isə bütün ölkə ərazisində havaların daha da soyuyacağı və güclü qar yağacağı barədə xəbərdarlıq ediblər.

Paytaxtın Attika regionunun hakimiyyət orqanları yaranmış vəziyyəti nəzərə alaraq, yanvarın 10-dan etibarən bütün məktəblərin və uşaq bağçalarının bağlanacağını bildirib. Yağan qar və yolların buz bağlaması regionun bir çox şoselərində nəqliyyatın hərəkətinin dayanmasına səbəb olub.

Alonisos adasında və Şimali Sporada arxipelaqında qar örtüyünün hündürlüyü bir metrdən, bəzi yerlərdə isə iki metrdən artıqdır. Evbeya adasında yerləşən Kimi bələdiyyəsi ətraf aləmdən təcrid olunub.

Yunanıstan KİV-ləri şaxtalar səbəbindən iki nəfərin həlak olduğunu yazır.

Qarlı hava şəraitinin yanvarın 12-dək davam edəcəyi bildirilir.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
31-03-2017
30-03-2017
30.03.2017 Yevlaxda qətl
30.03.2017 Neft bahalaşıb
30.03.2017 Qubada yanğın
29-03-2017
29.03.2017 Ronaldo TOP-10-da

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.1942 san