14:09 11 Yanvar 2017
541 dəfə oxunub
Çap versiyası
...

Türkiyədə 60 iş adamı Fətullahçı Terror Təşkilatı (FETÖ) üçün pul topladığı və terror təşkilatını maliyyələşdirməkdə ittiham edilərək həbs olunub.

Strategiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, həbs edilənlər arasında “Boydak” holdinqinin İdarə Heyətinin sabiq sədri Mustafa Boydakın oğlu Mahmut Sami Boydak və qardaşı Bekir Boydak da var.

Qeyd edək ki, İstanbul Polis İdarəsi 35 rayonda keçirdiyi əməliyyatlar zamanı 164 iş adamı saxlanılıb, 110 iş adamının ölkə xaricində olduğu, 106 iş adamının qaçdığı müəyyənləşib. Dünən 110 nəfər həbs tələbi ilə məhkəməyə göndərilib, 54 iş adamı sərbəst buraxılıb. İstanbul Növbətçi Sülh Cəza Məhkəməsində FETÖ-yə üzv olmaq ittiham ilə 60 iş adamı barəsində həbs qərarı verilib, 50 iş adamı isə nəzarətdə saxlanılma şərti ilə sərbəst buraxılıb. 


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2017
20.02.2017 Sabahın havası
20.02.2017 Xaçmazda ev yanıb
20.02.2017 Ağsuda yanğın
19-02-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.0889 san