15:15 11 Yanvar 2017
3478 dəfə oxunub
Çap versiyası
...

Siqaret çəkmirəm dediyinə görə, ürəyindən bıçaqladılar.

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Strategiya.az ARB TV-yə istinadən xəbər verir ki, 
hadisə rayonun Səttərxan saatlarında küçəsində qeydə alınıb.

18 yaşlı
 Emin Abdullayev ayaqqabısını təmir etdirib evə geri dönürmüş. Bu zaman rayon sakini 16 yaşlı yeniyetmə ona yaxınlaşaraq siqaret istəyib. Emin istifadə etmədiyini bildirdikdə yeniyetmə qəzəblənib. Yaranan mübahisə qanla nəticələnib. Yeniyetmə üstündəki bıçaqla universtet tələbəsi olan Eminin ürək nahiyəsindən bıçaq zərbəsi endirib. Gənc aldığı xəsarətdən elə hadisə yerində dünyasını dəyişib. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçsa da sonradan polisin keçirdiyi əməliyyatla saxlanılıb.

Mərhumun qohumu: "Siqaret almaq istəyəndə deyib ki, mən siqaret çəkən deyiləm. Deyib onda get mənə siqaret al. Cavab verib ki, mən yolüstündəyəm, Bakıya çıxıram, bir də maqazinə gedib gəlməyim. Deyib ki, evdə dalaşıb çıxmışam əsəbləşmişəm, əgər siqaret almasan səni bıçaqlayacam. Bu da gözləməyib ki, bıçaqlaya".

Faktla bağlı araşdırma
lar davam etdirilir.



Код информера готов: SELECTORNEWS - покупка, обмен и продажа трафика
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
19-01-2017
18-01-2017
18.01.2017 Uğurlu aksiya
17-01-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.1087 san