15:00 11 Yanvar 2017
452 dəfə oxunub
Çap versiyası
...

"Real" bu mövsümün sonu futbolçusu Pepe ilə yolları ayırmağa hazırdır.

Portuqaliyalı müdafiəçi Madrid klubu ilə yeni müqavilə imzalamaq barədə razılığa gələ bilməyib.

Pepe "Real"la iki illik müqavilə imzalamaq istəyib. Ancaq Madrid klubu ona 1 illik müqavilə təklif edib. Bu səbəbdən də tərəflər arasında razılıq əldə edilməyib.

Bu mövsümün sonu "Real"la müqaviləsi başa çatacaq Pepenin azad agent kimi istənilən klubla danışıqlar aparmaq hüququna malik olduğu qeyd edilib.

Qeyd edək ki, Pepe ilə Çinin "Quançjau Everqrand" və "Şanxay Telles" klubları maraqlanır. Hər iki klubun Pepeyə "Real"da qazandığı maaşdan iki dəfə artığını verməyə hazır olduğu bildirilib. Pepe Madrid klubunda ilinə 5.5 milyon avro qazanır. /qol.az/


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
27-02-2017
26-02-2017
25-02-2017
25.02.2017 Neft ucuzlaşıb
24-02-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.5072 san