16:50 11 Yanvar 2017
809 dəfə oxunub
Çap versiyası
...

Əfsanəvi braziliyalı futbolçu Ronaldo onun çəkisi ilə bağlı İngiltərə millisinin sabiq hücumçusu Maykl Oueinin etdiyi zarafata münasibət bildirib.

Strategiya.az-ın goal.com-a istinadən yaydığı xəbər görə, o bildirib ki, müasir dünyanın onun çəkisinə diqqət etməsindən şoka düşüb: “Düzü başa düşmürəm ki, bu, insanların nəyinə lazımdır”.

Ouenin zarafatını başqa bir braziliyalı futbolçu – Roberto Karlos da tənqid edib: “Belə zarafatları xoşlamıram. Ronaldo mənim dostumdur. Belə məsələlərdə fikir bildirəndə ehtiyatlı olmaq lazımdır. İnsanın bədən quruluşuna deyil, ürəyinə fikif verilməlidir. Ronaldonun qəlbi isə genişdir”.

Xatırladaq ki, bugünlərdə Uoen şəxsi Tvitter hesabında Ronaldo, Luiş Fiqu və Zinəddin Zidanla şəklini paylaşaraq yazıb: “Ronaldonu görənə qədər son vaxtlar kökəldiyimi düşünürdüm”.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
30-05-2017
29-05-2017
29.05.2017 Zibillikdə sursat
29.05.2017 Neft ucuzlaşdı
29.05.2017 Abşeronda yanğın
28-05-2017
28.05.2017 "Volkswagen" yanıb

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3512 san