08:18 12 Yanvar 2017
5183 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi


Dərslik məsələsi çətin məsələlərdəndir. Azəbaycanın bir sıra ziyalıları dərslik məsələsinə ictimai fəaliyyətin əsas meyarlardan biri kimi yanaşmış, öz şəxsi nümunələri ilə bu cəhətdən də tarixə düşmüşlər. M.Ş.Vazeh, M.F.Axundov, H.Zərdabi(Məlikzadə) millətin mədəni inkişafında mətbu sözə, mütaliəyə, dərslik məsələlərinə dəfələrlə müraciət etmiş, tarixdə izi qalan işlər görmüşlər. Səid Əfəndi Ünsizadə (1825-1905) nəşriyyat fəaliyyətində dərsliklərin çapı və yayılması yolunda iri addımlar ataraq, hər bir azərbaycanlının mütaliə mədəniyyətini yüksəltmək üçün "başqa yerdən qazandıqlarını" nəşriyyatın genişləndirilməsinə sərf etmiş, gördüyü bu işlərə görə yüksək qürur hissi ilə öyünmüşdür. Onun 1882-ci ildən başlayaraq, Tiflisdə öz şəxsi mətbəəsində çap etdirdiyi dərslik-müntəxəbatlar indi də öz əhəmiyyətini itirməmişdir. 1884-cü ilin yanvarında Səid Ünsizadənin kiçik qardaşlarından biri-Cəlaləddin Ünsizadə  Axund Cəlal imzası ilə öz mətbəəsində- "Kəşkül" qəzetinin mətbəəsində rus və Şərq alimlərinin dərsliklərinə əsaslanaraq, "Hesab" dərsliyi yazmışdır. "Ziya" qəzetinin 1879-cu ilin dekabrında verdiyi xəbərə görə, Moskvada N.B.Vəzirovla bir yerdə ali məktəbdə oxuyan, Bakı Real Gimnaziyasında Həsən bəy Məlikzadədən dərs alan Əsgər Ağa Gorani Adıgözəlzadə "Coğrafiya" dərsliyi yazmışdır. Təəssüf ki, həmin dərslik hələ tapılmamışdır.
  

Dərslik məsələsi sonralar da milli ziyalılarımızın diqqət mərkəzində olmuşdur. Məktəb dərsliklərinin ən başlıca vəzifəsi şagirdlərə müəyyən elmi biliklər verməkdir

Azərbaycanın dərslik tarixində yadda qalan, uzun illər boyu şagirdlərin təfəkkür fəaliyyətini zənginləşdirən dərsliklərimiz çoxdur. Bu cəhətdən milli dərslik və dərs vəsaitlərinin hazırlanmasında R.Əfəndizadə, A.Şaiq, M.Mahmudbəyov, Ağa bəy     İsrafilbəyli, S.M.Qənizadə, C.Cəbrayılbəyli, M.Mahmudbəyov, Abbas Səhhət, F.Ağazadə kimi ziyalıların xidmətləri təqdirəlayiqdir. Bu tarixi dərsliklərdə əsas yeri tərbiyə və davranış məsələləri tutur. Müəlliflər nədən yazırlarsa yazsınlar, söhbəti milli tərbiyəyə gətirib çıxarırlar. Adları çəkilən müəlliflərin dərslik və dərs vəsaitlərində mövzular elə işlənmişdir ki, nəticəni şagird özü çıxarır.


Mövzuya keçid kimi dediyim bu sözlər dərslik yazmaq fikrinə düşən hər bir ziyalını ciddi düşündürməlidir. 

Bu gün dərslik yazmaq fikrinə düşən və asanlıqla istədiyinə nail olanlar çoxdur. Təbii ki, bu dərsliklərin hamısı tarixdə qalmaq hüququ qazana bilmir. Mən vaxtilə üstündə 2003-cü ildən "İlin ən uğurlu dərsliyi" damğasını gəzdirən bir dərslikdən  söz açmışdım. O vaxtlar yazdığım qeydlər, nədənsə, dərslik müəlliflərinin diqqətini cəlb etmədi. Bəlkə də onlar deyilən iradları açıb ağartmadılar. Hər halda bu gün həmin dərslik Azərbaycan müəllimlərinin  ən çox müraciət etdikləri əsas mənbədir. Azərbaycan müəllimləri hələ illər boyu həmin dərsliyə müraciət edəcəklər. Bu damğanı dərsliyə kim vurub, hələ heç kəs bilmir. Deyəsən, müəlliflərin özləri də bilmirlər. Bu, bəlkə də naşirlərin kommersiya üsuludur. Hər halda Azərbaycan müəllimlərinin by dərsliyə marağı və alternativ dərsliklər  seçimində  ona üstünlük verilməsi faktdır.

Söhbət müəllifləri professor Qəzənfər Kazımov, docent Faiq Şahbazlı, orta məktəb müəllimi Aygün Mikayılova (indi səhv etmirəmsədirektordur-N.N.) kimi göstərilən 8-ci sinfə aid "Azərbaycan dili" dərsliyindən gedir. Sonungu dəfə 2012-ci ildə nəşr edilmişdır. Həcmi 144 səhifədir. Dərslikdə yaxşı nə varsa, bəyəniləndir. Yaxşı nə yoxsa, söhbət elə onların haqqındadır. Bugünkü söhbət 2012-ci ildən başlanan söhbətin davamıdır. Nümunələr də 2012-ci il də nəşr olunan Azərbaycan dili dərsliyinə (9-cu sinif) əsaslanır.

Yeri gəlmişkən qeyd edim ki, indi 9-cu sinif də daxill olmaqla bütün Azərbaycan dili dərslikləri kurikulum proqram materialları əsasında yazılır. Burada qrammatik materiallar ayrıca mövzu kimi yox, söz içində söz kimi verilir.

Başqa sözlə, müəllim hansı yolla olursa olsun, şagirdlərə qrammatik qaydaları öyrətməlidir. Amma bu qaydalar yeni metod və üsullarla aşılanmalıdır. Məsələnin çətinliyi bu metod və üsulu seçməkdədir.

 Bu gün də öyrətmə prosesində müəyyən mövzuların izahında adı çəkilən orta məktəb dərsliyində elə mövzular var ki, uzun müddətdir ki, onların izahı hələ də problemli olaraq qalır. Bu mövzulara hələ də düzgün yanaşma üsulu tapılmır.  Bunlardan biri də tabelilik əlaqələrinin bir növü olan idarə əlaqəsidir. Dərslikdə idarə əlaqəsinin tərifi belə verilmişdir:

"Əsas tərəfin tələbi ilə asılı tərəfin müəyyən hallara düşməsinə idarə deyilir".

 (Burada, çox güman ki, söhbət söz birləməsinin II tərəfindən və ya xəbərdən gedir. Məsələn: sənin kitabın; məktəbə gedirəm; evdən gəlirəm və s. -N.N.) İdarənin tərifindən (qaydasından) sonrakı sətirlər:

"İdarə əlaqəsi ismin halları ilə  bağlıdır .(əlaqədardır-N.N.). Adlıq haldan başqa, qalan beş halda olan sözlər  idarə əlaqəsində asılı tərəf kimi  çıxış edir"

Belə çıxır ki, "Vətən torpağı", "Sən kitab oxuyursan" nümunələrindəki qeyri-müəyyən halda olan sözlər ("Vətən" və "kitab" sözləri də idarə olunan sözlərdir. Birinci söz "torpaq" ismi ilə, II söz "kitab" sözü isə "oxumaq" feli ilə idarə olunmuşdur.
Təəssüf ki, dərslikdə adi məntiqi nəticəyə əsaslanan bu fikri təsdiq edən nümunə yoxdur. Dərslikdə kimin hansı bölməni yazması göstərilmədiyinə görə sözü bəzən ünvanına çatdırmaq mümkün olmur. Azərbaycan dilində ismin iki halı həm müəyyənlik, həm də qeyri -müəyyənlik bildirdiyinə görə fikrimizi nümunələrlə izah etmək istərdik. Qeyri-müəyyən yiyəlik hal da, qeyri-müəyyən təsirlik hal da şəkilçisiz olur. Onların hər ikisini formal olaraq, müəyyən hala gətirmək mümkündür. "Sən dərslik müəllifisən" cümləsindəki "dərslik" sözünü "dərsliyin" şəklində, "Sən kitab oxuyursanmı? cümləsindəki kitab" sözünü isə "kitabı" şəklində işlətmək müümkündür. Deməli, tərifə görə mübahisə obyekti olan  hər iki söz idarə olunan sözdür: məntiqə görə də, elə görüntüyə görə də.  Bu fikrə dilçilikdə aydın münasibət yoxdur. Bu beş-on ilin elmi mübahisəsi deyil. Elmdə mübahisəli olan nəsnə dərsiyə düşməli deyil. Dərslikdə müəllifin elmə, elmi fikrə elmi yanaşması aydın olmalıdır. Metodistlər müəllif fikrini işıqlandırımağa cəhd etməlidirlər.  

 Dərslik  elmi mübahisə meydanı deyil. Elmi mübahisə üçün AMEA var, bizim söhbətimizlə əlaqəsi olan  AMEA-nın Dilçilik İnstitutu  var. 

 Yeri gəlmişkən qeyd edək ki, bu gün əksər müəllimlərin həvəs və hörmətlə istifadə etdikləri orta məktəb dərsliklərinin müəlliflərindən biri professor Qəzənfər Kazımov uzun müddət işlədiyi Pedaqoji Universitetdəki iş yerini AMEA-ya dəyişıb, deməli, o, elmi araşdırma işlərinin aparıldığı ən ali elm ocağında işləyir. Müəllimlər bu gün mübahisəli elmi məsələlər haqqında ən maraqlı elmi fikri Qəzənfər müəllimdən gözləyirlər.

 Söz birləşməsinə aid sualların cərgəsində həm elmi, həm də pedaqoji ictimaiyyəti narahat edən bir məsələ də var.  III növ təyini söz birləşməsinin daxili üzvü- tərəflərin arasına daxil olan söz və ya sözlər sintaktik təhlildə necə təhlil olunmalıdır?

Dərslikdə buna da birbaşa, mübahisəsiz görünən cavab yoxdur. Fikrimizi nümunələrlə izah edək .

Rəsulun Ucarda  evi var;  Pirvəlinin  yüz kitabı  var.

Birinci cümlədəki "Ucarda" sözü söz birləşməsinin ikinci tərəfinə aid deyil, onu təbii ki, söz birləşəsindən ayırıb, söz  birləşməsinin ilk sözündən əvvələ keçirmək olar: 

Ucarda Rəsulun  evi var. 
 

İkinci cümlədəki söz birləməsinin arasına daxil olan söz isə söz birləməsinin ikinci tərəfinə aiddir, onu (buradakı "yüz" sözünü birləşmənin ilk sözündən əvvələ keçirmək olmaz, "Yüz Pirvəlinin kitabı var" burada başqa məna daşıya bilər.   Dərslikdə bu məsələyə, demək olar ki, toxunulmayıb. Şəxssiz cümlədən danışılan yerdə (səh 128) buna işarə olsa da, texniki qüsura yol verilib, "Cavanşirin ona yazığı gəldi"; "Kişinin ona bərk acığı tutdu" cümlələrinin xəbəri aydın göstərilsə də, birinci cümlədəki "ona" sözünün, ikinci cümlədəki "ona" və "bərk" sözlərinin hansı cümlə üzvü olduğu göstərilmir. Amma buna ehtiyac  var idi.

Dərslikdə yaxşı niyyətlə verilmiş çalışmalar bəzən şərtin nahamarlığına görə yaxşı alınmayıb.301 nömrəli çalışmada  şəxssiz cümlə ilə ilgili 7 cümlə var. Cümlələrin hamısı təkcə xəbərdən ibarətdir. Bu cümlələrə tamamlıq və zərflik (müəlliflər, yəqin ki, tamamlıq və zərflik yerində işlənə biləcək sözləri nəzərdə tuturlar) artırıb genişləndirmək istəyirlər. Yaxşı, artırdıq. "Mənim xoşum gəlmir" cümləsinə "səndən" sözünü "MƏNİM" sözündən əvvəl yazaq, yoxsa sonra? Dərslikdə "Adlıq cümlə" havadan asılı qalıb, ona yiyə duran yoxdur. Əvvəllər adlıq cümlə mübtəda əsasında formalaşan  sadə cümlə kimi izah olunurdu. İndi adlıq cümləni SADƏ CÜMLƏNİN ŞƏXSƏ GÖRƏ növlərinə aid etmirlər. Niyəsi budur ki, xəbəri yoxdur.  Xəbəri olmayan dil vahidi də proqram müəlliflərinə görə, cümlə üzvü ola bilməz. Dərslik də proqram əsasında yazılır. Bəlkə başqa səbəb də var. Hər halda  indiki şagirdlərin suallarına cavab vermək lazımdır. Söz-cümləni cümlə yerinə qoyuruqsa, onda gəlin onu 304-cü çalışmadakı kimi 4 qrupa ayıraq: təsdiq söz-cümlələr, inkar söz-cümlələr, sual söz-cümlələp, emosional (nidalardan ibarət olan) söz-cümlələr (səh.132-133).

Ara sözlərin  ancaq  modal sözlərlə ifadə olunması fikri də da mübahisəli görünür  (səh.112). Dərsliyin təzə (2012-ci il) nəşrində köhnə nəşrdəki "frazeoloji birləşmələr sadə üzv hesab olunur" fikrinə düzəliş verilib.İndi frazeoloji birləşmələr mürəkkəb üzv hesab olunur. Bu , belədirmi? Gəlin fikirləşək. Neçə illərdir ki, III növ təyini söz birləşməsinin  II tərəfi say olacağı təqdirdə, belə birləşmələrin  təyini olub olmaması mübahısə doğurur. Mübahısə bu gün də var, bəlkə YARIN da olacaq. "Ustalardan ikisi", "əlaçılardan beşi" tipli birləşmələr hələ də III növ təyini söz birləşməsi kimi təqdim olunur (səh.18). Bu da belədiirmi? Əgər belədirsə, 51- ci çalışmadan imtina etməliyik. Burada III növ təyini söz birləşməsi 1 T  yiyəlik hal+ II tərəf  m (hər üç şəxsə aid  mənsubiyyət şəkilçisi - N.N.) kimi göstərilir.

Dərslikdə bəzən mübahisədən  qaçmaq məqsədilə  "əksərən", "bir qayda olaraq"  kimi   müəllifləri məsuliyyətdən uzaqlaşdiran sözlərdən istifadə olunur..

53- səhifədə oxuyuruq: "Başlamaq, istəmək,  bilmək, olmaq, etmək  felləri ƏKSƏRƏN başqa sözlərə birləşərək, xəbər vəzifəsində işlənir. Məsələn:  Nazim  oxumağa başladı.Mən yatmaq istəmirdım..." Bu nümunələr inandırıcı görünmür.  Belə ki, Nazim oxumağa da, yazmağa da başlaya bilər. Eləcə də mən yatmaq da istəyərəm, oyanmaq da...

 Dərslikdə bugün üçün yaxşı səslənməyən cümlələri asanlıqla yeni nəşrdə dəyişmək arzu və tövsiyə  olunur. Cümlənin tərbiyəvi əhəmiyyəti olmalıdır. Mən demirəm ki, dərslik müəllifləri sığallı cümlələrdən istifadə etsinlər. Hər halda "Səlim ağanın başınaçomaq vurmaq" (Nümunə M.İbrahimovdandır -N.N.)kimi insanlığa uyğun olmayan tarixi vərdişləri yada salmayaq. (səh.122, çalışma 279/3). 284-cü və 285-ci çalışmalarda da yaxşı səslənmədiyinə görə bir -iki cümlə daha münasib sözlü cümlələrlə  dəyişdirilməlidir.

  Dərslikdə  üzvlənən və üzvlənməyən cümlələrə  aid bir  neçə cümləlik yer ayrılmalıdır. Məqsəd və intonasiyaya görə cümlə növlərinə aydınlıq gətirilməlidir.  Bu, sadə cümlənin, yoxsa  ümumiyyətlə həm sadə quruluşlu, həm də mürəkkəb quruluşlu cümlənin növləridir?  Yaxşı ki,uzun illərin səhvindən sonra  buradakı uyğunsuzluğa  son qoyuldu və seminar iştirakçılarından birinin (kimliyini qəsdən demirəm) təklifi ilə səhv düzəldildi.  Məqsəd və intonasiyaya görə cümlə növlərinin həm sadə , həm də mürəkkəb cümləyə aid olması faktı təsdiq olundu.Təzə nəşrdə bu fikrin təsdiqinə bir cümlə ayrılmasna ehtiyac duyulur.

 41-ci səhifədə "Dövlət himnimizi kim yazıb" cümləsi redaktə olunmalıdır. Şagird ona məlum olan cavabı verməkdə çətinlik çəkir. (Şagirdlərin hamısı bilir ki, himnimizin musiqisini Ü.Hacıbəyov yazıb. Mətnin müəllifi isə Əhməd Cavaddır ). Burada sualın kimə - himnin bəstəkarına, yoxsa sözlərinin  müəllifinə  aid olması  bilinmir.

Dərslik haqqında  qeydlərimi yazarkən  mətbuatda  bir neçə ay bundan əvvəl  oxuduğum bir xəbər - müsahibə  mənə çox maraqlı göründü. Sərlövhə belə idi:

 Azərbaycan dilinin qrammatikası yenidən yazılacaq

Maraqlıdır, biz  orta məktəb dərsliklərinin daha da  təkmilləşdirilməsi üçün monitorinq  aparırıq,  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu isə Azərbaycan dilinin qrammatikasını yenidən yazmağı,  sən demə, çoxdan planlaşdırıbmış. Xəbər-müsahibənin bəzi  yerlərini olduğu kimi oxucuların diqqətinə çatdırıram: Azərbaycan Milli Elmlər Akademiyasının  (AMEA)  Dilçilik İnstitutu  respublikanın ən görkəmli  dilçi alimlərinin iştirakı ilə Azərbaycan dilinin qrammatikasını yenidən yazacaq. O vaxtlar institutun direktor əvəzi .....bildirimişdi ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə  Azərbaycan dilinin  fundamental və  monoqrafik tədqiqatları davam etdiriləcəkdir. Buna görə də respublikamızın görkəmli  alimlərini cəlb etməklə  vahid normaya uyğun  müasir Azərbaycan dilinin  fundamental, funksional  qrammatikasının  yazılması planlaşdırılıb.Yeni yazılacaq "Azərbaycan dilinin qrammatikası"nda Azərbaycan dilinin bütün aspektləri ...sırf nəzəri planda yazılacaq.

 Bu xəbərdən bir neçə ay sonra  institutun pəhbərliyi dəyişdirilmişdir. İndi bu məsələyə   yanaşma tərzin və yeni mövqeyi  bilmək, hər halda maraqlıdır.

 O vaxt müəlliflərə  yeni qrammatikanı yazanda  köhnə qrammatikanı bir kənara qoymaq tövsiyə olunurdu:
Sözsüz ki, onları öyrənmək lazımdır. Ancaq onların  qüsurlu vəmübahisəli məsələlər hər halda dərsliklərə düşməməlidir. 
Dünya dilçiliyinin mütərəqqi cəhətlərini öyrənmək lazımdır. 
Dünya dilçiləri  elmi qrammatika yazmağı  Rusiya çarının əlindən  düz  üç  dəfə Demidov mükafatını alan Mirzə Kazım bəydən öyrənirdi,  indi  biz onlardan - 
dünya dilçilərindən-N.N.)   öyrənəndə  qiyamət  qopmaz ki..


Müəllifin digər yazıları

  1. Dünyanın ən işıqlı günlərindən birinin adamı - türkologiyanın Fərhadı
  2. Söz oyunu və yaxud nüktədanlara xitab
  3. Şamaxıda Seyid Əzim Şirvaninin Ev-Muzeyini açmaq çətindirmi?
  4. Kırımda monastrda gizlədilən Xaçmazlı Reyhan haqqında nə biliik ?
  5. "Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə
  6. Atamın türkdilli məktubları
  7. PARLAMENTİN TAVANI NİYƏ UÇDU?
  8. Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü- Mustafa Hacı Musa oğlu Mahmudov
  9. Yüksək məfkurəvi söz ustası - Sultan Məcid Qənizadə (1866-1937)
  10. Bu dünyanın qızıl günü
  11. Qafur Rəşad Mirzəzadə fenomeni
  12. Papaq və qalstuk məsələsi
  13. Görkəmli türkoloq və füzulişünas alim Samət Əlizadənin əlyazması tapıldı
  14. Akademiklər,Sİzlər əruzu bilirsinizmi?
  15. Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?
  16. Atamın şəkli
  17. Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitab
  18. "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnal yazısı
  19. "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər
  20. Atamın müəllimi Cəmo bəy Cəbrayılbəyli və onun "Cəmo C" təxəllüsü ilə yazdığı şeirlərindən biri - "Sənsən"
  21. Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910) və Azərbaycan
  22. "Dırnaq"dan "mötərizat"a və yaxud...
  23. Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun 366 yarpaqlı 2018-ci il təqvimi çap ediləcəkmi...
  24. Qara qoçun nağılı
  25. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki...
  26. Yenə də "Türkische Lesestoffe....Leipziq. 1916" türkdilli latın qrafikalı kitabından söz açırıq ki, bilməyənlər də nəyisə bilsinlər
  27. Avropa da, Amerika da türk atalar sözlərini oxuyur
  28. Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi
  29. Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri
  30. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsinin əsas müəllifi kimdir?
  31. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım haqqında nə bilirik?
  32. Tarixçilərimizin dərsliklərdə jurnal adı ilə öyrətdikləri "İŞIQ" QƏZETİ (1911-1912)
  33. Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova (1820-1893) hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətlər
  34. Türk dostumun təhsil nazirimizə göndərdiyi bir məktub və yaxud...
  35. Öyüdlərim, pəndlərim, nəsihətlərim....
  36. Ortaq türk dilləri ədəbiyyatı müntəxəbatına layiq uğurlu poetik nümunələr və yaxud...
  37. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  38. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  39. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  40. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  41. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  42. Nüktələr və nöqtələr....
  43. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  44. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  45. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  46. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  47. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  48. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  49. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  50. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  51. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  52. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  53. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  54. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  55. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  56. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  57. Bağışla, bağışla, bağışla bizi
  58. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  59. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  60. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  61. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  62. Bizə ən gərəkli - Fil hesabatı
  63. “Bağçasaraydan göndərilən məktub”
  64. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  65. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  66. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  67. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  68. Doğma yurdun qış lövhələri...
  69. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  70. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  71. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  72. Hamıya dostam mən,bir qardaşam mən
  73. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  74. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  75. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  76. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  77. Söz sözü çəkər, əgər sözün közü varsa
  78. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  79. Müəllim olanda da yaxşı müəllim olun
  80. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  81. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  82. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  83. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  84. Ay Allah bəndəsi, niyə yazıqsan?
  85. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  86. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  87. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  88. Təbrizdən kənd məktubları
  89. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  90. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  91. Dünya yaman dünyadır
  92. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  93. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  94. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  95. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  96. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  97. Sözgəlişi, ola bilər düzəlişi...
  98. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  99. Bu Dünya- Şirin Dünya.....
  100. Göz görür,ağıl kəsir....
  101. Tərcüməsiz başa düşülən tatar bayatıları
  102. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  103. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  104. Mənim nəğməli bibim - Foto
  105. Sən yazmasan,mən yazaram
  106. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  107. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  108. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  109. Qulam Məmmədli-120
  110. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  111. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  112. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  113. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  114. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  115. Bu tarix ki var, qəliz məsələ imiş......
  116. SÖZ KİMİNDİR?
  117. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  118. Mənim dualarım
  119. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  120. Təzadlar, ay təzadlar....
  121. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  122. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  123. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  124. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  125. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  126. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  127. Testdən qəsdən danışmırıq
  128. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  129. Dərsliklərimizin halı və vəziyyəti
  130. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  131. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  132. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  133. Hırsızın gözü əlyazmalara düşdü
  134. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  135. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  136. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  137. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  138. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  139. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  140. Hacı Səid Əfəndi Ünsizadə-191
  141. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  142. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  143. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  144. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  145. Bir daha Ünsizadələr haqqında
  146. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  147. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  148. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  149. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  150. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  151. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  152. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  153. Bizə hansı elmlər lazımdır və yaxud ...
  154. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  155. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  156. Soyqırımı günündə dostumu itirmişəm
  157. Bu yaz bir başqa yazdır
  158. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  159. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  160. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  161. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  162. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  163. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  164. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  165. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  166. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  167. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  168. Dərgahdan başlanan yol
  169. Fikrin ifadə formalarından biri
  170. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  171. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  172. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  173. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  174. Təhsil tariximizin maraqlı səhifələri
  175. Təhsil tariximizdən maraqlı səhifələri
  176. Akademiklərin cərgəsindəki müəllim
  177. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  178. Mübarizə bu gün də var,sabah da...
  179. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  180. "Əkinçi" qəzeti-140
  181. Mustafanın Çanakkala məktubu
  182. Məktəbdə elm və texnologiya həftəsi
  183. Mübarizə bu gün də var, yarın da....
  184. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  185. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  186. Yazımızın tarixi-özümüzün tarixi
  187. Fikrət Sadıq -Dədə Qorqud
  188. Tədqiqatçı öz fikrində israrlıdır
  189. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  190. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  191. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  192. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  193. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  194. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  195. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  196. "Bağçasaraydan göndərilən məktub"
  197. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  198. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  199. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  200. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  201. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  202. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  203. Abdulla Şaiqin uşaq bağçası
  204. "Ziya"nın biblioqrafiyası
  205. Kasıblığın üzü qara olsun
  206. Bu gün M.Ə.Sabirin ad günüdür
  207. Keçən günə gün çatarmı ... - Fotolar
  208. Elmə yönələn yolun başlanğıcı - FOTO
  209. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  210. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  211. Ucundadır dilimin həqiqətin böyüyü ...
  212. İlk hesab dərsliyimiz
  213. Yusif Vəzirovun kölgədə qalan yazıları
  214. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  215. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  216. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  217. Dərslik, dərslik, yenə də dərslik...
  218. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  219. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  220. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  221. "ZİYA"lı ziyalı - Foto
  222. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-08-2018
17-08-2018
17.08.2018 Ağdaşda yanğın
17.08.2018 Bakıda yanğın
16-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.659 san