10:00 23 Yanvar 2017
2779 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

(ƏQİDƏLƏR VƏ NƏSİHƏTLƏR-N.N.) Tiflis, "Ziya" mətbəəsi, 1882, 98 səhifə

Əvvəlcə oxuculara Səid Ünsizadə haqqında müəyyən məlumat vermək gərəkli görünür.

Səid Əfəndi Ünsizadə (1825, Şamaxı-1905, İstanbul) hələ də ictimai-siyasi, ədəbi-publisistik həyatımızda öz layiqli yerini tapmayan ziyalılarımızdandır. Onun Şərq ölkələrində ali dini təhsil almasını yazsalar da, bu fikri təsdiq edən heç bir sənəd yoxdur. Lakin cəmiyyətin ictimai və dini həyatında tutduğu təyinatlara və vəzifələrə görə, onu öz dövrünün qabil ziyalılarından biri hesab edənlər heç də yanılmırlar. Səid Ünsizadə Şamaxının qazısı vəzifəsində, işləyərkən dini vəzifə çərçivəsində maarif məsələlərinə əhəmiyyətli yer vermişdir.
Səid Ünsizadəyə sağlığında ilk ən mötəbər qiyməti onun əqidə və məslək dostu Basçararay şəhər məclisinin rəisi İsmayıl Mirza vermişdir. O,1879-cu ilin noyabrında Bağçasaraydan Ziya qəzetinə göndərdiyi məktubunda S.Ünsizadənin türkdilli mətbuatdakı rolunu həssaslıqla dəyərləndirmişdir.
İ.Qaspıralının "Ziya" mətbəəsində ilk türkdilli məcmuəsini- 4 səhifəlik "Tonğuc" məcmuəsini "Sahibi-qələm İsmail ibn Mustafa" (məcmuənin axırıncı səhifəsində rus qrafikası ilə - "İsmail bek Qaspirinski") müəllif imzası ilə 1881-ci mayın 8-də çap etdirmişdir.
O, "Tonğuc" məcmuəsinin  ilk səhisindəki "Sözi-əvvəl"dən sonra  "Ziyayi-Qafqasiyyə" adlı  yazısında "Tiflis zadəganlarından Səid  və Cəlal Ünsizadələrin  himməti  və qeyrəti ilə  çıxarılan "Ziyayi-Qasiyyə" qəzetininin "türkdilli mətbəə və mətbuatın tarixi inkişafındakı rolunu yüksək qiymətləndirir.
Əslən şamaxılı olan Səid və Cəlal Ünsizadə  qardaşlarının İsmail ibn Mustafa tərəfindən Tiflis zadəganları adlandırılması  göstərir ki,İ.Qaspıralı o vaxta qədər hələ Ünsizadə qardaşları ilə üzbəüz ünsiyətdə olmayıblarmış Səid Ünsizadə 1874-cü ildə-Şamaxıda qazi olan  vaxtlarda- burada yeni üsullu bir məktəb açmışdır. Bu məktəb Azərbaycanın məktəb tarixində "Məclis məktəbi" adı ilə tanınır.2014-cü ilin dekabr ayının 13-də Şamaxıda  bu məktəbin 140 illiyi keçirilmişdir. Səid Ünsizadənin yaratdığı, Seyid Əzim Şirvani və Cəlal Əfəndi Ünsizadənin müəllim işlədiyi, Ələkbər Tahirzadənin-M.Ə.Sabirin ibtidai təhsil aldığı məktəbin – “Məclis məktəbi” bu gün Şamaxı Avropa Liseyi adı ilı fəaliyyət göstəriir.
 
  S.Ünsizadənin Şamaxıdan sonrakı fəaliyyəti Zaqafqaziyanın o vaxtkı inzibati mərkəzi Tiflis şəhəri ilə bağlı olmuşdur. O, burada Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü vəzifəsində çalışmışdır. Əslində bu vəzifə ona Tiflisdə yüksək maarifçilik ideyalarını həyata keçirmək üçün lazım idi. S.Ünsizadə dini vəzifə çərçivəsində o vaxta qədər heç bir azərbaycanlının görmədiyi və ya görə bilmədiyi işlərləri həyata keçirdi. O, Tiflisdə əvvəlcə litoqrafiya açır, sonra litoqrafiyanın bazasında tipoqrafiya yaradır, dini, ədəbi və tərcümə əsərlərinin nəşrinə başlayır.
  Bu gün fəxrlə deyə bilərik ki,Azərbaycan dilində kitab və mətbu orqanların sistemli şəkildə fəaliyyətində birincilik Səid Əfəndi Ünsizadəyə məxsusdur. S.Ünsizadə başladığı bu böyük işi daha da genişləndirmək məqsədilə əqlinə, qələminə, mətbu sözünün gücünə inandığı ziyalıları Tiflisə dəvət etmişdir. 
  Səid Ünsizadədə dini idarəyə iş dəvəti alsa da,  sonradan məlum olur ki,əslində o,burada  sadə türki dilində mətbəə və maarif məsələləri ilə məşğul olmaq niyyətində imiş.
S.Ünsizadə ətrafına yaxından tanıdığı və qələminə inandığı ziyalıları dəvət edir. Azərbaycan dilində Bakıda  Əkinçi adı ilə mətbu orqan yaradan Moskva Universitetinin məzunu, Şamaxıda ali ibtidai, Tiflisdə real məktəb təhsili almış Həsən bəy Məlikov (H.Zərdabi) də dəvət olunanlardan biri idi. 
Səid Ünsizadə Bakı Real Gimnaziyasındakı  müəllimlik vəzifəsindən uzaqlaşdırılan H.Zərdabiyə də müraciət edir,ona "Ziya" qəzetinin Tehran və İstanbul müxbirliyini təklif edir.

Təəssüf ki,S.Ünsizadənin bu təklifinə H.Zərdabi cavab verməmişdir.

S.Ünsizadə 1879-1884-cü illərdə Tiflisdə həftədə bir dəfə  sadə türki dilində  “Ziya” (“Ziyayi-Qafqaziyyə”) qəzetlərini nəşr etdirir.
1883-cü il yanvarın 31-də “Ziya” mətbəəsində S.Ünsizadənin özündən kiçik qardaşı Cəlal Ünsizadənin redaktorluğu ilə “Kəşkül” adlı ayda bir dəfə çıxması müəyyənləşdirilən ilk Azərbaycan jurnalı nəşr olunmuşdur. 

11 nömrədən sonra  -1884-cü il martın 22-də ”Kəşkül” qəzet kimi (qəzet formatında) çıxarılır.
Maraqlıdır ki, İ.Qasralının “Tərcüman”qəzetindən əvvəl nəşr olunan kiçik həcmli bir neçə jurnalı (“Tonğuc”, "Şəfəq",“Ay”, “Qəmər” və s.) S.Ünsizadənin mətbəsində çap olunmuşdur .Ən maraqlı cəhətlərdən biri də budur ki, İ.Qaspralı  “Tonğuc”un ilk və yeganə nömrəsində  S.Ünsizadəyə növbəti dəfə yüksək qiymət vermişdir.

1881-ci ildə Zaqafqaziya müftisi Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadənin vəfatından sonra müftilik vəzifəsi uğrunda gərgin, açıq və örtülü mübarizələr gedir. Müftiliyə əsas namizəd olan Səid Ünsizadə bu mübarizədə 1879-cü ilin sentyabr ayınadək onun tabeliyində - Zaqafqaziya Əhli-Təsənni İdarəsində katib vəzifəsində işləyən Hüseyn Əfəndi Qayıbova uduzur. 
H.Ə.Qayıbov Azərbaycan ədəbiyyatının təbliği yolunda M.F.Axundova, milliyyətcə ata xətti ilə fransız,ana tərəfdən alman olan, Peterburq Universitetində vaxtilə fars dilini öyrənən , Azərbaycan şairlərinin şeirlərinin toplanmasında Qafqaz Canişinliyində yüksək vəzifədə işləyən Adolf Petroviç Berjeyə əhəmiyyətli dərəcədə köməklik göstərmişdi. A.P.Berje bu şeirləri 1867-ci ildə Almaniyada çap etdirmişdi. 
H.Ə.Qayıbovun 1879-cu ildən Qori Müəllimlər Seminariyasında sünniməzhəb tələbələrə Azərbaycan dili və şəriət dərsləri müəllimi vəzifəsinə təsdiq olunmasında Peterburq Universitetinin şərq fakültəsini bitirmiş A.P.Berjenin himayədarlığı aydın hiss olunur.

Sonralar - 1884-cü ilin yanvarında H.Ə.Qayıbovun müftiliyə gətirilməsi də məhz A.P.Berjenin xidmətləri kimi dəyərləndirə bilər. 
1883-cü ilin sonlarında S.Ünsizadə Tiflisdən uzaqlaşdırılır: onu Şamaxıyada fəaliyyət göstərən Bakı Quberniyası Əhli-Təsənni İdarəsinə qazı vəzifəsinə göndərirlər. H.Ə.Qayıbov isə Qoridən müəllimlik vəzifəsindən Tiflisə Zaqafqaziya Əhli Təsənni İdarəsinə sədrliyə gətirilir.

S.Ünsizadə Şamaxıda böyük maarifçilik tədbirlərinə başlayır. Onun bu xidmətləri və çalışmaları "Ziya"nın Şamaxı müxbiri S.Ə.Şirvaninin 117 beytlik qəsidəsində təntənəli şəkildə işıqlandırılmışdır. Qəsidə “Ziyayi-Qafqaziyyə” qəzetinin 1884-cü ilə aid 4-cü nömrəsində dərc olunmuşdur. Bu qəsidəni Şamaxıya göndərilən Səid Ünsizadənin yeni fəaliyyət manifesti kimi də başa düşmək olar:

Düşüb ol fikrə kim, Şirvanı bir darülfünun etsin,
Qiraətxanə açsın, nəşr qılsın elmi-ədyani.

Bilibdir kim, cəhalət mayeyi fəqrü xəsarətdir,
Təriqi-elmə tərğib eyləmək vacibdir insani.

Təəssüf ki, S.Ünsizadənin Şamaxıda yaşayıb işləmək imkanları məhdudlaşdırılır. Ayrı-ayrı adamların adından Tiflisə donoslar-iftira məktubları göndərilir, S.Ünsizadəni rüşvətxorluqda, vəzifə səlahiyyətlərini aşmaqda günahlandırırlar.Hər dəfə yoxlamalar zamanı bu informasiyaların böhtan və şər olduğu üzə çıxır.  Səid Ünsizadə 1886-cı ildə Tiflisdəki mətbəəsinin avadanlıqlarını şamaxıya köçürür. Məqsədi Şamaxıda mətbuat işinə geniş meydan açmaq idi. Lakin bir neçə il davam edən Tiflis-Şamaxı, Şamaxı-Tiflis yazışmalarındakı çuğulçuluq çuğulçuları gülünc  hərəkətləri S.Ünsizadəni təngə gətirir.
Tiflisə yazılan məktublardakı iddialar, fakt kimi göstərilənlər iftiralar quberniya rəhbərliyi tərəfindən ciddi qarşılanmasa da, S.Ünsizadə Şamaxıdan uzaqlaşıb, Bakıya köçməli olur. Çuğulçular burada da ona rahatlıq vermirlər. 

S.Ünsizadə 1890-cı ildə Bakıdan İstanbula köçür, 1905-ci ilin iyun ayınadək - dünyadan köçənədək burada yaşayır.
S.Ünsizadənin ölümü haqqında məlumatı Bakıda Azərbaycan dilində çıxan "Həyat" qəzeti xəbər verirdi. ("Həyat" qəzeti,05.07.1905, N 21)  "Həyat" qəzeti Əhməd bəy Ağayevin müdirliyi, Əli bəy Hüseynzadənin baş mühərrirliyi, milyonçu Hacı Zeynalabdin Tağıyevin himayə və maliyyə yardımı  ilə çıxırdı. "Həyat" qəzeti imtiyaz sahibi  Həsən bəy Zərdabinin kürəkəni (damadı) hüquqşünas Əlimərdan bəy Topçubaşov idi. Dini vəzifədə çalışdığı üçün sovet dövründə Səid Ünsizadəyə layiqli qiymət verməmişlər. Azərbaycan ictimai-siyasi həyatındakı böyük və çoxsahəli fəaliyyətini görməzliyə qoyaraq, o, həmvətənlilərinə hər bir məsələyə dini mövqedən yanaşan vətəndaş kimi tanıdılmışdır.

S.Ünsizadənin zəngin elmi-publisistik irsi vardır. Onun bir neçə dərsliyi və dərs vəsaiti, risalə və təqrizləri, pedaqoji görüşlərini əks etdirən onlarla məqaləsi hələ də öz elmi tədqiqata cəlb olunmamışdır.

S.Ünsizadəyə ən böyük qiymət “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci ildə imzaladığı fərmanında verilmışdir.

Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı bu fərmanında deyilir:

“XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər və lüğətlər yazmağa başlamışdılar. Azərbaycan dilinə aid ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi bəy Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Səid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Əfəndiyev, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır”


S.Ünsizadənin bir neçə dərslik və dərs vəsaiti vardır.

Onlardan biri nəsrlə yazılan  “Təlimül-ətfal, təhzibül-əxlaq“ (Uşaqların təlimi və əxlaq tərbiyəsi-N.N.) adlanır. 
Bu kitab 06.01.1882-ci ildə (27 mah səfər 1299) tamamlanmış, həmin il martın 15-də senzura tərəfindən çapına icazə verilmişdir. Azərbaycan dilindədir. Həcmi 128 səhifədir. Hər səhifəsində 18 sətir var. 

Səid Ünsizadənin çap olunmuş digər dərsliyi  "ƏQAİD VƏ NƏSAYİH" (Əqidələr və nəsihətlər) adlanır. Yazı üçün istifadə etdiyimiz bu dərsliyin üz qabığında yazılma tarixi ayrıca göstərilməyib. Dərsliyin üz qabığında onun əvvəlinci dəfə 1882-ci il fevral ayının 9-da(fi 2 mah rəbiülaxir səneyi 1299) Tiflisdə müəllifin öz şəxsi mətbəəsində çap olunduğu göstərilir. Bəzi tədqiqatçılar dərsliyin 9 aprel 1883-cü ildə çap olunmuş tirajını elmi ictimaiyyətə ilk nəşr kimi tanıdırlar.
Hacı Səid Əfəndi Ünsizadənin bu dərsliyi nəzmlə-şeirlə yazılmışdır. Əsər 98 səhifədir. Hər səhifədə 24 misra var. Cüt-cüt qafiyələnən şeirdir- məsnəvidir. Üz qabığında əsərin adının altında “nazim və naqili Səid Ünsizadə” sözləri yazılmış, onun altında isə “Tiflisdə əvvəlinci dəfə FOMİNA küçəsində 11 nömrəli evdə yerləşən ”Ziya” mətbəəsində basıldığı” göstərilən tarix əsərin çap olunma tarixi kimi başa düşülməlidir. Səid Ünsizadə əsərin üz qabığında özünü risalənin nazim və naqili (nəql edəni-N.N.) kimi təqdim etsə də, əslində bu, böyük yaradıcılıq nümunəsi kimi tanınmalıdır.

Klassik əsərlərin çoxu kimi bu risalə də ənənəvi başlıqla başlayır. Əsərin “Səbəbi – nəzmi – kitab” adlı hissəsində kitabın yazılma səbəbindən danışılır:

Qazan dili (tatar dili-N.N.) ilə idi bu məktub,
Əqaid, həm nəsayih, qürbi-məhbub.

Sufi Allahyar təsnif etmişdi.
Əqaidlə nəsayih söyləmişdi.

Onu gördükdə oğlum Əbdürrəhman
Dedi: – Ata, olarmı səndə imkan,

Bizim dilə bunu nəzm eyləyəsən.
Uşaqlara dəxi bəzl (bağışlama -N.N.) eyləyəsən

Ki, məktəbdə oxuyub hifz edələr,
Dürüst yolda olub, doğru gedələr.

Əslində oğlunun xahişi ilə əsər yazmaq klassik ədəbiyyatda ənənə şəklini alan bir üsul idi. Nizami də, Füzuli də bu üsuldan istifadə edərək maraqlı və yadda qalan əsərlər yazmışlar. Hiss olunur ki, S.Ünsizadə yazacağı mövzunun məsuliyyətini dərk etmiş, Şərq ədəbiyyatının təlim və tərbiyə, nəsihətçilik ruhunda olan seçmə nümunələrini diqqətlə oxumuşdur. 

S.Ünsizadə əsərin giriş hissəsində XVI əsrin ən böyük türk şairlərindən biri, atalar sözü və məsəlləri mənzum şəkildə əsərlərinə gətirən  XVI əsr  şairi Güvahinin adını çəkir, onun nəhayətsiz yaradıcılığna öz heyranlığına bildirir:

Bütün dindən dini bala,
GÜVAHİ-həzrəti -vacibü-təala.

Onun ovsafının yox intəası,
Məgər mədh ilə vəsf edə Xudası.

Səlavat olsun ol şaha səd həzaran,
Səlam olsun ona min dəfə hər an.”

Güvahinin ünvanına rəğbət və məhəbbətlə deyilən sözlər heç də səbəbsiz deyildi. O, klassik Şərq ədəbiyyatında  ən çox “Pəndnamə”si ilə məşhurdur. Bu əsər atalar sözü kitabı kimi də tanınır.

S.Ünsizadənin “Əqaid və nəsayih” kitabı ilə Güvahinin əsərləri arasında müəyyən müqayisələr aparmaq olar ki, bunlar da ədəbi əlaqələr baxımından maraqlı görünür.

“Əqaid və nəsayih”  nəsihətnamə xarakterli  əsərdir.  Buradakı şeirlər 100 -dən artıq başlıq altında cərgələnmişdir.Şairin əsas məqsədi məktəb yaşlı uşaqlara öyüd-nəsihət, varislik prinsipinə əsaslanan əxlaqi və elmi biliklər vermək, onlarda layiqli vətəndaş üçün lazım olan yüksək səviyyəli təhsilalma vərdişləri formalaşdırmaqdır. Əsərdə Azərbaycan xalq ədəbiyyatından, “Kəlilə və Dimnə”dən (“Humayunnamə”) gələn işıqlı fikirlər də var.

Yeri gəlmişkən qeyd edək ki, 9 avqust 1884- cü il tarixli “Tərcüman” qəzetində Səid Ünsizadə Şirvaninin“Hümayunnamə” adlı əsər yazdığı (tərcümə etdiyini) xəbər verilmişdir. Bu vaxt artıq bir aydan artıq idi ki, “Ziyayi-Qafqasiyyə” qəzeti qapanmışdı. Amma S.Ünsizadə “Ziyayi-Qafqasiyyə”də “Kəlilə və Dimnə”dən tərcümə etdiyi 3 lətaifi sahibi- imtiyazı olduğu “Ziyayi-Qafqasiyyə” qəzetində çap etdirə bilmişdi.
S.Ünsizadənin “Əqaid və nəsayih” kitabında verilən bəzi materialların adlarını sadalamaq istəyirəm:”Sifati- səlbiyə bəyani”, ”Elm”, ”Qüdrət”, ”İradə”, “Cənnət bə cəhənnəmin əyanı”, “Gözünü haramdan saxlamaq bəyanı”, ”Kəlam”, “Kəramət”, “Yaman sözlərdən pəhriz edib şirin zəban olmaq bəyanı”…

Əsərdə süjet xətti olan bir neçə mövzu “HEKAYƏ” adı ılə çap edilmişdir. “Əqaid və nəsayih “əsəri məktəb yaşlı uşaqlar üçün yazıldığından müəllif mümkün qədər çətin başa düşülə biləcək sözlərdən qaçmış, yeri gəldikcə atalar sözü və məsəlləri mənzum şəkildə işlətmişdir. Əsərin morfologiyası da, sintaksisi də dövrün əksəriyyət tərəfindən qəbul edilmiş və bəyənilmiş ədəbi dil normalarına, məktəb və mədrəsə şagirdlərinin öyrəndikləri və vərdiş etdikləri orfoqrafiya qaydalarına uyğundur.

Dərsliyin leksikasında ərəb mənşəli sözlərin nisbəti milli leksika ilə müqayisədə daha çoxdur. Alınma sözlərin çoxu əsrlərin sınağından keçərək milliləşən, əksəriyyət tərəfindən qavranılan, başa düşülən dil vahidləridir.

“Əqaid bə nəsayih” kitabının üz qabığındakı tarix (fi 9 mah fevral 1882 – fi 2 mah rəbiülaxir sənə 1299) dərsliyin yazılıb qurtarandan sonra senzor komitəsinə verilən tarixdir. Dərsliyin sonuncu- 98-ci səhifəsində onun çap tarixi dəqiq göstərilmişdir: “1300-ci ilin cəmadiyülaxir (ərəb qəməri təqvimində altıncı ayın adı -N.N.) ayının 13-mcü günündə (fi 1383-9 mah aprel) Tiflisdə Hacı Səid Əfəndi Ünsizadənin “Ziyayi- Qafqasiyyə” ilə bənam olan mətbəəsində izn olunmaq ilə təb olunubdur. Bu tarix əsərin son iki misrasında da göstərilir:

Qutarıb təb olanda nəzmimiz düz
Buna tarix oldu min üç yüz.

S.Ünsizadənin bir neçə dərsliyinin taleyi hələ də qaranlıq qalır. Yaxşı ki, müəllif özü buna aydınlıq gətirir. Bu cəhətdən onun iri həcmli dərs kitabının -“Təlimül-ətfal, təhzibül – əxlaq” dərsliyinin sonuncu- 128-ci səhifəsindəki qeydlər diqqəti cəlb edir:
“Hifzi-səhhət və təhzibül -əxlaqə çalışmaq barəsində hərçənd, yazılmağı münasib olan NÖVBƏNÖV HEKAYƏLƏR və NƏSİHƏTLƏR var isə də, amma uşaqların məcazına siqlət (ağırlıq, sıxıntı -N.N.) gətirməməkdən ötrü bu qədəri CƏM və TƏRTİB etmək ilə iktifa ( kifayətlənmə -N.N.) olundu. Bu halda“TƏFHİMÜL-ƏTFAL” (uşaqları başa salma) risaləsi ilə QIZ UŞAQLARININ oxumağına lazım olan ”Vəzaifül-nisa” (Qadınların vəzifələri) risaləsinin tərtibinə mübaşir olduğumuzdan ümid ki, onlardan sonra ÖZGƏ SƏLİQƏ ilə hekayələrə şamil olan səyaqda əlahiddə bir risalənin dəxi tərtibinə hümmətgüzar olaq. (S.Ünsizadə bu sözləri 1882-ci ilin mart ayının 15-də yazmışdır – N.N.)

* * *
80 illik ömrünün son 15 ilini (1890-1905) İstanbulda yaşayan S.Ünsizadə müxtəlif vaxtlarda üç dəfə maarif naziri olmuş Münif Paşanın köməyi və qayğısı ilə Türkiyədə maarif sahəsində çalışmıışdır. O, bu illərdə Quranın türk dilinə təfsirini yazmışdır. Təəssüf ki, təfsirdən təkcə bir surə bu günümüzə qədər gəlib çıxmışdır.


 Din xadimi,yeni üsullu məktəb açan pedaqoq,  uzun müddət Zaqafqiyanın inzibati mərkəz şəhəri  sayılan Tiflisdə türkdilli mətbəə və mətbuat yaradan  Hacı Səid Əfəndi Əbdürəhman Əfəndi oğlu Ünsizadə Şirvaninin  -  "HAMİ"   təxəllüsü ilə şeirlər yazan şairin- bütün əsərlərini axtarıb tapmaq və çap etmək türkdilli  ədəbi və elmi ictimaiyyəti ciddi  düşündürməlidir.

Açar sözlər - maarifçilik, əqidə, nəsıhət, tərbiyə,təlim, dərs kitabları


Müəllifin digər yazıları

  1. Bizə ən gərəkli - Fil hesabatı
  2. “Bağçasaraydan göndərilən məktub”
  3. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  4. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  5. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  6. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  7. Doğma yurdun qış lövhələri...
  8. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  9. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  10. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  11. Hamıya dostam mən,bir qardaşam mən
  12. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  13. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  14. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  15. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  16. Söz sözü çəkər, əgər sözün közü varsa
  17. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  18. Müəllim olanda da yaxşı müəllim olun
  19. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  20. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  21. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  22. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  23. Ay Allah bəndəsi, niyə yazıqsan?
  24. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  25. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  26. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  27. Təbrizdən kənd məktubları
  28. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  29. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  30. Dünya yaman dünyadır
  31. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  32. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  33. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  34. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  35. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  36. Sözgəlişi, ola bilər düzəlişi...
  37. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  38. Bu Dünya- Şirin Dünya.....
  39. Göz görür,ağıl kəsir....
  40. Tərcüməsiz başa düşülən tatar bayatıları
  41. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  42. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  43. Mənim nəğməli bibim - Foto
  44. Sən yazmasan,mən yazaram
  45. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  46. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  47. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  48. Qulam Məmmədli-120
  49. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  50. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  51. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  52. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  53. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  54. Bu tarix ki var, qəliz məsələ imiş......
  55. SÖZ KİMİNDİR?
  56. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  57. Mənim dualarım
  58. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  59. Təzadlar, ay təzadlar....
  60. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  61. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  62. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  63. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  64. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  65. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  66. Testdən qəsdən danışmırıq
  67. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  68. Dərsliklərimizin halı və vəziyyəti
  69. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  70. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  71. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  72. Hırsızın gözü əlyazmalara düşdü
  73. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  74. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  75. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  76. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  77. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  78. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  79. Hacı Səid Əfəndi Ünsizadə-191
  80. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  81. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  82. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  83. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  84. Bir daha Ünsizadələr haqqında
  85. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  86. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  87. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  88. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  89. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  90. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  91. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  92. Bizə hansı elmlər lazımdır və yaxud ...
  93. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  94. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  95. Soyqırımı günündə dostumu itirmişəm
  96. Bu yaz bir başqa yazdır
  97. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  98. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  99. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  100. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  101. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  102. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  103. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  104. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  105. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  106. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  107. Dərgahdan başlanan yol
  108. Fikrin ifadə formalarından biri
  109. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  110. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  111. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  112. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  113. Təhsil tariximizin maraqlı səhifələri
  114. Təhsil tariximizdən maraqlı səhifələri
  115. Akademiklərin cərgəsindəki müəllim
  116. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  117. Mübarizə bu gün də var,sabah da...
  118. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  119. "Əkinçi" qəzeti-140
  120. Mustafanın Çanakkala məktubu
  121. Məktəbdə elm və texnologiya həftəsi
  122. Mübarizə bu gün də var, yarın da....
  123. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  124. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  125. Yazımızın tarixi-özümüzün tarixi
  126. Fikrət Sadıq -Dədə Qorqud
  127. Tədqiqatçı öz fikrində israrlıdır
  128. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  129. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  130. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  131. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  132. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  133. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  134. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  135. "Bağçasaraydan göndərilən məktub"
  136. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  137. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  138. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  139. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  140. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  141. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  142. Abdulla Şaiqin uşaq bağçası
  143. "Ziya"nın biblioqrafiyası
  144. Kasıblığın üzü qara olsun
  145. Bu gün M.Ə.Sabirin ad günüdür
  146. Keçən günə gün çatarmı ... - Fotolar
  147. Elmə yönələn yolun başlanğıcı - FOTO
  148. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  149. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  150. Ucundadır dilimin həqiqətin böyüyü ...
  151. İlk hesab dərsliyimiz
  152. Yusif Vəzirovun kölgədə qalan yazıları
  153. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  154. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  155. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  156. Dərslik, dərslik, yenə də dərslik...
  157. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  158. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  159. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  160. "ZİYA"lı ziyalı - Foto
  161. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-12-2017
18.12.2017 Neft bahalaşıb
17-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4413 san