09:00 27 Yanvar 2017
2739 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

 "Qırmızı günəş" məcmuəsi mətbuat tariximizdə azsaylı - cəmi üç nömrəsi ilə tanınan mətbu orqanlardandır. İlk nömrəsi 1921-ci ildə Bakıda Azərbaycan Mətbuat İdarəsinin birinci hökumət mətbəəsində Azərbaycan Xalq Maarif Komissarlığının mətbu orqanı kimi çap olunub. Məcmuənin məqsəd və məramı başlığın altında xüsusilə qeyd olunub:

"Məktəb çocuqlarına məxsus iki həftədə bir nəşr olunan əxlaqi, ədəbi, fənni müsəvvər (rəsmlər və şəkillərlə bəzədilmliş, rəsmli-N.N.) məcmuədir". Məcmuənin rəhbərləri onun rəsmli çıxarılacağını elan etsələr də, bütün nömrələr şəkilsiz nəşr olunub. Məcmuəmin idarəsi Vrangelskvi küçəsindəki 13 nömrəli evdə türk nəşriyyat şöbəsində yerləşirdi. Məcmuədə redaktorun və məsul şəxslərin adı göstərilməsə də, "Qırmızı günəş"in Azərbaycan Xalq Maarif Komissarlığında işləyən, mətbuat işlərindən xəbərdar olan bir qrup ziyalı tərəfindən nəşr olunduğu üzə çıxır. Onların çoxu - vaxtilə "Məktəb" jurnalının redaktoru işləmiş, coğrafiya və dilçiliyə aid bir neçə dərsliyin müəlifi olan Qafur Rəşad, Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunun məzunu S.M.Qənizadə, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu Kərim bəy İsmayılov, Kiyev Universitetində tibbi təhsil almış Möhsün Qədirli (İsrafilbəyov), uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiq o dövrün tanınmış, hökumət dairələrinin inandığı və güvəndiyi ziyalılar idi. 
"Qırmızı günəş"də maraqlı yazıları ilə çıxış edən Ağa bəy İsrafilbəyov, Cəmo bəy Cəbrayılbəyli, Qbdulla Talıbzadə, Seyidzadə Bədrəddin, İbrahim Murtuza və başqaları da Azərbaycan təhsil sistemində həm müəllim, həm də uşaq ədəbiyyatı sahəsində yazıçı və şair kimi tanınırdılar.
Məcmuənin üz qabığındakı elanda redaksiya heyəti oxucuları əməkdaşlığa dəvət edir, onlara yeni mətbu orqanın məsul şəxsini nişan verir: 

"Sevgili qardaşlarımızdan hər dürlü sadə məqalələr qəbul ediriz. Məqalələr bu adresə göndərilməlidir: 1) Mirquryusqaya küçəsində 20 nömrəli evdə Ağa bəy İsrafilbəkliyə".

Məcmuənin hər nömrəsində Ağa bəyin açıq və örtülü imza ilə bir neçə yazısının dərc olunması da onun redaktor olduğunu göstərir. O, məcmuədə "Nəcimi" imzası ilə ("münəccim" sözü ilə eyni kökdəndir-N.N.) zoologiyaya aid təbiət hekayələri ilə də çıxış edib.

Məcmuənin ilk nömrəsi gənc oxuculara ünvanlanan "İdarə" imzalı "Bir-iki söz" müraciəti ilə başlayır:

 "Elm və mərifət, tərəqqi və mədəniyyət dövründə yaşadığımızı görürsünüz. Böylə mədəniyyət dövrünə özünüzü yaraşdıra bilmək üçün, səadətlə yaşamaq üçün məktəbə gedib, dərsə davam edirsiniz. Fəqət burasını bilməlisiniz ki, sizin tərəqqi etməyiniz üçün yalnız məktəbdə oxumaq kifayət etməz, məktəbdə oxudularınızı ifadəli kitablar və məcmuələrin mütaliəsilə təhkim etməlisiniz (möhkəmlətməlisiniz -N.N.). Böylə faidəli kitablar və məcmuələr də sizdən ötrü faidəli məktəblərdir. Bunlar sizin məlumatınızın çoxaldılmasına, ətraflı olmasına, genişlənməsinə xidmət edən vasitələrdir. Məktəbdən sonra evinizdə böylə faidəli kitab və məcmuələrin mütaliəsinə böyük ehtiyacınız vardır. Nə qadar çox faidəli kitablar və məcmuələr oxusanız, o qadar da irəlidə olacaqsınız. Fəqət burasını da unutmayınız ki, bunları diqqət ilə, anlayaraq oxuyasınız. Anlamayaraq oxuduğunuz kitabların və məcmuələrin sizə heç bir faidəsi ola bilməz".

Göründüyü kimi, müəllif sinifdənxaric çalışmalara, onların seçiminə, faydalı olmasına ciddi fikir verir, oxu mədəniyyətini ümumi mədəniyyətin tərkib hissəsi kimi çox yüksək qiymətləndirir.

"Bir-iki söz"ün sonundakı cümlələrdən məlum olur ki, məcmuənin səriştəli yaradıcı heyəti yeni nəşrin elmdə və mərifətdə uğur qazanacağına, məktəblilərin yardımçısı olacağına inanır: "Burasını bilməlisiniz ki, sinifdə öyrəndiyiniz dərslərin qaranlıq guşələrini "Qırmızı günəş" sizdən ötrü işıqlandırmağa çalışacaqdır. Getdiyiniz yolu aydınlaşdırıb, qaranlıqdan sizi mühafizət etməyə səy edəcəkdir. "Qırmızı günəş"in hər nömrəsini oxuyunuz, sizdən ötrü anlaşılmaz məsələlər olursa, yazıb idarəmizdən soruşunuz, öyrəniniz. Biz də öz tərəfimizdən "Qırmızı günəş"in nəşri ilə sizi təbrik edərək tərəqqi və təaliniz (yüksəlməniz -N.N.) yolunda çalışan bu məcmuənin davam və bəqasını arzu edirik". 
 
"Qırmızı günəş"in  birinci və ikinci nömrələri 1921-ci ildə, üçüncü nömrəsi isə 1922-ci ildı çap edilib. Məcmuə üç nömrədən sonra öz işini dayandırıb. Bu, çox güman ki, yaradıcı heyətin daha böyük layihələr üzərində işləməsi ilə əlaqədar idi. Belə ki,1921- ci il noyabrın 14-də Azərbaycan Xalq Maarif Komissarlığının D.Bünyadzadənin sədrliyi ilə keçirilən kollegiya iclasında ayda iki dəfə 2000 tirajla buraxılacaq "Maarif" adlı uşaq jurnalının kollegiyaya təqdim edilən smeta xərcləri layihəsi müzakirə edilir. Layihəni kollegiya iclasına M.Mahmudbəyov, S.M.Qəniyev və Ə.Cəfərov təqdim edib. İclasda müzakirə zamanı jurnalın ayda iki dəfə yox, bir dəfə çıxarılması qərara alınır.
 Qeyd edək ki,kollegiya iclasında müzakirəyə çıxarılan  "Maarif" jurnalının ilk nömrəsi 21 dekabr 1921-ci ildə, ikinci nömrəsi isə düz bir aydan sonra- 21 yanvar 1922-ci ildə çap olunub. Jurnalın səhifələrində açıq yazılmasa da, onu "Qırmızı günəş"in yeni adla-təzə paltarda meydana çıxması kimi başa düşmək olar.

"Maarif" jurnalında Ağa bəy İsrafilbəlinin imzasına rast gəlmirik. Bu, Ağa bəy İsrafilbəylinin yeni vəzifə təyinatı və buna görə də işinin çoxluğu ilə izah oluna bilər. Xalq Maarif Komissarlığının 1921-ci il noyabrın 29-da keçirilən iclasının materiallarından məlum olur ki, Ağa bəy İsrafilbəyli Ali Pedaqoji İnstitutun nümunəvi məktəbinin müdiri, Bakı kurslarının riyaziyyat üzrə mühazirəçisidir.

Yenidən "Qırmızı günəş" jurnalı haqqında söhbətimizə qayıdırıq. "Qırmızı günəş"in materialları 90 il bundan əvvəlki ədəbi dilimizin elmi və bədii-publisistik üslubunu əks etdirir. Məcmuənin birinci nömrəsindəki (1921,  qanuni-sani) rubrikalar və yazılara diqqət yetirək. Burada Q.Rəşadın "Məşhur adamları tanıyalım "(söhbət Mirzə Abbasqulu Səhhət haqqındadır-N.N.), C.Cəbrayılbəylinin "Şaxta baba", Nəciminin "Cənnət quşu" , İbrahim Murtuzanın "Bir yetim məmurun fəryadı", Ağa bəyin "Tənbəl kosa", A.İsrafilbəylinin "Hikmət çiçəkləri", Kərim İsmayılovun "Balaca meymun", Qədirlinin "Xərçəng", A.Şaiqin "Dərdləşmə" və s. kimi yazıları uşaqların mütaliəsinə yönəldilmişdi.

 Oxucular məcmuənin ikinci nömrəsində (1921, qanuni-əvvəl)"Məşhur adamları tanıyalım" rubrikasında görkəmli satirik 

 şair M.Ə.Sabirin ( 30 may 1862,Şamaxı - 12(25)iyul 1911,Şamaxı) həyatı ilə tanış olurlar .Yazı redaksiyanın baş məqaləsi kimi təqdim olnub, "idarə" sözü ilə möhürlənib. Maraqlıdır ki, yazıda Sabir üç il cavanlaşdırılır: onun təvəllüdü 1859-cu il göstərilir. Əksər əməkdaşları şamaxılı olan müxbirlərin səhv etdiyinə inanmaq çətindir. Əgər şairin doğum tarixi səhv göstərilsəydi, növbəti nömrədə səhv mütləq göstərilməli idi.

Yazıda 1902-ci il zəlzələsi zamanı M.Ə.Sabirin köç-külfəti ilə birlikdə Xorasanda yaşaması faktı da diqqəti cəlb edir.
Məcmuənin ikinci nömrəsində dərc olunan bir sıra bədii və elmi yazı nümunələri - Mirzəbala Məhəmmədzadənin "Cənnət quşu" hekayəsi (məcmuənini birinci nömrəsində Nəciminin də bu adda hekayəsi çap olunub- N.N.), Sofi Şeydanın (S.M.Qənizadənin -N.N.) "Nağıl", Abdulla Şaiqin "Quşlar ölkəsi, Ağa bəy İsrafilbəyovun "Anqıran meymun", "Kərim İsmayılzadənin "Təcrübəli bağban" və s. yazıları şagirdlərin elmi və bədii təfəkkürünün tərəqqi və inkişafina uyğun materiallar kimi çox əhəmiyyətlidir.
 Məcmuənin üçüncü nömrəsindəki yazılar da maraqla oxunur. İlk yazıda görkəmli  dramaturq

M.F.Axundzadə (1812-1878) məşhur adamlardan biri kimi məktəblilərə yaxından tanıdılır. A.İsrafilbəyli, A.Şaiq, C.Cəbrayılbəyli, M.Nəcəfzadə, Hüseynbəyli və başqalarının yazıları da məcmuənin bu nömrəsini dəyərləndirən yazılardandır.

Mətbuat tarixçilərimiz indiyədək "Qırmızı günəş" məcmuəsi haqqıda demək olar ki, heç nə yazmamışlar.

Məcmuənin adı, çpx güman ki, sovet dönəmində qırmızı rəngə inqilab rəngi kimi yanaşılması ilə ilgilidir.Belə ki, o vaxtlar əsgər də, meydan da, ordu da, hətta Moskva şəhəri də qırmızı idi. Təbrizdən Bakıya dəvət olunan C.Məmmədquluzadəyə "Molla Nəsrəddin" jurnalını "Qırmızı Molla Nəsrəddin" adı ilə nəşr etməyi məsləhət görmüşdülər. Təbii ki, C.Məmmədquluzadə bu təklifi qəbul etməmişdi. Ondan iki il öncə isə uşaq mətbuatının zəruriliyini və vacibliyini hiss edən, bu sahədə maarifçilik ideyalarını yaymağa tələsən bir qrup əqidə və məslək dostu isə günəşi inqilab rəngində görməyə məcbur olmuşdular. Uşaqlıq illərimizin çox güzəl mahnılarının - mövsüm nəğmələrinin birində deyildiyi kimi:                                                                                                     
 "...Doğdu GÜNƏŞ qırmızı,
Can, gülüm, can, can,
Topladı oğlan, qızı, 
Can ,gülüm, can,can!..

 

Maraqlıdır ki, məcmuənin əməkdaşlarından biri Abdulla Şaiqin  1910-cu ildə yazdığı  5 bənddən ibarət  

"Can gülüm,can-can" adlı bir  şeiri uşaqların dilinin əzbəri idi.Məcmuəyə verilən adın  bu şeirlə əlaqəli olması da bu cəhətdən diqqəti cəlb edir.

1921-ci ilin soyuq qış günlərində Bakıda doğan günəş - "Qırmızi günəş" Azərbaycanın sonrakı illərdəki pedaqoji və uşaq mətbuatına, eləcə də usaq ədəbiyyatına güclü təsir göstərmişdi.

Hər nömrəsi cəmi 16 səhifə olan "Qırmızı günəş" məcmuəsi məktəbli dünyasının zənginləşməsində, onların düşüncə tərzinin formalaşmasında sinifdənxaric oxu materialı kimi çox qiymətlidir. Bu materiallar uşaq ədəbiyyatımızın müəyyən mərhələsini elmi şəkildə öyrənmək baxımından da maraq doğurur. Yeri gəldikcə onların bəzilərini şərhlərlə birlikdə oxuculara çatdırmaq fikrindəyik.

                                                   ***
Maraqlı olacağını nəzərə alaraq, "Qırmızı günəşi"in 1921-ci ilə aid birinci nömrəsində "Məşhur adamları tanıyalım" rubrikasında dərc olynmuş "Mirzə Abbasqulu Səhhət" məqaləsini oxucuların diqqətinə çatdırırıq.
  
   Mirzə Abbasqulu Səhhət 1292-ci sənəyi -hicridə (miladi tarixlə-1874-N.N.) Şamaxı şəhərində anadan olmuşdur. Yeddi yaşında məktəbə davam etmişdir. Türkcə, farsca, ə
rəbcəyi öz atasından oqumuşdur. Səhhət kiçiklikdən kəskin qüvveyi- hafizəyə malik idi. Məktəbdə oquduğu vəqtlərdə şeir söyləməyə başlamışdır. Şamaxı şairlərindən "Sabit"in təşviqilə İranna ---Tehran şəhərinə oqumaqa gedib, orada "Məktəbi- Nizami -Nasiri"yə qəbul edilmişdir. Bu məktəbi ikmal edib doqturluq şəhadətnaməsini almışdır və bir müddət İranda təbiblik edib,sonra Şamaxıya dönmüşdür.Şamaxıda müəllimlik və mühərrirlik edərək,mərhum Sabirin ən yavuq dostlarından olmuşdur. Şairliyi və şeiri çox sevərdi, ədəbiyyatda çalışan şairlərimizdəndir (çox yaxşı deyimdir-N.N. ). Hafizəsi qüvvətli olduğundan çox şeirlərini əzbər oqurdu. İstər Qərb şairlərinin,istər türk şairlərinin ədəbiyyatına aşina idi.Bunların şeirlərindən çoxununu əzbər oqurdu. Abbas Səhhət qayət xoşsüxən , şirinsöhbət şairlərimizdən idi. Buna görə də ürəfa və ziyalılar mərhumun xatirini xoş dutar, söhbətinə aşiq edilər ( söhbətini sevərlər -N.N. ).Adi söhbətlərində münasib məqam olaraq bir çox şeirlər oquduğundan şairlərimizdən Hadi Əfəndi ona "şeir dağarcığı" deyərdi. Çünki buqadar şeiri əzbər oquya bilməsinə və onu unutmamasına hər kəs heyrət edərdi. Mərhum Səhhətin tərcümədə çox məharəti var idi. Məşhur rus şairlərindən bir çoxunun əsərlərini nəzmən türkcəyə tərcümə etmişdir və tərcümələrində müvəffəq (uğurlu olan-N.N. ) olmuşdur."Sinıq saz", "Məğrib günəşləri" adlı əsərləri Puşkin , Krılov, Nikitin, Lermontov və sairlərindən tərcümədir. (Bu, yazının müəllifi Qafur Rəşad Mirzəzadənin qənaətidir--N.N.). Mərhumun şirin və gözəl şeirlərini, tərcümələrini Azərbaycanda nəşr olunan kitablarının bir çoxunda mütaliə edə bilərsiniz. Mərhum sağlığında nəşr olunan bütün qəzetə və məcmuələrdə məqalələr və şeirlər nəşr etdirmişdir.

   Cavan şairimiz 1918-ci sənədə Şamaxı qaçqınları ilə Gəncəyə qaçaraq orada yatalaq xəstəliyindən vəqtsiz olaraq vəfat etmişdir. Q.Rəşad."


   Qafur Rəşad bu məqaləsini Abdula Şaiqin 1912-ci ildə Bakıda çap olunmuş "Gülzar" dərsliyindəki "Səhhət təxəllüs Mirzə Abbasqulu Mehdizadənin tərcümeyi-halı" məqaləsindən istifadə yolu ilə yazmışdır.Bir redaksiyada əməkdaşlıq edən dostlar, yəqin ki, dərslikdəki bəzi faktları bir yerdə dəqiqləşdirmişlər.



27.01.2017.

 

                                             Ədəbiyyat siyahısı

1."Qırmızı günəş" jurnalı. N 1,(1921),  N2, (1921),  N 3.(1922)
2.Nazim Nəsrəddinov. Mətbuat tariximizin "Qırmızı günəşi".  Modern.az. saytı.30.11.2011.
3.Nazim Nəsrəddinov."Qırmızı günəş"in ziyası və işığı."Strategiya .az" saytı.19.12.2012.
4.Nazim Nəsrəddinov.  "Qırmızı günəş "məcmuəsi haqqında.  "Kurikulum" jurnalı,2012,N 2 , səh.62-64.
5.Nazim Nəsrəddinov.  Doğdu günəş qırmızı,özü də qış günündə. "Olaylar" qəzeti,15.05.2014.


Müəllifin digər yazıları

  1. Bizə ən gərəkli - Fil hesabatı
  2. “Bağçasaraydan göndərilən məktub”
  3. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  4. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  5. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  6. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  7. Doğma yurdun qış lövhələri...
  8. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  9. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  10. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  11. Hamıya dostam mən,bir qardaşam mən
  12. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  13. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  14. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  15. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  16. Söz sözü çəkər, əgər sözün közü varsa
  17. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  18. Müəllim olanda da yaxşı müəllim olun
  19. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  20. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  21. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  22. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  23. Ay Allah bəndəsi, niyə yazıqsan?
  24. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  25. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  26. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  27. Təbrizdən kənd məktubları
  28. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  29. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  30. Dünya yaman dünyadır
  31. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  32. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  33. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  34. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  35. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  36. Sözgəlişi, ola bilər düzəlişi...
  37. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  38. Bu Dünya- Şirin Dünya.....
  39. Göz görür,ağıl kəsir....
  40. Tərcüməsiz başa düşülən tatar bayatıları
  41. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  42. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  43. Mənim nəğməli bibim - Foto
  44. Sən yazmasan,mən yazaram
  45. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  46. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  47. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  48. Qulam Məmmədli-120
  49. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  50. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  51. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  52. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  53. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  54. Bu tarix ki var, qəliz məsələ imiş......
  55. SÖZ KİMİNDİR?
  56. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  57. Mənim dualarım
  58. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  59. Təzadlar, ay təzadlar....
  60. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  61. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  62. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  63. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  64. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  65. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  66. Testdən qəsdən danışmırıq
  67. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  68. Dərsliklərimizin halı və vəziyyəti
  69. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  70. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  71. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  72. Hırsızın gözü əlyazmalara düşdü
  73. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  74. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  75. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  76. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  77. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  78. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  79. Hacı Səid Əfəndi Ünsizadə-191
  80. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  81. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  82. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  83. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  84. Bir daha Ünsizadələr haqqında
  85. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  86. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  87. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  88. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  89. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  90. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  91. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  92. Bizə hansı elmlər lazımdır və yaxud ...
  93. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  94. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  95. Soyqırımı günündə dostumu itirmişəm
  96. Bu yaz bir başqa yazdır
  97. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  98. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  99. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  100. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  101. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  102. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  103. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  104. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  105. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  106. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  107. Dərgahdan başlanan yol
  108. Fikrin ifadə formalarından biri
  109. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  110. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  111. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  112. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  113. Təhsil tariximizin maraqlı səhifələri
  114. Təhsil tariximizdən maraqlı səhifələri
  115. Akademiklərin cərgəsindəki müəllim
  116. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  117. Mübarizə bu gün də var,sabah da...
  118. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  119. "Əkinçi" qəzeti-140
  120. Mustafanın Çanakkala məktubu
  121. Məktəbdə elm və texnologiya həftəsi
  122. Mübarizə bu gün də var, yarın da....
  123. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  124. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  125. Yazımızın tarixi-özümüzün tarixi
  126. Fikrət Sadıq -Dədə Qorqud
  127. Tədqiqatçı öz fikrində israrlıdır
  128. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  129. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  130. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  131. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  132. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  133. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  134. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  135. "Bağçasaraydan göndərilən məktub"
  136. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  137. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  138. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  139. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  140. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  141. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  142. Abdulla Şaiqin uşaq bağçası
  143. "Ziya"nın biblioqrafiyası
  144. Kasıblığın üzü qara olsun
  145. Bu gün M.Ə.Sabirin ad günüdür
  146. Keçən günə gün çatarmı ... - Fotolar
  147. Elmə yönələn yolun başlanğıcı - FOTO
  148. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  149. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  150. Ucundadır dilimin həqiqətin böyüyü ...
  151. İlk hesab dərsliyimiz
  152. Yusif Vəzirovun kölgədə qalan yazıları
  153. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  154. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  155. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  156. Dərslik, dərslik, yenə də dərslik...
  157. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  158. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  159. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  160. "ZİYA"lı ziyalı - Foto
  161. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
18-12-2017
18.12.2017 Neft bahalaşıb
17-12-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4139 san