10:07 27 Yanvar 2017
3590 dəfə oxunub
Çap versiyası
Sona Vəliyeva
Filologiya üzrə fəlsəfə doktoru

Ya yağışlı havada
Ya da qar qapımı alanda
Sübh tezdənmi, bilmirəm,
Bəlkə də ay qaranlığında
Nə vaxtsa seçiləcək günlə,
açılacaq yolla
qapına
gələcəyəm, 
İlahi!
əmanət verdiyin ruhumla
Səndən özgəyə oxunmayan
İki əməl dəftərimlə...
Sənə dönəcəyəm...
Son əvvələ qayıdacaq.
Sonra haqq tərəzisi, tale yazısı,
Həyatın ədalət çəkisi, biçisi,
Hər iki dünyanın yaşam ahəngi...
Ömrün geriyə dönən
Tanrı güzgüsü
Sualın ölçüsü çox böyük,
Allahım,
mən necə yaşadım?
Sağ əlim sol əldən oğurlayıbsa
Ya elə sol əlin etdikləri ağırsa,
Bu mənim suçum,
Bu da cəzamı çəkməyə, etiraf gücüm...
Hazıram çəkməyə hər şeyi,
İlahi!
Yer üzü bizdən,
Sol əlimizdən əyilibsə,
Pisliklər sol əldən tökülübsə,
Daşğına, yanğına selə dönübsə,
Dəyiş İlahi, vəd etdiklərini
Töhfə ver yer üzünə 
sağ əlin gətirdiklərini,
Dünyamız düzəlsin.
İlahi, sağ əldən toplanan nə varsa,
Etirafa haqqımız qəbulsa
yer üzünə səp,
insanlar 
xəlq etdiyin kimi,təzədən
Təzədən ADAM kimi göyərsin!


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-06-2018
21.06.2018 Neft ucuzlaşıb
21.06.2018 Bakıda yanğın
20-06-2018
20.06.2018 Yay gəlir...

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.695 san