18:16 01 Fevral 2017
2463 dəfə oxunub
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

Almaniyanın işgüzar dairələri Donald Trampın himayəçilik kursundan ciddi narahat olublar və alman şirkətləri üçün problemlərin yaranacağını gözləyirlər. AFR sənayeçiləri və sahibkarları baş birliyinin - Almaniya Sənayesi Federal Birliyinin (BDI) yeni prezidenti Diter Kempf bu gün “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib: “Mən sahibkar həmkarlarıma tövsiyə edirəm: sayıq olun”.

Berlində fəaliyyət göstərən Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) rəhbəri Marsel Fratsşer bu günlərdə “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinin səhifələrində xəbərdarlıq edib: “Bizi ABŞ ilə ticari-iqtisadi müharibə gözləyir”. Ötən istirahət günlərində Almaniyanın “Handelsblatt” işgüzar qəzeti isə yaxınlaşan münaqişəyə “Amerika: yada çevrilmiş dost” sərlövhəsi ilə çoxsəhifəli xüsusi əlavə həsr edib.

Düzdür, hələ ki Vaşinqtonun yeni administrasiyası Almaniya və ümumilikdə Avropa firmalarına qarşı konkret tədbir görməyib. Lakin Donald Tramp ABŞ-ın Meksika kimi nəhəng ticarət tərəfdaşı ilə münasibətləri artıq gərginləşdirib və Trans-Sakit Okean Tərəfdaşlığı haqqında Sazişi ləğv edib.

ABŞ-ın yeni prezidentinin himayəçilik və antiqlobal kursu şübhə doğurmur. Bundan başqa, Donald Tramp ABŞ-ın əməkdaşlıq etdiyi və xüsusilə borcu olduğu iki ölkənin - Çinin və Almaniyanın ünvanına təhdidlərini aydın şəkildə ifadə edib. Almaniya avtomobil sənayesinin ünvanına yönələn təhdidlər həyəcan siqnalı doğurub.


Müəllifin digər yazıları

  1. AFR DİN rəhbəri federal kanslerə güzəşt edir
  2. Almaniyada Hitler dövrünün kilsə zəngləri hələ də qalır
  3. Səmimi, amma nəticəsiz olmuş görüş
  4. Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır
  5. Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
  6. BMT Təhlükəsizlik Şurasının “Afrin çoxgedişlisi”
  7. Deyəsən Avropa dağılır
  8. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  9. Almaniyada erməni fırıldaqları
  10. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  11. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  12. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  13. AFR Prezidenti Moskvaya səfər edəcək
  14. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  15. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  16. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  17. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  18. Dünya güclü kiberhücuma məruz qalıb
  19. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  20. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  21. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  22. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  23. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  24. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  25. Almaniyada prezidenti necə seçirlər?
  26. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  27. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  28. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  29. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  30. Potensial terrorçular güclü müşahidə altındadırlar
  31. Berlindəki hadisə terror aktıdırmı?
  32. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  33. Drezden sarayında ən məxfi illik forum keçirilir
  34. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  35. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
23-07-2018
23.07.2018 Neft ucuzlaşıb
23.07.2018 Abşeronda yanğın
22-07-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0308 san