15:58 06 Fevral 2017
2970 dəfə oxunub
Çap versiyası
Sona Vəliyeva
Filologiya üzrə fəlsəfə doktoru

 

Ürəyi bütöv deyil,
Sərhəd adamlarının.
Sərhəd adamları fərqli,
Sərhəd adamları dərdli.
Duyğularının tən ortasından 
Çəkilib tikanlı məftillər.
Sağ qolu o yanda,
Sol qolu bu yanda,
Sağ ayağı sol ayaqla görüşsə
Tikanlı məftillər didəcək.
Sağ gözü o yanı, 
sol gözü bu yanı sevəcək.
Ruhusa bütöv yurd həsrəti ilə,
göynəyəcək.
Sərhəd adamları dərdli,
taleyindən şikayətli.
Sərhəd boyu səpələnən lalələri,
Ürəyinin közü,
Arazı kor bəxtinin güzgüsü,
Xudafərini
sınan beli biləcək.
yuxularında quruyan
Urmiya gölünə
Ovcunda su daşıyacaq,
Dolmayınca, 
göz yaşıyla dolduracaq.
Yuxusunda əlləri
Uzanıb-uzanıb,
Güneydən Quzeyə çatacaq.
Sərhəd adamlarınını nağılları almasız,
Divləri Allahsız,
Şüşədə canları qansız
Qızları muncuq düzər, 
iynəsiz, sapsız.
Muncuğu düzə-düzə,
Yetişərlər Təbrizə.
Təbriz yolu karvanlı,
Sarbanı dəliqanlı.
Haqqdan sevgi butalı.
“Al almağa gəlmişik,
Şal almağa gəlmişik,
Sarban bir yar sevibdi,
Aparmağa gəlmişik”.
Nağıl bitər, sərhəd olar,
Sərhəd nağıl olmaz, 
həsrət olar.
Sərhəddəki meyvələr də, 
ayrılıq dadırsa 
Sərhəddəki oğlanın 
Yarı payı o taydasa,
qovuşmaq qiyamətə qalırsa
Dünya belə qalacaqsa
sərhəd dirəkləri
göz bəbəyimdə dursun.
Sərhəd adamları dərdli,
gördüyü yuxuları qəmli.
Qəmli yuxularımızı 
Tanrı tərsinə yozsun.


Müəllifin digər yazıları

Şərh yaz




Enter Code*:

Son xəbərlər
Deyəsən Avropa dağılır
12:59 16.01/2018
“SON ÜMİD”
13:36 15.01/2018
 
Xəbər başlıqları
17-01-2018
17.01.2018 Sabahın havası
17.01.2018 Su kəsiləcək
17.01.2018 Neft ucuzlaşıb
16-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4601 san