23:03 11 Fevral 2017
2327 dəfə oxunub
Çap versiyası
Vüqar Seyidov
Tarix üzrə fəlsəfə doktoru

Fevralın 12-də Almaniyada yeni federal prezident seçiləcək. Dövlət başçısının seçkilərində sıxlıq müşahidə olunacaq. Məsələ bundadır ki, həmin gün bundestaqın iclas salonuna deputatların sayından iki dəfə çox adam toplaşacaq. AFR prezidentini Federal Məclisin üzvləri, yəni səsvermə hüququ olan vətəndaşlar deyil, bir növ seçkiçilər kollegiyası seçir. Sırf yeni prezidenti seçmək üçün çağırılan Federal Məclisin bir hissəsini bundestaqın deputatları, digər hissəsini 16 əyalət landtaqından Berlinə ezam edilmiş seçkiçilər təşkil edir.

Özü də yerlərdən olan seçkiçilərin regional parlamentlərin deputatları olması vacib deyil. Landtaqlarda təmsil olunmuş partiyalar çox vaxt Federal Məclisə Almaniyada məşhur olan məsləkdaşlarını – idmançıları, mədəniyyət xadimlərini, aktyorları və kübar xronikanın qəhrəmanlarını nümayəndə göndərirlər. Bəzən belə praktika gülünc hadisələrə gətirib çıxarır.

Məsələn, 2004-cü ildə Bavariyanın Xristian Sosial İttifaqı Berlinə knyaginya Qloriya fon Turn und Taksisi göndərib və ümid bəsləyib ki, o, “düzgün” səs verəcək – həmin dövrdə iqtidarda olan mühafizəkar-liberal koalisiyanın namizədi Horst Köleri dəstəkləyəcək. Amma knyaginya tərslik edərək, H.Kölerin rəqibini, sosial-demokratların və “yaşılların” namizədi Qezina Şvanı dəstəkləyib, üstəlik, bunu açıq elan edib.

On altıncı çağırış Federal Məclisdə 630 bundestaq deputatı və eynən bu qədər yerlərdən nümayəndə var - cəmi 1260 adam. Onların 923-ü, yəni böyük əksəriyyəti Almaniyada hakim koalisiya olan XDİ/XSİ bloku ilə Almaniya Sosial-Demokrat Partiyasının nümayəndələri və tərəfdarlarıdır. AFR Prezidenti ikinci müddətə seçilə bilər və bəziləri bu hüquqdan istifadə ediblər.

Nə üçün AFR-də ümumxalq səsverməsi yolu ilə prezident seçkiləri keçirilmir?

Müharibədən sonrakı Almaniyada – 1949-cu ildən və hətta ondan da əvvəl vaxtaşırı bu sual ətrafında diskussiya aparılır: nə üçün qonşu Avstriyada (o da parlamentli respublikadır) olduğu kimi, prezident ümumxalq səsverməsi yolu ilə seçilmir?

Ötən il reprezentativ sorğu zamanı Almaniya sakinlərinin 69 faizi dövlət başçısının bu yolla seçilməsini dəstəkləyiblər. Amma bunun üçün ölkənin Konstitusiyasına dəyişikliklər edilməlidir, halbuki onun müəllifləri Veymar Respublikasının ibrət dərslərini nəzərə alıblar. Onlar AFR-in Əsas Qanununa bir növ qoruyucu mexanizm tətbiq ediblər. Bu mexanizm təkcə prezidentin səlahiyyətlərini deyil, həm də hökumətin cari fəaliyyətinə onun qeyri-rəsmi də olsa təsirini məhdudlaşdırır.

Ümumxalq səsverməsi yolu ilə prezident seçkiləri prezidentin hökumətə və parlamentə münasibətdə mövqelərini şəksiz möhkəmləndirərdi. Amma AFR Konstitusiyasının müəllifləri də məhz hakimiyyətin iki mərkəzini - prezident və parlament hakimiyyətlərini Veymar Respublikasında olduğu kimi, dirçəltməkdən qaçmağa çalışıblar. Üstəgəl, ötən əsrin 20-ci illərində demaqogiya ilə müşayiət olunan və prezident seçkilərini populist tədbirə çevirən referendumların mənfi təcrübəsi nəzərə alınıb.

Maraqlıdır ki, elə həmin sorğunun nəticələrinə görə, federal prezidentin səlahiyyətlərinin və nüfuzunun genişləndirilməsi lehinə çıxış edənlərin payı yalnız 30 faizdir.

Beləliklə, sabah Almaniya yeni prezidentini seçəcək.


Müəllifin digər yazıları

  1. Almaniyada “reyxsbürger”lərin sayı artır
  2. AFR DİN rəhbəri federal kanslerə güzəşt edir
  3. Almaniyada Hitler dövrünün kilsə zəngləri hələ də qalır
  4. Səmimi, amma nəticəsiz olmuş görüş
  5. Berlin Ukrayna tranzitinin saxlanılmasında israrlıdır
  6. Almaniyanın yeni hökumətinin prioritetləri nələrdir?
  7. BMT Təhlükəsizlik Şurasının “Afrin çoxgedişlisi”
  8. Deyəsən Avropa dağılır
  9. Almaniya hökuməti Hanoy hakimiyyət orqanlarını kəskin tənqid edib
  10. Almaniyada erməni fırıldaqları
  11. Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb
  12. Almaniyada hansı hərəkətləri etmək olmaz?
  13. Ermənistan nümayəndə heyəti Brüsseldən əliboş qayıdıb
  14. AFR Prezidenti Moskvaya səfər edəcək
  15. Hazırda Almaniya iqtisadiyyatı nə vəziyyətdədir?
  16. Tehran, Moskva və Ankara İdlibdə təhlükəsizliyə dair mövqelərini tutuşdururlar
  17. Almaniyada erməni kredit mafiyası ifşa edilib
  18. Almaniyada qaçqınlar işləyən müəssisələrin sayı üçqat artıb
  19. Dünya güclü kiberhücuma məruz qalıb
  20. Almaniyanın ən kiçik seçki məntəqəsi - xalliq Gröde
  21. Almaniyalı ekspertlər Angela Merkelin Soçiyə səfərinə münasibət bildirirlər
  22. Ksenofob zabitin suriyalı qaçqın adı altında terror aktı hazırlaması ehtimal edilir
  23. Berlin İsraillə diplomatik qalmaqala səbəb olub
  24. “Avropanın nəbzi” həftənin bazar günlərində Almaniya küçələrində hökmranlıq edir
  25. Alman mətbuatında Xocalı soyqırımı ilə bağlı müxtəlif məqalələr dərc edilib
  26. Almaniyada prezidenti necə seçirlər?
  27. Donald Trampın himayəçiliyi Almaniya biznesini narahat edir
  28. Konyakdan narkotiklərədək və ya ermənilərin rüsvayçılıq girdabından çıxmaq üçün konvulsiv cəhdləri
  29. Angela Merkel Avropa İttifaqını “Brexit”dən sonra birliyə çağırıb
  30. “Eurasia News” portalı Azərbaycan əsgərinin cəsədinin ermənilər tərəfindən təhqir olunmasından yazır
  31. Potensial terrorçular güclü müşahidə altındadırlar
  32. Berlindəki hadisə terror aktıdırmı?
  33. AFR DİN: Almaniya terrorçuların hədəfindədir
  34. Drezden sarayında ən məxfi illik forum keçirilir
  35. Oxfam: dünyada sosial təbəqələşmə kəskinləşir
  36. Soyqırımı kim-kimə qarşı törətmişdir? 1914-1922-ci illərdə qətlə yetirilmiş dinc ermənilərin və müsəlmanların sayı məsələsinə dair
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
21-09-2018
21.09.2018 Neft bahalaşıb
20-09-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.7042 san