15:58 30 Aprel 2014
9547 dəfə oxunub
Çap versiyası

  Leyla Yunus nə qarışdırıb? Bilmirəm.

Leyla Yunus hara qaçmaq istəyirdi? Bilmirəm.

Leyla Yunus aeroporta hansı maşınla, kimin maşınında gəlmişdi? Onu da bilmirəm.

Leyla Yunusu niyə ölkədən çıxmağa qoymayıblar? Onu da bilmirəm. Çünki gözümlə görməmişəm. Bütün bu vaxtı mən rahatca yatırdım.

Bircə onu bilirəm ki, sağ-salamatdır. Həbs olunmayıb. Bunu bilirəm. Çünki videosuna baxmışam. ANS-in mikrofonuyla mırt  tutmağını da görmüşəm. Bu mikrofonun yumşaq, yaxudda bərk olmasını yoxlamağını da seyr etmişəm. Hamısını qoyuram bir tərəfə.

Küçədə məni polis saxlasa, sənəd tələb eləsə və məndə şəxsiyyətimi təsdiq edən sənəd olmasa onda məni polis şöbəsinə aparmağa haqqı çatır. Əgər mən yaşadığım həyətdə, səhər saat 7-də aləmə car çəkib qışqırmağa başlasam ki, “pipişim gəlir” və buna görə polis çağırsalar günahım bəllidir. Əgər mən kiməsə “eşşəyin biri eşşək” desəm, azı 5-10 sutka həbsimə qərar verilə bilər. Əgər mən bu sözü polisə desəm cəzam daha ağır ola bilər. Çünki iş başındadır. ABŞ-da polisi öldürənin məhkəmə tərəfindən edamına fərman əvvəlcədən bəllidir. Fikir vermisinizsə  polislər lap yolu düzgün keçməyən piyadaya, qaydaları pozan sürücüyə yaxınlaşanda  əl barmaqlarını cütləşdirib gicgahlarına yaxınlaşdıraraq “çest” verirlər, özlərini təqdim edirlər . “Çest” yalnız papaq başda olanda verilir. Papağın Qafqazda nə demək olmasını da qoyuram bir kənara. Papağa görə neçə kişi neçə nakişi qətlə yetirib – bu da başqa bir yazının mövzusudur. Əsrin əvvəllərində Opera teatrına gələnlər hərəyə iki bilet alırlarmış. Birində özləri otururmuş, o birinə isə papaqlarını qoyurlarmış.

Keçim əsas məsələyə. Vətəndaş Leyla Yunus polisin başından papağını götürüb atır yerə. Belə olsaydı nə var idi ki? Deyərdik ki, papağı başından ona görə götürdü ki, polis kapitanının üzü aydın görünsün. Xalq görsün ki, onu tualetə bu cür gözəl, yarlı-yaraşıqlı kavaler müşaiyət edib. Qoy podruqaları baxıb paxıllıq eləsin. Desinlər ki, ay başı xarab, tualetə niyə giribsən ki? Bu cür gözəl oğlanla adam hamama, saunaya girər. Özü də yaşının bu çağında. Papağı yerə niyə atdı? Onu sizə kim dedi ki? Sadəcə papaq Leyla Yunusun əlindən düşüb. Neçayno.

Amma, belə olmadı, axı? Leyla Yunus papağı polisin başından qapdı və atdı. Atmadı ye... vızıldatdı. Bu kadrlara dəfələrlə baxdım. Sonra gördüm ki, vızıldatmadı da... papağı sadəcə bumeranq sayağı atdı. Polis kapitanını deyə bilmərəm, mən onun yerində olsaydım... Sonra gün boyu mətbuatı izlədim ki, Leyla Yunusun bu hərəkətinə hüquqi qiymət veriləcək. Heç olmasa, heç olmasa 15 sutka iş kəsəcəklər. İctimai işlərə cəlb edəcəklər. Küçə süpürmək və sairə. Amma bu da olmadı.

Leyla Yunus papağı bumeranq kimi atdı. Amma bu papaq bumeranq olub özünə qayıdıb dəymədi. Niyə?    


Müəllifin digər yazıları

  1. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  2. NİZAMİ, QABİL BURDADI?
  3. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  4. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  5. "Arvad, qadın və sekskukla"
  6. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  7. Mahir Qabiloğlu - "Arvad və maşın"
  8. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  9. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  10. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  11. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  12. LUSİNE NERSESYAN, CAN, CAN...
  13. BULUDXAN XƏLİLOV VƏ MƏN
  14. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  15. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  16. AzTV nədir?
  17. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  18. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  19. TÖHMƏT
  20. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  21. JURNALİST VƏ XORUZ
  22. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  23. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  24. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  25. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  26. QAN
  27. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  28. Atam Qabilin “dərs”i
  29. “QATİLƏ”
  30. Hidayət Zeynalov nəvə toyu görmədi
  31. Öl deyəndə öl, qal deyəndə qal
  32. Arvada işim düşür...
  33. QURD YAĞI
  34. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  35. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  36. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  37. GÖZƏL İBRAHİM
  38. Zaur, bizi yetim qoyma!
  39. Mahir Qabiloğlunun köhnə arzuları
  40. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  41. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  42. Əmir Mustafayevin toyu
  43. HİDAYƏT VƏ FATMA
  44. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  45. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  46. Arvad, Allah verəndən gətir!
  47. İsmayıl Şıxlının böyük günahı
  48. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  49. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  50. Q. idi, Mən idim, Ş. idi...
  51. Bacarırsan yaşa, Bacarmırsan öl
  52. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  53. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  54. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  55. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  56. Sona Tağıyevanın məktəbi
  57. KİTAB OĞRUSU
  58. Ağasəlim Abdullayev, bağışla!
  59. BİZİM TELLİ PƏNAHQIZI
  60. Hacıbala Abutalıbovun Kişi sözü
  61. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  62. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  63. AĞACIN QARĞIŞI
  64. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  65. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  66. Milli komandamıza qara zurna kömək olsun
  67. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  68. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  69. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  70. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  71. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  72. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  73. RADİO VƏ DEPUTAT
  74. POLİS NƏCİB PEŞƏDİRMİ?
  75. Leyla Yunus papağı polisin başından qapdı və ...
  76. BOZQIRIN YALQUZAĞI
  77. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  78. DEBİL ARMEN -2
  79. DEBİL ARMEN - I
  80. Təhsil Nazirliyi və TQDK bir olsa...
  81. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  82. Vəzifəli balasından şikayət məktubu
  83. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Son xəbərlər
 
Xəbər başlıqları
20-02-2018
19-02-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4808 san