“Star TV”də yayımlanan “Zuhal Topalla izdivac” verilişinə qatılan azərbaycanlı qız Naz Milaya daha bir həmyerlimiz elçi düşüb.
Özünü Azərbaycanda tanınmış müğənni kimi təqdim edən Royal adlı gəncin ilk oxu daşa dəyib. Azərbaycanda 4 milyondan çox pərəstişkarı olduğunu deyən Röyal Nazın könlünə yol tapa bilməyib. “Bizim qızlar Türkiyəyə gələndən sonra dəyişirlər”, ifadəsi Nazın qəlbinə toxunub. Azərbaycanlı qız həmyerlimizin evlilik təklifini rədd edib.