13:52 02 May 2014
6026 dəfə oxunub
Çap versiyası

Daxili. Bu sözün çox mənası var. Həm məcazi, həm də hərfi.

Məsələn, insanın daxili gözəl olmalıdır. Bu ruhla bağlı bir xüsusiyyətdir. Yaxud da ana gileylənir:

-   Uşaq arıqdır. Nə qədər yemək verirəm kökəlmir ki, kökəlmir.

-    Nə olsun ki, təki daxilən sağlam olsun.

Mən də özümü daxilən həm məcazi, həm də hərfi mənada  sağlam sayıram. Amma bir də görürsən ki, xarici təsirlərdən  - ekologiyadan, soyuqdan, əsəbdən, stresdən, müxtəlif qayğılardan özümü nasaz hiss edirəm. Həkimə gedirəm.  Qan analizi verirəm. Müxtəlif aparatlardan keçirəm. Həkim təyinat yazır. Çox vaxt  həb atmaqla canımı qurtarıram. Bəzən əzələ daxili iynə vururlar. Xəstəlik ağır olanda venaya sistem qoşurlar. Bəzən isə cərrahi əməliyyata məruz qalırsan. Kəsirlər, içalatını bayıra tökürlər, qan çıxarırlar, sonra yaranı tikirlər və sağaldırlar. Daxilən yenə də sağlam olursan.

Bəzən isə nə həkimlər, nə də dava-dərman köməyinə çata bilir. Ölürsən cismən də, ruhən də. Həkimlər də başlayır ölünün yiyələrinə təsəlli verməyə ki, bəs gərək vaxtında üstünə düşəydiniz, xəstəliyin başlanğıc mərhələsində bilsəydik, nəsə kömək etmək olardı.

İnsanın daxilini terapevtlər, xirurqlar, müayinə-müalicə edir. Xaricini kosmetik cərrahlar, dəri həkimləri. Amma bütün xarici fəsadlar daxildən baş qaldırır. Orqanizm xəstələnəndə özünü xaricən biruzə verir. Əgər böyrəyin xəstədirsə gözünün altı qaralır,  xəstəsənsə rəngin saralır, qotursansa dərin qızarır, göbələksənsə dərin soyulur, qorxursansa bədənin əsir, soyuqlamısansa dərin qızdırmadan yanır. Bir sözlə insanın xarici onun daxilinin inikası, güzgüsüdür.

Bu insan orqanizmidir. İnsan sağlamlığının keşiyində duranlar isə həkimlərdir.  Həkimliyi  isə xalq arasında nəcib peşə adlandırırlar.

 

POLİSLƏR NƏCİB PEŞƏ SAHİBİDİRLƏRMİ?

Bir dostuma deyəndə ki, polislər də nəcib peşə sahibləridir... etiraz etdi. Fikrimdə israrlı olanda əsaslandırmağımı istədi. Mən də sözümü isbatladım.  Nə qədər tutarlı oldu? Bilmirəm.

Dövlət  də insan  kimidir. Onun da daxili və  xarici mövcuddur.  Vuran qolu, gəzən ayağı, eşidən qulağı, görən gözü, danışan dili, beyni, dırnağı,  reaksiyası, bütün dövləti bir-birilə əlaqəndirən damarları, kapilyarları, sinirləri, gizlinləri var. Əgər dövlətin daxilində əminamanlıq, sakitlikdirsə xaricində də bu o saat hiss olunur. Əgər daxildə  münaqişə, çaşqınlıqdırsa... xaricdən müdaxilələr çoxalır. Çünki insandakı kimi dövlətin də daxilində baş verənlər  onun xarici görünüşündə özünü biruzə verir. 

Budəfəki  yazımda mən bu daxili qoruyan Daxili İşlər orqanlarına bir publisist-vətəndaş baxışı keçirəcəyəm. Bu mənim son 20 ildə gəldiyim şəxsi qənaətlərimdir.

Daxili İşlər Nazirliyi, el diliylə desək POLİS. Onu rəsmi olaraq dövlətin güc strukturu hesab edirlər. Amma mən bu orqanı dövlətin daxili  həkimi adlandırardım. Məndən soruşanda ki, dövlət strukturlarından ən məlumatlısı hansıdır. Deyirəm ki, Daxili İşlər  və Rabitə nazirlikləri. Çünki ən ucqar kənddə belə bu strukturların ən azı bir nümayəndəsi mövcuddur. Onlar hər yerdədirlər. Yerin altında, üstündə, dəmiryolunda, aeroportda, metroda, vağzal və stansiyalarda, qoruqlarda. Sadalayıb başınızı ağrıtmaq istəməzdim. Bir sözlə insanın hər bir üzvünün ayrıca həkimi olduğu kimi, dövlətin də hər bir sahəsinə cavabdeh öz polisi var.  Hər hansı bir hadisəylə rastlaşanda birinci onlar yada düşürlər. Ər-arvad dalaşır - polis, qonşu bloka sərxoş  girir – polis, biri nəşə çəkib özündən gedir – polis,  birinin qızı qoşulub qaçır – polis, qadının boğazından boyunbağısın oğurlayırlar – polis, evini yandırılar – polis, maşınını qaçırırlar – polis, qonşu təmir edib tıqhatıq salır – yenə də polis. Ən xırda məişət problemlərimizdə belə polisi axtarırıq. Ona pənah aparırıq. Əli bıçaqlı, silahlı caninin, adi xuliqanın qabağına, daha dəqiq desək ölümə, təhlükəyə özümüzü yox,  sovet vaxtından miras qalan “mənim polisim məni qoruyur” şüarı ilə onu veririk.

Hətta bəzən günahı  üstünə yıxıb özümüzü yüngülləşdiririk də. Özümüz çağırdığımız halda sonradan qapısına gedib yalvarırıq ki, “sən Allah tutduğunu burax. Yazıqdır” və ya “əsəbləşmişdim. Ona görə Sizi çağırdım. Qonşudur də... Bizim nəsildən hələ işverən çıxmayıb” Bu cür davranışlarımızla polis üçün öz  Femidamızı da yaradırıq. Haqqında hekayə, roman yazmaq, əsər, kino yaratmaq əvəzinə, milli televiziyalarımızın ekranlarında şəninə hələ bir lətifələr də qoşuruq.

Xırda məişət problemlərində polis Münsiflər məhkəməsinə, cəmiyyətin müəlliminə çevrilir. Müəllim kimi bir gözü görür o biri yox, bir qulağı eşidir, o biri qulağı kardır. Amma özümüz də çox gözəl başa düşürük ki, polis  bu xüsusiyyətlərə malik olmasa  türmələrdə boş yer tapılmaz. Yox elə bilməyin ki, polis qanunu pozur, yaxud da ondan yan keçir... Əsla. Sadəcə onun adı, nəfəsi, arxamızca gələn həniri,  dubinkası, böyründən asdığı qandallarının cingiltisi, kaburasından boylanan tapançası başa düşən insanlar üçün bütün qanunlardan üstündür. Polislər  həkimlər  kimi xəstələyi başlanğıc mərhələdə aşkarlayan, onu blokadaya alıb insanları, dövləti baş berə biləcək  fəsadlardan, xətalardan hifz eləyən nəcib peşə sahibləridirlər.

Atam Qabilin bir misalı vardı. Qarabağ məsələləri başlayanda demişdi bunu: “Dövlət arvadların geyindiyi kapron coraba bənzəyir. Sapı qaçdısa qabağını almaq mümkün deyil”. Elə də oldu. İlk olaraq Qarabağda və Ermənistanda yaranan mitinq və çaxnaşmalar sonra müxtəlif münaqişə ocaqlarının yaranmasına, SSRİ boyda dövlətin süqutuna  səbəb oldu. Xalqın üstünə yeriyən isə polis yox, qoşun idi.  Çünki sovet milisini seyrçi  mövqedə qoymuşdular. Amma buna baxmayaraq Azərbaycan milisi bu seyrçi mövqe əmrinə tabe olmadı.  Azərbaycan milisi  o dövrdə silaha sarılıb xalqının, özünümüdafiə dəstələrinin  və şəhid olanların içindəydi.

Mən yazımı xırda məişət problemlərində polisin fəaliyyətinə çox qısa bir ekskursla başladım. Amma bununla kifayətlənmək böyük günah, qeyri-obyektivlik olardı.  Ona görə də mülahizələrimi bir az da genişləndirim.

Polis sistemindən hamı qorxur. Yox hörmət eləmir. Sadəcə qorxur. Rusların bir misalı var: “Boitsya, znaçit uvajaet” - Qorxursa demək hörmətlə yanaşır. Bir anlıq təsəvvür edin: Bakının küçələrində yol polisi, müxtəlif radarlar, evakuatorlar yoxdur. Nə baş verərdi? Yaxud da polis yoxdur. Küçələrdə asayişi, təhlükəsizliyi  qorumaq olardımı? Əsla. Yox, burda bir xətaya yol verdim. Son vaxtlar şəhərdə gəzəndə polisə az rast gəlirəm. İstər gecə, istərsə də gündüz. Təkcə piyada keçidlərinin qabağında cərimə yazanlar istisna olmaqla. Amma buna baxmayaraq hər şey qaydasındadır.  Polis xalqın içindədir. Çünki polis həm də xalqın sıravi nümayəndəsidir.

Polis xırda xəstəlikləri özü müalicə edir. Kiçik xəta törədənləri bir neçə sutkalığa KPZ-yə salır. Həkim diliylə desək həblə müalicə edir. Cinayət bir az ağırdırsa və yaxud da Milli mənafelərimizə təhlükə yaranırsa Milli Təhlükəsizlik və  Prokurorluq orqanları köməyə gəlir. Həkim kimi cinayətin dərəcəsini müəyyən edirlər. Son hökmü isə məhkəmə hakimləri- həkimlər konsiliumu verir.  Törədilən cinayət yüngül olanda icbari, şərti cəza, yəni ki, əzələ daxilinə iynə vurulur. Bir az ağır olanda  ümumi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə, yəni vena daxilinə iynə, sistem təyin edilir. Cinayət bir az ağır olanda  ciddi rejimli müəssisədə cəzaçəkmə, həkim dilində desək cərrahiyyə əməliyyatı aparılır. Heç bir islaha yatmayan qatı cinayətkarlar isə  ömürlük həbs cəzasına məhkum edilirlər. Həkim diliylə desək xəstə ümidsizdir, yəni ki, “morq”luqdur.  Bu sistemdə də reanimasiyalar – təcridxanalar, palatalar - kameralar var. Polis də hadisə yerinə özünü təcili yardımda olduğu kimi qısa müddətə, üstündə miqalkası, sirenası olan avtomobillərdə çatdırır. Təcridxanalarda – reanimasiyada yatanların yanına heç kim buraxılmır.

Bu mənim dostuma verdiyim izahlar idi. İnsan bədənindəki xəstəliklərə həkimin, dövlət daxilində baş verən və ya baş verə biləcək neqativ, cinayət tərkibli hallara polisin müdaxiləsinin qısa izahı. Daha düzgün desəm paralellərim. Görəsən bu yazdıqlarımdan sonra polisi nəcib peşə sahibləri hesab etmək olarmı? Siz necə düşünürsünüz bilmirəm. Mən isə öz fikrimdə qalıram. O ki qaldı  səhərdən mənim yazımı oxuya-oxuya polisdə baş verən bəzi neqativ halları yada salıb, beyninizdə varaqlamağınıza... Düzdür. Amma belələri bütün sahələrdə var. Lap bunu deyənlərin özlərinin işlədiyi sahələrdə də. Bir də ki, bunu heç Daxili işlər nazirliyinin rəhbərliyi, kollegiyası da  gizlətmir. Səlahiyyətlərini aşanların sayları, adları mütəmadi olaraq cəmiyyətə açıqlanır. Amma bu özünü cinayətkar gülləsinin qabağına verərək həlak olan, ölümündən sonra yüksək fəxri adlara  layiq görülən polis – hüquq mühafizə orqanları işçilərinin fonunda  çox cılız görsənir.


Müəllifin digər yazıları

  1. DİN və din
  2. ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?
  3. NİZAMİ, QABİL BURDADI?
  4. 15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
  5. ELÇİN ŞIXLIYA VERİLƏN İŞGƏNCƏLƏR
  6. "Arvad, qadın və sekskukla"
  7. Mahir Qabiloğlu - "MAŞIN SÜRMƏK ZÜLMDÜR"
  8. Mahir Qabiloğlu - "Arvad və maşın"
  9. PROFESSOR ƏKBƏR BAYRAMOVA VİDA SÖZÜ
  10. QƏNDAB QULİYEVADAN QALAN DİSK
  11. “NƏRİMAN HƏSƏNZADƏ, NECƏ OLUB Kİ, SƏN ŞAİR OLUBSAN”
  12. CƏNNƏTLİK HACIBALA ABUTALIBOV
  13. LUSİNE NERSESYAN, CAN, CAN...
  14. BULUDXAN XƏLİLOV VƏ MƏN
  15. Vəli Məmmədovla bağlı XATİRƏLƏR
  16. Fikrət Sadıq, bəs mənim “YU BİLEY”im necə oldu?
  17. AzTV nədir?
  18. İbrahim Nəbioğlu, 55 yaşın mübarək!
  19. MƏNİM XOŞBƏXT GÜNLƏRİM - 1
  20. TÖHMƏT
  21. TRANSFER QAÇILMAZDIR - O dünyadan Anara 2-ci məktub
  22. JURNALİST VƏ XORUZ
  23. POLİYRETAN VƏ BİZİM BAĞIŞLANMAYAN GÜNAHLARIMIZ...
  24. QABİLİN MƏNƏVİ ÖVLADLARI
  25. Hadı Rəcəblinin “MÜƏLLİM”i
  26. İBRAHİMİN 1 YAŞINA HƏDİYYƏ
  27. QAN
  28. “DOKTOR ZEYNİ, DOKTOR ŞAHBAZ”
  29. Atam Qabilin “dərs”i
  30. “QATİLƏ”
  31. Hidayət Zeynalov nəvə toyu görmədi
  32. Öl deyəndə öl, qal deyəndə qal
  33. Arvada işim düşür...
  34. QURD YAĞI
  35. Aqil Abbasın proqnozu və ya futbol qumarı
  36. Piskaryov, professor Cəlal Abdullayev və Şahi Xəndan
  37. "Arvadın dalıyca qaçma, çata bilmərsən"
  38. GÖZƏL İBRAHİM
  39. Zaur, bizi yetim qoyma!
  40. Mahir Qabiloğlunun köhnə arzuları
  41. “QANCIQ” LALA VƏ “TOPLAN” ƏLİ
  42. MƏNİM QONŞUM ZEYNAL XƏLİL - Eksklüziv fotolar
  43. Əmir Mustafayevin toyu
  44. HİDAYƏT VƏ FATMA
  45. Koroğlunun heykəli plagiatdırmı? - FOTO
  46. Dəvə tüpürdü, İsmayıl Şıxlı şillələdi
  47. Arvad, Allah verəndən gətir!
  48. İsmayıl Şıxlının böyük günahı
  49. BƏXTİYAR SADIQOV VƏ SİLVA KAPUTİKYAN
  50. REKTOR ABEL MƏHƏRRƏMOV ƏNƏNƏNİ POZDU
  51. Q. idi, Mən idim, Ş. idi...
  52. Bacarırsan yaşa, Bacarmırsan öl
  53. BAKIDA “MAHİR KREMATORİYA” XİDMƏTİ
  54. ARVAD... İLHAM... HACIBALANIN NUR SAÇAN İŞIQLARI
  55. İSMAYIL ŞIXLININ “ANTİSOVET” ÇAĞIRIŞI
  56. QMİ-nin toxlar üçün ehsan zalı və ya acların ehsan arzusu
  57. Sona Tağıyevanın məktəbi
  58. KİTAB OĞRUSU
  59. Ağasəlim Abdullayev, bağışla!
  60. BİZİM TELLİ PƏNAHQIZI
  61. Hacıbala Abutalıbovun Kişi sözü
  62. "Ördəyə göl şəraiti, şairə çöl şəraiti"
  63. DYP-nin 20 manatlıq cəriməsini 1 manatlıq elədim
  64. AĞACIN QARĞIŞI
  65. “MİTSUBİSHİ”nin rəsmi dilerindən maşın almayın
  66. QABİLDƏN QURULTAY İŞTİRAKÇILARINA – ANAR DA OXUSUN
  67. Milli komandamıza qara zurna kömək olsun
  68. Futbol və din: Arvad-uşaq! Bir ay ehtiyatlı olun!
  69. BAŞ NAZİRDƏN KİTABXANAÇI TƏYİNATI
  70. HEYDƏR ƏLİYEVİN ÇÖRƏYİNİN DUZU
  71. MƏMMƏDKAZIM VƏ KONÇİTA
  72. QIĞILCIM... OCAQ... ŞÖLƏLƏR...
  73. “88” yekdir, Aynar Məmmədovun adı çıxıb
  74. RADİO VƏ DEPUTAT
  75. POLİS NƏCİB PEŞƏDİRMİ?
  76. Leyla Yunus papağı polisin başından qapdı və ...
  77. BOZQIRIN YALQUZAĞI
  78. AFTOŞLARA ŞAD XƏBƏR VAR
  79. DEBİL ARMEN -2
  80. DEBİL ARMEN - I
  81. Təhsil Nazirliyi və TQDK bir olsa...
  82. Ermənilər yazar Mahir Qabiloğluna hücum etdilər
  83. Vəzifəli balasından şikayət məktubu
  84. ƏRMƏN – ŞUŞANİKİN SEVGİSİ
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
17-08-2018
16-08-2018
15-08-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.0004 san