08:19 05 May 2014
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

    Soraq kitabçalarını axtarmayın. "Muzey" sözünə görə  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs  Mürsəl oğlu Qarayevə də zəng etməyin; pespublikamızda hələ belə muzey yoxdur.Bəlkə də nə vaxtsa belə bir mədəniyyət qurumunun yaradılmasına cəhd olunub.Bilinən fakt budur ki, Azərbaycanda hələ də Mətbuat Muzeyi yoxdur.Onun yaradılmasının vacibliyi  yaxın günlərdə Milli Məslisdə  müzakirəyə çıxarılmalıdır.Mətbuat muzeyi yaradılması ideyasını işin içində olan tədqiqatçı, filoloq-türkoloq kimi mən də alqışlayıram.Muzey yaradılanda onun hansı nazirliyə tabe olacağı da hələ bilinmir. Hər halda onun  geniş səlahiyyətli müstəqil qurum kimi  fəaliyyət göstərməsi  daha məqsədəuyğundur.

  Bu gün Azərbaycan mətbuat tarixinin tədqiqi ilə məşğul olanları, bəlkə də,  on barmağımızla saya bilərik. Mətbuat tariximizə aid onlarla kitab, yüzlərlə məqalə yazılıb.Əksəriyyətində iş özfəaliyyətdən o yana  getməyib. Köçürmələr adi hal alıb. Kim  özündən razı halda  bu fikrə etiraz  etmək fikrinə düşsə, bilsin , mən ondan danışmıram.Mən o tədqiqatçılardan danışıram ki, ərəb qrafikalı yazımızı oxuya bilmədiyi halda, "Əkinçi"dən, "Ziya"dan, "Ziyayi-Qafqasiyyə"dən, "Kəşkül" jurnalından (31.01.1883)  və "Kəşkül" qəzetindən (1884-1891) danışır, sitat gətirir, fikirləri incələyir, çözələyir, qısası,  yaxşı  tədqiqatçı təəssüratı yaratmaq istəyir. Neçə illərdir ki, orta məktəb dərsliklərində  "Kəşkül" qəzetinin nəşr tarixi 1880-ci il kimi göstərilir. Neçə illərdir ki,1911-1912- ci illərdə Bakıda nəşr olunan  qadınlara aid olan mətbu orqan şagirdlərə "İşıq" jurnalı kimi təqdim olunur. Halbuki "İşığ"ın üz qabığında  onun həftəlik qəzet (mötərizədə  rusca  "еженедельная газета"- N.N.) olduğu iki növ  yazı ilə aydın göstərilir.

  Bu gün jurnalistlərin  əksəriyyəti,  demək olar ki, hər ilin iyul ayının 22-ni həsrətlə güzləyir: axı ortalıqda mükafat və təltif məsələsi var.  Gəlin "Azərbaycan" nəşriyyatındakı redaksiyaların bir neçəsində zarafatyana kiçık bir sorğu aparaq.( Bu tədbiri  "Jurnalistlərin attestasiyasına hazırlıq" da  adlandıra bilərsiniz).Görək neçə nəfər milli mətbuatımızın tarixinə aid  5-6 suala -  elementar suala cavab verə bilər?

                                                              Suallar

    1."Əkinçi" qəzetinin  redaktoru özünü oxuculara  hansı adla  tanıdırdı?
    2."Ziya","Ziyayi - Qafqasiyyə"  qəzetləri Tiflisdə hansı dildə nəşr olunurdu?
    3."Ziya" qəzetinin sahibi - imtiyazı Səid Əfəndi Ünsizadənin dərsliklərinin adı nədir?
    4."Kəşkül"ün redaktoru Cəlal Ünsizadəninilk dərsliyi hansı fənnə aid idi?
    5."Bürhani-tərəqqi" qəzeti Həştərxanda hansı dildə nəşr olunurdu? Bu qəzetin redaktoru,imtiyaz sahibi kim idi?


  Çətin məsələdir. Çətinlik ondadır ki, bu nəşrləri oxumaq,onları vərəqləmək hər adama nəsib olmur. Bu mətbu orqanların tam cəmləşdiyi qurum yoxdur.Yaxşı ki, ""Əkinçi"ni də, "Füyuzat"ı da  bugünkü əlifbaya transliterasiya ediblər.  70-ci illərdə mən onları höccələyə-höccələyə  köhnə əlifbadan oxumuşam. İndi həmin qəzetlərdən elmi iş  yazmağa  nə var ki...
  Bu yaxınlarda xəbər verdilər ki,  "Ziya" qəzetinin materialları müasir əlifbaya çevrilir. Xəbər səlahiyyətli şəxs tərəfindən,   özü  də  səlahiyyətli qurumun  nümayəndəsi tərəfindən mötəbər  bir  yığıncaqdan səsləndirilirdi. Neçə aydır ki,  şəhərimizin  sayı   o qədər  də çox olmayan kitab mağazalarını ələk-fələk edirəm. Yoxdur, olsa da nə vaxt olacaq , bilinmir.
  İnterneti  döyəcləyirəm. "Ziya"nın transliterasiya olunmuş  bir neçə materialına rast gəlirəm. M.Ə.Sabirin "Oylə bir tərcümə kim,..." taziyanəsi yadıma düşür.  Bu şeiri  M.Ə.Sabir ölümündən 3 ay əvvəl - "Molla Nəsrəddin" jurnalının  9  mart 1911-ci il tarixli  10-cu nömrəsində çap etdirmişdir.Görkəmli şair, tərcüməçi Haşım bəy Vəzirov Şekspirin  "Otello" dramını  Azərbaycan dilinə pis tərcümə edibmiş.Taziyanə bu münasibətlə yazılmışdır:


                          " Oylə bir tərcümə ki, ruhi - Şekspir görcək,
                           Ağladı ruhi-Otelloyla bərabər  özünə.
                           "Ax mütərcim" deyə  bir odlu tüfürcək atdı,
                           Şübhəsiz, düşdü o da tərcüməkarın gözünə."
                                                                                     (M.Ə.Sabir.Hophopnamə. Bakı,1960, səh.279).
Əlbəttə,bu tərzdə kəskin danışmaq M.Ə.Sabirə  heç də başucalığı gətirmirdi. M.Ə.Sabir ədəbiyyatımızda özünə layiqli yer tutan H.Vəzirova bu sətirləri yazmaqla onunla , bəlkə də, haqq -hesab çürüdürdü.  Hər halda M.Ə.Sabir yaxşı işin, burada yaxşı tərcümənin tərəfdarı kimi çıxış edirdi.
  Göründüyü kimi, ədəbiyyarın bir sıra məsələlərini dəqiqləşdirməkdə mətbuatın özünəməxsus işıqlandırıcı, aydınlaşdırıcı rolu vardır. Azərbaycan ədəbiyyatının  1875-ci ildən üzü bəri bəzi məsələləri müəyyən dərəcədə   mətbuatla ilgilidir.Biz M.Ə..Sabirin bəzi əsərlərini"Bürhani-tərəqqi"də axtara bilərik.       İstanbulda nəşr olunan "Tənin" qəzeti M.Hadinin ədəbi irsini öyrənməkdə bizə yardımçı ola bilər. İstanbulda fars dilində nəşr olunan, redaktoru azərbaycanllı olan  "Əxtər" qəzeti  XIX əsrin70-80-ci illərində əlifba məsələsində  M.F.Axundzadənin  beynəlxalq səviyyəli çalışmalarından sonra yenidən başlayan  əlifba  mübahisələrin aydınlaşdırılmasında bizə   indiyədək məlum  olmayan,ağlımıza gəlməyən məsələləri meydana çıxara bilər.
 S.Ə.Şirvaninin ədəbi, elmi və pedaqoji yaradıcılığınının  müəyyən dövrünü  öyrənməkdə mətbuat tədqiqtçılara maraqlı faktlar verə bilər. Bu məsələ ədəbiyyatımızın elmi araşdırıması yolunda bir çox məsələləri aydınlaşdıra bilər.
   Mənə elə gəlir ki, yaradılacaq mətbuat muzeyi  sərgi  və sərgiçilikdən daha çox elmi mərkəz olmalıdır.Buraya elmi tədqiqat  işləri aparmaqdan ötrü dünyanın hər yerindən tədqiqatçıların axışacağı gözləniləndir.
  Bir neçə ilin söhbətidir.ABŞ-dan Bakıya pedaqoji irsimizi öyrənməyə türk dilini yaxşı bilən  bir amerikalı tədqiqatçı qız gəlmişdi.  Arxivdə və  Milli Kitabxanamızda olan bütün nəşrlərdən xəbərdar olmaq niyyətində idi. Xüsusi bir maraqla  tədqiqat aparırdı.Onun elmi işinin  ilə nəticələndiyindən xəbərim yoxdur. Bircə  onu  deyə bilərəm ki, amerikalı qız  mətbuatımızı sevə bilmişdi.  Bu sevgi , təəssüf ki, bizim tədqiqtçıların çoxunda yoxdur. 

   Bakı Dövlət Universitetində əski əlifba indi necə tədris olunur, bilmirəm,amma onu bilirəm ki, Qafqaz Universitetinin  filologiya fakültəsinin tələbələri ərəb əlifbalı mətbuatımızı  xüsusi tapşırıqlarla öyrənirlər:  kimi tarixi materialları, kimi ədəbi materialları, kimi də müxbirlərin mövzulara bələdliyini...
  Mən bu yaxınlarda Ağməsciddə 1917-1920-ci illərdə nəşr olunan "Millət" qəzetində Y.V.Çəmənzəminlinin 30-dan artıq  kölgədə qalan yazısını müxtəlif nəşrlərdə oxucuların diqqətinə  çatdırmışam. Təəssüf ki, dost-tanışdan, tələbə və şagirdlərimdən savayı,bu yazılara hələ heç bir elmi idarə və ya elmi əməkdaşlardan rəy söyləyən yoxdur.  Və yaxud Həştərxanda 1906-1911-ci illərdə  Azərbaycan dilində nəşr olunan "Bürhani -tərəqqi"  qəzeti  haqqında  məqalələrimə bir nəfər elmlər doktorundan başqa,  hələ də  fikir söyləyən yoxdur.  Mənə elə gəlir ki,  elmi-tədqiqat institutlarında mətbuatla koordinasiya şuraları yaradılması çox gərəkli görünür.   
  Bir neçə ay bundan əvvək  KİV M.F.Axundzadə haqqında yeni sənədli film çəkildiyini xəbər verirdi.  Yazılardan məlum olurdu ki, orada MÜNİR ƏFƏNDİ adlı bir obraz da var. Bu, Azərbaycanla ilgili olan, üç dəfə Türkiyənin maarif naziri vəzifəsində  əzəmətli işlər  görən ,M.F.Axundzadənin əlifba layihəsinin reallaşdırılmasında maraqlı  olan  MÜNİF ƏFƏNDİ  (MÜNİR ƏFƏNDİ ) ola bilərdi.Təəssüf ki,səsimə səs verən olmadı:  nə fərqi var, Münir əfəndi, yoxsa  Münif əfəndi?
   Dağıstanlı bir dostum var:  Kamil Əliyev,  kumık  dilində çıxam "Yoldaş" jurnalında işləyir. Mən onu mətbuatdan tanıyıram. Natəvan və   Usmiyevlər haqqında maraqlı bir yazısı var. Bu yazı Azərbaycan ədəbiyyatı və tarixi üçün maraqlı müqayisələr aparmağa  imkan verə bilər. Kamil müəllimin ən maraqlı yazısı isə hal -hazırda Fransada yaşayan  Bakıda böyüyən, ali məktəb qurtaran, sonralar Moskvanın elmi-tədqiqat institutlarının birində çalışan kimya elmləri namizədi, yazıçı Gülzar Əhmədova haqqındadır.    Gülzar  Əhmədovanın atası ADU-nun aspirantura şöbəsinin müdiri olub,  1974-cü ildə Bakıda vəfat edib, burada da dəfn olunub.Bu nəslin Murad Adji ilə, Səməd  ağa Ağamalı oğlu ilə qohumluğu var.Bu nəslin ən maraqlı görünən qohumu isə görkəmli alman bəstəkarı Henrix Heynedir. Gülzarın və onun artıq bir neçə il bundan əvvəl dünyadan köçmüş  əri   yazıçı- Tofiq Əhmədovun əsərlərini ilk növbədə ziyalılar oxumalıdırlar.
Biz bu əsərlərin populyarlığının  səbəbini öyrənməliyik.
   Yenə də mənə elə gəlir ki, bizim yaşlı tədqiqatçılarımızın kabinetlərindəki  kompyuterlər  nərd və dama oynamağa xidmət edir. Bizdə hələ internet vasitəsilə informasiya  toplamaq bacarığı formalaşmayıb.Bu, çoxunun etiraf etdiyi faktdır.
 Ən nəhayət, sözün mustafası. Mətbuat muzeyinin kadr hazırlığı    barədə indidən düşünmək lazımdır.
 Mətbuat muzeyi kimin adını daşıyacaqdır?  Mən bu muzeyə mətbuat tariximizdə şərəfli yer tutan, həm milli mətbəələrimizin formalaşmasında, həm milli mətbuatımızın sürətli inkişafında , milli ədəbi dilimizin zənginləşməsində əvəzsiz xidmətləri olan Səid Ünsizadənin adını səsləndirmək istəyirəm:
                         Səid Ünsizadə adına Azərbaycan Mətbuat Muzeyi...

Səid Ünsizadənin adı 18 iyun 2001-ci ildə imzalanan 

"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanında şərəfləndirilmişdir.Ümummilli liderimiz  Heydər Əliyev   cənablarının imzaladığı bu Fərmanda    Səid Ünsizadənin maarifçilik fəaliyyəti    Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani ,Aleksey Çernyayevski, Rəşid bəy Əfəndiyev, S.M.Qənizadə, Ü.Hacıbəyov  və digərlərinin  xidmətləri ilə bir cərgədə  qiymətləndirilir.





                                                                   Ədəbiyyat siyahısı


   1.Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanı

   2.Cavanşir Feyziyev:    " Mətbuat Muzeyinin yaradılması Mətbuat Şurasında müzakirə olunacaq", "Modern.az."saytı,    01.05.2014

    3.Nazim Nəsrəddinov.  Yusif Vəzirovun kölgədə qalan yazıları."Strategiya.az saytı,     02.04.2014.

   4..Nazim Nəsrəddinov.   Mustafa Lütfi İsmayılov(1876-?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan"Bürhani-tərəqqi "  qəzeti.
                                                                                                                                     "Strategiya.az" saytı,      10.03.2014

   5.Nazim Nəsrəddinov.    "Tunğuc" məcmuəsi(  Tiflis, "Ziya" mətbəəsi,1881)  və ya açılmayan qapılar, pəncərələr...

                                                                                                                                      "Strategiya.az"   saytı,      23.03.2014.


Müəllifin digər yazıları

  1. CƏLAL ÜNSİZADƏNİN DƏ ŞƏKLİ TAPILDI...
  2. Dünyanın ən işıqlı günlərindən birinin adamı - türkologiyanın Fərhadı
  3. Söz oyunu və yaxud nüktədanlara xitab
  4. Şamaxıda Seyid Əzim Şirvaninin Ev-Muzeyini açmaq çətindirmi?
  5. Kırımda monastrda gizlədilən Xaçmazlı Reyhan haqqında nə biliik ?
  6. "Xamsu-qasaid" kitabında Hacı Zeynalabdin Tağıyev cənablarına həsr olunmuş qəsidə-mədhiyyə
  7. Atamın türkdilli məktubları
  8. PARLAMENTİN TAVANI NİYƏ UÇDU?
  9. Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü- Mustafa Hacı Musa oğlu Mahmudov
  10. Yüksək məfkurəvi söz ustası - Sultan Məcid Qənizadə (1866-1937)
  11. Bu dünyanın qızıl günü
  12. Qafur Rəşad Mirzəzadə fenomeni
  13. Papaq və qalstuk məsələsi
  14. Görkəmli türkoloq və füzulişünas alim Samət Əlizadənin əlyazması tapıldı
  15. Akademiklər,Sİzlər əruzu bilirsinizmi?
  16. Dövlət himnimizin sözlərinin müəllifi Əhməd Cavaddırmı?
  17. Atamın şəkli
  18. Türk dünyasının ən böyük nazimlərindn birinə- Seyid Əzim Şirvaniyə (1835-1888) ölümündən 130 il sonra xitab
  19. "Tərcüman"qəzetini türk dünyasına tanıdan ilk türkdili jurnal yazısı
  20. "Kəlilə və Dimnə"də ( "Hümayunnamə"də) öyüd , nəsihət və deyimlər
  21. Atamın müəllimi Cəmo bəy Cəbrayılbəyli və onun "Cəmo C" təxəllüsü ilə yazdığı şeirlərindən biri - "Sənsən"
  22. Dağıstanlı Mirzə Həsən Əfəndi Əlqədari (1834-1910) və Azərbaycan
  23. "Dırnaq"dan "mötərizat"a və yaxud...
  24. Azərbaycan Respublikasının əməkdar rəssamı İsmayıl Məmmədovun 366 yarpaqlı 2018-ci il təqvimi çap ediləcəkmi...
  25. Qara qoçun nağılı
  26. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki...
  27. Yenə də "Türkische Lesestoffe....Leipziq. 1916" türkdilli latın qrafikalı kitabından söz açırıq ki, bilməyənlər də nəyisə bilsinlər
  28. Avropa da, Amerika da türk atalar sözlərini oxuyur
  29. Məktəb, məktəb , yenə də məktəb... Özü də gələcəyin məktəbi
  30. Qaranlıqdan Alatoranlığa gedən vaxtın deyimləri
  31. Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsinin əsas müəllifi kimdir?
  32. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım haqqında nə bilirik?
  33. Tarixçilərimizin dərsliklərdə jurnal adı ilə öyrətdikləri "İŞIQ" QƏZETİ (1911-1912)
  34. Qafqazın Baş Rəisi Knyaz Dondukov-Korsakova (1820-1893) hədiyyə olan dərsliyin bir sıra məqamları və son səhifələrindəki nəsihətlər
  35. Türk dostumun təhsil nazirimizə göndərdiyi bir məktub və yaxud...
  36. Öyüdlərim, pəndlərim, nəsihətlərim....
  37. Ortaq türk dilləri ədəbiyyatı müntəxəbatına layiq uğurlu poetik nümunələr və yaxud...
  38. "Kəlilə və Dimnə"nin ilk mətbu nümunələri haqqında bir neçə söz...
  39. Türk dünyasının 1865-ci il tarixli üçdilli atalar sözü lüğəti
  40. 130 il bundan əvvəl İrəvandan "Bir müsəlman" Tiflisə - Azərbaycan dilində nəşr olunan "Kəşkül" qəzetinə nə yazırdı?
  41. Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?
  42. XIX əsrin görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin türk dünyasına tanıtdığı təhsil ocağı və yaxud Kürdəmirin ilk dövlət məktəbinin tarixi 1881-ci il fevralın 9-dan başlayır
  43. Nüktələr və nöqtələr....
  44. "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
  45. AMEA və universitet alimlərinin orta məktəb marafonları
  46. Yandıran söz,qandıran söz, bir də var adamı dolandıran söz...
  47. Azərbaycanın İlk milli jurnalının - "Kəşkül"ün 135 yaşı tamam oldu
  48. Azərbaycan İstiqlal Bəyannaməsini neçə nəfər imzalayıb və yaxud doğru sözü niyə səhv deyirlər?
  49. Azərbaycan ədəbi dilinin yeni anlayışları ifadə edən rus və Avropa dillərindən alınmış terminlərlə zənginləşməsində "Ziya" və "Ziyayi-Qafqasiyyə" qəzetlərinin (1879-1884) rolu
  50. 130 illik yubileyi gecikdirilən Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və yaxud adı ensiklopediyaya düşən elmi dərəcəli biologiya müəllimi
  51. Əhmədli kəndi... Tarixi xidmətləri unudulmuş təhsil ocağı
  52. DÜNƏN "ZIYA"NIN 139 YAŞI TAMAM OLDU VƏ YAXUD TÜRK DÜNYASININ TİFLİSDƏN BOYLANAN GÜNƏŞİ
  53. Orfoqrafiya mədəniyyəti-dil mədəniyyətidir
  54. Gəlin orfoqrafiya qaydalarını hazırlamağı dilbilənlərə tapşıraq
  55. "Ziya" qəzetinin Şəkidə yaşayan Şamaxılı müxbirlərindən biri
  56. Pıçıltılı etiraf və yaxud Zirvələrdə iki həftə qar altında qalanların xoş xəbərin gözləyirik
  57. İtirmişik yuxumuzu, qalanımız ağrımızdır...
  58. Bağışla, bağışla, bağışla bizi
  59. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
  60. S.Ə.Şirvani şeyxülislam ola bilərdimi?
  61. Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
  62. Orta məktəb şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsində alınma sözlərin rolu
  63. Bizə ən gərəkli - Fil hesabatı
  64. “Bağçasaraydan göndərilən məktub”
  65. Şamaxı Məclis Məktəbinin 140 illik yubileyindən 3 il də keçdi, amma görüləsi işlər hələ də çoxdur....
  66. Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
  67. "Dəbistan" jurnalı (1906-1908) və yaxud şagird və müəllimlər üçün dərsliyə bərabər dövri nəşr
  68. Nəcməddin Xələfoviçə görə "məmləkət"i dəyişdim
  69. Doğma yurdun qış lövhələri...
  70. 45 il bundan əvvəlki dünya gənclər hərəkatı...
  71. Nəğmə kimi səslənən bal dilmiz var olsun!
  72. Bir daha Ələkbər Tahirzadənin- şair Mirzə Ələkbər Sabirin müəllimliyə gedən əzablı və əziyyətli yolları ilə...… - Tədqiqat
  73. Hamıya dostam mən,bir qardaşam mən
  74. "İşığ"ın işıq saldığı tərcümənin işığında və yaxud İ.A.Krılovdan tərcümə:Durnabalığı və Pişik
  75. "Ziya" qəzetinin (25.01.1879- 26.06.1884) qaranlıq taleyini işıqlandırmaq lazımdır
  76. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  77. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  78. Söz sözü çəkər, əgər sözün közü varsa
  79. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  80. Müəllim olanda da yaxşı müəllim olun
  81. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  82. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  83. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  84. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  85. Ay Allah bəndəsi, niyə yazıqsan?
  86. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  87. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  88. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  89. Təbrizdən kənd məktubları
  90. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  91. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  92. Dünya yaman dünyadır
  93. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  94. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  95. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  96. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  97. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  98. Sözgəlişi, ola bilər düzəlişi...
  99. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  100. Bu Dünya- Şirin Dünya.....
  101. Göz görür,ağıl kəsir....
  102. Tərcüməsiz başa düşülən tatar bayatıları
  103. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  104. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  105. Mənim nəğməli bibim - Foto
  106. Sən yazmasan,mən yazaram
  107. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  108. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  109. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  110. Qulam Məmmədli-120
  111. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  112. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  113. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  114. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  115. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  116. Bu tarix ki var, qəliz məsələ imiş......
  117. SÖZ KİMİNDİR?
  118. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  119. Mənim dualarım
  120. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  121. Təzadlar, ay təzadlar....
  122. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  123. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  124. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  125. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  126. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  127. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  128. Testdən qəsdən danışmırıq
  129. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  130. Dərsliklərimizin halı və vəziyyəti
  131. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  132. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  133. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  134. Hırsızın gözü əlyazmalara düşdü
  135. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  136. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  137. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  138. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  139. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  140. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  141. Hacı Səid Əfəndi Ünsizadə-191
  142. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  143. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  144. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  145. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  146. Bir daha Ünsizadələr haqqında
  147. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  148. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  149. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  150. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  151. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  152. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  153. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  154. Bizə hansı elmlər lazımdır və yaxud ...
  155. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  156. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  157. Soyqırımı günündə dostumu itirmişəm
  158. Bu yaz bir başqa yazdır
  159. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  160. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  161. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  162. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  163. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  164. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  165. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  166. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  167. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  168. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  169. Dərgahdan başlanan yol
  170. Fikrin ifadə formalarından biri
  171. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  172. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  173. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  174. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  175. Təhsil tariximizin maraqlı səhifələri
  176. Təhsil tariximizdən maraqlı səhifələri
  177. Akademiklərin cərgəsindəki müəllim
  178. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  179. Mübarizə bu gün də var,sabah da...
  180. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  181. "Əkinçi" qəzeti-140
  182. Mustafanın Çanakkala məktubu
  183. Məktəbdə elm və texnologiya həftəsi
  184. Mübarizə bu gün də var, yarın da....
  185. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  186. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  187. Yazımızın tarixi-özümüzün tarixi
  188. Fikrət Sadıq -Dədə Qorqud
  189. Tədqiqatçı öz fikrində israrlıdır
  190. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  191. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  192. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  193. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  194. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  195. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  196. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  197. "Bağçasaraydan göndərilən məktub"
  198. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  199. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  200. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  201. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  202. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  203. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  204. Abdulla Şaiqin uşaq bağçası
  205. "Ziya"nın biblioqrafiyası
  206. Kasıblığın üzü qara olsun
  207. Bu gün M.Ə.Sabirin ad günüdür
  208. Keçən günə gün çatarmı ... - Fotolar
  209. Elmə yönələn yolun başlanğıcı - FOTO
  210. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  211. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  212. Ucundadır dilimin həqiqətin böyüyü ...
  213. İlk hesab dərsliyimiz
  214. Yusif Vəzirovun kölgədə qalan yazıları
  215. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  216. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  217. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  218. Dərslik, dərslik, yenə də dərslik...
  219. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  220. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  221. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  222. "ZİYA"lı ziyalı - Foto
  223. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
24-09-2018
24.09.2018 Neft bahalaşıb
23-09-2018
23.09.2018 Bakıda yanğın

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
2.7679 san