08:20 28 Mart 2017
1506 dəfə oxunub
Çap versiyası
Nazim Nəsrəddinov
Azərbaycan Respublikasının əməkdar müəllimi

Kitabxana və arxivlərdən tanıdığım  ziyalı - köhnə dost
 
Qulam Məmmədlini 25-30 il bundan qabaq Azərbaycanda ziyalıların çoxu tanıyırdı. M.F.Axundov adına Respublika Kitabxanasında., Azərbaycan  SSR EA Əlyazmalar İnstitunda onula tez-tez rastlaşardım. Çoxlarını yaxşı tanımasa da, o,hamı ilə səmimi görüşər, hal-əhval tutardı. Qulam Məmmədli maraqlı müsahib idi. Onu mətbuat tariximizin canlı ensiklopediyası hesab edərdik. Mübahisəli məsələlərdə həmişə onun fikri əsas sayılardı. Bəlkə də Qulam Məmmədlini müasir oxuculara tanıtmaq üçün onun əl ilə yazdığı 2-3 səhifəlik tərcümeyi-halına baxmaq da kifayət edərdi. Amma bunlar onu yaddaşlarda saxlamaq üçün, Qulam Məmmədli obrazı üşün kifayət etmir.

 

Qulam Məmmədlini ağlatdılar

1978-ci ilin mart ayının 6-da Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutu ilə Nizami adına Ədəbiyyat İnstitutu Qulam Məmmədlinin 1977-ci ildə Azərbaycan Dövlət Nəşriyyatının çap etdiyi 120 səhifəlik "İmzalar" kitabının müzakirəsini təşkil etmişdi. 
Tədbirin əsas təşkilatçısı Ədəbiyyat İnstitutu olsa da, müzakirə Dilçilik İnstitutunun direktoru professor Məmmədağa Şirəliyevin otağında keçirilirdi. Diribaş adamlar kabinetdə özlərinə yer tapa bilmişdilər. Yəqin ki, görüşün təşkilatçıları müzakirəyə bu qədər adamın toplaşacağını gözləmirdilər. Qapının ağzında dayanaraq içəriyə boylananlar da var idi. Müzakirə çox maraqlı keçdi. Bu da səbəbsiz deyildi. Qulam Məmmədli iki eimi-tədqiqat institutunun kollektivinin çoxdan görməli olduğu vacib bir işi təkbaşına yerinə yetirmişdi. Arviləri ələk-fələk eləmiş, çoxların ağlına gəlmədiyi imzaları faktlar əsasında müəyyənləşdirmişdi.. (Şəxsən mən 40 ildir ki, bu kitaba müraciət edirəm).
Müzakirədə yaxşı, inadırıcı çıxışlarla bərabər, yersiz atmacalar da oldu. Məsələdən xəbərdar olmayan 2-3 nəfər artıq-əskik danışdı. Məmmədağa müəllim onlara göz ağartsa da, xeyri olmadı."Tənqdçilər" getdikcə çoxaldı, yersiz iddialar qocaman tədqiqatçını hövsələdən çıxardı. O, ayağa durub danışmaq istədi. Rəyasət buna imkan vermədi. Qulam Məmmədli ağlamsına-ağlamsına məclisə müraciətlə dedi:
--Yəni mən bir iş görməmişəm?
Müzakirəyə M.Şirəliyev yekun vurdu,. Professor tədqiqatçıya təşəkkür etdi, ona yeni uğurlar arzuladı.
Müzakirədən sonra mən avtoqraf almaq üçün evdən gətirdiyim "İmzalar" kitabına bu sözləri yazdım:
 
"06 .03.1978-ci il tarixdə Ədəbiyyat İnstitutunda geniş müzakirə oldu, müəllifi ağlatdılar". Təəssüf ki, indi belə canlı müzakirələr, müəllifi "ağladan" müzakirələr olmur. Kitab çapdan çıxmamış onun haqqında görməzə-bilməzə yazılan rəylər heç kəsi utandırmır..

Əsrə bərabər ömrün səhifələri

Qulam Məmmədli 1897-ci il martın 25-də Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra Bakı teatr texnikumunda oxumuşdur (1924-1926). Əmək fəaliyyətinə Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlamışdır (1910-1914). Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləmişdir (1913-1919). Türküstan cəbhəsi Birinci Ordunun siyasi şöbəsi nəzdində olan mətbəədə mürəttib, müsəlman teatr truppasında aktyor (1920-1921), Dövlət mətbəəsində mürəttib (1921-1923) olmuşdur. 1923-cü ilin iyun ayında Bakıya köçüb "III İnternasional" mətbəəsində mürəttib, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kəndli qəzeti"ndə redaktor müavini, "Azərbaycan kolxozçusu" qəzetinin redaktoru, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Yeni yol" qəzetinin redaktoru, "III İnternasional" mətbəəsinin sex müdiri, "Kommunist" qəzeti redaksiyasında kütləvi şöbə müdiri, respublika radio komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor olmuşdur (1929-1941). İkinci Dünya müharibəsi dövrü səfərbərliyə alınmışdır: Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi işçi, Təbrizdə azərbaycanca buraxılan "Vətən yolunda" qəzetiredaksiyasında ədəbi işçi, Bakıda Azərbaycan SSR Radio Komitəsində xarici verilişlərin baş redaktoru, yenidən Təbrizdə çıxan "Vətən yolunda" qəzeti redaksiyasında müdir (1941-1946) vəzifələrində işləmişdir. Bakıya qayıdıb Birləşmiş Nəşriyyat İdarəsində redaktor, Azərbaycan kinostudiyasında ssenari şöbəsinin rəisi, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri,"Kirpi" satirik jurnalı redaksiyasında məsul katib, sonra baş redaktor vəzifələrində çalışmışdır. 1959-cu ildə fərdi təqaüdə çıxmış, ikiillik fasilədən sonra Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi (1961-1969), Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi məsələlər üzrə direktor müavini olmuşdur (1969-1975).

Ədəbi fəaliyyətə toplayıcı və tərtibçi kimi başlamışdır. Heyran xanımın, Mirzə Əli Möcüz Şəbüstərinin toplayıb tərtib etdiyi seçilmiş əsərlərini, "Bəxtiyarnamə"ni ilk dəfə 1945-ci ildə Təbrizdə çap etdirmişdir. "İran Azərbaycanının müasir şairləri" (1946), "Səttarxan" şeirlər toplusu (1948), "Mirzə Əli Möcüz" (1948), "Xiyabani" (1949), "Cənubi Azərbaycan şairləri" antologiyası (1950), "Heyran xanım" (1951), "Atmacalar" (1958-1961), "Əlağa Vahid. Seçilmiş əsərləri" (1975) və s. kitablar onun əməyinin bəhrəsidir. O, bunları toplayıb, tərtib edib nəşrə vermişdir.

Hələ 1934-cü ildə Maksim Qorki onun xalq sərvətinə qayğıkeş münasibətini bəyənmişdi. Ömrü boyu yanar ürəkli ictimaiyyətçi olmuşdur: "Bilik" cəmiyyətində ateizm elmi-metodik sovetinin sədri (1952-1981), Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında mətbuat məsələləri heyətinin üzvü (1952-1983), Bakının Oktyabr rayonu xalq deputatları Sovetinin deputatı seçilmişdir (1935-1937). Azərbaycan KP MK nəzarət komissiyası rəyasət heyətinin üzvü (1928-1934), Azərbaycan KP MK plenumu üzvlüyünə namizəd olmuşdur (1934-1937).

Ümumittifaq səviyyəli ədəbiyyat və teatr tədbirlərində iştirak etmişdir. Ona "50 il" partiya veteranı nişanı verilmişdir. Ədəbi və ictimai fəaliyyətinə görə dörd dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, "Əmək veteranı" (1976) medalı və digər on medal ilə təltif olunmuşdur.

1994-cü il noyabrın 18-də Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.   

 

Qulam Məmmədli günahı özündə olan ziyalılardandır. Dünyadan köçəndə  100 yaşına çatmağına cəmi üç il qlırdı.

  

  Bu gün tədqiqatçılar Qulam Məmmədlinim 20-yə  yaxın kitabından ensiklopedik mənbə kimi istifadə edirlər. Onlardan 3-4-ü siyasi dövrün siyası düşüncə tərzinin diqtəsi ilə yazılsa da, müxtəlif dəyərli cəhətlərdən də xali deyil.

Qulam Məmmədli  hər nəsnədən əvvəl mətbuat işçisi və salnaməçidir. Bu, gəlişi özəl söz deyil. Bu işdə ərəb əlifbalı yazımızı oxumaq vərdişi çox gərəklidir.

Qulam Məmmədlinin yazdıqlarının çoxu yazılmışlara əsaslanır.Ərəb əlifbalı elə söz var ki,onların yazılışı ilə fələffüzünü mütləq fərqləndirə bilməlisən.

Haşiyə. Moskva Dövlət Universitetiin riyaqziyyat faküültəsini bitirən bir rəhbər işçi tanıyıram. Salam-kəlamımız var. Amma bu salam-kəlam onun hitqinə irad tutmağa imkan vermir.

Deyilən sözün döşər-düşməzu ola bilər.Bir dəfə bunu söz arasında Qulam müəllimə dedikdə o gülümsünərək dedi ki,bu sənlik deyil.Bu,artıq onun qanına keçib.Bir halda ki,"taleh" sözü ilə "tale"nı fərqləndirə bilmir,deməli o,doğrudan da  bəxtəvər deyil,müqqəssirdir.

Mən həmişə mənası mənə çətin görünən ərəb mənşəli söze "Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətin"də axtarmışam.Yeri gələndə çətin sözlərin mənasını unudulmaz elmi rəhbərim professor Mirzə Rəhimovdan da,Qulam Məmmədlidən də soruşmuşam.

Görəsən,indi işimiz çətinə düşəndə belə məsələləri kiminlə məsləhətləşəcəyik?

Qulam Məmmədlinin dostları çox idi. Düşmənəri yox idi.Ondan qaçanlar var idi.Qorxurdular ki,yüksək titullarına görə Qulam müəllim onlara irad tuta bilər.

 

Qulam müəllimin şəxsən və ya qiyabi tanıdığı  yaşca özündən böyük dostlarına aid kitabları bunlardır

1. Molla Nəsrəddin (salnamə). Bakı: Azərnəşr, 1966, 564 səh 

2.Molla Nəsrəddin (salnamə). II çapı. Bakı: Gənclik, 1984, 600 səh
3.Hüseyn Ərəblinski (salnamə). Bakı: Azəməşr, 1967, 290 səh.

4.Cahangir Zeynalov (salnamə). Bakı: Azərnəşr, 1968, 170 səh.
5.Üzeyir Hacıbəyov (albom kitab). Bakı: İşıq, 1975, 92 səh. (şərikl)

6.Üzeyir Hacıbəyov (salnamə). Bakı: Yazıçı, 1983, 550 səh.

7.Nəriman Nərimanov (salnamə). Bakı: Yazıçı, 1987, 357 səh.

8.Abbas Mirzə Şərifzadə. Bakı: İşıq, 1985, 242 səh.

9.Cavid ömrü.salnamə).Bakı.1982,200 səh.

 

Qulam Məmmədlinin teatr tariximizin güzgüsü olan əsərləri də böyük tədqiqatçılıq  fəaliyyətinin gözəl nümunəsidir.

(Azərbaycan teatrının salnaməsi (I hissə). Bakı: Azərnəşr, 1974, 584 səh.
Azərbaycan teatrının salnaməsi (II hissə). Bakı: Yazıçı, 1983, 300 səh.)

 

 Q.Məmmədlinin "İmzalar"( Bakı: Azərnəşr, 1977, 120 səh.)  və ."Sizə kim lazımdır?"
( Bakı."Maarif" nəşriyyatı,1990,192 səh.) kitabları ədəbiyyatımızın və mətbuatımızın dərindən öyrənilməsinə xidmət edən ən uğurlu nəşrlərdəndir.Bunlar ədəbiyyat,mədəniyyət,mətbuat tarixçilərinin çoxunun stolüstü kitablarıdır.

 

 

FACEBOOK dostlarının yazışmasından
 
 

Telli Pənah qızının arzusu

Asif müellim, ne yaxşı ki, bu xatireni paylaşdınız. Qulam Memmedli bir elmi-tedqiqat institutunun göre bilmediyi işi tekbaşına gören neheng bir alim idi. Ancaq elmi titulu bele yox idi, sadece fedakar bir tedqiqatçı missiyasını yerine yetirmeyi ile fexr edir ve bununla qürur duyurdu. Bir defe soruşdum ki, Qulam müellim, elinizde bu qeder zengin material ve senedler ola-ola niye elmi ad almaq istemirsiz? Güle-güle dedi ki, men adımı ve elmi derecemi ele dahilerden almışam ki, bir parça kağıza ehtiyac duymuram! 
Bax, bele böyük ürekli kişilerle müsahib olduq, 
 
 

Bəndəniz də öz fikrində israrlıdır
 
Nazim Nəsrəddinov- :Telli xanım,salam.Qulam Məmmədliyə mən də bu sualı vermişdim.Onda ğözləri lap zəifləmişdi.Amma arxivlərdən əl çəkmirdi.
Allah ona rəhmət eləsin.Elmlər namizədi,elmlər doktoru olmayan Qulam Məmmədli haqqında10 doktorluq dissertasiyası yazmaq olar.Bəlkə ölümündən sonra Qulam Məmmədliyə müdafiəsiz,kağız-kuğuzsuz fəxri elmlər doktoru dərəcəsi bağışlamaq olar.
Gəlin bu barədə fikirləşək..Dünya dağılmayacaq ki..
Bakı. 25.03.2017..
 
Professor  Asif Rüstəmov öz qəti sözünü deyəsidir
 

 Əziz Telli Penahqizi, hörmətli Nazim Nasraddinov,
 
 
Qulam Məmmədli haqqında rəyləriniz, isti münasibətiniz "mənim üçün çox dəyərlidir. Bu yazının geniş
 
variantını mətbuatda çap etdirmək niyyətindəyəm. Diqqətinizə çatdırım ki, 1966-cı ildə Azərbaycan Elmlər
 
Akademiyasının Prezidenti, akademik Zahid Xəlilov iki dəfə həm SSRİ Ali Attestasiya Komissiyasına, həm
 
də bu qurumun tabe olduğu SSRİ Ali və Orta İxtisas Təhsili nazirinə geniş təqdimatla müraciət edib Tarix
 
İnstitutunun elmi əməkdaşı Qulam Məmmədliyə müdafiə etmədən tarix elmləri namizədi elmi dərəcəsi
 
verilməsi haqqında iddia qaldırmış, təəssüf ki, EA prezidentinin əsaslandırılmış vəsatətinə Moskva laqeyd
 
qalmışdır (şübhəsiz ki, Qulam Məmmədlinin 1941-1945-ci illərdə Təbriz şəhərindəki milli ruhlu fəaliyyətini
 
 
Moskva unutmamışdır). "İmzalar" kitabının Ədəbiyyat İnstitutundakı müzakirəsi barədə ( 06 .03.1978)
 
 
Qulam müəllim mənə gileylə, ağrı ilə danışdı. Dedi ki, hamı məni lazım olduğundan daha çox tənqid etdi,
 
 
bununla işim yox. Məni yandıran odur ki, hər zaman yanıma gələn, evə zəng vuran, məndən məsləhər alan
 
 
və namizədlik müdafiə edən birisi də durub orada kitabı tənqid etdi."
__________________________________________
Belə-belə işlər,,Qulam müəllim......


  Sağdan sola-Xeyrulla Məmmədov,Qulam Məmmədli,Tofiq Məlikli


Müəllifin digər yazıları

  1. Məktəbliləri maarifləndirən mətbu orqanlardan biri - "Maarif" məcmuəsi
  2. РУССКО-БАШКИРСКИЙ СЛОВАРЬ - kitabxanamın ən qalın və ən sanballı lüğətlərindən biri
  3. Söz sözü çəkər, əgər sözün közü varsa
  4. Beynəlxalq bayram tədbirlərindən sonrakı gün - Müəllimlərin Ziyarəti Günü
  5. Müəllim olanda da yaxşı müəllim olun
  6. Tanıdım...Gül bəsləyən qız- Məlahət Yusif qızı...
  7. Avtoelegiya: İşin-gücün boş vaxtı-qocaların xoş vaxtı....
  8. HƏR KİM 100 İL YAŞAMASA , GÜNAH ONUN ÖZÜNDƏDİRMİ ?!
  9. İsmayıl Mirzanın hər həftə oxuduğu türkdilli "Ziya" qəzetin bir nömrəsinin biblioqrafiyası
  10. Ay Allah bəndəsi, niyə yazıqsan?
  11. Ömrün payız etirafı və yaxud ömrün,günün hapı, gopu
  12. Mətbuat tariximizdən birinci ilinin 46 nömrəsi itən qəzetimiz və yaxud mətbuatımızın "Ziya"sı
  13. Mən niyə SSRİ Ali Sovetinin deputatı ola bilmədim?
  14. Təbrizdən kənd məktubları
  15. "Təbriz məktubları silsiləsi"ndən növbəti yazı
  16. Nazim Nəsrəddinov: "Təbriz məktubları" silsiləsindən
  17. Dünya yaman dünyadır
  18. Görkəmli maarifçilər Ünsizadələr haqqında təzə xəbər və şəkillər və yaxud Tütk soyad Kanunu - ARKÜNLƏR VƏ BERKSANLAR
  19. "Strategiya.az"ın yeni layihəsi-Səhiyyə tariximizin unudulmuş səhifələri
  20. Abdulla Şaiqin Bülbül Məmmədova həsr olunmuş fransız soneti - "Centlmen bir xanəndəyə"
  21. Dünya türkologiyasının Fərhadı və yaxud dünyanın ən işıqlı adamlarından biri
  22. Qüdrət Piriyevlə birlikdə Azərbaycana tanıtdığımız İqor Səməd oğlu Mehmandarov
  23. Sözgəlişi, ola bilər düzəlişi...
  24. 16 il bundan əvvəl imzalanmış Fərmanın işığı
  25. Bu Dünya- Şirin Dünya.....
  26. Göz görür,ağıl kəsir....
  27. Tərcüməsiz başa düşülən tatar bayatıları
  28. M.Ə.Sabirin türk dili müəllimliyinə gedən əzablı və əziyyətli yolları… - Tədqiqat
  29. Türk dünyasının Bakıda işləyən ilk məşhur qadın həkimlərindən biri- Batırşina Amina xanım
  30. Mənim nəğməli bibim - Foto
  31. Sən yazmasan,mən yazaram
  32. Araşdırmaçı araşdırıcıya deyirlər və yaxud Bir daha Səid Ünsizadə (1825,Şamaxı-1905.,İstanbul) haqqında
  33. Dörd yaşlı lal-dinməz uşağın dili açılacaq!!!
  34. 20 yaşlı Cəfər Cabbarzadənin "Bakı müharibəsi"
  35. Qulam Məmmədli-120
  36. General Hacı Zeynalabdin Tağıyevin tələbə qızlara novruz bayramı təbriki
  37. Türkiyənin "Ordu marşı" və "Çanakkala döyüşçüsü Mustafanın anasına məktubu"
  38. Səid Ünsizadənin (1825-1905) məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə aid dərsliyi - "Təlimül ətfal, təhzibül - əxlaq"
  39. Türk dünyasının 99 yaşlı "El həyatı" (1918) məcmuəsi
  40. Təhsilimizin dostu, dilçiliyimizin generalı Qəzənfər Kazımov
  41. Bu tarix ki var, qəliz məsələ imiş......
  42. SÖZ KİMİNDİR?
  43. Bu dünyada yerin yoxdur, yağı düşmən,
  44. Mənim dualarım
  45. Hələ qışdır bu yerlərdə və yaxud Şəkilli salamın şeirlə cavabı
  46. Təzadlar, ay təzadlar....
  47. Türk dünyasının "Tərcüman"dan əvvəlki "Ziya"sı və yaxud Qaranlığı və alatoranlığı işıqlandıran insanlar
  48. Adını dəyişdiyim retro yazı və ya "Strategiya.az" saytının 106159 nəfər oxucusunun maraq dünyasının sualı - Foto
  49. Riyaziyyat alimlərinin çoxunun tanımadığı dərslik və yaxud, türk dünyasının ilk türkdilli hesab dərsliklərindən biri
  50. Azərbaycan çocuq mətbuatı tarixinin "Qırmızı günəş"i...
  51. İsmayıl ibn Mustafanın (İsmayıl bəy Qasprinskinin) "Ziyayi -Qafqasiyyə"(Qafqazın ziyası) adlı məqaləsi. Tiflis,1881
  52. Səid Ünsizadənin (1825-1905) dərsliklərindən biri - nəzmlə yazılmış "ƏQAİD və NƏSAYİH"
  53. Testdən qəsdən danışmırıq
  54. Ah....Dərslik, dərslik, yenə də dərslik, bir az da ...
  55. Dərsliklərimizin halı və vəziyyəti
  56. Hacı Zeynalabdin Tağıyevin Bakı şəhər müsəlmanlarının müraciətinə cavabı
  57. Bir daha Cəmo bəy Cəbrayılbəyli (1887-1965) və onun 130 yaşını gözləyən yubileyi haqqında
  58. İsmayıl bəy Qaspıralı:" Qəzetə- millətin lisanıdır "
  59. Hırsızın gözü əlyazmalara düşdü
  60. Bu sorğuya hələ də cavab verilməyib : Şotlandiyada H.Z.Tağıyevin yüzillik heykəli varmı? Və yaxud qaranlıqdan işıldayan işıqlar....
  61. Retro mövzularından biri: Midhat Cemal Kuntay :"Toprak, eger uğrunda ölən varsa, vatandır"
  62. I Nikolayın tiflisli nəvələrinin müəllimi Lev Nikolayeviç Modzalevskinin "Kəpənəy"i
  63. Dünyamızı Gələcəyə Tanıdan Rəssam - Fotolar
  64. Yenə də sözümüz-söhbətimiz Kürdəmirin ilk dövlət məktəbi haqqındadır
  65. Türk dünyasının tarixi məktəblərindən biri-- Kürdəmir,Köhnəbazar kənd orta məktəbi və yaxud üç əsrin məktəbi--09.02.1881
  66. Hacı Səid Əfəndi Ünsizadə-191
  67. Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
  68. Avropada çap olunan latın qrafikalı 100 yaşlı ilk türk kitablarımızdan biri
  69. Ömür keçir, gün keçir və yaxud Latın qrafikalı ilk türk kitablarımızdan birinin 100 illik yubileyini keçimək çətindirmi?
  70. Türkiyədə dərs alan azərbaycanlı söz ustası və yaxud Türkiyədə az tanınan Azərbaycan Şekspiri
  71. Bir daha Ünsizadələr haqqında
  72. Dünyaya səpələnmiş Ünsizadələr və yaxud Ünsizadələrin nəsil şəcərəsi, soy ağacı
  73. Seyid Əzim Şirvani (1835-1888) və onun gümüş medalının tarixi məqamları
  74. İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
  75. Bizim Bəhicə müəllim - Xalid Səid yadigarı
  76. Karamanoğlu Mehmet Bey ( .... - 1280) və onun türkcəyə sevgisinin tarixi
  77. Sözümüz, savımız, dilimiz - Nazim Hikmətsiz keçən 53 ilimiz
  78. Mətbuat tariximiz-milli düşüncə tariximiz
  79. Bizə hansı elmlər lazımdır və yaxud ...
  80. TQDK-nın tarixdə qalacaq sənədlərindən biri və yaxud bəyənilən maarifçilik fəaliyyətinin təsdiqi
  81. Əməkdar müəllim, professor dünyasını dəyişdi
  82. Soyqırımı günündə dostumu itirmişəm
  83. Bu yaz bir başqa yazdır
  84. Ölümü ilə böyüyü də, kiçiyi də ağladan Vüsal Orucov üçün oxunan elegiya - VİDEO
  85. Xan qızı Natəvanın qocalıqda miras istəyi
  86. Türkiyəli tərbiyə doktoru XƏlil FİKRƏT və bilimsəl psixologiyanın qurucularından biri Ovide DECROLİ Bakıda
  87. Dinməyin,xamuş olun! Yaxud 1884-cü il fevralın 29-da dünyaya göz açan insan...
  88. Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857-1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa
  89. XIX əsr maarifçisi Səid Əfəndi Ünsizadənin dərsliklərindən biri
  90. Orta məktəbdə bütün fənlər eyni dərəcədə öyrənilməlidir
  91. HƏ, nə oldu, mən deyən oldu,olmadı?
  92. S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası
  93. Rəşid bəy Əfəndizadənin İstanbuldakı "Uşaq bağçası"- 1898-ci il
  94. Dərgahdan başlanan yol
  95. Fikrin ifadə formalarından biri
  96. Təhsil nazirinin kabinetində yaradılan yerüstü bunker
  97. "Həyat"ın çağırışı nə üçün cavabsız qalır?
  98. Hacı Zeynalabdin Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbin tarixi görüntülərinin iki yarpağı
  99. Tərbiyə doktoru Halil Fikretin oxucu və tədqiqatçıların çoxuna məlum olmayan nadir şəkilləri
  100. Təhsil tariximizin maraqlı səhifələri
  101. Təhsil tariximizdən maraqlı səhifələri
  102. Akademiklərin cərgəsindəki müəllim
  103. Yeni rahat avtobus marşrutu - Nərimanov metrosu - Dəmir yolu İdarəsi və yaxud müəllim, şagird və tələbələr üçün "İVECO" avtobusları
  104. Mübarizə bu gün də var,sabah da...
  105. Xalqımızın türkdilli ilk mətbuat nümunələri
  106. "Əkinçi" qəzeti-140
  107. Mustafanın Çanakkala məktubu
  108. Məktəbdə elm və texnologiya həftəsi
  109. Mübarizə bu gün də var, yarın da....
  110. Halil Fikret və şifahi türkdilli xalq ədəbiyyatımızın Avropadan başlanan təbliğatı
  111. Kim inanmırsa, bu daş, bu da tərəzi...
  112. Yazımızın tarixi-özümüzün tarixi
  113. Fikrət Sadıq -Dədə Qorqud
  114. Tədqiqatçı öz fikrində israrlıdır
  115. Avropa Azərbaycan Məktəbinin olimpiada komandası respublika bilik yarışına vəsiqə aldı
  116. Tarixdə izi və sözü olan insanlardan biri: Cəmo bəy Cəbrayılbəyli
  117. Azərbaycanşünas alim, görkəmli şərqşünas - Mirzə Rəhimov-85
  118. "Dəbistan" jurnalının bir nömrəsinin biblioqrafiyası
  119. Xəlil Fikrət "Tərbiyə və tədris tarixi"
  120. Mirzə Həsən Əfəndi Əlqədari və Azərbaycan
  121. Latın qrafikalı ilk türk kitablarımızdan biri: Hans Stumme, Halil Fikret. "Türkische Lesestoffe…" Leipziq, 1916
  122. "Bağçasaraydan göndərilən məktub"
  123. Diqqət! Diqqət! Məktəb tariximizin qaranlıq səhifələrini işıqlandırırıq!
  124. İ.V.Miçurinin heykəli ucaldılan kənd - Qəbələ, Vəndam kəndi
  125. Maarifçiliyimizin və ədəbi dilimizin tarixi-“Ziya”(“Ziyayi-Qafqasiyyə”) qəzeti -135
  126. Dünya dərsliklərində yuva salan 150 yaşlı "Мотылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
  127. Səsimizə səs vermədikləri üçün ... - Fotolar
  128. Hər gün xatırlanan adam - Fərhad Zeynalov - 85
  129. Abdulla Şaiqin uşaq bağçası
  130. "Ziya"nın biblioqrafiyası
  131. Kasıblığın üzü qara olsun
  132. Bu gün M.Ə.Sabirin ad günüdür
  133. Keçən günə gün çatarmı ... - Fotolar
  134. Elmə yönələn yolun başlanğıcı - FOTO
  135. Bakı, ... küçəsi, Azərbaycan Mətbuat Muzeyi
  136. Otuz doqquz ildən sonra yazılan məktubun təəssüratı
  137. Ucundadır dilimin həqiqətin böyüyü ...
  138. İlk hesab dərsliyimiz
  139. Yusif Vəzirovun kölgədə qalan yazıları
  140. Dostluq etməyi bacaran adam - dostum İsa Əliyev
  141. “Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
  142. Mustafa Lütfi Şirvani İsmayılov (1876- ?) və onun Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti
  143. Dərslik, dərslik, yenə də dərslik...
  144. M.Ə.Rəsulzadənin bir məqaləsinin çağırışları və yaxud Əli bəy Hüseynzadənin sorğusu :"Anladınızmı?"
  145. "Molla Nəsrəddin"in Bakı vəkilərindən biri- Məhəmməd Əmin Rəsulzadə
  146. " Riyazi isbat və məntiqi təfəkkür " - FOTO
  147. "ZİYA"lı ziyalı - Foto
  148. Məhəmməd Əmin Rəsulzadə nə vaxt anadan olmuşdur?
Son xəbərlər
 
Xəbər başlıqları
19-10-2017
19.10.2017 Şəkidə yanğın
18-10-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.3251 san