10:26 05 Aprel 2017
464 dəfə oxunub
Çap versiyası
...

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə narkotik qaçaqmalçılığının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Strategiya.az-a verilən məlumata görə, İdarənin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama keçirilib. Yoxlama nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə, xalis çəkisi 35,984 qram olan heroin aşkar edilib.

Məlumatda həmçinin bildirilir ki, "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının üzərində şəxsi yoxlama zamanı isə onun qolları dirsəyə qədər qatlanmış köynəyinin sağ qolunda bir ədəd bükümdə, xalis çəkisi 0,523 qram olan tiryək aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.


Şərh yaz




Enter Code*:

Son xəbərlər
Bakıda faciə
16:11 22.01/2018
 
Xəbər başlıqları
23-01-2018
22-01-2018
22.01.2018 Bakıda faciə
22.01.2018 Neft bahalaşıb
21-01-2018

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.4505 san